Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məməlilər
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Dişsiz məməlilər
Cücüyeyənlər (lat. Pilosa) — kəmdişlilər dəstəüstünə aid heyvan dəstəsi.
Məməlilər sinfi
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
İlk məməlilər
İlk məməlilər (lat. Prototheria) — məməlilərin özündə həm məməlilərə, həm də sürünənlərə xas xüsusiyyətləri əks etdirən yarımsinfi. Bu sinfə aid yeganə müasir birdəliklilər dəstəsi var. İlk məməlilər sayı çox olmayan növləri Avstraliyada yaşayırlar.
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər — bura 14 növ məməli daxil edilmişdir.
Dəniz məməliləri
Dəniz məməliləri — bütün ömürlərini və ya ömürlərinin bir hissəsini suda keçirən məməlilərdən ibarət olan heyvan növləri. Bəzi dəstələr bütünlüklə su həyatı keçirirlər: sirenlər, balinakimilər, pərayaqlılar — qulaqlı suitilər, əsl suitilər, morjlar. Bundan əlavə Dələlər (dəniz samuru və pişik susamuru) və ayıkimilərə (ağ ayı) aid bir necə növ daxildir. Ümumilikdə isə məməlilərin 2,7 % (128 növ) bu qəbildəndir. Dəniz məməliləri əsasən yırtıcılardır və balıq, dəniz məhsulları ilə qidalanırlar. == Dəniz məmnəlilərinin sistemləşdirilməsi == Hal-hazırda ənənəvi olaraq aşağıda sadalanan beş qrupa bölünən dəniz məməlilərinin 128 növü vardır. Dəstə Sirenia: Sirenlər Fəsilə Trichechidae: Lamantinlər (3 növ) Fəsilə Dugongidae: Dyoqonlar (1 növ) Dəstə Cetacea: Balinakimilər Alt dəstə Mysticeti: Bığlı balinalar (14 və ya 15 növ) Alt dəstə Odontoceti: Dişli balinalar (73 növ) Dəstə Carnivora: yırtıcılar Pərayaqlılar Fəsilə Phocidae: Əsl suitilər (20 növ) Fəsilə Otariidae: Qulaqlı suitilər (16 növ) Fəsilə Odobenidae: Morjlar (1 növ) Fəsilə Mustelidae: Dələlər Dəniz samuru (Enhydra lutris) Pişik susamuru (Lontra felina) Fəsilə Ursidae: Ayılar Ağ ayı (Ursus maritimus)Əvvəllər Pərayaqlılar müstəqil Pinnipedia dəstəsinə daxil edilirdi.
Azərbaycanda məməlilərin siyahısı
Azərbaycan Respublikası ərazisində 109 məməli növü məlumdur. Siyahıdakı 109 növdən, 2-si nəsli kəsilmə təhlükəsi olan növlər, 5-i həssas növlər və 13-ü nəsli kəsilmə təhlükəsinə yaxın olan növlər. Aşağıdakı qısaltmalar IUCN dəyərləndirmələrinə əsasən növün nəslinin kəsilmə təhlükəsinin ifadə edir == Siyahı == == Xarici keçidlər == Məməlilər — Zoologiya. Az Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Azərbaycanın Qırmızı Kitabına (2-ci nəşr) daxil edilmiş fauna növlərinin siyahısı — Eco. Gov.
