Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdulla Əl-Məşayxi
Abdulla Əl-Məşayxi (d. 26 sentyabr 1998) — Azərbaycanı təmsil edən gimnast. == Karyerası == Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü 2018-ci ildə baş tutan Dünya Çempionatında 4-cü yeri tutdu. Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 2019-cu ildə Belarusun ev sahibliyində baş tutan II Avropa Oyunlarına qatıldı. Əl-Məşayxi və Qurbanlı cütlüyü temp yarışlarında 28.830 balla gümüş, balans yarışlarında isə 28.160 balla bürünc medala sahib oldu.
Şadbad-i Məşayiq (Təbriz)
Şadbad-i Məşayiq (fars. شادبادمشايخ‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndlilərin özləri bu kəndi "Pinə Şalvar" adlandırırlar. Xondəmir Qiyasəddin, Həbib əs-Seyr tarixinin müəllifi bu kəndin adını "Piran Şirvan" (fars. پیران شروان Şirvanın Pirləri) olaraq qeyd etdib. Azərbaycan şairi Qətran Təbrizi burada anadan olmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4.317 nəfər yaşayır (1.086 ailə).
Məlayir
Məlayir (keçmiş adı Dövlətabad) — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 153748 nəfər və 40750 ailədən ibarət idi.
Məlayir şəhristanı
Məlayir şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Məlayir şəhəridir. Şəhristanın digər şəhərləri arasında Əzəndəryan, Cövkar, Samin və Zəngənə şəhərləri də vardırlar. == Ərazi == Məlayir şəhristanın ərazisi 3210 km²-dir. Şəhristan Həmədan ostanının cənub və cənub-şərqi qismlərini əhatə edir. Şəhristanın Həmədan ostanı daxilindəki həmsərhəd bölgələri Nəhavənd, Tuysirkan və Həmədan şəhristanları, ostanın xaricində isə Luristan və Mərkəzi ostanlarının əraziləridir. == Əhali == Rəsmi olaraq Məlayir şəhristanının əhalisi: 1996 s.a. əsasən 297,062 nəfər 2006 s.a. əsasən 73,755 ailədə 285,272 nəfər === Milli tərkib === Şəhristan əhalisi əsasən lurlardan, qismən azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar: Məlayir şəhristanının şimalında yerləşən Cövkar bəxşindəki Əzəndəryan şəhəri və onun ərafındakı 40 kəndin əhalisi, xüsusilə Türk-i Şərqi, Türk-i Qərbi və Əlməhdi dehistanlarının (qəsəbələrinin) əhalisi azərbaycanlılardan ibarətdir.
Məşahir xalçaları
Məşahir xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır.
Piruz (Məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. == Əhali == Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Pəri (məlayir)

