MƏMMƏDİYYƏ

Məhəmmədin dinindən olan; müsəlman.
MƏMMƏDİSMAYIL
MƏMMƏDKAZIM
OBASTAN VİKİ
Məmmədiyyə Cabbarzadə
Məmmədiyə Məhəmməd oğlu Cabbarzadə (10 dekabr 1986; Şəki, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədiyə Cabbarzadə 1986-cı il dekabrın 10-da Şəki şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Məmmədiyə Cabbarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məmmədiyə Cabbarzadə sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədiyə Cabbarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədiyə Cabbarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Xatirəsi == 2023-cü ildə Məmmədiyyə Cabbarzadə haqqında "Ölümsüzlər" sənədli filmi çəkilmişdir.
Məmmədiyyə Yusifzadə
Məmmədiyyə Əhməd oğlu Yusifzadə (1902 – 1987) — Yazıçı, dramaturq; Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (18 noyabr 1982). == Həyatı == Məmmədiyyə Yusifzadə Böyük Vətən müharibəsi başlayan ərəfədə Zaqatala rayon maarif şöbəsinin müdiri vəzifəsində çalışırmış. Müharibəyə getməkdən azad edilməsinə baxmayaraq təkidli müraciətdən sonra nəhayət ki, könüllü olaraq cəbhəyə yollanır. O, Berlinə qədər döyüş yolu keçir və 1946-cı ildə Azərbaycana qayıdır. == Ailəsi == Oğlu Ziya Yusifzadə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri olmuşdur.