Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Inula maletii
Inula maletii (lat. Inula maletii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Makenzi Fişer
Makenzi Fişer (d. 29 mart 1997) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Makenzi Fişer, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Marketri texnikası
Marketri — hələ antik dövrlərdə yaranmışdır. Marketri (frans. marquer-işarələmək) müxtəlif ağac növlərinin lövhələrinin hissəciklərindən düzəldilən mozayka növüdür. Mozaykanın elementlərini şpondan (nazik ağac lövhələr) kəsilir, tərs tərəfdən kağız yapışqanlarla yapışdırılır, fonla birlikdə çevrilərək hər hansı bir əşyanın üzərinə yapışdırılır. == Tarixi == Marketrinin yaranması yalnız XVI əsrdə şpon istehsal edən maşının yaranmasından sonra mümkün oldu.Bundan sonra ucuz ağac növlərindən düzəldilmiş mebelləri bahalı ağac növlərindən hazırlanmış şponlarla üzləməyə başladılar.XVI əsrin əvvəlində marketri texnikası Almaniya, Hollandiya və Fransada yayıldı. Lakin XVIII əsrdən yerli ustalar meydana çıxdı. Marketrinin ən inkişaf edən dövrü XVIII əsrə təsadüf edir.Ondan interyerin və mebellərin bəzədilməsində istifadə edirdilər. Nazik lövhələrdən istifadə olunması yalnız düz səthləri deyil,həm də əyri səthləri bəzəməyə imkan verirdi. == Düzəldilməsi == Marketri iki prosesdən ibarətdir: intarsiya - Verilmiş şəklə görə başqa ağac növünün şponundan ,yaxud eyni növün başqa rəngindən hissəciklər kəsib fonla birlikdə bütün dəstin əşyanın üzərinə yapışdırmaq.Mozayka elementlərinin kəsilməsindən başqa marketri düzəltməyin başqa yolları da var. Əgər mozayka eyni düzbucaqlı həndəsi fiqurlardan ibarət rəsmdirsə, dəsti elementlərin əvvəlcədən kənarlarını kəsilib birləşdirilməsi yolu ilə də düzəltmək olar.
Naoko Takeuçi
Naoko Takeuçi (武内 直子, Takeuchi Naoko, Yaponca tələffüz: [ta.keꜜ.u͍.tɕi naꜜ.o.ko], d. 15 mart 1967, Kofu) — yapon manqaka. "Codename: Sailor V" (1991-1997) və "Seylor Mun" (1991-1997) manqa seriyalarına görə tanınır. 1985-ci ildə "Yume ja Nai no Ne"-yə görə 2-ci Nakayoşi Komiks Mükafatını, 1986-cı ildə "Sevgi səsi"nə görə Yeni Sənətçi Mükafatını qazanmışdır. Onun yazdığı "Seylor Mun" manqa seriyası dünyada ən məşhur manqa seriyalarından birinə çevrilmişdnir. İndiyə qədər bütün dünyada manqanın 35 milyon nüsxəsi satılmışdır. Bu manqa seriyasına görə 1993-cü ildə Kodansya Manqa Mükafatına layiq görülmüşdür. Yaponiyadan xaricdə manqanın anime adaptasiyası daha çox məşhurluq qazanmışdır və Qərbdə Yaponiya animelərinə qarşı maraq böyümüşdür. == Həyatı == Kendzi və İkuko Takeuçinin qızı kimi 1967-ci ildə anadan olmuşdur. Özündən yaşça kiçik olan Şinqo adlı qardaşı var.
Raketli kater
Raketli kater və ya Hücum qayığı, gəmi əleyhinə raketlərlə silahlanmış kiçik bir hərbi gəmidir. Dənizlərdə az məsrəflərlə donanma yaradılması məqsədi ilə ölkələr tərəfindən seçilən məşhur bir seçim vasitəsidir. Hücum qayıqları yüksək hərəkətliliyi sayəsində döyüş raketlərindən daha effektiv istifadəni təmin edir və bu səbəbdən də tez-tez istifadə olunurlar.
