Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avro 2016 final mərhələsi
== UEFA Avopra Çempionatı == 2016-cı il Avropa Çempionatı Fransada keçirildi. İyun ayının 10-da start götürdü. Açılış matçında Fransa və Rumıniya qarşılaşdı. Tarixdə ilk dəfə olaraq budəfəki Avropa Çempionatında 16 yox, 24 komanda 6 qrupda mübarizə apardı. 16 komandalıq çempionatlarda sadəcə 4 qrup olurdu və bu qrupdan birinci-ikinci yeri tutan 2 komanda 1/4 finala vəsiqə qazanırdı. Fransada keçirilən turnirdə isə hər 6 qrupun ilk 2 yerini tutan və 6 qrupdan dördündən 4 ən yaxşı üçüncü seçmə komanda 1/8 finala yüksəldi. Avropa Çempionatı tarixi boyu 1/8 final ilk dəfə oynanıldı. Mərhələnin ilk oyununda Polşa seçməsi əsas vaxtı 1–1 başa çatan oyunun penalti zərbələrində İsveçirə seçməsini məğlub edərək 1/4 finala vəsiqə qazandı. Avropa Çempionatları tarixində ilk dəfə Azərbaycan Pemyer Liqası klubunda oynayan futbolçu turnrin final mərhələsində oynamaq haqqı qazandı. Bu Albaniya millisinin və "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli oldu.
UEFA Avro 1960 (seçmə mərhələsi)
Futbol üzrə 1-ci Avropa çempionatının seçmə mərhələsinin oyunları.
UEFA Avro 1964 (seçmə mərhələsi)
Futbol üzrə 2-ci Avropa çempionatının seçmə mərhələsinin oyunları.
UEFA Avro 1968 (seçmə mərhələsi)
UEFA Avro 1968-in seçmə mərhələsi ikipilləli olmuşdur: qrup mərhələsi (oyunları 1966-1968-ci illərdə keçirilmişdir) və 1/4 oyunları (1968-ci ildə keçirilmişdir). 7 qrupun hər birində dörd, 1 qrupda isə üç komanda mübarizə aparmışdır. Hər komanda rəqibləri ilə iki oyun keçirmişdir (evdə və səfərdə). Sadəcə qrup qalibləri sonrakı mərhələyə vəsiqə qazanmışlar. 1/4 mərhələsinin iştirakçıları öz aralarında iki oyun keçirmişlər (evdə və səfərdə). Hər cütlüyün qalibi final turnirinə vəsiqə əldə etmişdir. == 1-ci qrup == == 2-ci qrup == == 3-cü qrup == == 4-cü qrup == == 5-ci qrup == == 6-cı qrup == == 7-ci qrup == == 8-ci qrup == * Seçmə mərhələsinin 8-ci qrupunun nəticələri Böyük Britaniya Ev Çempionatının 1966/67 və 1967/68 mövsümlərinin nəticələrinin kombinəsi yoluyla formalaşdırılmışdır.
UEFA Avro 1972 (seçmə mərhələsi)
UEFA Avro 1972-nin seçmə mərhələsi ikipilləli olmuşdur: qrup mərhələsi (oyunları 1970-1972-ci illərdə keçirilmişdir) və 1/4 oyunları (1972-ci ildə keçirilmişdir). Otuz iki komanda hər birində dörd komanda olmaqla səkkiz qrupda mübarizə aparmışlar (hər komanda qrupdakı rəqiblərinin hər biri ilə evdə və səfərdə olmaqla iki oyun keçirmişdir). Qrupda birinci yeri tutan komanda 1/4-ə vəsiqə qazanmışdır. 1/4 mərhələsinin iştirakçıları öz aralarında iki oyun keçirmişlər (evdə və səfərdə). Hər cütlüyün qalibi final turnirinə vəsiqə əldə etmişdir.
UEFA Avro 1976 (seçmə mərhələsi)
UEFA Avro 1976-nın seçmə mərhələsi ikipilləli olmuşdur: qrup mərhələsi (oyunları 1974-1976-cı illərdə keçirilmişdir) və 1/4 oyunları (1976-cı ildə keçirilmişdir). Otuz iki komanda hər birində dörd komanda olmaqla səkkiz qrupda mübarizə aparmışlar (hər komanda qrupdakı rəqiblərinin hər biri ilə evdə və səfərdə olmaqla iki oyun keçirmişdir). Qrupda birinci yeri tutan komanda 1/4-ə vəsiqə qazanmışdır. 1/4 mərhələsinin iştirakçıları öz aralarında iki oyun keçirmişlər (evdə və səfərdə). Hər cütlüyün qalibi final turnirinə vəsiqə əldə etmişdir.
