Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müqəvva
Oyuq , Qorxuluq və ya Müqəvva — Zəmilərə, bostanlara, tarlalara və digər əkinlərə zərər verən heyvan və quşları qorxutmaq məqsədiylə köhnə paltarların içinə saman doldurulub tikilən və insan şəklinə bənzəyən kukla. Köhnə paltarlarla bəzədilir və başında iri bir papağı olur.
Abdulla ibn əl-Müqəffa
Abdulla ibn əl-Müqəffa (fars. ابومحمد عبدالله روزبه بن دادویه‎), Ibn al-Muqaffaʿ (ərəb. ابن المقفع‎), Ibn Muqaffa/Ebn-e Moghaffa (fars. ابن مقفع‎), ilkin adı Rūzbeh pūr-e Dādūya (fars. روزبه پور دادُویی‎))—İran ədibi, tərcüməçi. == Həyatı == Abdulla ibn əl-Müqəffa (724-759) İranda zərdüştilər ailəsində doğulmuş və İslamı qəbul edənə qədər adı Ruzbix olmuşdur. O, ənənəvi zərdüştilik tərbiyəsi almış və fars mədəniyyəti haqqında biliklərə yiyələnmişdir. Sonradan Bəsra şəhərinə gələrək təhsilini başa vurmuş və istilaçıların mədəniyyətinə qaynayıb qarışmışdır. O, İran və İraqın müxtəlif şəhərlərində omeyyad və abbasi canişinlərinin yanında katib olaraq çalışmış və təkcə məmur kimi deyil, həm də yazıçı kimi şöhrət qazanmış, ömrünün son illərində İslamı qəbul etmişdir. İbn əl-Müqəffanın farslara rəğbəti, ərəblərə laqeyd münasibəti arxasında gizlənən qərəzli münasibəti və zindiq (dinsiz) sözü yazıçının düşmənləri tərəfindən onu nüfuzdan salmaq üçün istifadə olunmuşdur.