Teyzo Takeuçi
Teyzo Takeuçi (6 noyabr 1908 - 12 aprel 1946) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Ceyms MakAti
Ceyms Con MakAti (18 oktyabr 2002, Salford, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Mançester Siti" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. Bir müddət İngiltərə U-18 millisində çıxış edən sonra Ceyms hal-hazırda İngiltərə U-20 millisində çıxış edir. == Klub karyerası == MakAti əsas komanda ilə debütünü 29 oktyabr 2019-cu ildə "Bolton Uonderers" klubuna qarşı Liqa Trofeyi görüşündə etmişdir. 2020-21 mövsümü ərzində Ceyms Liqa Trofeyi turnirində "Skantorp Yunayted" və "Mansfild Taun" klublarına qalib gəldikləri, həmçinin "Tranmir Rovers" klubuna məğlub olduqları görüşlərdə iştirak etmişdir. 24 avqust 2021-ci ildə Ceyms "Skantorp Yunayted" klubunu 3-0 hesabı ilə məğlub etdikləri görüşdə qolla yadda qalmışdır.2020-ci ilin noyabrında Ceyms "Çelsi" klubuna qarşı FA Gənclər Kuboku finalı görüşündə qolla yadda qalmış və komanda rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. Həmin mövsüm Premyer Liqa 2-də toplamda iyirmi üç görüşdə iştirak edən Ceyms səkkiz qol və doqquz assistlə mövsümü başa vurmuşdur.Ceyms peşəkar karyerasında debütünü 21 sentyabr 2021-ci ildə "Uikomb Uonderers" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. O, 72-ci dəqiqədə meydana daxil olmuş və komandası rəqibinə 6-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Ceyms İngiltərə U-18 millisi ilə debütünü 2019-cu ilin noyabrında Norveç millisi ilə görüşdə etmişdir. 4-4 hesabı ilə bitən görüşdə o, dublla yadda qalmışdır.6 sentyabr 2021-ci ildə o, İngiltərə U-20 millisi ilə Rumıniya millisinə qarşı görüşdə qolla yadda qalmış və milli rəqibinə 6-1 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Ceymsin böyük qardaşı Con MakAti "Qrimsbi Taun" klubunda çıxış edən peşəkar futbolçudur.
Dalğa paketi
Dalğa paketi — hər bir zamananında fəzanın məhdud oblastını tutan yayılan dalğa sahəsi. == Təsviri == İstənilən təbiətli dalğalarda (akustik, elektromaqnit və b.) baş verə bilər. Dalğa paketi, tezlikləri (f) və dalğa vektorları (k) bir-birinə yaxın olan (Δf, Δk qiymətlərinin kiçik intervallarında yerləşən) müstəvi monoxromatik dalğaların superpozisiyasıdır (cəmidir). f və k arasındakı əlaqə xəttidirsə, yəni f = υk, burada υ dalğaların yayılma sürətidir, onda Dalğa paketi öz formasını dəyişmədən υ sürəti ilə yayılır və zaman keçdikcə “yayğınlaşır”. == Xüsusiyyətləri == Kvant mexanikasında müəyyən impulslu zərrəciyin halına müstəvi monoxromatik de Broyl dalğası – bütün fəzanı tutan müəyyən tezlikli dalğa uyğundur. Bu onu göstərir ki, həmin zərrəciyin koordinatı məlum deyil. Zərrəcik fəzanın məhdud oblastında olduqda isə, onun impulsunun mümkün qiymətləri bir qədər səpələnmiş olur. Belə zərrəciyin halı impulsun mümkün qiymətlərinin intervalına uyğun tezliklərə malik monoxromatik dalğaların cəmi ilə təsvir edilir. Təxminən eyni yayılma istiqaməti olan və tezlikləri qismən fərqlənən belə dalğaların superpozisiyası Dalğa paketi yaradır: yekun dalğanın amplitudu fəzanın yalnız müəyyən məhdud oblastında sıfırdan fərqli olacaq. Bu oblastda zərrəciyi müşahidə etmək ehtimalı böyük, onun xaricində isə praktiki olaraq sıfra bərabərdir.