UEFA Avro 1980 (seçmə mərhələsi)
UEFA Avro 1980-nin 1978-ci il mayın 24-dən 1980-ci il martın 26-na qədər keçirilən seçmə mərhələsində yeddi qrupa bölünmüş (beş komandanın yarışdığı üç, dörd komandanın yarışdığı dörd qrup) 31 milli yığma komanda mübarizə aparmışdır. Seçmə mərhələnin püşkatması 30 noyabr 1977-ci ildə Romada baş tutmuşdur. Qrup qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar. İtaliya milli futbol komandası turnirin ev sahibi kimi final mərhələsinə birbaşa vəsiqə əldə etmişdir.
UEFA Avro 1984 (seçmə mərhələsi)
Futbol üzrə 7-ci Avropa çempionatının seçmə mərhələsində 32 ölkəni təmsil edən və 7 qrupda mübarizə aparan (üç qrupda dörd, dörd qrupda isə beş komanda olmaqla) milli komanda iştirak etmişdir. Qrup qalibləri çempionatın final mərhələsində iştirak etmək hüququ əldə etmişlər. Fransa millisi çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. == Püşkatma == Çempionatın seçmə mərhələsinin püşkatması 8 yanvar 1982-ci ildə Parisdə baş tutmuşdur. Aşağıda beş səbət qeyd olunmuşdur, qalın hərflərlə final turnirinə adlaya bilən komandalar işarələnmişdir. == İcmal == Bəzi qruplarda favoritlərin turnirin final mərhələsinə vəsiqə qazanmasına imkan verməyən sensasiyalar baş vermişdir. Məsələn, 2-ci qrupda Portuqaliya millisi sensasiyaya imza ataraq SSRİ millisini qabaqlamış və Lissabonda SSRİ ilə keçirilən oyunda Fernandu Şalanaya qarşı qayda pozuntusuna görə verilən şübhəli 11 metrlik cərimə zərbəsi nəticəsində 1:0 hesabı ilə qazandığı oyun sayəsində qrup lideri olmuşdur. 5-ci qrupda isə favorit hesab edilən İtaliya millisinin deyil, Rumıniya millisinin final mərhələsinə vəsiqə qazanması sensasiya olaraq dəyərləndirilmişdir. Rumınlar son turda Bratislavada Çexoslovakiya millisinə qarşı keçirdikləri oyunda əldə etdikləri 1:1 hesablı bərabərlik sayəsində qrup birinciliyinə yüksəlmişlər. İtaliya millisi isə müvəffəqiyyətsizliyə düçar olaraq qrupda beş komanda arasında dördüncü yeri tutmuşdur.
UEFA Avro 1988 (seçmə mərhələsi)
UEFA Avro 1988-in seçmə mərhələsində yeddi qrupa bölünmüş (beş komandanın yarışdığı dörd, dörd komandanın yarışdığı üç qrup) 32 milli yığma komanda mübarizə aparmışdır. Qrup qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar. AFR milli futbol komandası turnirin ev sahibi kimi final mərhələsinə birbaşa vəsiqə əldə etmişdir.
UEFA Avro 1992 (seçmə mərhələsi)
UEFA Avro 1992-nin seçmə mərhələsində yeddi qrupa bölünmüş (beş komandanın yarışdığı altı, dörd komandanın yarışdığı bir qrup) 34 milli yığma komanda mübarizə aparmışdır. Qrup qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar. İsveç milli futbol komandası turnirin ev sahibi kimi final mərhələsinə birbaşa vəsiqə əldə etmişdir. Farer adaları və San-Marino milliləri futbol üzrə Avropa çempionatının seçmə mərhələsinə ilk dəfə qatılmışlar. Çempionatın püşkatması 2 fevral 1990-cı ildə baş tutmuşdur. Turnir başlayandan az sonra Şərqi Almaniya milli futbol komandası Almaniya birləşdiyi üçün (3 oktyabr 1990-cı il) turnirdə iştirakını dayandırmışdır. 12 sentyabr 1990-cı ildə keçirilən Şərqi Almaniya-Belçika oyunu yoldaşlıq oyunu statusu almış, Şərqi Almaniyanın digər oyunları ləğv edilmişdir. Beləcə, turnir 33 millinin iştirakı ilə davam etdirilmişdir. Bu, qalib gələn komandaya 2 xal verildiyi sonuncu futbol üzrə Avropa çempionatı olmuşdur. 1996-cı ildə keçirilən 10-cu çempionatdan başlayaraq komandalar hər qələbəyə görə 3 xal almışlar.