Antarktikada yayılmış məməlilərin siyahısı
Bu siyahıda Antarktika ərazisində və Antarktidanın sahil zolağına daxil bölgələrdə, Hind okeanı, Atlantik okean və Sakit okeanın cənub bölgələrində yayılmış məməlilər yazılmışdır. Burada ey heyvanları qeydə alınmamışdır. Siyahıda 17 növ dəniz canlısı daxildir. Seyval (Balaenoptera borealis), Finval (Balaenoptera physalus) və Göy balina (Balaenoptera musculus) qorunan canlılar siyahısına daxildir. === Yırtıcılar dəstəsi (Carnivora) === Yarımdəstə: İtkimilər (Caniformia) Fəsilə: Əsl suitilər (Phocidae) Cins: Hydrurga Dəniz bəbiri (Hydrurga leptonyx) LC Cins: Leptonychotes Ueddell suitisi (Leptonychotes weddellii) LC Cins: Lobodon Yengəcyeyən (Lobodon carcinophaga) LC Cins: Mirounga Cənub dəniz fili (Mirounga leonina) LC Cins: Ommatophoca Adi ross suitisi (Ommatophoca rossii) LC === Balinakimilər dəstəsi (Cetacea) === Yarımdəstə: Bığlı balinalar (Mysticeti) Fəsilə: Hamar balinalar (Balaenidae) Cins: Cənub balinaları (Eubalaena) Cənub balinası (Eubalaena australis) LC Fəsilə: Balaenopteridae (Balaenopteridae) Cins: Balaenoptera Balaenoptera acutorostrata (Balaenoptera acutorostrata) LC Seyval (Balaenoptera borealis) EN Finval (Balaenoptera physalus) EN Göy balina (Balaenoptera musculus) EN Cins: Megaptera Qozbel balina (Megaptera novaeangliae) LCYarımdəstə: Dişli balinalar (Odontoceti) Fəsilə: Dəniz donuzları (Phocoenidae) Cins: Dəniz donuzu (Phocoena) Eynəkli dəniz donuzu (Phocoena dioptrica) DD Fəsilə: Ziphiidae (Ziphiidae) Cins: Berardius (Berardius) Berardius arnuxii (Berardius arnuxii) DD Cins: Butulkaburun delfinlər (Hyperoodon) Hyperoodon planifrons (Hyperoodon planifrons) LC Fəsilə: Cephalorhynchus (Delphinidae) Cins: Cephalorhynchus (Cephalorhynchus) Kommerson delfini Cephalorhynchus commersonii DD Cins: Qısabaş delfinlər (Lagenorhynchus) Lagenorhynchus cruciger Lagenorhynchus cruciger LC Cins: Orka (Orcinus) Osa Orcinus orca DD == İstinadlar == == Mənbə == "The IUCN Red List of Threatened Species". International Union for Conservation of Nature. 2010. 2012-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 мая 2013. "Animal Diversity Web".
Azərbaycan məməlilərinin siyahısı
Azərbaycan Respublikası ərazisində 109 məməli növü məlumdur. Siyahıdakı 109 növdən, 2-si nəsli kəsilmə təhlükəsi olan növlər, 5-i həssas növlər və 13-ü nəsli kəsilmə təhlükəsinə yaxın olan növlər. Aşağıdakı qısaltmalar IUCN dəyərləndirmələrinə əsasən növün nəslinin kəsilmə təhlükəsinin ifadə edir == Siyahı == == Xarici keçidlər == Məməlilər — Zoologiya. Az Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Azərbaycanın Qırmızı Kitabına (2-ci nəşr) daxil edilmiş fauna növlərinin siyahısı — Eco. Gov.
Dəvəlilər
Dəvəlilər Güney Azərbaycanda (əsasən Qaradağ mahalında) yaşayan türkdilli tayfa. Qacarların bir qoludur. Maldarlıq və əkinçiliklə məşğul olurlar. Qacarlar dövlətində (1796-1925) mühüm rol oynayıblar.
