Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arpaci günbəzi
Arpaci günbəzi - Cəbrayıl rayonunda təpə adı. Tovuz rayonunda Arpaçökəği və Qubadlı rayonunda Arpaçüxuru adları ilə mənaca eynidir.
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çoxda böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Alaşa xan günbəzi
Alaşa xan günbəzi (qaz. Алаша хан күмбезі) — Qazaxıstanda memarlıq abidəsi. Karağandı vilayətinin Ulıtau rayonunda, Malşıbay kəndindən 2 kilometr cənub-cənub-qərbdə, Qarakəngir çayının sağ sahilindədir. Oğuz-qıpçaq dövrünə (X–XI əsrlər) aiddir. Улытау.
Qaffariyyə Günbəzi (Marağa)
Qaffariyyə Günbəzi Marağa şəhərinin şimal-qərbində, Sufiçayın kənarında yerləşir. Abidə Azərbaycan Elxanilər dövlətinin 9-cu hökmdarı Sultan Əbu Səid Bahadur xan tərəfindən tikdirilmişdir. Qaffariyyə Günbəzi Marağa şəhərinin digər tarixi abidələri kimi katakombaya malik daş bünövrə üzərində ucaldılmış dörd guşəli bina formasında inşa edilmişdir. Binanın hər 4 tərəfində rombşəkilli ornamentlətrlə bəzədilmiş sütunlar yerləşir. Binanın şimal tərəfə açılan qapısınnın hər tərəfində iki tağ, bir tərəfində isə kitabə yerləşir. Binanın qara, ağ və açıq mavi rəngli kaşılarla işlənmiş fasadı memarlıq-üsbul baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, binanın ümumi görünüşünə unikal şəkil verməkdədir. Portalın üzərində həkk olunan epiqrafik yazı abidənin Elxani hökmdarı Əbu Səid Bahadurxanın (716-736 hicri-qəməri) hakimiyyət illərində inşa edildiyini xəbər verir. Tarixi mətnlərdə qeyd edilənlərə əsasən, Sultan Yaqub bin Həsən bəy Ağqoyunlunun hakimiyyət illərində yaşayan Nizaməddin Əhməd bin Hüseyn Əlqəffari adlı bir arif həcc ziyarətindən qayıdan zaman bu günbəzin yaxınlığında abidə tikdirmiş, eləcə də bağ saldırıb, digər əmlaklarla birgə onu abidənin tərkibində vəqf kimi bağışlamışdır. Ona görə də qeyd edilən abidə, ona məxsus digər binalar, eləcə də Qaffariyyə Günbəzi bu şəxsin adı ilə məşhurlaşmışdır. Binanın üzərində olan bütün yazılan Reyhani xətti ilə işlənmişdir.
Müqəddəs Pyotr bazilikasının günbəzi
Müqəddəs Pyotr bazilikasının günbəzi (it. La cupola di San Pietro) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan İntibahı dövrünə aid Müqəddəs Pyotr bazilikasının mərkəzi kəsişmə hissəsini örtən günbəzdir. Günbəz, insan əli ilə inşa edilmiş ən böyük daş hörmə tavanlardan biridir; o, 42 metr diametrə, kilsənin təməlindən günbəz fənərinin zirvəsinə kimi 130 metrdən çox hündürlüyə malikdir. Günbəzin intibah memarlığından barokko memarlığına keçid dövrünü əks etdirən formaları, 1564-cü ildə vəfat edənə kimi bazilikanın inşasında iştirak etmiş Mikelancelo Buonarrotinin dizaynı əsasında inşa edilmişdir. Roma şəhərinin simvollarından biri olan günbəz xalq dilində sadədə “Dome” adlandırılır. Günbəzdən Vatikana, eləcə də Romanın bütün qədim ərazilərinə 360° mənzərə açılır. XVI əsrin əvvəllərində Roma Papası II Yuli Vatikandakı Köhnə Müqəddəs Pyotr bazilikasında yenidənqurma işlərinin aparılmasına qərar verir və layihə memar Donato Bramanteyə həvalə edilir. Bramante özündən sonra hansısa tamamlanmış layihə qoymasa da, belə bir fikir vardır ki, onun orijinal ideyasına əsasən yunan xaçı formalı (ilk xristian şəhidlərinin xatirəsinə) binanın mərkəzi hissəsində dam yarımsferik günbəzlə tamamlanmalı idi. İtalyan zərgər Kristoforo Foppa tərəfindən 18 aprel 1506-cı ildə kilsənin təməlqoyması şərəfinə zərb edilmiş sikkə üzərindəki təsvir və ideal ahəng axtarışının memar tərəfindən əsas altarın qeyd edilməməsinə gətirdiyi, İntibah ideallarının hətta kilsənin içərilərinə də yol tapmasını təsdiq edən məşhur “perqament planı” da bu fikri təsdiq edir. İşlər 1513-cü ildə pontifikin ölümünə kimi mərkəzi hissənin inşasında davam etdirilmişdir.