UEFA Avro 1996 (seçmə mərhələsi)
UEFA Avro 1996-nın seçmə mərhələsində səkkiz qrupa bölünmüş (altı komandanın yarışdığı yeddi, beş komandanın yarışdığı bir qrup) 47 milli yığma komanda mübarizə aparmışdır. Qrup qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar. Qruplarında ikinci yeri tutan səkkiz komandadan da ən yaxşı nəticələrə malik altı komanda yoluna davam etmişdir. Qrupunda ikinci yeri tutan ən pis nəticələrə sahib iki komanda isə bir vəsiqə uğrunda öz aralarında pley-off oyunu keçirmişlər. İngiltərə milli futbol komandası turnirin ev sahibi kimi final mərhələsinə birbaşa vəsiqə qazanmışdır. SSRİ, Yuqoslaviya və Çexoslovakiyanın dağılmasının nəticəsi olaraq bu Avropa çempionatında 15 komanda ilk dəfə debüt etmişdir. Mərhələnin ən gözlənilməz hadisəsi Xorvatiya millisinin 1994-cü il FİFA Dünya Kubokunun gümüş mükafatçısı İtaliya millisini qabaqlayıb qrupda birinci yerdən final mərhələsinə adlaması olmuşdur. Qruplarında ən pis nəticə ilə ikinci yeri tutan iki komanda — İrlandiya və Niderland milliləri arasında keçirilən pley-off oyununun qalibi niderlandlılar olmuşlar. == Seçmə mərhələsini adlayan komandalar == == Səpələmə == Püşkatma 22 yanvar 1994-cü ildə Mançester şəhərində keçirilmişdir. Əvvəlcə titulun sahibi kimi Danimarkanın səbəti müəyyənləşdirilmişdir, sonra digər 46 komandanın adları altı səbətə əlavə edilmişdir.
UEFA Avro 2000 (seçmə mərhələsi)
UEFA Avro 2000-in seçmə mərhələsində doqquz qrupa bölünmüş (beş komandanın yarışdığı beş, altı komandanın yarışdığı dörd qrup) 49 milli yığma komanda mübarizə aparmışdır (Bosniya və Herseqovina və Andorra milliləri turnirdə ilk dəfə iştirak etmiş, Yuqoslaviya millisi fasilədən sonra turnirə qatılmışdır). Qrup qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar. 7-ci qrupda ikinci yer tutan Portuqaliya millisi öz qruplarında ikinci yerə çıxmış digər komandalardan daha yaxşı göstəricilərə sahib olduğu üçün birbaşa final mərhələsinə adlamışdır. Qruplarında ikinci yeri tutan digər səkkiz komanda 4 vəsiqə uğrunda öz aralarında pley-off oyunları keçirmişlər. Belçika və Niderland milliləri turnirin ev sahibi kimi final mərhələsində birbaşa iştirak etmək hüququ əldə etmişlər. Seçmə mərhələsində mübarizə aparan 49 komandadan 10-nu keçmiş SSRİ respublikalarının komandaları olmuşdur. Seçmə mərhələsinin püşkatması 18 yanvar 1998-ci ildə Gent şəhərində keçirilmişdir. == Seçmə mərhələsini adlayan komandalar == == Səpələmə == Püşkatma 18 yanvar 1998-ci ildə Belçikanın Gent şəhərində keçirilmişdir. Qalın şriftlə qeyd edilən komandalar turnirin final mərhələsinə vəsiqə qazanan, kursivlə işarələnən komandalar öz aralarında pley-off oyunları oynayan komandalardır. == İcmal == == Qruplar == === 1-ci qrup === === 2-ci qrup === === 3-cü qrup === === 4-cü qrup === === 5-ci qrup === === 6-cı qrup === === 7-ci qrup === === 8-ci qrup === === 9-cu qrup === == Qruplarında ikinci yeri tutan komandalar == Qrupunda 2-ci yeri tutan millilər arasında ən yaxşı göstəricilərə sahib olan komanda final mərhələsinə birbaşa vəsiqə qazanmışdır.
