Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müştəqin (Nir)
Müştəqin (fars. مشتقين‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 319 nəfər yaşayır (76 ailə).
Müttəhim
Müttəhim və ya Təqsirləndirilən şəxs — cinayət törətdiyinə görə məhkəməyə gətirilən şəxsdir. Barəsində cinayət işi açılmış və cinayət məhkəməsinin vermiş olduğu qərar hökmünün qüvvəyə minməsinə qədər cinayətdə şübhəli bilinən şəxsdir.
Müttəfiq
Alyans (ittifaq) və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq alyans sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi alyans yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Müstəqil Ağayev
Müstəqil Yunanlar
Müstəqil Yunanlar (yun. Ανεξάρτητοι Έλληνες) - Yunanıstan fəaliyyət göstərən sağ meyilli siyasi partiya. 2015-ci ilin əvvəlində partiya ölkədə keçirilən növbədən kənar parlament seçkilərində parlamentdə olan 300 yerdən 13 yer əldə etmişdir.
Müstəqil film
Müstəqil film — bu filmlər məşhur kinostudiyaların iştirakı və dəstəyi olmadan çəkilən filmlərdir. Müstəqil filmlər B filmləri (az büdcəli) filmlər siyahısına daxildir. Bu filmlərdə əsas mövzu filmin sonunda aydın olur. Amerikada müstəqil filmlər məşhur olmasa da, Kanada və Avropa ölkələrində daha məşhurdur. Müstəqil filmlərin bir çoxunda diqqəti cəlb etmək üçün erotika janrı və bəzi təcavüz səhnələri çoxluq təşkil edir. Bu səbəbdən bir çox aktyorlar və ya aktrisalar müstəqil filmlərdə çəkilməkdən imtina edir. Amma elə kino sənətçiləri vardır ki, bu filmlərdə çəkilməyi özünə borc bilir. Müstəqil filmlərə ayrılan az büdcəyə görə uğursuzluq zamanı cuzi itkilər olsa belə, uğur qazandıqları zaman ona çəkilən xərcdən daha çox gəlir əldə edirlər. Müstəqil Amerika kinematoqrafiyası 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Spayk Li, Stiven Soderberq, Kevin Smit və Kventin Tarantinonun daxil olduğu digər yeni nəsil kinematoqrafların uyğun olaraq "Doğrunu seç" (Do the Right Thing), "Seks, yalanlar və videolent" (Sex, Lies, and Videotape), "Kargüzarçılar" (Clerks) və "Rezervuar itləri" (Reservoir Dogs) filmlərinin çəkilməsi ilə canlanmışdı. Rejissorluq, ssenari, montaj və digər cəhətlərinə görə bu filmlər yenilikçi və əsasən Hollivud filmlərinin müqavilələrinə ziddiyət təşkil etmək və ona uymamaqla fərqlənirlər.
Müstəqim Məmmədov
Müstəqim Səyyad oğlu Məmmədov (3 yanvar 1969, Yevlax) — Tərtər Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Məmmədov Müstəqim 3 yanvar 1969-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitutunu, 2002-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1987–1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1992-ci il tarixindən başlayıb və 1994-cü ilədək Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas vəzifələrində işləyib. 1994-cü ildə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Rəhbərlik bölməsində müfəttiş, 1994–2006-cı illərdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi, 2006–2012-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini — şöbə müdiri, 2012–2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini — şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Sərəncamı ilə Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 1993-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Əl-Müntəqim
Əl-Müntəqim (ər. المنتقم) — Allahın adlarından biri. O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. Ətraflarındakı bütün dəlillərə baxmayaraq Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaqçün müqavimət göstərən insanlar şübhəsiz böyük bir əzaba da layiq olmuşlar. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq bəzi insanlar inkarda tərəddüd edirlər. Hətta bir qisimi böyük bir azğınlıqla Allaha iman edən möminlərə düşmənlik bəsləməyir, Allahın dininə maneə törədə bilmək üçün işlər görürlər. Əlbəttə Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək. Allah dünya üzərindəki hökmünü elçiləri vasitəsilə yerinə yetirər. Bu səbəbdən inkar edənlərə daddırdığı dünya əzabının bir qisimi də elçilərinin vasitəsiylə olmuşdur.
