Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İşdə məhəbbət macərası (film, 1977)
"İşdə məhəbbət macərası" (rus. Служебный роман) — rejissor Eldar Ryazanovun 2 seriyalı lirik komediya filmi. 1977-ci ildə "Mosfilm" kinostudiyasında istehsal olunan film 58 milyondan artıq tamaşaçı auditoriyası ilə 1978-ci il prokatının lideri olub. 1979-cu ildə Vasilyev qardaşları adına RSFSR dövlət mükafatına layiq görülüb. == Məzmun == Hadisə 1970-ci illərdə Moskvada baş verir. Baş qəhrəmanlar – Anatoli Yefremoviç Novosilsev və Lüdmila Prokofyevna Kaluginadır. Novosilsev tipik işçidir. Onun 2 oğlu var. Arvadı ondan ayrılıb. O, həmişə iş yerinə avtobusla gəlir.
Şarlottanın toru 2: Vilburun böyük macərası
Şarlottanın toru 2: Vilburun böyük macərası (ing. Charlotte's Web 2: Wilbur's Great Adventure) — multiplikasiya filmi. Paramount Pictures tərəfindən 2003-cü ildə yaradılmış, 18 mart 2003-cü ildə təqdimatı olmuşdur. 1973-cü ildə yaradılmış Şarlottanın toru cizgi filminin davamıdır.
Macəra
Macəra — insanın başına gələn ona həyəcan verən bir hadisə və ya hadisələr zənciri, sərgüzəşt, əyləncədir. Həm də nəticəsi qeyri-müəyyən olan cəsarətli bir təşəbbüs də ola bilər.
Tintin macəraları
Tintin macəraları (fr. Les Aventures de Tintin) — Belçikalı Erje tərəfindən yaradılmış komiks. XX əsrin ən məşhur komikslərindən biridir. Komiks əsasında çəkilmiş serial 50 dilə tərcümə olunmuşdur Komiksin qəhrəmanı jurnalist və səyyah olan gənc Tintindir. Macəralarında ona sadiq iti Milu, dostu kapitan Heddok və digər personajlar kömək göstərirlər. Bu komiksin "ligne claire" tərzində olması, gözlənilməz hadisələri böyük rəğbət qazanmışdır. Hadisələr bir çox janrı əhatə edir: kriminal, elmi, fantaziya və s. Tintin Belçikanın paytaxtı və Erjenin doğum yeri olan Brüsseldə yaşayır. Bu faktı Tintinin Brüsselə geri qayıtdığı deyilən "Tintin SSRİ-də" və dostu Çanqın Tintin üçün məktubunu Brüsselə göndərdiyi danışılan "Tintin Tibetdə" kitabında görmək olar. Digər kitablarda da bununla bağlı faktlar tapmaq mümkündür (Brüsselin tanınmış yerləri, maşın seriya nömrələri və s.).
Amerika maralı
Amerika maralı (lat. Odocoileus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Donuz maralı
Donuz maralı (lat. Axis porcinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Kalamian maralı
Kalamian maralı (lat. Axis calamianensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. Kalamian adası üçün endemik növdür. == Təsviri == Heyvanın bədəninin uzunluğu 105–115 sm, süysününün hündürlüyü 60–75 sm, kütləsi 36–50 kq olur. Maralın yunu qəhvəyi çalardadır və erkəkləri böyüdükcə yununun rəngi tündləşir.
Kul maralı
Kul maralı (lat. Axis kuhlii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Macəra filmi
Macəra filmi - Film janrıdır. Döyüş filmlərindən fərqi ondadır ki, qəhrəman düşdüyü çətin vəziyyətdən çıxmaq üçün qeyri-adi yollar axtarır. == Xüsusiyyəti == Bu janr üçün kəskin gərginlik, hadisələrin məzmununun macəraya, sərgüzəştlərə, yeni həyatın adi gərdişini pozan, qəhrəmanı hər hansı bir təhlükəyə sövq edən gözlənilməz hadisələrə əsaslanaraq səciyyəvidir. Macəra filmləri süjet quruluşunu, əsasən macəra ədəbiyyatı janrından əxz edir.