UEFA Avro 2004 (seçmə mərhələsi)
UEFA Avro 2004-ün seçmə mərhələsinin oyunları 7 sentyabr 2002-ci il və 11 oktyabr 2003-cü il tarixləri arasında keçirilmişdir. Seçmə mərhələsində on qrupa bölünmüş (hər birində beş komanda) 50 milli yığma komanda mübarizə aparmışdır. Qrup qalibləri turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmışlar. Qruplarında ikinci yeri tutan on komanda beş cütə bölünərək öz aralarında pley-off oyunlar oynamışlar və oyunların qalibləri yollarına davam etmişdir. On altı finalçıdan onu UEFA Avro 2000-in də final turnirində iştirak etmişdir. Latviya ilk dəfə idi ki, böyük bir futbol yarışının final turnirinə qatılırdı. Yunanıstan 24 illik aradan sonra Avropa çempionatının final turnirində iştirak etmək hüququ qazanmışdı. Bolqarıstan, Xorvatiya, Rusiya və İsveçrə də 1996-cı ildəki debütlərindən sonra ikinci dəfə idi ki, çempionatın final turnirinə vəsiqə qazanmışdılar. == Seçmə mərhələsini adlayan komandalar == == Səpələmə == Püşkatma 25 yanvar 2002-ci ildə Portuqaliyanın Santa Mariya de Feyra şəhərində keçirilmişdir. Portuqaliya avtomatik olaraq turnirin ev sahibi kimi avtomatik olaraq final mərhələsinə vəsiqə qazandığı üçün puşkatmada iştirak etməmişdir.
2018 FİFA Dünya Kubokunun təsnifat mərhələsi
Rusiyada keçiriləcək 2018 Dünya Çempionatının final mərhələsinə 32 iştirakçıdan 31-i müəyyənləşdirəcək təsnifat mərhələsi. Çempionatın təşkilatçı komandası final yarışında yerini avtomatik olaraq alır.
2010 FİFA Dünya Kubokunun Afrika seçmə mərhələsi
== I mərhələ ==
2010 FİFA Dünya Kubokunun Asiya seçmə mərhələsi
2010 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi
== Səbətlər ==
2022 FİFA Dünya Kuboku seçmə mərhələsi (UEFA)
2022 FİFA Dünya Kuboku seçmə mərhələsinin Avropa hissəsi — Qətərdə keçiriləcək 2022 FİFA Dünya Kuboku üçün Avropa Futbol Assosiasiyaları İttifaqına üzv olan milli komandalar üçün seçmə mərhələ rolunu oynayır. == Daxil olanlar == UEFA-dan FİFA-ya bağlı 55 milli komandanın hamısı seçmə mərhələyə girəcək. 9 dekabr 2019-cu il tarixində WADA, RUSADA-nın manipulyasiya olunmuş laboratoriya məlumatlarını müstəntiqlərə təhvil verməyə uyğun olmadığı aşkar edildikdən sonra Rusiyaya bütün böyük idman tədbirlərinə dörd illik qadağa verdi. Buna baxmayaraq Rusiya millisi yenə də seçmə mərhələyə daxil edildi, çünki qadağa yalnız dünya çempionlarına qərar vermək üçün son turnirə aiddir. WADA-nın qərarı ilə dopinqlə əlaqəsi olmayan idmançıların yarışmasına icazə verildi, lakin böyük beynəlxalq idman tədbirlərində Rusiya bayrağının və himninin istifadəsi qadağan edildi. İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verildi, lakin WADA-nın qərarı qüvvədə qaldı və iki illik qadağaya endirildi. CAS qərarında, "Tərəfsiz İdmançı" və ya "Tərəfsiz Komanda" sözləri bərabər dərəcədə fərqlənərsə, "Rusiya" adının formalarda göstərilməsinə icazə verilə bilər. Rusiya turnirin final mərhələsinə vəsiqə qazansa, futbolçular, millətin bütün idman növlərində dünya çempionatlarına və Olimpiya Oyunlarına iki illik qadağan etməsi nəticəsində Dünya Kubokunda ölkələrinin adından, bayrağından və ya himnindən tək istifadə edə bilməyəcəklər. == Turnirin formatı == Seçmə mərhələnin formatı UEFA İcraiyyə Komitəsi tərəfindən 4 dekabr 2019-cu il tarixində İsveçrənin Nyon şəhərində keçirilən iclasda təsdiqləndi. Seçim UEFA Avro 2020-dən daha az dərəcədə olsa da, 2020–21 UEFA Millətlər Liqasının nəticələrindən asılı olacaq.
