Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müqlər
Müqlər — qədimdə Azərbaycan ərazisində yaşamış türkmənşəli tayfa. Bu tayfa Atropatena ərazisində yaşamış 5 tayfadan biri idi.
Mqarr
Mqarr (malta Mġarr) — Maltanın Qozo adasının cənub-şərqində yerləşən bir liman şəhəri. == Tarix == Mqarr şəhəri eyni adlı dayaz limanın ətrafında yerləşir. Malta arasında bərə xidmətləri 1241-ci ildə istismara verilir. Bu vaxta qədər adada balıqçılıq artıq inkişaf etmişdi. Sahil bölgəsi bir neçə əsr ərzində inkişaf etsə də, limanın özü 1841-ci ilə qədər inkişaf etməmişdir. 1841-ci ildə limanı qorumaq üçün ilk dalğaqıran qurulur, daha sonra 1906-cı ilə qədər bu gücləndirilir və genişləndirilir. 1929-1935-ci illərdə daha böyük, 1969-cu ildə daha iki dalğaqıran inşa edilir. Bu tikinti başa çatdıqdan sonra liman sahəsi 121,4 min kvadratmetrə qədər artır. 21-ci əsrin əvvəllərində adada 9,3 milyon avro dəyərində bir gəmi terminalı inşa edilir. İnşaat işləri 2001-ci ildə başlayır və tikinti yeddi il çəkir.
Müşir
Müşir (Osmanlı dili: مشير), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən, müasir rütbələr arasında ən yüksək hərbi rütbə olan marşal hərbi rütbəsinə bərabərdir. == Tarixçəsi == 1826-cı ildə Yeniçəri Ocağı ləğv edildikdən sonra hərbi rütbə oldu. Məlum olan ilk müşir Əhməd Fevzi Paşa 25 iyun 1832-ci ildə Mabeyn Müşaviri rütbəsini almışdır. 1833-cü ildə kürəkən gürcü Xəlil Rüfət Paşa ilk Topxana müşiri olmuşdur. Tənzimat islahatları dövründən İlk Konstitusiya Dövrünə qədər Osmanlı ordusunda müşirlərin sayı 19-u keçmədi. II Əbdülhəmidin dövründə 24-ə yüksəldi, sonra İttihad və Tərəqqi tərəfindən həyata keçirilmiş hərbi tənzimləmə və ləğv etmələr nəticəsində yeddiyə endirilmişdir. Birinci Dünya müharibəsi başlayanda Osmanlı ordusunda ümumiyyətlə müşir yox idi.
Ağadadaş Müniri
Ağadadaş Müniri (1863, Hövsan – 1940, Buzovna) — azərbaycanlı şair, "Məcməüş-şüəra" ədəbi məclisinin nümayəndəsi. == Həyatı == Ağadadaş Müniri 1863-cü ildə Bakının Hövsan kəndində anadan olmuşdur. Yeddi yaşında atadan yetim qalmış, anasının təkidi ilə mədrəsəyə getmiş, on beş yaşınadək orada oxumuşdur. Müniri öz şerlərini qəzəl, məsnəvi, rübai, qitə, qəsidə şəkillərində yazmışdır. "Müniri" təxəllüsünün, "Münir" sözündən (ərəb sözüdür, mənaca, "işıq" deməkdir.) götürən şairin yazılarının bəziləri, inqilabdan əvvəl və sonra mətbuatda dərc olunmuşdur. ("Dirilik", 1916-cı il; "Türkcə qəzəllər" kitabı, 1917-ci il, "Ədəbi parçalar", 1926-cı il və s.) Şairin bədii irsi, onun klassik şerin müxtəlif janrlarında yazdığı ədəbi nümunələrdən ibarətdir. Bu günə kimi, Bakı şairləri haqqında yazılan müxtəlif kitablarda, şairin bir neçə qəzəli çap olunsa da bütövlükdə əsərləri tədqiq olunmamış qalmaqdadır. Bu əsərlər Azərbaycan Əlyazmalar İnstitutunun fondunda saxlanılır. O, Buzovnalı Məşhədi Azər və Haşım bəy Sağiblə dostluq etmişdir. Üç oğlu olmuşdur.