Müttəfiq dövlətlər
Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq. == Tarixi == Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu.
Müstəin (xəlifə)
Əbül Abbas Əhməd ibn Məhəmməd ibn Məhəmməd (ərəb. أبو العباس أحمد بن محمد بن محمد‎) və ya Əl-Müstəin (ərəb. المستعين بالله‎) (d. 836 - ö. 17 oktyabr 866) — 12. Abbasi xəlifəsi. == Mənbə == Saliba, George, ed. (1985). The History of al-Ṭabarī, Volume XXXV: The Crisis of the ʿAbbāsid Caliphate: The Caliphates of al-Mustaʿīn and al-Muʿtazz, A.D. 862–869/A.H. 248–255. SUNY Series in Near Eastern Studies.
Mənuçöhr Müttəki
Mənuçöhr Möttəki (fars. منوچهر متکی‎;12 may 1953, Bəndər Gəz şəhristanı, Gülüstan ostanı) — İran İslam Respublikasının xarici işlər naziri (24 avqust 2005 – 13 dekabr 2010). == Həyatı == Manuçehr Mottaki 1953-cü ildə İranın Bəndərgəz şəhərində anadan olub. Tehran və Banqalor şəhərlərində ali təhsil alıb.İranın Türkiyədə və Yaponiyada səfiri olub. 2005-ci ilin avqust ayından 2010-cu il dekabrın 13-də qədər İran İslam Respublikasının xarici işlər naziri olub.
Müstəqil Azərbaycan Təşkilatı
Müstəqil Azərbaycan Təşkilatı — 1928-ci ildə Bakıda müsavatçılarla ittihadçıların yaratdığı təşkilat. == Tarixi == 1927-ci ildə gizli fəaliyyət göstərən müsavatçıların kütləvi həbsindən sonra partiyanın fəallığının zəifləməsi müşahidə olunurdu. Bu şəraitdə müsavatçılar ittihadçılarla ümumi təşkilat yaratmağa cəhd göstərdilər. Şəxsi tanışlıq əsasında bir-birinin mənzillərinə toplaşıb siyasi-ədəbi mövzularda söhbətlər edən müsavatçıları və ittihadçıları Sovet hökumətindən ümumi narazılıq birləşdirirdi. 1928-ci ilin mayında belə yığıncaların birində müsavatçılar və ittihadçılar Mirzə Cəlil Yusifzadə , Əli Heydər Babayev, Əhməd Hacıyev, Yusif Əli Əliyev, Yusif Nəcəfov, Məmməd Salayev və b. "Müstəqil Azərbaycan" adlandırdıqları təşkilatı təsis etmək üçün təşəbbüs mərkəzi yaratdılar. Təşkilatın əsas vəzifəsi Azərbaycan mühacirlərinin işi və beynəlxalq vəziyyət haqqında müntəzəm olaraq informasiya almaq üçün Müsavatın xarici Bürosu və onun İrandakı komitələri ilə əlaqə yaratmaq idi. == Fəaliyyəti == 1928-ci il mayın axırlarında “Müstəqil Azərbaycan” təşkilatının üzvləri Y.Ə.Əliyev və Ə.Hacıyev Türkiyənin Bakıdakı vitse- konsulu ilə əlaqə yaratmış və onun vasitəsilə Məhəmməd Əmin Rəsulzadə "Ocaq-Saz" qəzeti, antisovet xarakterli şerlər, M.Ə. Rəsulzadəni ailəsinin məktubunu və Bakıdakı müsavatçıların vəziyyətinə dair məktub göndərmişdilər. Təşkilat sürgündəki müavatçıların vəziyyətini yüngülləşdirmək və Sovet hakimiyyət orqanlarında ümumi vəziyyəti öyrənmək məqsədilə iki nəfər kommunisti öz tərəfinə çəkmişdi. 1928-ci ilin iyulunda kommunistlərdən biri təşkilatın keçirdiyi yığıncaqlarla əlaqədar hökumətin informasiyaya malik olması barədə xəbərdarlıq etmiş və həbslərdən yayınmaq üçün təşkilatın işini dayandırmağı təklif etmişdi.