Macəra oyunu
Macəra oyunu (ing. Adventure game) — videooyun janrı. Burada oyunçu videooyunun öz mühitindəki obyektlərlə qarşılıqlı əlaqə qurmaq və digər personajlarla söhbət etmək qabiliyyətinə malik protaqonistini idarə edir. Hər hansı bir macəra oyununun əsas elementi ssenarili süjeti inkişaf etdirmək üçün oyunçunun həll etməli olduğu bir sıra tapmacaların olmasıdır. Macəra oyunları fantaziya, elmi fantastika, qorxu, komediya və ya satira da daxil olmaqla geniş mövzuları əhatə edir. Həm macəra oyunu elementlərini, həm də döyüş oyununun elementlərini ehtiva edən videooyunlar da var ki, bunlar döyüş-macəra oyunları adlanır. == Tarixi == Macəra oyunlarının "qızıl dövrü" 1980-ci illərin ortalarından başlamışdır. Növbəti onillikdə böyük videooyun şirkətləri (əsasən Amerikadakı "LucasArts" və "Sierra") əhəmiyyətli kommersiya və bədii uğurları olan çoxsaylı videooyunlar satışa çıxarmışdır. Əsasən Avropa və Kanadadan olan kiçik istehsalçılar indiki dövrdə videooyun bazarının kənarında kiçik, lakin xüsusi auditoriyaya xidmət göstərərək, bu işi öz əllərinə keçirmişlər.
Macəra turizmi
Macəra turizmi — Turist səyahətlərinin müəyyən məkanlara (məsələn, dənizin dibinə, dağın zirvəsinə, Antarktida və s. kimi uzaq ərazilərə) münasibətdə həyata keçirilməsidir. Müasir dövrdə bir sıra dövlətlər (Avstraliya, Yeni Zelandiya, Rusiya, Böyük Britaniya və s.) tərəfindən Antarktidada bununla bağlı turizm bazaları yaradılmışdır. Yeni Zelandiya, Braziliya, Boliviya, Hindistan, Nepal, Tanzaniya məşhur macəra turizmi mərkəzlərindən hesab olunur. Macəra turizmi fiziki aktivliyi sevən, yeni ərazilər kəşf etmək istəyən, çılğın ruhlu insanlar tərəfindən ən çox sevilən turizm sahələrindən biridir. Macəra turizmi konfort zonasından çıxmaq istəyənlər üçün nəzərdə tutulur. Dağlıq ərazilər, bataqlıqlar, səhralar, qütbətrafı ərazilər, sürətli dağ çayları, cəngəlliklər macəra turizmi üçün əlverişli ərazilər hesab olunur. == Ədəbiyyat == Buckley, R. Adventure Tourism. Wallingford, UK: CABI. 2006. OCLC 4802912392.
Macəra zamanı
Macəra zamanı (ing. Adventure Time) — Pendlton Vord tərəfindən yaradılmış amerikan cizgi serialı. Cizgi serial Finn və onun ən yaxşı dostu olan ögey qardaşı Ceykin birlikdə Ooo dünyasındakı sərgüzəştlərindən bəhs edir. Vord ilk dəfə 2007-ci ildə Nicktoons kanalı üçün qısametrajlı animasiya filmi hazırlamışdı. Qısa film yayımlandığı vaxt populyarlıq qazanmış və izləyicilər tərəfindən bəyənilmişdi. İdeyanı bəyənən Cartoon Network rəhbərliyi Nickelodeon kanalının bununla maraqlanmadığını nəzərə alaraq Fred Seibert(en) və Vorddan cizgi serial çəkməyi xahiş etdi.Cizgi serial, Dungeons & Dragons(en) adlı fentezi videooyunları da daxil olmaqla müxtəlif mənbələrdən ilham alaraq hazırlanmışdır. İlk seriyaları əl ilə çəkilmiş animasiyalardan istifadə olunaraq hazırlanmışdır. Lakin bu proses əziyyətli olmuş və bir seriyanın hazırlanması təxminən 8–9 ay tələb etmişdir. Daha sonradan yenilənmiş texnologiyalar vasitəsilə hər biri 11 dəqiqə olan yeni seriyalar hazırlanmışdır. Cartoon Network telekanalı 29 sentyabr 2016-cı ildə cizgi serialın onuncu mövsümünün yayımlanmasından sonra 2018-ci ildə başa çatacağını elan etmişdir.