Santa-Mariya-del-Fiore kafedralının günbəzi
Santa-Mariya-del-Fiore kafedralının günbəzi (it. La cupola di Cattedrale di Santa Maria del Fiore) və ya Brunelleski günbəzi (it. Cupola del Brunelleschi) — Florensiyada yerləşən Santa-Mariya-del-Fiore kafdralının mərkəzi kəsişmə hissəsini örtən kərpic günbəzdir; inşası tamamlandığı dövrdə Brunelleski günbəzi dünyanın ən böyük günbəzi idi, Müqəddəs Pyotr bazilikasının günbəzinin inşasından bu günə kimi isə Santa-Mariya-del-Fiore kafedralının günbəzi dünyada kərpicdən inşa edilmiş ən böyük günbəz (daxili günbəzin maksimal diametri 45.5 metr, xarici diametri isə −54.8 metrdir) olaraq qalmaqdadır. İntibah memarlığının sonrakı inkişafında oynadığı fundamental əhəmiyyətə və müasir memarlıq nəzəriyyəsinə təsirinə görə, bu günbəz günümüzə kimi Avropada Qədim Roma dövründən sonra həyata keçirilmiş ən mühüm memarlıq əsəri olaraq qalmaqdadır. Kafedral kilsənin inşasına 1294–1295-ci illərdə başlanılmış günbəz barabanı isə artıq 1314–1315-ci illərdə tikilərək hazır vəziyyətə gətirilmişdi; lakin, XV əsrin əvvəllərinə kimi o zaman yaşamış memarlardan heç biri belə nəhəng günbəzin inşası üün ciddi təklif irəli sürə bilməmişdir. Hələ kafedralın inşasının getdiyi dövrdən günbəzin inşası bir çox memarları düşündürürdü. Çünki, günbəzin tamamlanmasına kimi onu daxildən saxlamalı olan nəhəng taxta qabırğaların hündürlükdə necə yerləşdirilməsi məsələsini həll etmək lazım idi. Əlbəttə ki, kafedralın memarı olan Arnolfo di Kambio bu problemi əvvəlcədən görür və onun həll edilməsi üçün orta əsr kafedrallarının əənəvi triburiyasından fərqli olaraq daha iri həcmli təməl inşa edirdi. Kambionun planına əsasən kafedralın günbəzinin daha ənənəvi aspektdə nəzərdə tutulmasını Florensiyadakı Santa-Mariya-Novella bazilikasının Bonayuti kapellasında Andrea Bonayuti tərəfindən çəkilmiş məşhur freska da sübut edir. 1355-ci ildə çəkilmiş həmin freskada Santa-Mariya-del-Fiore kilsəsi aydın görünsə də, onun dairəvi günbəzi barabansız bina üzərində oturdulmuşdur.
Minqei
Minqey (yap. 民芸) — Yaponiyada 1920-ci-1930-cu illərdən sonra inkişaf etmiş xalq incəsənət hərəkatı. Hərəkatın qurucusu Yanaqi Soetsudur (1889–1961). 1916-cı ildə Koreya sənətkarlığı ilə maraqlanan Yanaqi buraya ilk səfərini gerçəkləşdirir. Bu səfər 1924-cü ildə Koreya Xalq Sənətkarlığı Muzeyinin əsasının qoyulmasına, Yanaqi, Hamada Şoji(1894–1978), Kavai Kanjiro(1890–1966) tərəfindən minqeinin yaranmasına səbəb olur. 1926-cı ildə bu hərəkat Yanaqi tərəfindən rəsmi şəkildə elan edilir. 1936-cı ildə Yaponiya Xalq Sənətkarlığı Muzeyinin əsası qoyuldu.
Galium mungieri
Galium divaricatum (lat. Galium divaricatum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. Galium anglicum var. divaricatum (Pourr. ex Lam.) Trevir. Galium anglicum subsp. divaricatum (Pourr. ex Lam.) Bonnier & Layens Galium parisiense subsp. divaricatum (Pourr. ex Lam.) Rouy Galium parisiense f.
Neoseiulus dungeri
Neoseiulus dungeri (lat. Neoseiulus dungeri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Vilma Montezi
Vilma Montezi (3 fevral 1932, Roma – 9 aprel 1953, Roma) — 1953-cü ildə cəsədi Roma yaxınlığında tapılan italyan qadın. Qadının sensasiyalı qətlinin üstü illər keçməsinə baxmayaraq hələ də açılmayıb. Qadının cəsədi 1953-cü il aprel ayının 11-də paytaxtın Torvayanika adlı çimərliyində tapılmışdır. Öldürüldüyündə qadın 21 yaşında idi. Ailəsi tərəfindən 9 apreldə polis axtarışına verilmişdi. 1932-ci ildə Romada mühafizəkar bir ailənin qızı olaraq dünyaya gələn Vilmanın cansız cəsədi çimərlik işçisi Fortunato Bellini tərəfindən tapılıb. Dediyinə görə cəsədi aşkar edərkən nahar edirmiş və cəsəd arxasında sahildə uzanıqlı vəziyyətdə imiş. Uzun müddət araşdırmaların aparılmasına baxmayaraq qatilin tapıla bilməməsi hadisənin İtalyanın kriminal tarixinə yazılmasına səbəb olub. Ümumulikdə, proffessional qatilin cəsəd üzərində hər hansı əl izi və sübut qoymaması uzun müddət ölkədə əsas gündəm mövzusu olmuşdur.
