Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məlaikə namazı
Məlaikə namazı, Rəbbin Mələyi duası və ya Angelus (/ˈændʒələs/ ; Latın dilində "mələk" deməkdir) – Mücəssəmə və Müjdəni xatırladan bir katolik sədaqəti. Bir çox katolik dualarında olduğu kimi, Angelus adı da onun başlanğıcından — mətnin ilk bir neçə sözündən götürülmüşdür: Angelus Domini nuntiavit Mariæ (" Rəbbin mələyi Məryəmə xəbər verdi"). Sədaqət sirri izah edən üç Bibliya ayəsini oxumaq və cavab olaraq " Salam Məryəm " duası ilə əvəz etməklə həyata keçirilir. Angelus, "abid duası" adlanan bir növ dua nümunəsidir. İbadət ənənəvi olaraq Roma Katolik kilsələrində, monastırlarda, şapellərində və möminlər tərəfindən gündə üç dəfə oxunurdu: səhər, günorta və axşam (adətən Vespersdən əvvəl və ya sonra). Sədaqət bəzi Anqlikan, Qərb Riti Ortodoks və Lüteran kilsələri tərəfindən də icra edilir. Angelus adətən dua çağrısı və hər kəsə xoş niyyət yaymaq üçün çağırış olan Angelus zənginin çalınması ilə müşayiət olunur. Duada bəhs edilən mələk Allahın Oğlu olan İsaya hamilə qalacağını Məryəmə vəhy edən Allahın elçisi Cəbrayıldır (Luka 1:26–38). == Mətn == === Latın dilində === Ave Maria, gratia plena, Dominus tecum. Benedicta tu in mulieribus, et Benedictus fructus ventris tui, Iesus.
Məlayir
Məlayir (keçmiş adı Dövlətabad) — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 153748 nəfər və 40750 ailədən ibarət idi.
Məlayir şəhristanı
Məlayir şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Məlayir şəhəridir. Şəhristanın digər şəhərləri arasında Əzəndəryan, Cövkar, Samin və Zəngənə şəhərləri də vardırlar. == Ərazi == Məlayir şəhristanın ərazisi 3210 km²-dir. Şəhristan Həmədan ostanının cənub və cənub-şərqi qismlərini əhatə edir. Şəhristanın Həmədan ostanı daxilindəki həmsərhəd bölgələri Nəhavənd, Tuysirkan və Həmədan şəhristanları, ostanın xaricində isə Luristan və Mərkəzi ostanlarının əraziləridir. == Əhali == Rəsmi olaraq Məlayir şəhristanının əhalisi: 1996 s.a. əsasən 297,062 nəfər 2006 s.a. əsasən 73,755 ailədə 285,272 nəfər === Milli tərkib === Şəhristan əhalisi əsasən lurlardan, qismən azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar: Məlayir şəhristanının şimalında yerləşən Cövkar bəxşindəki Əzəndəryan şəhəri və onun ərafındakı 40 kəndin əhalisi, xüsusilə Türk-i Şərqi, Türk-i Qərbi və Əlməhdi dehistanlarının (qəsəbələrinin) əhalisi azərbaycanlılardan ibarətdir.
Məleykə Abbaszadə
Abbaszadə Məleykə Mehdi qızı (23 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri. == Həyatı == Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirib M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib və Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin edilib. 1975–1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N. N. Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib, 1977–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V. M. Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987–1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M. Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan "İstedad" assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib. == Fəaliyyəti == Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini, 2000-ci ilin oktyabr ayından isə TQDK-nın sədri vəzifəsinə təyin olunmuşdur. M. Abbaszadənin rəhbərliyi ilə 1994-cü ildə Komissiyada fənlər üzrə daimi fəaliyyət göstərən, bütün pedaqoji ictimaiyyətə açıq olan elmi-metodiki seminarlar təşkil edilmiş, sonrakı il Komissiyada bütün fənlər üzrə ekspert şuraları və testlər bankı yaradılmış, tələbə qəbulunun elmi-statistik təhlilinin aparılması və araşdırmanın nəticələrinin nəşr edilib.
Məleykə Ağazadə
Məleykə Ağazadə (3 sentyabr 1929, Bakı – 24 aprel 2019) — Azərbaycan aktrisası. == Həyatı == Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlamışdır. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxumuşdur. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmişdir. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynamışdır. 1972-ci ilə qədər filmlərə çəkilmişdir. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır.