Döyüş raketi
Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar. Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir: İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar, Buraxma qurğuları, Texniki təchizat vasitələri, nəqletmə və saxlama.Daşıyıcı sistemlərinə görə bölünürlər: “Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə” “Süni peyk əleyhinə” və s.Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir. Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
Genişləndirmə paketi
Genişləndirmə paketi, genişləndirmə dəsti və ya əlavə paketi, mövcud videooyuna yeni xüsusiyyətlər vermək üçün istehsal olunan paketlərdir. Bu paketlər tez-tez oyuna yeni ərazilər, silahlar, simvol və funksiyalar əlavə edir. Həmçinin mövcud oyunun ssenarisini genişləndirir. Ümumiyyətlə, videooyunun genişləndirmə paketləri oyun təkmilləşdiriciləri tərəfindən istehsal olunur, lakin istehsalçı şirkətlər genişləndirmə paketlərini başqa bir şirkətə də düzəltdirə bilərlər. Ümumiyyətlə, oyunun genişləndirilməsi paketlərinin qiyməti orijinal oyuna nisbətən daha aşağıdır. Genişləndirmə paketləri oyuna yeni xüsusiyyətlər gətirməyi hədəflədiyi üçün istifadəçi orijinal oyuna sahib olmalıdır. Zaman-zaman oyun istehsalçıları genişləndirmə paketlərini oyunun özü ilə birlikdə “kolleksiya versiyası” və ya “qızıl versiya” paketi kimi də satırlar.
Ofis paketi
Ofis paketi (İnteqrallaşdırılmış paket) — müxtəlif funksiyaları yerinə yetirən proqram komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış tətbiqi proqram paketinə (TPP) mətn prosessoru, elektron cədvəl, qrafiki redaktor, verilənlər bazası idarəetmə sistemi (VBİS) və s. daxildir. İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi, faylların eksport-importu, kalkulyator, təqvim, proqramlaşdırma sistemləri də daxil edilir. Bu cür paketlərə misal olaraq Microsoft Office, FrameWork, Ashampoo Office 2010 və s. göstərmək olar.
Weishi raketi
Weishi raketi Çin mənşəli bir döyüş raketidir. 1980-ci ildə Sichuan Aerospace Industry Corporation tərəfindən hazırlanmışdır və reaktiv yaylım atəş sistemidir. Ədəbiyyatda WS qısaltması ilə qeyd edilmişdir. Bu raket Türkiyə tərəfindən Qasırğa adı ilə inventara qəbul edilmişdir.
Çay paketi
Çay paketi və ya Birdəfəlik çay - çay yarpaqların ehtiva edən və dəmləmə çay üçün istifadə edilən kiçik, məsaməli möhürlü paket. Çay paketləri daha çox kağız, ipək və ya plastikdən hazırlanır.
Beyker və Makenzi
Baker & McKenzie (azərb. Beyker və Makenzi‎) — 1949-cu ildə Çikaqoda hüquqşünaslar Rassel Beyker (ing. Russell Baker) və Con Makenzi (ing. John McKenzie) tərəfindən təsis edilmiş beynəlxalq hüquq şirkətidir. Şirkətin 47 ölkədə yerləşən 77 ofisində 4 100-dən artıq hüquqşünas çalışır.Transmilli qurum olduğundan, şirkətin fəaliyyəti yalnız ABŞ bazarında iştirakla məhdudlaşmır, hüquqşünasların 80%-dan çoxu ABŞ xaricində çalışır. 60 ölkədən və 75 dildə danışan hüquqşünas hazırda şirkətin əməkdaşıdır. 2016-cı ildə şirkətin dövriyyəsi 2,62 milyard ABŞ dolları təşkil etmişdir. Firma hüquq şirkətləri arasında dövriyyəyə görə dünyada ən iri şirkət elan edilmişdir.