Zəngənə (Məlayir)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Əhməd xan Maşayixi
Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu Maşayixi (1881–1969)—Təbriz şəhərinin başçısı. == Həyatı == Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu 1881-ci ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müstəşarəssəltənə ləqəbini daşıyırdı. Bir müddət Daxili İşlər nazirliyində çalışmışdı. Sonra İsfahan valisi Şükrulla xan Qəvaməddövlənin yanında xidmət etmişdi. Oradan Borucərd hakimi vəzifəsinə təyin edilmişdi. 4-cü çağırışda İran Milli məclisinə vəkil seçilmişdi. Əhməd xan Maşayixi Rza şah Pəhləvinin fərmanı ilə Təbriz şəhərinə başçı (mer) təyin edilmişdi. Sonra sıra ilə Zəncan, Kaşan və Qəzvin vilayətlərinin valisi olmuşdu.
Səyyət Askan Əşayir Milad (Puldəşt)
Səyyət Askan Əşayir Milad (fars. ‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 617 nəfər yaşayır (148 ailə).
Melanix
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Meşari
Meşari (alb. Meshari) - alban dilində çap edilmiş ilk kitab. Hal-hazırda tək bir nüsxəsi mövcuddur. Kitab 188 səhifədən ibarət olmuşdur və yazılar səhifələrdə iki sütunla yazılmışdır. == Tarixi == Kitab təxminən 1555-ci ildə Venesiyada katolik yepiskopu Gön Buzuku tərəfindən nəşr edilmişdir. Meshari 1740-cı ildə Skopyedə aşkar edildi, bir müddət sonra isə onun haqqında məlumatlar itdi. 1910-cu ildə kitabın bir nüsxəsi Katolik Yepiskopu Luzi Skiroi tərəfindən yenidən aşkar edildi. 1930-cu ildə kitabın fotonüsxəsi, 1968-ci ildə isə elm adamlarının rəyləri ilə kitab yeni formada nəşr olundu. Hal-hazırda orijinal kitab Vatikan Kitabxanasındadır. Vatikan nüsxəsində kitabın titul vərəqi və ilk 16 səhifəsi yoxdur.
Bürc-Mənayıl
Bürc-Mənayıl (ərəb. برج منايل‎, fr. Bordj Menaïel) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin orta hissəsində, dəniz səviyyəsindən 33 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 70 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 35 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 64,820 nəfər idi.
Arecibo mesajı
Aresibo mesajı – tezlik modulyasiya radio dalğaları yolu ilə, Aresibo radio teleskopunun yenilənməsini qeyd etmək üçün 16 noyabr 1974 tarixindəki mərasimdə, yalnız bir dəfə (təkrarlı deyil) kosmosa göndərilmişdir. Mərasimin qeyd edildiyi tarixdə və yerdə, səmada görülə bilən ən yaxın və geniş bir ulduz toplusu olması səbəbiylə, 25000 işıq ili uzaqlıqdakı M13 kürəşəkilli ulduz bölgəsinə doğru göndərilmişdir. Mesaj 1679 ikilik ədəd sistemi rəqəmindən ibarətdir və təxmini olaraq 210 bayttır. Mesaj 2380 MHz tezlikdə, "sıfırlar" və "birlər" arasındakı fərq 1000 kW gücündəki 10 Hz'lik dəyişikliklərlə nizamlanmışdır. Məlumat saniyədə 10 bit olacaq şəkildə nümayiş olunmuşdur. Yayının ümumi müddəti üç dəqiqədən daha qısa olmuşdur. Mesajdakı bit sayı olan 1679, bir yarı sadə (iki sadə ədədin hasili) olduğu üçün seçilmişdir. Bu rəqəm, mesaj məzmunundakı hər bir bit 23 sütun və 73 sətir olacaq şəkildə ard arda düzüldüyündə, içində müxtəlif naxışlar saxlayan bir düzbucaqlı meydana gətirir. 73 sütun və 23 sətir olaraq yazılması halında ortaya mənasız və kompleks bir model çıxar. Şəkildəki bitlər qrafik xarakterlərə ya da boşluqlara çevirildiyinde sağdakı şəkildə görülən naxış (rəng məlumatı daşımadığı üçün rəngsiz olaraq) meydana gəlir.
Aresibo mesajı

Morteza Peşayi
Murtuza Paşayi (fars. مرتضی پاشایی‎) — İranlı müğənni, bəstəkar və söz yazarı. Paşayi İranın paytaxtı Tehran şəhərində 1984-cü ildə anadan olmuşdur. Qrafik dizayn təhsili aldığı dövrdə uşaqlıq dövründən maraq saldığı musiqi fəaliyyətinə başlamışdır. Musiqi sahəsində ilk addımlarını gitara ilə atmışdır. Murtuza Paşayi yaratdığı musiqi ilə İranda gənc nəslin pərəstiş etdiyi bir şəxsə çevrilməyi bacarır. 2013-cü ildə sağlamlığında aşkarlanan mədə xərçəngi qısa zamanda vəziyyətinin ağırlaşması ilə nəticələndi. Ağır kimyaterapiya kursu qəbul etməsinə baxmayaraq, 2014-cü iln 14 noyabr tarixində Tehran şəhərində müalicə aldığı xəstəxanada 30 yaşında vəfat etmişdir.
Xəta mesajı
Xəta mesajı – sistemdə olan və insanın müdaxiləsini tələb edən xəta haqqında istifadəçini məlumatlandıran sistem və ya proqram mesajı. Məsələn, proqram verilənləri printerə göndərə bilmədikdə belə bir mesaj verə bilər: “Printer Not Ready” (“printer hazır deyil”). Belə mesajlarla təsvir olunan xətaların diapazonu çox genişdir: asanca (məsələn, diski boş disksürənə qoymaqla) aradan qaldırılan xətalardan tutmuş, yalnız sistemi yenidən başlatmaqla (RESTART) aradan qaldırılması mümkün olan ciddi problemlərə kimi.
Əsayiş (Həştrud)
Əsayiş (fars. اسايش‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 152 nəfər yaşayır (32 ailə).
Pleiarina mesnyi
Salix tetrasperma (lat. Salix tetrasperma) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pleiarina tetrasperma (Roxb.) N.Chao & G.T.Gong Ripsoctis indica Raf.
Salix mesnyi

Dehkədə-i Əsayiş (Urmiya)
Dehkədə-i Əsayiş (fars. دهكده اسايش‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (91 ailə).
Sarıbəyli-i Musayi (Urmiya)
Sarıbəyli-i Musayi (fars. ساريبيگلوي موسي ي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 200 nəfər yaşayır (52 ailə).
C. C. Catch Megamix '98
Megamix '98 – C. C. Catch tərəfindən 1998-cı ildə ifa edilmiş mahnıdır. Bir çox mahnıların toplusundan ibarətdir.