Müşk maralı
Müşk maralı, Qabarğa və ya Sibir geyiki (lat. Moschus moschiferus) — qabarğalar (Moschidae) fəsiləsinə aid maralabənzər gövşəyən heyvan növü. == Etimologiya == Vasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.. Bu türk mənşəli sözdür. == Təsnifatı == Qabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir. Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur. Qabarğanın buynuzları olmur. == Coğrafiyası == Qabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır.
Su maralı
Su maralı (lat. Hydropotes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Şimal maralı
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Kanada maralı
Kanada maralı (lat. Cervus canadensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü.
Heklberri Finnin macəraları
Heklberri Finnin macəraları — Mark Tvenin 1884-cü ildə çıxartdığı roman. Mark Tven məşhur "Tom Soyyerin macəraları" (1876) adlı romanının davamı kimi bu romanı yazmışdır. Kitabda Heklberri Finnin dostu Tom Soyyerlə birlikdə Missisipidə başlarına gələn macəralardan danışılır. == Roman əsasında filmlər == Heklberri Finn, 1920 Cizgi filmi, Hek Finn, 1937-ci il filmi, Heklberri Finn 1974 Musiqili film və s.
Oliver Tvistin macəraları
Oliver Tvistin macəraları - Çarlz Dikkensin ikinci romanı. Oxuculara təqdim olunan "Oliver Tvist" romanı məşhur ingilis yazıçısı Çarlz Dikkens yaradıcılığından Azərbaycan dilinə tərcümə edilən ilk əsərdir. Bu roman Dikkensin yaradıcılığında xüsusi yer tutur və öz dərin ictimai məzmunu, həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarı ilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır. Öz zəmanəsinin ictimai mənzərəsini geniş əks etdirən, kapitalist-burjua şəraitində yoxsulların ağır vəziyyətini, xüsusən səfillərin və kiçik yaşlı uşaqların ehtiyac üzündən çəkdiyi müsibətləri inandırıcı bir qələmlə təsvir edən bu roman XIX əsrin ingilis ədəbiyyatında tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılır və yarandığı vaxtdan indiyə qədər öz bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi diqqəti cəlb edir, dünya xalqlarının dilinə tərcümə olunur. == Məzmunu == Oliver dünyaya gələndə anası onun üzünü cəmi bircə dəfə görmüş və dünyadan köçmüşdü. Onun 9 yaşı olana qədər heç kim onun valideynlərinin kim olduğunu bilməmişdi. Hələ uşaqlıq illərində o bircə dəfə nə xoş bir söz, nə xoş bir baxış görməmiş, həmişə aclıq və sıxıntı ilə yaşamışdır. Bir dəfə o, yurdsuzlar evindən bir tabut düzəldənin yanına şagird vəzifəsinə göndərilir. Burda o ondan böyük və güclü olan Noe Kleypol ilə tanış olur. Noe həmişə onu təhqir edib ələ salsa da, Oliver heç vaxt ona fikir vermir.
Tom Soyyerin macəraları
Tom Soyyerin macəraları — Mark Tvenin 1876-cı ildə çıxan romanı. Kitabda Tom Soyyer və ən yaxın dostu Heklberri Finn'in Missisipidə başlarına gələn bir-birindən maraqlı macəralardan danışılır. Romana aid bir neçə dəfə film və cizgi filmləri çəkilib.O, Polli xala ilə yaşayır çünki,Atası, anası qəzaya düşərək ölüb. == Obrazlar == Tom Soyer Helkberri fin Poli xala Hindu Co == Filmlər == Tom Soyyer, 1907 Səssiz film Tom Soyyer, 1917 Paramount studiyası Tom Soyyer, 1930 Tom Soyyer, 2000 Cizgi filmi.