Orijinal-maket
Orijinal-maket (camera-ready)– nəşriyyat sistemlərində: sənədin hazırlanmasının elə mərhələsidir ki, onda bütün mətbəə elementləri, qrafik görüntülər öz yerlərində olur və çap xidmətinə verilə bilər. Çap xidməti orijinal-marketin fotoşəklini çəkir və bu fotoşəkillərdən çap formalarının hazırlanmasında istifadə edir. Bəzi səhifə bağlama proqramları elementləri əl ilə düzməklə və quraşdırmamaqla sənədi icra edilməyə tam hazır vəziyyətə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maket plata
Maket plata və ya maket lövhəsi, sxem lövhəsi (ing. Breadboard) — elektron cihazların prototiplərinin yığılması və modelləşdirilməsi üçün universal dövrə əmələ gətirən çap lövhəsidir.
Hava-hava raketi
Hava-hava Raketləri (Air-to-Air Missile; AAM) təyyarə və helikopterlər tərəfindən digər uçan nəqliyyat vasitələrini məhv etmək üçün istifadə olunan silahlardır. Bu silahlar istiyə və ya hədəfə göndərilən və əks olunan radar və lazer siqnalları və ya hədəfdən çıxan radar siqnalları ilə idarə olunurlar. == Tarixi inkişaf == Bu sahədə ilkin tədqiqatlara İkinci Dünya müharibəsi zamanı Alman mühəndisləri tərəfindən başlanılmışdır. Böyük müttəfiq bombardmançı birləşmələrini məhv etmək üçün hazırlanmış Ruhrstal X-4 raketi müharibənin sonlarına doğru ortaya çıxdı. Ruhrstal X-4, tellə idarə olunan bir raket idi və raket buraxıldığı təyyarənin pilotu tərəfindən idarə olunurdu. Almanların bu ilk əsərləri müharibənin sonunda bir çox layihə ilə birlikdə ABŞ və Rusiya tərəfindən ələ keçirildi. Əvvəlcə mövcud nəzəriyyələrlə hava-hava raket tədqiqatlarına başlayan mühəndislər, o dövrlərin favoriti olan radardan istifadə edərək bir raket inkişaf etdirməyə çalışırdılar. Bununla birlikdə, radarların həcm baxımından ölçüsü bəzi çətinliklər yaradırdı. O zaman ABŞ-dən Dr. William B. Mcclean adlı bir alim meydana gəldi.
Raad (antitank raketi)
Raad (farsca: رعد, "ildırım") və ya RAAD, Sovet 9M14M Malyutka (AT-3b Sagger) raketinə əsaslanan İranın tel başlıqlı tank əleyhinə raketidir. Raad, 1988-ci ildə kütləvi istehsala başlamış və 1997-ci ildə ictimaiyyətə təqdim edilmişdir. İran Müdafiə Sənayesi Təşkilatının bir törəməsi olan Parchin Raket Sənayesi tərəfindən istehsal edilmişdir. Raad ailəsi dörd variantda gəlir: əsas RAAD raketi, 9M14M Malyutka-M-in (AT-3b Sagger) klounu; SACLOS rəhbərli I-RAAD, tandem döyüş başlıqlı RAAD-T və həm tandem döyüş başlıqlı və həm də SACLOS istiqamətləndirmə sistemli I-RAAD-T. I-RAAD-T versiyası ailənin ən müasir və ən çox ixrac edilən üzvüdür. Raad, Toophan (TOW kopyası), Towsan-1 (AT-5B kopyası), Dehlaviyeh (AT-14 kopyası) və Saegheh (M47 Dragon (Əjdaha) kopyası) (İran) ilə birlikdə İranda toplanan bir sıra tank əleyhinə raketlərdən biridir. I-RAAD-T variantı üçün yalnız 400 mm RHA nüfuzu ilə, RAAD müasir və ya köhnə döyüş tanklarına qarşı istifadə edilmir və əsasən ikinci xətt vahidlərinə və ya yumşaq hədəflərə qarşı istifadə olunur. Raad İraq, Livan və Suriyadakı paramilitar qüvvələrə ixrac edilmiş və 2006-cı il Livan müharibəsi ilə İraq və Suriyadakı vətəndaş müharibələrində də istifadə edilmişdir. İstilik döyüş başlığına malikdir. == Ad == RAAD fars dilində ildırım deməkdir. Bu qısaltma deyil və bir çox mənbədə adım böyük hərfləri yazılmır.