Müstəqil Azərbaycan Universiteti
Müstəqil Azərbaycan Universiteti — 1996–2006-cı illərdə Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi.
Müstəqil Bavariya Dövləti
Bavariya (alm. Bayern; Freistaat Bayern‎ - Müstəqil Bavariya Dövləti ) - Almaniyanın cənub-şərqində yerləşən və ərazisinə görə ölkənin ən böyük vilayəti. Vilayətin tərkibinə yeddi inzibati dairə - əyalət Yuxarı Bavariya, Aşağı Bavariya, Yuxarı Pfalts, Yuxarı Frankoniya, Mərkəzi Frankoniya, Aşağı Frankoniya və Şvabiya daxildir. Vilayətin paytaxtı Münhen şəhəridir. Əhalisi üç əsas etnik tərkibdən: bavarlar, frankonlar və şvablardan ibarətdir. "Müstəqil Bavariya Dövləti" tarixi termini göstərir ki, Bavariya monarxiya əyaləti olmamışdan əvvəl respublika idi. Almaniyadakı ən böyük əyalət (ərazisinə görə) və onun on iki milyon əhalisi özlərinin VI əsrə gedib çıxan tarixləri ilə fəxr edirlər. Adət-ənənələrin gündəlik həyatın ayrılmaz hissəsi olduğu buradan fərqli olaraq, Almaniyanın heç bir yerində ənənələr bu cür möhkəm saxlanılmayıb; insanlar rəngli ənənəvi paltarı hər il Münhendə keçirilən Oktoberfest festivalı kimi əsas xalq musiqisi festivallarından başqa, həm də gündəlik həyatda da geyinirlər. Bavariya özünün həm də mədəni və tarixi irsi, o cümlədən əzəmətli təbiət gözəllyinin cazibəsi ilə turistləri cəlb edir. Almaniyada ən hündür zirvə olan Zugspitze (2 962 metr) dağının yerləşdiyi Alp dağları - Çimsi və Köniqsi kimi heyrətamiz gölləri olan Alp yamacları, milli parkı olan Bavariya meşəsi, Frankonian Jura, Fiçtel təpələri, Steyqervald, Spessart və əyalət ətrafındakı digər mənzərəli yerlər istirahət, əyləncə və təbiətdən həzz almaq üçün turistlərə müqayisə olunmaz dərəcədə xoş imkanlar yaradır.
Müstəqil Dövlətlər Birliyi
Müstəqil Dövlətlər Birliyi — keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik. Qərargahı Minsk şəhərində yerləşir. Təşkilat, 8 dekabr 1991-ci ildə yaradılmışdır. == Yaranma tarixi == İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belarusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi. Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər. Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.
Müstəqil Ruh mükafatı
Müstəqil Ruh mükafatı (ing. Independent Spirit) — ilk növbədə müstəqil Amerika kinosuna yönəlmiş Amerika film mükafatıdır. 1984-cü ildən mövcuddur və başlanğıcda FINDIE Awards (Friends of Independents – müstəqillərin dostları (rejissorların)) adlanırdı. İndiki adını 1986-cı ildən bəri daşıyır. 2006-cı ildən mükafat dirəkdə oturan quş formasında metal heykəlcik şəklindədir. Müstəqil ruh qeyri-kommersiya təşkilatı - "Film Independent" tərəfindən mükafatlandırılır. Mükafatların təqdimetmə mərasimi Kaliforniyanın Santa Monika şəhərində Oskar təqdimatı ərəfəsində (1999-cu ilə qədər - Oskar təqdimatından əvvəlki son şənbə) keçirilir. Beləliklə, “Müstəqil ruh” sanki kinoakademiyanın mükafatlarına qarşı qoyulur.