Məleykə Rzayeva
Məleykə Səma
Məleykə Səma (Məleykə Əhmədova) — Qarabağ müharibəsinin ilk günlərindən həkim-cərrah olaraq ermənilərlə döyüşlərdə yaralanmış yüzlərlə Azərbaycan əsgərini ölümdən qurtaran birinci dərəcəli tibb xidməti kapitanı, "Azərbaycan bayrağı" ordenli. == Həyatı == Məleykə Səma Ermənistanın Loru mahalının Allahverdi (Tumanyan) rayonunda anadan olmuşdur. Məleykənin üç qardaşı şəhid olub, atası Əhməd kişi isə üçüncü şəhid oğlu - Kamandarın ölümünə dözməyərək həyatla vidalaşıb. 1988-ci ildə Ermənistandan qovularkən qardaşı Yaqub Əhmədov ermənilər tərəfindən qətlə yetirilmişdir. Daha sonra kiçik qardaşı 16 yaşlı Səyyad Əhmədov da ermənilər tərəfindən suda boğularaq öldürülmüşdür. Böyük qardaşı Kamandar Əhmədov Qarabağ uğrunda müharibədə şəhid olmuşdur. Kamandar Əhmədov Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bakı küçələrindən biri Kamandar Əhmədovun adını daşıyır. 2006-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məleykə prezident İlham Əliyevin sərəncamına əsasən, İkinci Fəxri xiyabanda dəfn edilibdir.
Məleykə Şahmərdanova
Məleykə Ağazadə (3 sentyabr 1929, Bakı – 24 aprel 2019) — Azərbaycan aktrisası. == Həyatı == Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlamışdır. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxumuşdur. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmişdir. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynamışdır. 1972-ci ilə qədər filmlərə çəkilmişdir. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır.
Məleykə Əsədova
Məleykə Əsədova (tam adı: Məleykə Əlifağa qızı Əsədova; 23 aprel 1966, Neftçala) — Azərbaycan müğənnisi və aktrisası, Azərbaycan Respublikasının Xalq artisti (2000). == Həyatı == Məleykə Əlifağa qızı Əsədova 1966-cı il aprel ayının 23-də Neftçala rayonunda anadan olub. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Məleykə Əsədova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub. Bu kollektivdə çalışan aktrisa teatrın beş tamaşasında rol oynayıb. Həmin səhnə obrazları aşağıdakılardır: Gültəkin ("Aydın", Cəfər Cabbarlı), Nəzifə ("Dağ tikirik", Vaqif Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı", Rəhman Əlizadə), Sədəf (Sultanqulu körpüsü, İsi Məlikzadə), Leyli ("Leyli və Məcnun", Məhəmməd Füzulinin eyniadlı poeması əsasında dramatik kompozisiya). 1993-cü ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub. Onun səhnə rolları bioqrafiyasına Akademik teatrda ifa etdiyi aşağıdakı rollar daxildir: Dilarə ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Nübar ("Məhəbbət yaşadır", Nahid Hacızadə), Şahanə ("Ana intiqamı", Vidadi Babanlı), Kordeliya ("Kral Lir", Uilyam Şekspir), Şirin ("Fərhad və Şirin", Səməd Vurğun), Selcan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Çılğın ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Arzu ("İkinci səs", Bəxtiyar Vahabzadə), Gültəkin ("Aydın", Cəfər Cabbarlı), Züleyxa və Kleopatra ("Misir gecələri", Məmməd Səid Ordubadi, Nazim Hikmət, Uilyam Şekspir), Nurcahan ("Mənim günahım", İlyas Əfəndiyev), Qadın ("Cəhənnəm sakinləri", Elçin). Azərbaycan Dövlət Televiziyasında hazırlanmış teletamaşalarda müxtəlif obrazlar yaratmışdır: Jalə ("Yad qızı", Orxan Kamal), Əfsanə ("İtkin gəlin" Əlibala Hacızadə), Cavidan ("Dodaqdan qəlbə", Rəşad Nuri Güntəkin), Sara ("Apardı sellər Saranı", Kəmalə Ağayeva), Xurşidbanu Natəvan ("Güllələnmiş heykəllər", Hüseynbala Mirələmov) Məleykə Əlifağa qızı Əsədova 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adı ilə təltif olunub. Prezident mükafatçısıdır.