2022 FİFA Dünya Kuboku təsnifat mərhələsi (UEFA)
2022 FİFA Dünya Kuboku seçmə mərhələsinin Avropa hissəsi — Qətərdə keçiriləcək 2022 FİFA Dünya Kuboku üçün Avropa Futbol Assosiasiyaları İttifaqına üzv olan milli komandalar üçün seçmə mərhələ rolunu oynayır. == Daxil olanlar == UEFA-dan FİFA-ya bağlı 55 milli komandanın hamısı seçmə mərhələyə girəcək. 9 dekabr 2019-cu il tarixində WADA, RUSADA-nın manipulyasiya olunmuş laboratoriya məlumatlarını müstəntiqlərə təhvil verməyə uyğun olmadığı aşkar edildikdən sonra Rusiyaya bütün böyük idman tədbirlərinə dörd illik qadağa verdi. Buna baxmayaraq Rusiya millisi yenə də seçmə mərhələyə daxil edildi, çünki qadağa yalnız dünya çempionlarına qərar vermək üçün son turnirə aiddir. WADA-nın qərarı ilə dopinqlə əlaqəsi olmayan idmançıların yarışmasına icazə verildi, lakin böyük beynəlxalq idman tədbirlərində Rusiya bayrağının və himninin istifadəsi qadağan edildi. İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verildi, lakin WADA-nın qərarı qüvvədə qaldı və iki illik qadağaya endirildi. CAS qərarında, "Tərəfsiz İdmançı" və ya "Tərəfsiz Komanda" sözləri bərabər dərəcədə fərqlənərsə, "Rusiya" adının formalarda göstərilməsinə icazə verilə bilər. Rusiya turnirin final mərhələsinə vəsiqə qazansa, futbolçular, millətin bütün idman növlərində dünya çempionatlarına və Olimpiya Oyunlarına iki illik qadağan etməsi nəticəsində Dünya Kubokunda ölkələrinin adından, bayrağından və ya himnindən tək istifadə edə bilməyəcəklər. == Turnirin formatı == Seçmə mərhələnin formatı UEFA İcraiyyə Komitəsi tərəfindən 4 dekabr 2019-cu il tarixində İsveçrənin Nyon şəhərində keçirilən iclasda təsdiqləndi. Seçim UEFA Avro 2020-dən daha az dərəcədə olsa da, 2020–21 UEFA Millətlər Liqasının nəticələrindən asılı olacaq.
UEFA Avro 1968 (seçmə mərhələsi, 1/4)
UEFA Avro 1968-in seçmə mərhələsinin 1/4 oyunları Bolqarıstan, İtaliya, Macarıstan, SSRİ, İngiltərə, İspaniya, Fransa və Yuqoslaviya milli futbol komandaları arasında keçirilmişdir. Turnirin 1/2 mərhələsinə vəsiqəni İtaliya, SSRİ, İngiltərə və Yuqoslaviya milliləri qazanmışlar.
UEFA Avro 1972 (seçmə mərhələsi, 1/4)
UEFA Avro 1972-nin seçmə mərhələsinin 1/4 oyunları İtaliya, Belçika, İngiltərə, AFR, Macarıstan, Rumıniya, Yuqoslaviya və SSRİ milli futbol komandaları arasında keçirilmişdir. Turnirin 1/2 mərhələsinə vəsiqəni Belçika, AFR, Macarıstan və SSRİ milliləri qazanmışlar.
UEFA Avro 1976 (seçmə mərhələsi, 1/4)
UEFA Avro 1976-nın seçmə mərhələsinin 1/4 oyunları Çexoslovakiya, SSRİ, Yuqoslaviya, Uels, İspaniya, AFR, Niderland və Belçika milli futbol komandaları arasında keçirilmişdir. Turnirin 1/2 mərhələsinə vəsiqəni Çexoslovakiya, Yuqoslaviya, AFR və Niderland milliləri qazanmışlar.