Məmunilər
Məmunilər—Xarəzmdə hökm sürən bir xanədan (995-1017). == Tarixi == Xanədan adını, Samanilərin Gürgənç valisi Əbül-Abbas Məmun ibn Məhəmməddən alır. Qaraxanlıların 992-ci ildə Buxaranı işgalları sırasında Məmunun Samanilərə yardım etdiyi bilinməkdədir. Məmun Gürgənçdə oturur və Xarəzmin qərbini əlində saxlayırdı. Ancaq güclənər-güçlənməz Amudəryanın sağ tərəfındaki Kas (Kat) mərkəz olmaq üzərə Xarəzmin digər qisımlarını idarə ədən Afriqilər ilə mücadiləyə başladı; 995-ci ildə Əbu Abdullah Məhəmməd ibn Əhmədi bərtərəf edib, “xarəzmşah” ünvanını aldı. Arxasından, Afrigoğullarından Əbu Abdullaha əsir düşən müttəfiqi Əbu Əli Simcurini qurtarmaq bəhanəsiylə Cənubi Xarəzmə hücum ədərək ticarətdən dolayı çox zəngin olan bu bölgəni torpaqlarına qatdı (995). Məmun öz mühafizları tərəfından öldürülüncə yerinə oğlu Əbül-Həsən Əli keçdi (387/997) və Qəznəli Sultan Mahmudun bacılarından Kəhkalci xatın ilə evlənərək siyasi nüfuzunu artırma yoluna getdi. Onun zamanında Samani Şahzadəsi İsmail ibn Nuh əl-Müntasır Xarəzmə gəlmiş və sağladığı yardımla Qaraxanlıları Buxaradan uzaqlaşdırmağı bacarmışdı (390/1000). Əbül-Həsən Ali 399 (1008-ci) il civarında vəfat etdi və taxta Məmunun diğər oğlu Əbül-Abbas II. Məmun gəçti; kardəşinin dul karısı Kəhkalci ilə əvləndi. Abbasi xəifəsi Qadir-Billah, II Məmuna bir mənşurla birlikdə xələt və sancaq göndərdi; ayrıca ona “Eynüddövlə” və “Zeynül-millə” ləqəb və ünvanlarını verdi.
Mərəşilər
Mərəşilər, Maraşılar (maz. مرعشیون)-İranın Təbəristan regionunda qurulmuş ərəb əsilli və Şiə sülaləsi idi.Bu sülalənin banisi Mirbozorg idi.O, Mərəşi seyidlərindən idi ki, nəsəbləri İmam Zeynül-Abidinin törmələrindən olan Əli əl Mərəşə yetişirdi.Paytaxtları Sari, Amul və Vatasan şəhərləri olub.
Məşədilər
Məşədilər (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Məşədilər (Tovuz)Məşədilər (Alakol) — Azərbaycanın Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. Məşədilər (Yanıqlı) — Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd.
Yəmənlilər
Yəmənlilər, Yəməndə yaşayan ərəblər. Yəmənlilərin sayı 19,7 min nəfər (2005 il.) təşkil edir. Təqribi olaraq 1,5 mln nəfəri Fars körfəzi regionunda məskunlaşmışdır. == Yaranması == Yəmənlilər Ərəbistan yarımadasının cənubunda yayılmış köklü xalq. == Tarixi == Qədim zamanlarda Cənubi Ərəbistan ərazisində əkinci bir sivilizasiya mövcud olmuşdur. Yəmən ərazisində Main, Kataban, Ausan, Hadramaut, Səba və Himyar dövlətləri bir-birini əvəz etmişdir. IV əsrdə Yəmən ərazisini qısa müddətə də olsa Aksum çarlığı tərəfindən işğal edilmişdir. 570-ci ildə Yəmən farslar tərəfindən ələ keçirilir. İslam 628-ci ildə Yəməndə yayılması ilə bölgə Sasanilərin nəzarətindən çıxır. XVI əsrdə Yəmən Osmanlı imperiyasının tərkibinə qatılır.
Çənəlilər
Ağızçənəlilər (lat. Gnathostomata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan infratipi.
Çərəlilər
Çərəlilər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. 2009-cu il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır. == Tarixi == Çərəlilər Bərdə rayonunun Mollalı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsini Qubadlı rayonunun Çərəli kəndindən gəlmiş ailələrin saldığı haqqında məlumat verilir. Etnotoponimdir.
