KUKLA

[ rus. əsli yun. ]
1. Adam, əksərən qız fiquru şəklində uşaq oyuncağı; gəlincik. Uşağa kukla almaq. Kuklanı geyindirmək.
– Ağca xanım anası gətirdiyi gözəl kuklalara … baxıb çox şad oldu. S.S.Axundov.
Yazıq anan necə dözsün; Bu kədərə, bu məlala? Məzarının baş ucunda kukla da var; Bu gün layla çalmalıykən sən kuklana; Kuklan sənə layla çalar. B.Vahabzadə.

// Xüsusi teatr tamaşalarında, oyunlarında istifadə olunan parça və s.-dən düzəldilmiş insan və ya heyvan fiqurları.
□ Kukla teatrı – iştirakçıları kuklalar olan xüsusi teatr.
2. dan. Qəşəng geyinmiş, bəzənmiş gözəl qız, qadın haqqında.
□ Kukla kimi1) çox qəşəng geyinmiş incə, gözəl qız, qadın haqqında;
2) cansız-ruhsuz, hərəkətsiz, müqəvva kimi. Kukla kimi dayanmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KUKLA kukla bax gəlincik
KUFUL
KUKLAÇI

Digər lüğətlərdə