Müstəqil ruh (mükafat)
Müstəqil Ruh mükafatı (ing. Independent Spirit) — ilk növbədə müstəqil Amerika kinosuna yönəlmiş Amerika film mükafatıdır. 1984-cü ildən mövcuddur və başlanğıcda FINDIE Awards (Friends of Independents – müstəqillərin dostları (rejissorların)) adlanırdı. İndiki adını 1986-cı ildən bəri daşıyır. 2006-cı ildən mükafat dirəkdə oturan quş formasında metal heykəlcik şəklindədir. Müstəqil ruh qeyri-kommersiya təşkilatı - "Film Independent" tərəfindən mükafatlandırılır. Mükafatların təqdimetmə mərasimi Kaliforniyanın Santa Monika şəhərində Oskar təqdimatı ərəfəsində (1999-cu ilə qədər - Oskar təqdimatından əvvəlki son şənbə) keçirilir. Beləliklə, “Müstəqil ruh” sanki kinoakademiyanın mükafatlarına qarşı qoyulur.
Əməkçilərin Müstəqil Federasiyası
Əməkçilərin Müstəqil Federasiyası (ing. Federation of Free Workers) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri. Mərkəzi ofisi Manila şəhərində yerləşir. == Tarixi == === İlkin dövr === XX əsrin ortalarında Filippində hüquqlarının müdafiə olunmasına ehtiyac duyan bir qrup gənc idealist ölkənin əmək qanunvericiliyi əsasında öz hüquqlarını qorumaq üçün birləşir. Səbəbsiz işdən ixtisar olunma, əməkhaqqının yaşayış minimumuna cavab verməməsi, sosial təminatın mövcud olmaması, iş yerlərində ayrı-seçkiliyin hökm sürməsi işçiləri onları müdafiə edə biləcək bir qüvvənin yaradılmasına gətirib çıxardır. Nəticədə 19 iyun 1950-ci ildə Əməkçilərin Müstəqil Federasiyası fəaliyyətə başlayır. Qurumun ilk prezidenti vəzifəsinə Ramon Maqsaysay seçilir. === Mövcud vəziyyəti === Hazırda ƏMF Filippinin ən iri təşkilatlarından biridir. Federasiya aparılan üçtərəfli danışıqlarda aktiv və aparıcı rol oynayır. Sosial və əmək dialoqlarının gedişində prinsipial mövqe tutur, ölkə həmkarlar ittifaqını milli, regional və beynəlxalq səviyyədə təmsil edir.
Müstəqil Xorvatiya Dövləti
Müstəqil Xorvatiya Dövləti (Xorvatca: Nezavisna Država Hrvatska, NDH), Müstəqil Xorvatiya Dövləti (NDH), İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyası və faşist İtaliyası tərəfindən marionet dövlət kimi yaradılmış olan dövlətdir. 1941-ci ildən 1945-ci ilə qədər mövcud olan NDH, Xorvatiya ilə yanaşı Bosniya və Herseqovinanın bir hissəsini əhatə edirdi. NDH-yə faşist ideologiyası olan və serblərə, yəhudilərə, qaraçılara və digər azlıq qruplarına qarşı soyqırım və etnik təmizləmə həyata keçirən Ustaşlar rejimi rəhbərlik edirdi. == Qurulması == NDH 10 aprel 1941-ci ildə, faşist Almaniyası və faşist İtaliyası tərəfindən Yuqoslaviyanı işğal etdikdən sonra yaradılıb. Ustaşe hərəkatı Ante Paveliçin rəhbərliyi ilə NDH-nin rəhbərliyinə gətirildi. Ustaşa faşist ideologiyası olan və Xorvat millətçiliyini müdafiə edən bir təşkilat idi. NDH diktatura ilə idarə olunan bir dövlət idi. Prezident Ante Paveliç diktator səlahiyyətlərinə malik idi. Ustaşa Partiyası NDH-də yeganə qanuni partiya idi. NDH-nin iqtisadiyyatı nasist Almaniyasından asılı idi.