Məsəllər
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "Qələt yağ küpəsindədir", "Dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "Ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Əməvilər
Əməvilər (ərəb. الأمويون‎) və ya bəni Üməyyə ‏(ərəb. بنو أمية‎) — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsi. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Məşədilər (Cəlilabad)
Məşədilər — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kənd Burovar silsiləsinin ətəyində yerləşir. Yaşayış məntəqəsi məşədilər nəslinin məskunlaşması nəticəsində belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 453 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Məşədilər (Tovuz)
Məşədilər (Alakol) — Azərbaycanın Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. Məşədilər (Yanıqlı) — Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd.
Təkəlilər tayfası
Təkəlilər — Oğuzların Salur boyuna mənsub bir qolu. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Xivə Xanı Əbül Qaziyə görə, Təkə tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Salur Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. " Salur" sözü yurd salan, utaraq həyata keçən mənasında istifadə edilmişdir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur.Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır.
Əməvilər sülaləsi
Əməvilər (ərəb. الأمويون‎) və ya bəni Üməyyə ‏(ərəb. بنو أمية‎) — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsi. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Əməvilər xilafəti
Əməvi xilafəti və ya Dəməşq xilafəti ( 661-750; Böyük Britaniya : / ʊ ˈ m aɪ j æ d , uː ˈ - / , ABŞ : / uː ˈ m aɪ ( j ) ə d , - aɪ æ d / ; Ərəbcə : ٱلْخِلَافَة ٱلْأُمَوِيَّة , romanlaşdırılmış : əl-Xilafət əl-ʾUmawīyah ) dörd böyük xilafətdən ikincisi idi. Məhəmməd peyğəmbərin vəfatından sonra I Muaviyə tərəfindən quruldu . Xilafət Əməvilər sülaləsi tərəfindən idarə olunurdu ( ərəb : ٱلْأُمَوِيُّون , əl-ʾUmawīyūn , və ya بَنُو أُمَيَّة , Banū Umayyah , "övladları ). Ailə Birinci Fitnə başa çatdıqdan sonra altıncı xəlifə olmuş Böyük Suriyanın uzun müddət valisi olmuş Müaviyə ibn Əbi Süfyanla birlikdə sülalə, irsi hakimiyyət qurdu .661-ci ildə. 680-ci ildə I Muaviyənin vəfatından sonra varislik uğrunda ixtilaflar İkinci Fitnə ilə nəticələndi və hakimiyyət nəhayət qəbilənin başqa qolundan olan I Mərvanın əlinə keçdi . Böyük Suriya daha sonra Əməvilərin əsas güc bazası olaraq qaldı, onların paytaxtı Dəməşq idi. Əməvilər , Transoxiana , Sindh , Maqrib və Pireney yarımadasını ( Əndəlus ) İslam hakimiyyəti altına daxil edərək müsəlmanların fəthlərini davam etdirdilər. Ən böyük ölçüdə Əməvi Xilafəti 11.100.000 km 2 (4.300.000 sq mi) ərazini əhatə etdi və bu onu ərazi baxımından tarixin ən böyük imperiyalarından birinə çevirdi. İslam dünyasının əksər hissəsində sülalə 750-ci ildə Abbasilərin başçılıq etdiyi üsyan nəticəsində devrildi. Sülalədən sağ qalanlar Əmirlik şəklində olan Kordovada möhkəmləndilər.və sonra xilafət , İslam Qızıl dövründə dünya elm, tibb, fəlsəfə və ixtira mərkəzinə çevrildi.
Coğrafiyadan məsələlər (kitab)
Coğrafiyadan məsələlər kitabı - kitabın müəllifi Bərdə şəhər Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-liseyin coğrafiya müəllimi, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, 2008/2009 tədris ilinin “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Rəna Həsənovadır. == Kitab haqqında == Abituriyentlər üçün nəzərdə tutulan kitab, təhsildə ilk və yenidir. Bu kitab coğrafiya fənnində istifadə olunan məsələlərdən ibarətdir. Vəsait yeni tədris proqramları və dərsliklər əsasında hazırlanmışdır. Сoğrafiya elmində riyazilik həmişə öz əksini tapmışdır. Bu vəsaitin müsbət cəhətlərindən biri də onun coğrafiyanın müxtəlif bölmələrinə aid məsələlərin mahiyyətini açıb və həlli yollarını göstərməsidir. Abituriyentlər üçün praktiki əhəmiyyət kəsb edən bu vəsait qəbul imtahanına hazırlaşarkən çox faydalı olacaq vəsaitdir. Coğrafiyadan çalışmalar kitabı ümumtəhsil məktəblərinin aşağı və orta siniflərində dərs proqramları və vəsaitləri pilləlik prinsipi üzrə - aşağı siniflərdə ötəri, bəsit şəkildə öyrədilənlərin yuxarı siniflərdə nisbətən dərindən öyrədilib mənimsədilməsi prinsipi əsasında tərtib olunub. == Mənbə == Rəna Həsənova, "Coğrafiyadan məsələlər". Bakı, “Elm və təhsil”, 2013.