UEFA Avro 2000 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2000-in seçmə mərhələsinin pley-off qarşılaşmalarında öz qruplarında 2-ci yeri tutan Şotlandiya, İngiltərə, İsrail, Danimarka, Sloveniya, Ukrayna, İrlandiya və Türkiyə milli futbol komandaları mübarizə aparmışlar. Qruplarda 2-ci yeri tutan komandalar arasında ən yaxşı göstəricilərə sahib olan Portuqaliya millisi turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmışdır. Oyunlar 1999-cu il 13 və 17 noyabr tarixlərində baş tutmuşdur. Bu oyunların nəticələrinə görə Türkiyə, Sloveniya, Danimarka və İngiltərə milliləri UEFA Avro 2000-in fшnal turnirində iştirak etmək hüququ qazanmışlar.
UEFA Avro 2004 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2004-ün seçmə mərhələsinin pley-off oyunları Avropa çempionatlarının tarixində 2-ci dəfə idi ki, keçirilirdi. Oyunlarda seçmə mərhələsinin 10 qrupunda 2-ci yeri tutan komandalar iştirak etmişlər. Komandalar 5 cütlüyə bölünmüş və hər cütlüyün qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdır. == İştirakçılar == == Püşkatma == Pley-off oyunlarının püşkatmasl 2003-cü il 13 oktyabr tarixində Frankfurt-Mayn şəhərində baş tutmuşdur. Komandalar üçün səpələmə sistemi tətbiq olunmamış, buna görə də püşkatma açıq keçirilmişdir: istənilən komanda digər bir istənilən komanda ilə qarşılaşa bilərdi. Püşkatmanı UEFA-nın baş katibi Gerhard Ayqner və İsveç Futbol Birliyinin prezidenti Lars-Oke Laqrell keçirmişlər. == Oyunlar == Oyunlar 2003-cü il 15-19 noyabr tarixləri arasında keçirilmişdir. Niderland millisi iki oyunun nəticəsinə görə (6:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Xorvatiya millisi iki oyunun nəticəsinə görə (2:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Rusiya millisi iki oyunun nəticəsinə görə (1:0) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir.
UEFA Avropa Kuboku 2012 il seçmə mərhələsi
=== Səbətlər ===
Geomorfoloji mərhələ
Geomorfoloji mərhələ- İ.P. Gerasimov və Y.A.Meşəryakov (1964) tərəfindən irəli sürülmüşdür.G.m.Yerin inkişaf tarixində geoloji mərhələdən təcrid olunmuş müstəqil mərhələ kimi qiymətləndirilir.G.m.vaxt cəhətdən neotektonik mərhələyə müvafiq gəlsədə də onların hər birini müstəqil mərhələ kimi ayırmaq lazımdır.Neotektonik hərəkətlər Yerin müasir geomorfoloji quruluşunu formalaşdıran hərəkətlərdir. G.m.Mezezoyun xeyli hissəsini və bütünlüklə kaynazoyu əhatə edir.Bu dövrdə cavan platformalar və dağlar (Alp və qismən Mezazoy dağ sistemləri) formalaşmışdır.Bu dövrdə cavan materiklər yaranmış və onlar materiklərin qədim özülü ətrafında birləşərək materik çıxıntılarını birləşdirir.Mis: Qərbi Sibir, Turan və Qərbi Avropa cavan platformaların yaranması və onların Sibir və Şərqi Avropa sipərləri ətrafında birləşməsi nəticəsində nəhəng Avrasiya platforması yaranmışdır. Mezokaynozoy dövründə cavan platforma, dağ və dağarası çökəkliklərin yaranması; Yer səthində Alp, Qafqaz, Himalay, Kordilyer, And dağları, Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi, Mərkəzi Asiyanın quru (Uyqur) çökəkliklərin yaranması;Avrasiyanın şərq sahili boyunca dərin tektonik yarıqlarla müşayət olunan qövsvari dağlar adalar sistemi formalaşması və s.Gətirdiyimiz misallar geomorfoloji mərhələnin ayrılmasına tam əsas verir.
Məhəlli sular
Məhəlli sular - hər bir suveren dövlətin sahilindən okeana (dənizə) doğru 12 dəniz mili məsafədə olan sulara deyilir. Bu sularda dövlətin tam suverenliyi tanınır.