Cənub And maralı
Cənub And maralı (lat. Hippocamelus bisulcus) — And maralının iki yarımnövündən biridir. Cənubi Amerikanın cənubunda Çili və Argentina ərazisində yaşayan emdemik canlı. Bu növ marallar And dağlarında 3—5 min metr yüksəklikdə yaşayır. Onlar qrup halında yaşayır. Bu qruplar 2-8 maraldan ibarət olur. Yay ayları dağlara istiqamətlənirlər. Qışda isə 1000 metr səviyyəsinə qədər enirlər . Bəzən dəniz səviyyəsinə qədər enirlər. Günorta qayaların üzərinə çıxırlar.
Maserati
Maserati, yarış və idman avtomobilləri çıxaran məşhur İtalyan avtomobil firması. 1914-də Bolonyada quruldu. Ferrari tərəfindən satın alınmasıyla birlikdə zaman içərisində Fiat tərəfindən idarə olunmağa başlandı. == Tarixi == Maserati avtomobil firması 6 nəfərdən ibarət olan Alferi,Bindo,Karlo,Ettore,Ernesto və Mario Maserati qardaşları qurmuşdur.Mario özünü incəsənət sahəsində sınamağa qərar verir.Karlo Maserati öz uğurlu karyerasına avtomobil yarışlarında iştirak etməklə başladı.Ancaq 1919-cu ildə vərəm xəstəliyi nəticəsində vəfat edir.Bindo,Alferi və Ernesto Maserati isə İsotta-Fraschinni adlı avtomobil şirkətində işləyirdilər.Alferi Maserati 1914-cü ildə Bolonya ətrafında öz emalatxanasını açmağa qərar verir.Bir müddət sonra ona 2 qardaş qoşulmağa başlıyır və onlar birlkdə ilk dəfə olaraq idman avtomobili istehsal etməyə nail olurlar.1926-cı ildə edilən maliyyə yardımı köməyi ilə "Maserati" şirkətinin əsasını qoyurlar.Daha sonra şirkət 4,6 və 8 silindrli avtomobillər istehsal etməyə başladı.
Döyüş-macəra oyunu
Döyüş-macəra oyunu — həm döyüş, həm də macəra elementlərini daşıyan videooyun janrı. Macəra oyun janrının populyarlığının tənəzzülə uğramasından sonra, terminin istifadəsi daha ümumiləşmişdir. Oyunçuların bir oyunun janrını sadəcə "döyüş" və ya "macəra" adlandırması qeyri-adi bir haldır. Döyüş-macəra mürəkkəb bir janrdır və buna görə də, terminin tərifi çox inklüzivdir. Bu fakt, döyüş-macəranın bəlkə də ən genişhəcmli videooyun janrı olmasına gəlib çıxarır. Adətən, saf macəra oyunlarında oyunçuların həll etməsi üçün situativ məsələlər olur və çox az və ya heç bir döyüş hissəsi olmur. Bu tip oyunlarda döyüş elementləri olsa da, onlar yalnız mini-oyunların içərisinə yerləşdirilmiş olur. Saf döyüş oyunlarının reflekslərə meydan oxuyan gerçək-zamanlı qarşılıqlı əlaqəyə əsaslanan geympleyi olur. Bu səbəblərə görə, döyüş-macəra oyunları həm refleksə, həm də zəkaya, həm zorakı, həm də qeyri-zorakı situasiyalarda meydan oxuyur. == Altjanrlar == Döyüş-macəra oyunlarının rəngarəng olması və çətin təsnifatlaşdırılmasına baxmayaraq, terminin bir qolu olan xüsusi altjanrlar var.