Yuyçzülyü Manqeti
Manqeti — atasının və qardaşının dövründə qərb komandanı idi. Ban dağında Vey orduları ilə vuruşarkən öldürülmüşdü. Yerinə böyük oğlu Xedoxan keçdi.
Clerodendrum bungei
Bunqe klerodendrumu (lat. Clerodendrum bungei) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin klerodendrum cinsinə aid bitki növü.
Jurinea bungei
Jurinea bungei (lat. Jurinea bungei) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Ornithogalum bungei
Hirkan quşsüdü (lat. Ornithogalum hyrcanum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin quşsüdü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional IUCN Status-VU D2. Çoxillik ot bitkisidir. Soğanağı yumurtvari, 1 sm enində, 2 sm uzunluğundadır. Gövdənin hündürlüyü 12–20 (26) sm-dir. Yarpaqları 2–4 (6) ədəd, enli, xətvari 5–12 (15) mm enində, ucu sivri, gövdədən uzundur. Çiçəkləri 2–4 96) ədəd, sıx ovaldır.
Senecio jungei
Senecio jungei (lat. Senecio jungei) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Zanthoxylum bungei
Zanthoxylum simulans (lat. Zanthoxylum simulans) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Catalpa bungei
Bunge katalpası (lat. Catalpa bungei) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. Şimali Çində yayılmışdır. Yığcam yumru formalı, hündürlüyü 8–12 m olan, yarpağını tökən, dekorativ görünüşlü koldur. Yarpaq ayalarının uzunluğu 6–15 sm və eni 8 sm, i8ri, üçkünc-oval və ya uzunsov-oval, ürəkşəkilli, tünd-yaşıl, bünövrəsində enli, pazşəkilli, ucu uzun, biz, tükcüklüdür. Ətirli çiçəkləri iri, zəngvari, ağ və ya çəhrayı-bənövşəyi, düz dayanan süpürgələrə yığılmışdır. Çiçək qrupları qalxanvari-salxımşəkilli, ucda 2–12 çiçəklidir. Kasacığı 2 dodaqlı, ucunda 2 dişlidir. Çiçək tacı açıq-qırmızı, uzunluğu 3–3,5 sm, 2 sarı zolaqlı və boğazında tünd-qırmızıdır. May-iyun aylarında çiçəkləyir.
Şirin su süngəri
Əhməd Munqi
Əhməd Munqi (1843 – 1915) — Dargin şairi, müğənni, qısa şeirlər, böyük epik və lirik mahnıların ustası. Əsərlərində XIX əsrin sonu XX əsrin əvvəllərində Dağıstan aulunun həyatının ən müxtəlif cəhətlərinə toxunulur. Bir tərəfdən zəhmətkeş xalqın istismarını artıran, digər tərəfdən xalqın etirazına səbəb olan ziddiyyətlər Əhməd Munqi şeirində öz əksini tapır. Əhməd Munqi 1843-cü ildə zərgərləri ilə məşhur olan Kubaçı kəndində (indiki Dağıstanın Dahadayev rayonunda yerləşir) anadan olub. Özü də bacarıqlı bir sənətkar olur. Əhməd uşaq ikən valideynlərini itirmiş və əmisi İbrahim tərəfindən tərbiyə olunmuşdur. Onunla birlikdə 10 yaşında ikən Təbriz şəhərinə gedir, hər 2 ildən bir Kubaçiyə qayıdır. Hələ uşaq ikən Əhməd musiqi istedadına malik olur, çuğur çalır və mahnı oxuyur. 1862-ci ildə əmisi ilə birlikdə Kubaçiyə qayıdır. Bu vaxta qədər Əhməd artıq məşhur bir müğənni kimi tanınır və onun iştirakı olmadan doğma kəndində heç bir toy keçirilmir.
Munqi Bavendi
Munqi Bavendi (15 mart 1961, Paris) — Amerika-Tunis-Fransız kimyaçısıdır. O, hazırda Massaçusets Texnologiya İnstitutunda Lester Vulf professorudur. Bawendi yüksək keyfiyyətli kvant nöqtələrinin kimyəvi istehsalında əldə etdiyi nailiyyətlərlə tanınır. 2023-cü ildə Luis Bryus və Aleksey Yekimov ilə bərabər Kimya üzrə "Nobel" mükafatına layiq görülüb.
Galium divaricatum var. mungieri
Galium divaricatum (lat. Galium divaricatum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. Galium anglicum var. divaricatum (Pourr. ex Lam.) Trevir. Galium anglicum subsp. divaricatum (Pourr. ex Lam.) Bonnier & Layens Galium parisiense subsp. divaricatum (Pourr. ex Lam.) Rouy Galium parisiense f.