Hündür mərtəbəli avtobus
Hündür mərtəbəli avtobus, avtobus və ya trolleybus. Avtobusa girmək üçün bir neçə pilləkən vardir. Midiavtobuslar, mikroavtobuslar, şəhərlərarası avtobuslar, sərnişin avtobusları, qatarlar, yüngül relsli sistemlər və digər dəmir yolu nəqliyyat vasitələri kimi ictimai nəqliyyat vasitələri bu xüsusiyyəti daşıyır. Müasir dövrdə ictimai nəqliyyatda edilən yeniliklərlə əlaqəli, daha çox şəhər xaricində və xüsusi məqsədlər üçün istifadə olunur.
Mərtəbəli çeşidləmə alqoritmi
Mərtəbəli çeşidləmə alqoritmi (en. radix sorting algorithm) - çeşidləməni qruplaşdırılan elementlərlə, onların açarlarının ardıcıl komponentlərinə görə gerçəkləşdirən çeşidləmə alqoritmi. Məsələn, 0-dan 999-dək ədədlərin çeşidlənməsinə baxaq: birinci siyahı yüzlük mərtəbələrinə görə çeşidlənərək 10 siyahıya ayrılır, sonra bu siyahıların hər biri eyni zamanda onluq mərtəbələrinə görə çeşidlənərək 10 siyahıya ayrılır, və nəhayət, bu siyahıların hər biri təklik mərtəbəsinə görə çeşidlənir. Bu alqoritm, adətən, ikilik ədədlərin çeşidlənməsində daha səmərəli olur, çünki siyahılara ayırma, sadəcə, ədədlərin böyük bitlərinin müəyyənləşdirilməsiylə aparılır, siyahıların sayı isə heç vaxt ikidən artıq olmur. Mərtəbəli çeşidləmə alqoritmi (C dilində): include <stdio.h> define MAX 5 define SHOWPASSvoid print(int *a, int n) { int i; for (i = 0; i < n; i++) printf("%d\t", a[i]); } void radixsort(int *a, int n) { int i, b[MAX], m = a[0], exp = 1; for (i = 0; i < n; i++) { if (a[i] > m) m = a[i]; } while (m / exp > 0) { int bucket[10] = { 0 }; for (i = 0; i < n; i++) bucket[(a[i] / exp) % 10]++; for (i = 1; i < 10; i++) bucket[i] += bucket[i - 1]; for (i = n - 1; i >= 0; i--) b[--bucket[(a[i] / exp) % 10]] = a[i]; for (i = 0; i < n; i++) a[i] = b[i]; exp *= 10; #ifdef SHOWPASS printf("\nPASS : "); print(a, n); #endif } } int main() { int arr[MAX]; int i, n; printf("Enter total elements (n < %d) : ", MAX); scanf("%d", &n); n = n < MAX ? n : MAX; printf("Enter %d Elements : ", n); for (i = 0; i < n; i++) scanf("%d", &arr[i]); printf("\nARRAY : "); print(&arr[0], n); radixsort(&arr[0], n); printf("\nSORTED : "); print(&arr[0], n); printf("\n"); return 0; } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cumanci: Növbəti mərhələ
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər. == İstinadlar == == Xarici keçidlər == Sony Pictures səhifəsi Cumanci: Növbəti mərhələ — Internet Movie Database saytında.
İki mərtəbəli karvansaray (Şuşa)
İkimərtəbəli karvansara — XIX əsrdə Şuşada inşa edilmiş karvansara. Şuşanın Şeytan Bazar adlanan hissəsində mehmanxana tipli və iki mərtəbəli karvansaradır. On dokkuzuncu əsrin ikinci yarısında (1888–1889) Məşədi Hüseyn Mir Səyyaf oğlu, Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra, onu sökərək yerində inşa etdirmişdir. Bu üzdən karvansara xalq arasında Hacı Səyyaf oğlu karvansarası kimi tanınırdı. Onun yerində məşhur Şuşa memarı Kərbəlayi Səfıxan Qarabaği Məşədi Şükür Mirsəyyaf oğlunun yeni tələblərə cavab verən karvansarasını tikdi. Mövcudluğunun ilk günlərindən o, Şuşada ən çox qonağı olan karvansaraya çevrildi. Məşədi Hüseyn vəfat edəndən sonra, oğlanları Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayırlar. Bu karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə, şəhərdəki digər karvansaralardan seçilirdi. == Memarlıq quruluşu == Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarayı ikimərtəbəli daş bina idi. İkinci mərtəbədə qonaqlar üçün iyirmi beş otaq vardı.