Cəfər Müciri
Cəfər Məmməd Hüseyn oğlu Müciri (1919-2001) — Azərbaycanın tanınmış xalça rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas alim, pedaqoq, çoxsaylı xalça kompozisiyalarının müəllifi. == Həyatı == 1919-cu ildə Təbriz şəhərində anadan olmuşdur. 1934-cü ildə "Sənaye-müntəzifə" adlı Təbriz İncəsənət məktəbinin ilk məzunu olmuş C.Müciri sonralar Tehran hərbi məktəbini bitirib. 1946-cı ildən Bakıda siyasi sığınacaq tapıb Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2001-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == İctimai və siyasi fəaliyyəti ilə yanaşı xalça sənətinə olan böyük maraq onu "İncəsənət" xalça artelinə gətirib çıxarır. 1965-ci ildə "XIX-XX əsrlərdə İran Azərbaycanının xalçaçılığında bədii xüsusiyyətlər" adlı namizədlik işini müdafiə edir. C.Mücirinin yaradıcılığında əsas yeri ornamental və qismən süjetli xalçalar tutur. "Saib Təbrizi", "Füzuli", "İki tale", "Güldanlı", "Sütunlu", "Heydər əmioğlu", "Buta", "Leyli və Məcnun", " Ulduzlara doğru", "Ləçək turunc" və s. xalçaların müəllifidir.
Firidun Müşiri
Firidun Müşiri Əfşar (fars. فریدون مشیری‎) (21 sentyabr 1926 - 24 oktyabr 2000) — görkəmli müasir İranlı şair və jurnalist idi.Firidun Müşiri, Tehranda dünyaya gəlmişdir və Atası İbrahim Müşiri Əfşar Həmədanda dünyaya gəlmişdir. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" və həm klassik şeirlər yazıb.Firidun Müşiri,Qacar dövrünün şairlərindən olan Mirzə Cavad xan Mötəminülməmalikin qız nəvəsi idi.
Münirə Sultan
Münirə Sultan (d. 10 dekabr 1844, İstanbul – ö. 1862, İstanbul) — 31. Osmanlı padşahı I Əbdülməcidin qızlarındandır. == Həyatı == 1844-cü ildə İstanbulda Topqapı Sarayında dünyaya gəlmişdir. Atası I Əbdülməcid, anası Verdicanan xanımdır. Atasının istəyilə Qərb musiqisi öyrədildi. Piano və ud ifa edə bilirdi.İki dəfə nigahlanmışdır. İlk evliliyi Misir xədivi Abbas Hilmi Paşanın oğlu İbrahim Hilmi Paşa ilə baş tutdu. Cütlüyün 1854-cü ilin aprelində İstanbuldakı Şəmsi Paşa sarayında baş tutan nişan mərasimi olduqca dəbdəbəli keçirildi.
Topxana müşiri
Topxana müşiri, 1826-dan 1908-ci ilə qədər Osmanlı İmperiyasında istifadə edilən və artilleriya sinfinin komandirlərinə verilən hərbi ad idi. 1826-cı ildə Yeniçəri Ocağının ləğvi ilə Artilleriya Ocağının adı da ləğv edildi və o tarixdən bu yana Topxana müşiriyyəti olaraq mövcudluğunu davam etdirdi. Bu qurumun komandirləri də Topxana müşiri adlandırılmışdı və İkinci Məşrutiyyət elanından sonra bu ad da ləğv edilmişdir..