Macəra (film, 1960)
"Macəra" (it. L'Avventura) — italyan rejissor Mikelancelo Antonioninin filmi. Film Kann kinofestivalının (1960) xüsusi mükafatına layiq görülüb. "Macəra" filmi Mikelancelo Antonioniyə dünya şöhrəti gətirən Yadlaşma trilogiyasının ilk filmidir.
Qarabağın maralı (mahnı)
"Qarabağın maralı" — Sözləri və musiqisi İskəndər Novruzluya məxsus mahnı. == Tarixi == "Qarabağın maralı" xalq mahnısı kimi məşhurlaşan bu sənət incisinin sözləri və musiqisi Ağdamlı İsgəndərindir. Mahnı Qarabağ gözəli, teatr aktrisası Suğra Bağırova-Abdullayeva həsr olunmuşdur. İlk dəfə 1951-ci ildə şuşalı xanəndə İsa Rəhimovun ifasında səslənib. Sonralar bir çox müğənnilər "Qarabağın maralı"nı böyük həvəslə oxuyublar. Bəzi hallarda da mahnının adını və sözlərini təhrif edərək "Azərbaycan maralı" kimi səsləndiriblər. == İfaçıları == Bu mahnının ən gözəl ifaçıları isə xalq artistləri Sara Qədimova və Şövkət Ələkbərova olub.
Adi şimal maralı
Adi şimal maralı (lat. Rangifer tarandus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin şimal maralı cinsinə aid heyvan növü. Cinsin yeganə nümayəndəsidir. Avrasiya və Şimali Amerikanın şimal hissəsində yaşayır. Şimal maralı ot və şibyədən əlavə kiçik məməli və quşlarla da qidalanır. Avrasiyada şimal maralı əhliləşdirilib və artıq şimal xalqları üçün qida və material mənbəyi kimi mühüm əhəmiyyət kəsb edir. Şimal marallarının çəkisi 220 kiloqrama çatır. Onların boyunları nisbətən uzun, ayaqları isə qısa olur. Şimal marallarının həm erkəklərinin, həm də dişilərinin buynuzu olur. Onların buynuzlarının özünə məxsus forması var.
Konanın macəraları (animasiya serialı)
Konanın macəraları (ing. Conan the Adventurer) — 1992-1993-cü illərdə yayımlanan serialdır. İlk dəfə cizgi serialı 1 oktyabr 1992-ci ildə yayımlanmış, sonuncu seriyası 22 oktyabr 1993-cü ildə yayımını bitirmişdir. == İstinadlar == == Xarici keçidlər == Konanın macəraları — Internet Movie Database saytında.
Sakit Yonun Macəraları (1985)
== Məzmun == Tanınmış səyyah, uzaq qalaktikaya uçan kapitan və onun dostu, professor, planetin əhalisi, qəribə məxluqlar filmdə maraqlı və baxımlıdırlar. Biz filmə tamaşa edərkən qeyri-adi və təəccüb doğuran bir aləmə düşürük. == Film haqqında == Filmin ssenarisi Polşa fantast yazıçısı Stanislav Lemin əsəri əsasında yazılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Stanislav Lem Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Gennadi Tişşenko, Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Cəmil Əmirov Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Rauf Dadaşov, Bəhmən Əliyev, Vaqif Məmmədov, Gennadi Tişşenko, Firəngiz Quliyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Acərli
Acərli — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Pişxor kəndistanında, Rəzən qəsəbəsindən 38 km. şimal-qərbdədir.
Baccharis macraei
Baccharis macraei (lat. Baccharis macraei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bulbophyllum macraei
Bulbophyllum macraei (lat. Bulbophyllum macraei) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Rubus macraei
Rubus macraei (lat. Rubus macraei) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Trifolium macraei
Trifolium macraei (lat. Trifolium macraei) — paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Acərli (Həmədan)
Acərli — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Pişxor kəndistanında, Rəzən qəsəbəsindən 38 km. şimal-qərbdədir.