Atlantika Müttəfiq Ali Komandanlığı
Atlantik Müttəfiq Ali Komandanlığı (ing: Supreme Allied Commander Atlantic (SACLANT)) - Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı ilə birlikdə NATO-nun iki yüksək komandanlığından biridir. Komandanlığın missiya sahəsi Arktikadan Xərçəng Tropikinə qədər ərazini əhatə etmişdir.
Havadan müstəqil hərəkət sistemi
Havadan müstəqil hərəkət sistemi (və ya hava müstəqil itələmə sistemi) (İngilis dilində: Air-independent propulsion və ya qısaca AIP) oksigen kimi yanan qaza ehtiyac duymayacaq formada, xarici yanma mühərriki kimi bir növ mühərrik olan Stirlinq mühərriki ilə sualtı qayıqlar kimi su nəqliyyat vasitələrinin su altında daha uzun müddət saxlanmasını təmin etmək üçün hazırlanmış bir enerji istehsalı sistemidir. Saxlanılan hava qarışığının köməyi ilə daxili yanma mühərrikləri ilə müqayisədə daha uzun müddət və çox qızmadan işləyə bilən bir stirlinq mühərriki, sualtı qayıq hərəkəti və digər sistemlərin işləməsi üçün zəruri olan, avtomobilin batareyaları üçün zəruri olan elektrik axınını güc mənbəyinə hərəkət enerjisi ilə təmin edir.
Müstəqil Adam (film, 2010)
== Məzmun == == Film haqqında == Film Böyük İslam alimi Səid Nursinin həyatı əsasında çəkilmişdir.
Müstəqil Puerto Riko Partiyası
Müstəqil Puerto Riko Partiyası (isp. Partido Independentista Puertorriqueño; ing. Puerto Rico Independence Party (PIP); 20 oktyabr 1946-cı ildə yaradılmışdır. Mənzil qərargahı Puerto-Rikonun San Juan şəhərində yerləşir. Partiyanın sədri Ruben Berriosdur. Partiya Puerto-Riko hakimiyyətinə müxalif mövqedə durur. PIP marksizmi qəbul etməyən sosialist partiyasıdır. 1999-cu ildə partiya liderləri, xüsusilə də Ruben Berrios ABŞ-nin ölkədəki silahlı qüvvələrinə qarşı etirazlar keçiriblər. == Partiyanın əsas liderləri == Ruben Berrios Manuel Rodríguez Orellana Fernando Martín María De Lourdes Santiago Juan Dalmau Ramírez Prof. Edwin Irizarry Mora Roberto Iván Aponte Dr.
Müstəqil proqram təminatı satıcısı
Müstəqil proqram təminatı satıcısı (en. independent software vendor (ISV) ~ ru. независимый продавец программного обеспечения ~ tr. bağımsız yazılım satıcısı) – proqram təminatının özgə gəlişdiricisi: əsas istehsalçı və satıcıdan asılı olmadan proqram təminatı yaradan fərd və ya qurum. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qərbi Frakiya Müstəqil Hökuməti
Qərbi Frakiya Müstəqil Hökuməti (Osmanlıca: əvvəlcə غربی تراقیا حكومت موقته‌س; Garbî Trakya Hükûmet-i Muvakkatesi / Qərbi Frakiya Keçici Hökuməti, sonra غربی تراقیا حكومت موقته‌س; Garbî Trakya Hükûmet-i Müstakilesi / Qərbi Frakiya Müstəqil Hökuməti; günümüzdə Qərbi Frakiya Türk Respublikası olaraq adlandırılıb) — Türk dünyasının ilk Respublikası olub Balkanlarda 3 ay yaşayıb Yunanıstan siyasi səbəblərdən ötürü Dedeağaç'ı verib 55 gün yaşayıb.