Tyerri Müqler
Tyerri Müqler (fr. Thierry Mugler, 21 dekabr 1945[…], Strasburq – 23 yanvar 2022, Vensen) — fransız modelyer və fotoqrafı. == Həyatı == Tyerri Myuqler 1948-ci ildə Strasburqda doğulub. Balet onun uşaq həvəsi idi — onun bu sahədəki müvəffəqiyyətləri Milli Reyn operasının rəhbərliyini elə təsirləndirmişdi ki, daha yeniyetmə olan Myuqler truppanın daimi tərkibinə girdi. Amma zamanla cavan oğlanın əsl istedadı göründü – Strasburqda dekorativ sənət məktəbinin bədii kurslarını bitirən 24 yaşlı Myuqler Fransanın paytaxtına Gudule butiki üçün geyimlər tikməyə yola düşür. Cəmi 2 ildən sonra Tyerri hər mövsümə 12 kolleksiya yaradaraq Parisdə, Milanda, Londonda və Barselonada müxtəlif Moda Evlərində frilanser işləyir. Bu uzun yaradıcılıq yollarının yekunu şəxsi Café de Paris kolleksiyası oldu– uniseks-in üstün tərzinin fonunda o açıq qadın ehtirasının əsl triumfu oldu. 1974-cü ildə ilk kolleksiyanın uğuru Thierry Muglerin şəxsi brendinin açılışı üçün bütün əsasları verdi. Dizaynerin sevimli materialları — laykra, dəri, Cersi və vinil, sevimli formaları isə — sərt konstruksiyalar və detalların bolluğudur. Myuqler tematik kolleksiyaları təcrübədən keçirir: 1977-ci ildə nümayişlər hərbi mövzuda qoyulmuşdu, 1997-ci ildə – hər şey avtomobillərə həsr edilmişdi, 1998-ci ildə isə podiumda "avtomatlaşdırılan" geyimlər hökm sürürdü.
Münir Özkul
Münir Özqul (15 avqust 1925, İstanbul, Türkiyə — 5 yanvar 2018, İstanbul, Türkiyə)—Türk aktyoru. == Həyatı == Münir Özqul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy adlanan ərazisində anadan olub. Münir lap kiçik yaşlarından tanınır, sevilirdi. Necə də olmasa paşa nəvəsi idi və bu sevgi heç də paşa qorxusundan deyil, əksinə paşa olmasına rəğmən heç vaxt özünü sıravi insanlardan ayırmayan birinə bəslənən sevgidən qaynaqlanırdı. Münirdə aktyorluq istedadı çox erkən yaşlarında hiss olunmağa başlamışdı. Ətrafındakı insanları asanlıqla güldürməyi, yamsılamağı bacaran bu gənc çox keçmədən elə Bakırköydəki "Halkevi" adlanan aktyorluq dərnəyinə yazılır. Bununla paralel olaraq "İstanbul Erkek Lisesi" məzunu olur. "Halkevi"ndəki çıxışları onu Ankara və İstanbul dövlət teatrlarına daşıyır. Teatrda növbəti dayanacağı İstanbul şəhər teatrı olur. O, burada peşəkar aktyor kimi yetişir.
Münir Özqul
Münir Özqul (15 avqust 1925, İstanbul, Türkiyə — 5 yanvar 2018, İstanbul, Türkiyə)—Türk aktyoru. == Həyatı == Münir Özqul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy adlanan ərazisində anadan olub. Münir lap kiçik yaşlarından tanınır, sevilirdi. Necə də olmasa paşa nəvəsi idi və bu sevgi heç də paşa qorxusundan deyil, əksinə paşa olmasına rəğmən heç vaxt özünü sıravi insanlardan ayırmayan birinə bəslənən sevgidən qaynaqlanırdı. Münirdə aktyorluq istedadı çox erkən yaşlarında hiss olunmağa başlamışdı. Ətrafındakı insanları asanlıqla güldürməyi, yamsılamağı bacaran bu gənc çox keçmədən elə Bakırköydəki "Halkevi" adlanan aktyorluq dərnəyinə yazılır. Bununla paralel olaraq "İstanbul Erkek Lisesi" məzunu olur. "Halkevi"ndəki çıxışları onu Ankara və İstanbul dövlət teatrlarına daşıyır. Teatrda növbəti dayanacağı İstanbul şəhər teatrı olur. O, burada peşəkar aktyor kimi yetişir.
