Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmmədiyyə Cabbarzadə
Məmmədiyə Məhəmməd oğlu Cabbarzadə (10 dekabr 1986; Şəki, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədiyə Cabbarzadə 1986-cı il dekabrın 10-da Şəki şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Məmmədiyə Cabbarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məmmədiyə Cabbarzadə sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədiyə Cabbarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədiyə Cabbarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Xatirəsi == 2023-cü ildə Məmmədiyyə Cabbarzadə haqqında "Ölümsüzlər" sənədli filmi çəkilmişdir.
Məmmədiyyə Yusifzadə
Məmmədiyyə Əhməd oğlu Yusifzadə (1902 – 1987) — Yazıçı, dramaturq; Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (18 noyabr 1982). == Həyatı == Məmmədiyyə Yusifzadə Böyük Vətən müharibəsi başlayan ərəfədə Zaqatala rayon maarif şöbəsinin müdiri vəzifəsində çalışırmış. Müharibəyə getməkdən azad edilməsinə baxmayaraq təkidli müraciətdən sonra nəhayət ki, könüllü olaraq cəbhəyə yollanır. O, Berlinə qədər döyüş yolu keçir və 1946-cı ildə Azərbaycana qayıdır. == Ailəsi == Oğlu Ziya Yusifzadə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri olmuşdur.
Məmmədiyə Cabbarzadə
Məmmədiyə Məhəmməd oğlu Cabbarzadə (10 dekabr 1986; Şəki, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədiyə Cabbarzadə 1986-cı il dekabrın 10-da Şəki şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Məmmədiyə Cabbarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məmmədiyə Cabbarzadə sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədiyə Cabbarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədiyə Cabbarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Xatirəsi == 2023-cü ildə Məmmədiyyə Cabbarzadə haqqında "Ölümsüzlər" sənədli filmi çəkilmişdir.
Məhəmmədiyyə
Məhəmmədiyyə, (ərəb. المحمدية‎, Al-Muhammadia) keçmişdə Fedala (ərəb. فضالة‎; fədl-ül Allah / Fəzlullah adından), Mərakeşin şimal-qərb hissəsində liman şəhəri. Atlantik okeanı sahilində, Kasablanka şəhərinin 24 km şimal-şərqində. 14-cü və 15-ci əsrlərdə taxıl və qurudulmuş meyvə satın alan Avropalı ticarət gəmilərinin diqqət nöqtəsi olan şəhər, 18-ci və 19-cu əsrlərdə zaman-zaman xristian tüccarlarca taxıl ixrac antreposu olaraq istifadə edildi.Şəhərdə 1913-cü ildən sonra fransızlar tərəfindən müasir liman təsisləri quruldu.Şəhər, 1959-cu ildə Mərakeş sultanı V. Məhəmmədin (hd 1927–1961) adını aldı. Ölkə xaricindən limana gələn xam neft şəhərin dərhal cənub-qərbində iştirak edən, ölkənin ən böyük neft rafinerisində işlənir. == Qardaş şəhərlər == Gent, Belçika Zaviyə, Liviya Perpiniya, Fransa Belfor, Fransa Drö, Fransa Noqinsk, Rusiya. Ciyanqyin, Çin.
Əhmədiyyə
Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية‎, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər. İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar.
Məhəmmədiyyə (Kazan)
Kazan Ali Müsəlman Mədrəsəsi Məhəmmədiyyə (tatar. Mökhämmadiya) — Kazan şəhərinin tarixi Köhnə Tatar məskəninin ərazisindəki daha yüksək bir mədrəsədir. Stresdəki mədrəsə binası. Gabdulla Tukaya, 34, respublika əhəmiyyətli mədəni irs obyektidir == Tarix == 1882-ci ildən bəri mövcuddur. Qurucusu görkəmli bir tatar dini xadimi Qalimjan Barudidir. Birmərtəbəli kərpic bina 1883-cü ildə memar M. Ermolaevin layihəsinə əsasən M. I. Galeev tərəfindən inşa edilmişdir. Sonradan ikinci və üçüncü mərtəbələrdə tikildi. 1901-ci ildə on üç mərtəbəli cildinə yeni üç mərtəbəli bir kərpic bina əlavə edildi. Dini lider Zainulla Rasulev, “tatarların mənəvi kralı”, yeni binanın təməlinin ilk daşının qoyulması mərasiminə gəldi. 1918-ci ildə mədrəsə dağıldı, bina təşkilatlara verildi.
Məhəmmədiyyə (Mərakeş)
Məhəmmədiyyə, (ərəb. المحمدية‎, Al-Muhammadia) keçmişdə Fedala (ərəb. فضالة‎; fədl-ül Allah / Fəzlullah adından), Mərakeşin şimal-qərb hissəsində liman şəhəri. Atlantik okeanı sahilində, Kasablanka şəhərinin 24 km şimal-şərqində. 14-cü və 15-ci əsrlərdə taxıl və qurudulmuş meyvə satın alan Avropalı ticarət gəmilərinin diqqət nöqtəsi olan şəhər, 18-ci və 19-cu əsrlərdə zaman-zaman xristian tüccarlarca taxıl ixrac antreposu olaraq istifadə edildi.Şəhərdə 1913-cü ildən sonra fransızlar tərəfindən müasir liman təsisləri quruldu.Şəhər, 1959-cu ildə Mərakeş sultanı V. Məhəmmədin (hd 1927–1961) adını aldı. Ölkə xaricindən limana gələn xam neft şəhərin dərhal cənub-qərbində iştirak edən, ölkənin ən böyük neft rafinerisində işlənir. == Qardaş şəhərlər == Gent, Belçika Zaviyə, Liviya Perpiniya, Fransa Belfor, Fransa Drö, Fransa Noqinsk, Rusiya. Ciyanqyin, Çin.