Piruz (Məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. == Əhali == Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Pəri (məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. == Əhali == Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Zəngənə (Məlayir)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Məlikə ayıca
Məlikə ayıca (lat. Collimorpha dominula) — pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. == Təsviri == Qanadları açılmış halda 50-54 mm-dir. Ön qanadları yaşılımtıl-qaradır, bəzən göy rəngə çalır. Üzərində 3 ədəd iri sarımtıl-ağ rəngli ləkə, 3 ədəd kiçik sarı rəngli ləkə vardır. Arxa qanadlar qırmızı rəngdədir, ön və arxa kənarlarında, o cümlədən, zirvəsində iri qara ləkələr var. Döşündə iki sarımtıl zolaq, qarıncığ arxa qanadlar kimi qırmızıdır, hər buğum üzərində üçkünc qara ləkələr birləşərək zolaq əmələ gətirmiş və qarıncığın sonuna qədər uzanmışdır. == Yayılması == Rusiya və Avropanın cənubu və şimalında, Qafqazda və Kiçik Asiyada rast gəlinir. Azərbaycanda isə Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən zonaları və Naxçıvan MR-da yayılmışdır. == Həyat tərzi == Böyük və Kiçik Qafqazın dağətəyi və dağlıq meşələri, kolluqlar.
Məlikə Pekel
Məlikə Pekel (türk. Melike Pekel) — türk futbolçu, Reyms klubunun hücumçusu. == Klub karyerası == O, karyerasına Şrobenhauzen gənclər komandasında başlayıb. 2012/13 mövsümündə Almaniyanın Bezirksoberliga Svabiada Schwaben Augsburgun ikinci komandasında oynamağa başladı. Bir oyun keçirdikdən sonra "Cənub" Regionalliqasında oynayan əsas komandaya transfer olunur. İki mövsümdə 40 liqa matçında 20 qol vurur. 2013/14 mövsümündə "Cənub" Regionalliqasının bombardiri olur. 2014/15 mövsümünün başlaması ərəfəsində "Bavariya" klubunun rəhbərliyi Pekeli İkinci Bundesliqa "Cənub"da çıxış edən əvəzedici komandaya transfer edilir. 2014-cü il dekabrın 7-də Münhen komandasının baş məşqçisi Tomas Vyorle onu qadınlar arasında Bundesliqa çərçivəsində Frankfurtla oyun üçün əsas komandaya çağırıb. Mövsümün sonuna qədər o, əsas komandada daha iki oyun keçirib.
Məleykə Cahan Bəyim
Məleykə Cahan Bəyim (1875, Tehran – 1947, San-Remo, Liquriya) 1875- ci ildə Tehranda anadan olmuşdur. == Həyatı == Məhəmməd Əli Şahın həyat yoldaşı, Şahbanusu (şahın həyat yoldaşı), Qacar sülaləsinin üzvü, Əhməd Şah Qacarın anasıdır. Atası Kamran Mirzə Qacar Naib əs-Səltənədir ( Nəsirəddin Şah Qacarın oğlu). Şahilə evləndikdən sonra "Kraliça Cahan" adlandırıldı. Hər halda, bunun da mənası "Məleykə-ye Cahan"la eynidir və dünyanın kraliçası deməkdir. == Sürgün illəri == İranda Rza şah başda olmaqla Pəhləvi sülaləsi Qacar sülaləsini devirdikdən sonra, digər sülalə üzvləri ilə birlikdə Avropaya köçərək San-Remoda yaşamışdır. Məhəmməd Əli şahın ölümündən sonra (1925) ailənin birlikdə saxlanmasında böyük rolu olmuşdur. Bu illərdə "Borhan-ol-İman"ı (İmanın səbəbinin mənası) yazmışdır. Bu əsərə öz dualarını və bəzi dualar barədə qeydlərini yazmışdır.
Melike İlgün
Melike İlgün (1974, İskəndərun, Hatay ili) türkiyəli jurnalist, yazıçı. == Həyatı == Adanalı bir ata ilə manisalı bir ananın ilk uşağı olaraq 1974-cü ildə İskəndərunda dünyaya göz açıb. Orta və lisey təhsilini İstiklal Makzume Anadolu Liseyində bitirdikdən sonra, İstanbul Universiteti Hüquq fakültəsində təhsil həyatına davam etdi . Kanal E, Kanal 6, Radikal Gazetesi, Kanal D və Show TV-də müxbir olaraq çalışıb . Kanal 6-da həftəsonu ana xəbər bülletenində, Show TV-də həftəiçi hər gecə yayımlanan Melike İlgün ile Son Haber proqramını təqdim etdi . Kanaltürkdə 4 il ana xəbər aparıcılığı və xəbər redaktorluğu etdi . Gazeteport-da köşə yazıları yazdı. İlk kitabı Kamala Eren Qadınlar fevral 2009, ikinci kitabı Enver Paşanın Sultanı iyun 2011-ci ildə və son kitabı Bir Başvekil Sevdim iyun 2013 nəşr olundu. Evli olan İlgün iki uşaq anasıdır.
Melike İpek Yalova
Melike İpek Yalova (29 aprel 1984, İstanbul) — Türkiyə aktrisası.
Melike İpək Yalova
Melike İpek Yalova (29 aprel 1984, İstanbul) — Türkiyə aktrisası.