Həsən bəy Müqimi
Həsən bəy Müqimi - XVII əsr Azərbaycan şairi. == Hayatı == Həsən bəy Qaraqoyunlu elinin Baharlı oymağındandır. Şəkəroğlu soyundan olan Həsən bəy şair idi. Müqimi təxəllüsü ilə şеir yazırdı. XVII əsrdə yaşamışdı. Onun haqqında Məhəmmədəli Tərbiyət yazır: "Həsən bəy Şəkəroğlu adı ilə məşhurdur. Ata tərəfindən onun qohumluğu Baharlı tayfası böyüklərindən olan Əlişəkər bəyə və ana tərəfindən isə qohumluğu Cahanşah padşaha çatır. O, şеirşünaslıqda, xətşünaslıqda və musiqi еlmində bacarıqlı, əxlaq rəftar cəhətdən tərifə layiq bir şəxs olmuşdur. Bəzi hallarda şеir qoşmuş və Müqimi təxəllüs еtmişdir.("Həft iqlim"). Həsən bəy Müqimi Əkbər padşahın zamanında hicri qəməri 997 (1588)-ci ildə Hindistana gеtmiş və bu zaman Dəkənə bir dövlət işi üçün göndərilmiş, onunla qohumluğu olan Əbdürrəhman xan xanixananın yanında qulluq еtmək ona tapşırılmışdır.
Ruslan Əliyev (kafedra müdiri)
Ruslan Əliyev — Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMİ) Dayanıqlı İnkişaf Mərkəzinin direktoru == Həyatı == Ruslan Əliyev 1974-cü ildə anadan olub. 1996-cı ildə MDBMİ-nin beynəlxalq hüquq fakültəsini bitirib, 1999-cu ildə isə beynəlxalq iqtisadi münasibətlər fakültəsinin sığorta kafedrasında namizədlik dissertasiyası müdafiə edib. 1996-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, 2000-2004-cü illərdə ARDNŞ-in sığorta məsələləri üzrə xarici investisiyalar idarəsi rəisinin müavini vəzifəsində çalışıb. 2004-cü ildə o, “Kapital Perestraxovaniye” Qapalı Səhmdar Cəmiyyətinin Moskva filialına icraçı direktor vəzifəsinə dəvət edilib, 2007-ci ildə “Kapital” sığorta qrupunun prezidenti, 2008-ci ildə isə həm də “Kapital Straxovaniye” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib. 2011-ci ildə Rusiyanın dünyada tanınmış ali məktəblərindən birinin – Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) kafedra müdiri vəzifəsinə ilk dəfə azərbaycanlı Ruslan Əliyev təyin edilib..
Mugil
Kefal (lat. Mugil) — kefallar fəsiləsinə aid balıq cinsi. Kefal balıqlarının Xəzər dənizində 2 növü yaşayır — qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Çox cəld və müxtəlif səs qıcıqlandırıcılarına qarşı həssas balıqdır. Xəzər dənizi şəraitinə uyğunlaşmış hər iki növün öz xarakterik xüsusiyyətləri var.
Munira məscidi
Munira məscidi — Başqırdıstanın Ufa şəhərinə daxil olan Leninski rayonu ərazisində Nijeqorodka yaşayış məntəqəsində cümə məscidi. Şəhərin bu hissəsinin yeganə məscididir. Dolqoe gölünün sahilində yerləşir. == Tarixi == Munira məscidi Munira Bayqildinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. O, müsəlman qadınları cəmiyyətinin sədridir.Məscid 100 nəfərlikdir. Məscidin memar Vəkil Davleçtindir. O, həmdə Lalə-Tülpan Kafedral məscidinin memarıdır. Məscidin tikintisinə 2002-ci ildə başlanılır. Təntənəli açılış 2011-ci ildə baş tutur. İslam bayramlarında burada çoxlu sayda müsəlman Nijeqorodkalılar yığışır.
Müdir xoşbəxt sonluq istəyir
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. == Mövzu == Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həmdə Ferruh Abi olaraq İsfəndiyar rolunu oynamışdır.
Mugil cephalus
Mugil cephalus (lat. Mugil cephalus) — kefal cinsinə aid balıq növü.
Mugil haematocheilus
Liza haematocheilus (lat. Liza haematocheilus) – liza cinsinə aid heyvan növü.
Mugil haematochilus
Liza haematocheilus (lat. Liza haematocheilus) – liza cinsinə aid heyvan növü.
Mugil soiuy
Liza haematocheilus (lat. Liza haematocheilus) – liza cinsinə aid heyvan növü.
Mugil tricuspidens
Zolaqlı kefal (lat. Liza tricuspidens) — liza cinsinə aid balıq növü.
Muğar (Əhər)
Muğar (fars. مغار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (23 ailə).
Əl-Muqit
Əl-Muqit (ər. المقيت) - Allahın adlarından biri.
Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər
Hacı Məhəmmədsadıq xan Mirzə Yusif oğlu Müşiri-Dəftər (?-?) — Məşrutə hərəkatının üzvü == Həyatı == Hacı Məhəmmədsadıq xan Mirzə Yusif Mustovfinin oğlu, o da Mirzə Məhəmməd Mustovfinin, o da Mirzə Mətiya Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Hacı Səməd xan Şücaəddövlənin hakimiyyəti dönəmində şəhərin ədliyyə idarəsinin rəisi olmuşdu. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Məşrutə inqilabı dövründə Təbrizin maliyə idarəsində çalışmışdı. Sonra Həştirud bölgəsində maliyə idarəsinə başçılıq etmişdi. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Müxbirüssəltənənin valiliyi dönəmində şəhərdə "Heyəti-Fəllah" adlı əncümən təşkil etmişdi. Hacı Məhəmmədsadıq xanın Məhəmmədvəli xan, Zeynalabdin xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Müşir Aba-ye Pəncə (Qürvə)
Müşir Aba-ye Pəncə (fars. مشير آبا پنجه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 154 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Münirə Sultan (Əhməd Kəmaləddin Əfəndinin qızı)
Münirə Sultan (17 may 1880, Dolmabağça sarayı – 7 oktyabr 1939, Nitsa) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Münirə Sultan 17 may 1880-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Kəmaləddin Əfəndi, anası isə Fatma Səzadil xanımdır. Əmisi Sultan Əbdülhəmidin taxta çıxmasının ardından atası taxt varisi elan olundu və bu səbəblə Münirə Sultan Dolmabağça sarayında böyüyüb tərbiyə edildi. Buna baxmayaraq atasının Sultan Əbdülhəmidlə münasibətləri yaxşı deyildi və ona qarşı qurulan müxalif cəbhəyə rəhbərlik edirdi. Bu səbəblə atası Kəmaləddin Əfəndi 1905-ci ildə əmisi Sultan Əbdülhəmidin əmriylə edam edildi. Atasının ölümünün ardından Ulduz sarayına köçürülən Münirə Sultan cəmi 2 il sonra 10 yanvar 1907-ci ildə keçmiş sədrəzəmlərdən Tunisli Xeyrəddin Paşanın oğlu Mehmed Salih Paşayla evləndirildi. Toy mərasiminin ardından Nişantaşı köşkündə yaşayan cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi. Sultan Əbdülhəmidin taxtdan endirilməsi və digər əmisi Sultan Rəşadın taxta çıxmasının ardından daha rahat həyat tərzi yaşayan Münirə Sultannın həyatı çox keçmədən alt-üst oldu. 1913-cü ildə sədrəzəm Mahmud Şövkət Paşaya qarşı tərtiblənən sui-qəsd hadisəsinin ardından aparılan araşdırmada əri Salih Paşanın da adı hallandı və İttihad-Tərəqqi hökumətinin verdiyi qərarla Salih Paşa haqqında ölüm hökmü verildi.
Mugil so-iuy
Liza haematocheilus (lat. Liza haematocheilus) – liza cinsinə aid heyvan növü.
Munir El Haddadi
Munir El Haddadi və ya qısaca Munir (1 sentyabr 1995, El-Eskorial[d], Madrid regionu[d]) – "Sevilya" Futbol Klubunda oynayan ispaniyalı hücumçu. Munir "Barselona"ya transfer olmadan öncə Atletiko Madrinin gənclər klubunda oynayıb. O, 2013–14-cü il mövsümü UEFA Gənclik Liqasında "Barselona" ilə çempionluq qazanıb. 2015–16-cı il İspaniya Kral Kuboku mövsümündə 5 ən çox qol vuran futbolçudan biri olub. Munir İspaniya millisi ilə 8 sentyabr 2014-cü ildə Makedoniya millisinə qarşı matçda debüt edib. O, 2018-ci ildə FİFA və İdman Arbitraj Məhkəməsinə 2018 FİFA Dünya Kubokunda Mərakeş millisinə keçid üçün müraciət etsə də, bu uğursuzluqla nəticələnib.
Daşbulaq-i Muğar (Əhər)
Daşbulaq-i Muğar (fars. داش بلاغ مغار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (29 ailə).