Məhəmmədiyyə (Məskər)
Məhəmmədiyyə (ərəb. المحمدية‎) — Əlcəzairdə Məskər vilayətində şəhər və kommuna. Məhəmmədiyyə Məskər şəhərinin şimalında və Məstağanəm şəhərinin cənubunda yerləşir. Şəhərdə elektrotexnika və elektronika istehsalı üçün maşınqayırma zavodu var. Məhəmmədiyə Fransanın müstəmləkəsi olduğu dövrdə Perreqo adı ilə Roma dövrünə aid Kastra-Nova şəhərinin xarabalıqları üzərində qurulmuşdur.
Məhəmmədiyyə (dəqiqləşdirmə)
Məhəmmədiyyə (Mərakeş)
Əhmədiyyə Cəbrayılov
Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov (22 sentyabr 1920, Oxud, Nuxa rayonu – 11 oktyabr 1994, Şəki) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri,Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası. == Həyatı == Əhmədiyyə Cəbrayılov 22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"lar ilə təltif olunmuşdur. 1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə buranı Aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Xaçmaz zonası rayonlarında əmək fəaliyyətinə başlayır. 1940-cı ildə Kommunist partiyasına üzv olur. === Müharibədə iştirakı === Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunur.
Əhmədiyyə Ulbaşov
Əhmədiyyə Ulbaşov (qaraç.-balk. Улбашланы Мусаны жашы Ахмадия; 10 mart 1905, Yuxarı Balkariya[d], Kabardino-Balkariya Muxtar Vilayəti[d] – 1965, Nalçik) – balkar şair və nəsr ustası, SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Əhmədiyyə Ulbaşov 1905-ci ilin mart ayında Yuxarı Balkariyanın Şaurdat aulunda Çegemdən olan imam Musa Ulbaşovun ailəsində anadan olub. Kənd məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə təhsil alıb. 1926-1930-cu illərdə Moskvada yerləşən İ.Stalin adına Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra Nalçikdə yerləşən Lenin təlim şəhərciyində müəllim kimi fəaliyyət göstərib. 1935-ci ildə haqqında yazılan donosa görə Stalin repressiyalarını tənqid edən silsilə şeirlərinə görə repressiyaya məruz qalaraq 20 il müddətində Kolımaya sürgün edilib. 1955-ci ildə öz cəza müddəti bitdikdən sonra 1944-cü ildə Orta Asiyaya sürgün edilmiş ailəsinin yanına qayıdır. Öz doğma vətəninə isə 1958-ci ildə qayıdıb. 1966-cı ildə Ulbaşovun işinə SSRİ Ali məhkəməsinin hərbi komissiyası tərəfindən baxılmış və o bəraət qazanmışdır.
Əhmədiyyə məscidi
Əhmədiyyə məscidi və ya Hacı Əhməd Paşa məscidi (gürc. აჰმედიეს მეჩეთი, türk. Ahmediyye Camisi) — Gürcüstanın Axısqa şəhərində, Axaltsix qalası daxilində, XVIII əsrin ortalarına aid dini ibadətgah. Məscidin əsas binasına birbaşa bitişik olan minarə məscidin günbəzi ilə eyni hündürlükdədir (təxminən 15 metr). Məscidin layihəsinin memarı Hacı Əhməd Paşa olub. Məscid binasında hazırda muzey fəaliyyət göstərir. == Tarixi == Bu dini bina uzun əsrlər boyu Osmanlı imperiyasının Mesxetiya və Çıldır əyaləti paşalığını idarə edən Cakeli sülaləsi nümayəndəsi, banisinin şərəfinə Hacı Əhməd Paşanın məscidi də adlanır. Bölgə Osmanlılar tərəfindən zəbt edildikdən sonra Cakeli sülaləsinin şahzadələri İslamı qəbul etdilər. 1747–1758-ci illərdə Axaltsixdə hökmranlıq edən Əhməd paşa məsciddə özü üçün islam qanunlarına zidd olan xüsusi uca yer təşkil etməyi əmr etdi. Belə bir hüquq yalnız sultanlara aid olduğu üçün İstanbul höküməti belə bir hərəkətdə sultanın ali hüquqlarının təhqirini görürdü.
Asakiri Mənsurəyi Məhəmmədiyyə
Asakiri Mənsurəyi Məhəmmədiyyə (Türkcə: Məhəmmədin qalib əsgərləri), Yeniçəri ocağının Vaqiəyi-Xeyriyyə ilə aradan qaldırılmasından sonra, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan yeni ordunun adıdır. 16 iyun 1826 - 1920-ci illərdə fəaliyyət göstərmişdi. De-fakto 1912-ci ildən fəaliyyətinə son verilmişdir. Mudros sülh müqaviləsindən sonra isə fəaliyyəti tamamilə ləğv edilmişdir. Qərargahı İstanbul və Selanikdə olmuşdur. Bu ordudan Rusiya-Osmanlı müharibəsi (1877-1878), Krım müharibəsi, Osmanlı-Yunan müharibəsi (1897) zamanı istifadə edilmişdir. Dindar insanların reaksiyasını azaltmaq üçün Məhəmmədiyyə adın əlavə edildi. Keçmiş yeniçəri ağalarından olan Ağa Hüseyn Paşa birinci olaraq “sərəsgər” adı ilə Asakiri Mənsurəyi Məhəmmədiyyənin rəhbərliyinə gətirildi. Asakiri Mənsurəyi Məhəmmədiyyə “tərtibat” adlandırılan səkkiz qoşundan ibarət idi. Hər tərtibatın başında “mayor” adlandırılan bir komandir var idi.