Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birinci Məşrutiyyət
Birinci Məşrutiyyət — Osmanlı İmperiyasında 1876-cı ildə II Əbdülhəmid tərəfindən elan edilən konstitusional idarəetmə forması. == Arxa plan == Osmanlı İmperiyasının iqtisadi problemləri 17-ci əsrdən etibarən torpaqların itirilməsi və davamlı büdcə kəsirləri verməsi ilə başlandı. Avropa dövlətləri ilə imzalanan sərbəst ticarət sövdələşmələriylə ölkəyə gələn mallardan aşağı gömrük vergiləri alınırdı. Bu həm dövlətin gəlirlərini azaltmış, həm də yerli sənayenin geriləməsinə səbəb olmuşdu. İqtisadi problemlərlə yanaşı, xüsusilə, 1789-cu il Fransız inqilabının təsiri ilə yayılan azad yönümlü düşüncələr və millətçilik axını Osmanlı İmperiyasını da bürüdü. Balkanlarda 19-cu əsrdə müstəqillik tələbilə etirazlar başlandı. Balkanlarda və Orta Şərqdə maraqların toqquşmasından əziyyət çəkən Avropa dövlətləri ilə Çar Rusiyası da zamanla bu hərəkatları dəstəklədilər. Osmanlı sərhədləri daxilində qeyri-müsəlman xalqların vəziyyətlərinin düzəldilməsi səbəbilə İmperiyanı islahatlar keçirməyə məcbur etdilər. 1839-cu ildəki Tənzimat Fərmanı ilə 1856-cı ildəki İslahat Fərmanının elanları bu şəraitdə reallaşdı. == İnkişafı == Digər yandan, 1860-cı illərdə bir aydın hərəkat olaraq Gənc Osmanlılar ortaya çıxdı.
Məhdudiyyət yoxlaması
Məhdudiyyət yoxlaması (en. limit check) – proqramlaşdırmada: müəyyən informasiyanın məqbul məhdudiyyətlərə uyğunluğunu yoxlamaq üçün test. Məsələn, verilmiş massivin elementlərindən savayı bütün yaddaşı yeniləyən (yenidən yazan) proqram bu massivə daxil olmayan bütün verilənləri silir. Buna görə də məhdudiyyət yoxlaması proqramlarda tez-tez istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkinci Məşrutiyyət
İkinci Məşrutiyyət — Osmanlı Konstitusiyasının 29 il fasilədən sonra, 23 iyun 1908-ci ildə yenidən elan edilməsiylə başlayan və "Məbuslar Məclisi"nin Sultan Vahidəddin tərəfindən 11 aprel 1920-ci ildə ləğv edilməsi ilə sona çatan dövrü əhatə edir. Bu dövr parlament sistemi, seçki, siyasi partiya, hərbi çevriliş və diktarorluğa şahidlik etmişdi. İki böyük müharibə (Balkan müharibələri və I Dünya Müharibəsi) və İmperiyanın dağılması da bu dövrdə baş vermişdi. Birinci Məşrutiyyət rəsmi olaraq sona çatmadığından və konstitusiya dəyişmədiyindən, bəzi tarixçilər bu dövrü vahid Məşrutiyyət dövrünün ikinci hissəsi adlandırırlar. == Bərpaolunma == İkinci Məşrutiyyətin elanından dərhal sonra seçkilər keçirildi. Seçkilərdə əsas iki partiya, İttihad və Tərəqqi ilə liberal yönlü Əhrar Firqəsi idi. Seçkini ittihadçılar qazandı. Seçkinin ardından yaranan yeni Məclis-i Məbusan 17 dekabr 1908-ci ildə fəaliyyətə başladı.Osmanlı İmperiyasının son dövrünə öz damğasını vuran əsas ünsürlərdən olan İkinci Məşrutiyyət, həm də Türkiyə Cümhuriyyətinin quruluş illərinə də güclü təsir etmişdir. == Birinci dövr, 1908 == Bu zaman ölkəni pərdə arxasından idarə edən İttihad və Tərəqqi rəhbərliyinə qarşı bəzi çevrələrdə qeyri-məmnunluq getdikcə artdı. 6 aprel 1909 günü müxalif jurnalist Həsən Fəhmi Bəyin bir İttihad və Tərəqqi fədaisi tərəfindən öldürülməsi İstanbulda böyük etirazlara yol açdı.
Məsumiyyət muzeyi
Məsumiyyət Muzeyi (tur. Masumiyyet Müzesi) - 29 Avqust 2008-ci ildə Nobel mükafatına laiq görülən Türk yazar Orxan Pamukun romantik janrda yazılmış romanıdır. İletişim Nəşriyyat Evi tərəfindən təqdim edilən kitab qızı Rüyaya həsr olunmuşdur. Pamukun on illik fəaliyyəti nəticəsində gündəlik həyat, şəkil, dostluq, cinsəllik, təklik, xoşbəxtlik, qəzet və televiziya, ailə kimi mövzuların da olduğu romanlar yaratmışdır. Roman, Türkiyədə bazara çıxdıqdan sonrakı ilk üç gündə ən çox satanlar siyahısında birinci sıraya yerləşdi.1975-ci ildə başlayan hekayə, tekstil zəngini Basmacı ailəsinin oxumuş 30 yaşındakı oğulları Kamal ilə uzaq qohumları, yoxsul Keskin ailəsinin 18 yaşındakı gözəl qızı, təzgahda mal satan Füsun arasındakı eşqi izah etməkdədir. Romanın tərcümə hüquqları, kitab təqdim edilmədən qabaq satıldı və Türkiyədən sonra ilk dəfə Almaniyada "Das Museum der Unschuld" adıyla yüz min ədəd basılacağı bildirildi. New York Times tərəfindən "2009-cu ilin ən yaxşı kitabları" siyahısında yer almışdır.Orxan Pamuk, həyatı boyunca yığdığı, topladığı obyektləri, roman ilə eyni adı daşıyan bir muzey quraraq burada sərgiləməyə başladı. Məsumiyyət Muzeyi 28 aprel 2012-ci ildə açıldı. Orhan Pamuk tamamilə fərdi sərvətindən xərcləyərək boynuna götürdüyü muzey, Çukurcumada yerləşən, 1897 istehsalı üç mərtəbəli tarixi bir binada yerləşir. == Yazılma müddəti == Masumiyyət Muzeyinin örtüyü Pamukun yazı və muzeyində yaratdığı köhnə fotoşəkillərdən hazırlanmış bir kolajdan ibarətdir.