Məşədilər (Alakol, Tovuz)
Məşədilər — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd məşədilər nəslinin indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Məşədi nəslindən olanlar, məşədigillər" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Mirzəyev Eltac Fizuli oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Məşədilər kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Məşədilər (Yanıqlı, Tovuz)
Məşədilər — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli məlumata görə, kəndin keçmiş tam adı Məşədiyusiflər olmuşdur. Sonralar oykonimin tərkibindən Yusif komponenti düşmüşdür. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Cınqıldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Məşədilər kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Sətirlər üzərində əməllər
Sətirlər üzərində əməllər(string operations,операции над строками,dizgi işlemleri)-sətirlər üzərində yerinə yetirilən əməllər. Tutaq ki, A dəyişəni “ÜZEYİR” sətrini, B dəyişəni isə “HACIBƏYLİ” sətrini ifadə edir. Aşağıda Java dilində bəzi nümunələr verilib: 1.İki sətrin eyni olub-olmamasını bilmək üçün onları müqayisə etmək. Məsələn, A.equals(B) (başqa proqramlaşdırma dillərində A==B, yaxud A=B) yalan olacaq. 2. Bir sətrin əlifba üzrə obiri sətirdən öndə gəlməsini müəyyənləşdirmək. Məsələn, A.compareTo(B)<=0 yalan olacaq (çünki ÜZEYİR sətri əlifba üzrə HACIBƏYLİ sətrindən sonra gəlir). Başqa proqramlaşdırma dillərində bu, A<B kimi ifadə olunur. Əlifba sırası Unicode simvol kodlarının əsasında müəyyən olunur, ona görə də kiçik hərflər böyük hərflərdən sonra gəlir (Bax: UNICODE). 3. Sətirləri ardarda qoşmaq (konkatenasiya). Məsələn, A+“ ”+B nəticəsində “ÜZEYİR HACIBƏYLİ” alınacaq.
Zerrin Egelilər
Zerrin Egeliler — Türkiyə erotik filmlər dövrünün aktrisası; rəqqasə; müğənni. == Həyatı == Əsl adı Hatice Egelilərdir. 1942-ci il may ayının 1-ində İstanbulda anadan olmuşdur . İstanbul qız liseyini bitirmiş və sənət həyatına foto roman oyunçusu olaraq daxil olmuşdur. Bir çox foto romanda rol almışdır. O, kinoya ilk dəfə 1972-ci ildə kiçik rolda çəkildiyi "Solan Yaprak" filmiylə qədəm qoymuşdur. 1977-ci ildə baş rolunu Türkan Şorayın canlandırdığı "Dila Hanım" filmində oynadığı 2-ci dərəcəli rol ilə kino sevərlərin diqqətini cəlb etdi. Və 1978–1979 cu illərdə erotik türk filmlərində çəkilərək bu janrın "Türkan Şoray"-ına çevrildi. 1978-ci ildə 21, 1979-cu ildə isə 37 filmdə oynayan aktrisa karyerası boyu toplam 68 filmdə rol almışdır. 1980-ci ildə keçirilən "İzmir Fuarı"-ında müğənni kimi səhnəyə çıxdı, ancaq sonralar müğənni kimi məşhurlaşa bilmədi.