Naxçıvanın iqtisadiyyatı ( I mərhələ )
== 1924–1969 == Sovetlər Birliyinin yarandığı ilk dövrlərində Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların başlıca istiqamətini kollektivləşmə, əsaslı təsərrüfatçılıq və sənaye potensialının dirçəlişinə yönəlmiş tədbirlər təşkil edirdi. === Sənayesi === Naxçıvanda da sənaye istehsalının nisbətən yeni texniki baza üzərində qurulmasına səy göstərilirdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində həmin illərdə Ordubad rayonunda konserv zavodu və yeni tipli ipəkçilik fabriki tikilmiş, Şərur rayonunda pambıq zavodu bərpa olunmuş, Naxçıvan şəhərində yeni pambıq zavodu tikilmiş, şərabçılıq müəssisəsi bərpa olunmuşdur. Tarixi inkişafın gedişini əks etdirən sosial-iqtisadi xarakterli materialların, sənədlərin təhlili göstərir ki, sonrakı dövrlərdə Naxçıvan iqtisadiyyatına real vəziyyətdən irəli gələn diqqət göstərilməmiş, müxtəlif dövrlərdə onun qarşısında duran vəzifələrin yerinə yetirilməsinə respublika üzrə icra templərindən gec başlanılmışdır. Azərbaycanda sənayeləşdirmə və birinci beşillik planın vəzifələrinin yerinə yetirildiyi vaxtda muxtar respublikada sənayenin qismən yeni texniki baza üzərində bərpası işləri həyata keçirilirdi. Tarixi mənbələr göstərir ki,muxtar respublikada dağılmış sənayenin ilkin bərpası duz mədəni üzrə 1924–1926-cı, ipəkçilik üzrə 1924–1927-ci, konserv istehsalı üzrə 1925–1927-ci, şərabçılıq üzrə 1926–1927-ci illərdən başlayaraq həyata keçirilmişdir.Sosialist inqilabı ərəfəsində Naxçıvan ərazisində olan sənaye müəssisələri yüngül və yeyinti sənayesi sahələrinə aid olmaqla, əsasən, kiçik kustar xarakteri daşıyırdı. İnqilabdan sonrakı dövrdə aparılan bir sıra yenidənqurma işlərinə baxmayaraq, birinci beşilliyin axırlarında muxtar respublikada hələ də tam gücü ilə işləməyən, texniki bazası zəif olan xeyli sayda kooperativləşdirilməyən xırda müəssisələr vardı. 1930-cu ildə bütün sənayedə işləyənlərin 43,2 faizi, 1932-ci ildə isə 50 faizi fabrik-zavod sənayesinin payına düşürdü. Beləliklə, hələ birinci beşilliyin axırlarında sənaye istehsalının iri fabrik-zavod müəssisələri hesabına təşkili başa çatmamışdı. Şübhəsiz ki, bu proses sonrakı beşillikdə də xeyli vaxt və vəsait tələb etməklə sənayenin ümumi inkişafını və sahə quruluşunun təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırmışdı.1933–1937-ci illərdə Naxçıvanda yağ və pendir zavodları, mərmər və mebel fabrikləri tikilib istifadəyə verildi.
Haşımovun dörd mərtəbəli gəlir evi
Haşımovun dörd mərtəbəli gəlir evi — Əziz Əliyev küçəsi, 11 ünvanında yerləşən və azərbaycanlı milyonçu Hacı Baba Haşımovun dörd mərtəbəli gəlir evi. == Haqqında == Hacı Baba Haşımovun dörd mərtəbəli gəlir evi 1908-ci ildə tikilib. Fasadı roman memarlığının üslub prinsipləri və sakit modernin böyük əlaməti üzərində inşa edilib. Fasad yarımdairəvi tağlarla tamamlanan şaquli detallarla ayrılıb. Bütöv bloklardan olan daşdan düzəldilmiş kronşteynlərin modernist formaları ilə roman motivləri gözəl uyğunlaşdırılıb. Modern üslubunda eyvanların metal məhəccərlərinin nəfisliyi və qabarıq detalların formalarının ciddiliyi geniş profilli eklektikanı təcəssüm etdirir.