Raad (anti-tank raketi)
Raad (farsca: رعد, "ildırım") və ya RAAD, Sovet 9M14M Malyutka (AT-3b Sagger) raketinə əsaslanan İranın tel başlıqlı tank əleyhinə raketidir. Raad, 1988-ci ildə kütləvi istehsala başlamış və 1997-ci ildə ictimaiyyətə təqdim edilmişdir. İran Müdafiə Sənayesi Təşkilatının bir törəməsi olan Parchin Raket Sənayesi tərəfindən istehsal edilmişdir. Raad ailəsi dörd variantda gəlir: əsas RAAD raketi, 9M14M Malyutka-M-in (AT-3b Sagger) klounu; SACLOS rəhbərli I-RAAD, tandem döyüş başlıqlı RAAD-T və həm tandem döyüş başlıqlı və həm də SACLOS istiqamətləndirmə sistemli I-RAAD-T. I-RAAD-T versiyası ailənin ən müasir və ən çox ixrac edilən üzvüdür. Raad, Toophan (TOW kopyası), Towsan-1 (AT-5B kopyası), Dehlaviyeh (AT-14 kopyası) və Saegheh (M47 Dragon (Əjdaha) kopyası) (İran) ilə birlikdə İranda toplanan bir sıra tank əleyhinə raketlərdən biridir. I-RAAD-T variantı üçün yalnız 400 mm RHA nüfuzu ilə, RAAD müasir və ya köhnə döyüş tanklarına qarşı istifadə edilmir və əsasən ikinci xətt vahidlərinə və ya yumşaq hədəflərə qarşı istifadə olunur. Raad İraq, Livan və Suriyadakı paramilitar qüvvələrə ixrac edilmiş və 2006-cı il Livan müharibəsi ilə İraq və Suriyadakı vətəndaş müharibələrində də istifadə edilmişdir. İstilik döyüş başlığına malikdir. == Ad == RAAD fars dilində ildırım deməkdir. Bu qısaltma deyil və bir çox mənbədə adım böyük hərfləri yazılmır.
Abani Mukerci
Abani Mukerci (hindcə: অবনীনাথ মুখার্জি, rus. Абанинатх Трайлович Мукерджи; 3 iyun 1891, Cəbəlpur, Britaniya Hindistanı, Uttar Pradeş və ya Britaniya Hindistanı – 28 oktyabr 1937, Moskva və ya SSRİ) — Hindistan kommunisti, SSRİ-də yaşamış mühacir, Hindistan Kommunist Partiyasının həmtəsisçisi, Stalin repressiyalarının qurbanı olan nadir hindlilərdən. == Həyatı == Abani Mukerci 3 iyun 1891-ci ildə Cubbulpur kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 1910-cu ildə pambıqçı olaraq çalışıb. 1912-ci ildə Almaniyaya və Yaponiyaya göndərilib. Almaniyada ikən sosializm ilə tanış olub və bu ideologiyanın yolu ilə getməyə başlayıb. Sonra Kəlküttəyə qayıdıb və pambıqçı Endrü Yuli Millin yanında çalışıb. 1914-cü ildə Raşbehari Bose ilə görüşüb inqilabi fəaliyyətə atıldı. 1915-ci ildə silah oğurlamaq üçün Yaponiyaya göndərildi. Sinqapurda ikən tutuldu və Fort Kemminq Həbsxanasında 2 il dustaq oldu.
Pranab Mukerci
Pranab Kumar Mukerci (benq. প্রণব মুখোপাধ্যায়, ing. Pranab Mukherjee ; d. 11 dekabr 1935, Mirati kəndi, Benqaliya, Britaniya Hindistanı) — Hindistan dövlət xadimi, Hindistanın 13-cü prezidenti (25 iyul 2012 — 25 iyul 2017). == Həyatı == Pranab Kumar Mukerci 11 dekabr 1935-ci ildə Benqaliyanın Mirati kəndində anadan olmuşdur. Kəlküttə universitetini bitirmişdir. 25 iyul 2012-ci ildə Hindistanın prezidenti seçilmişdir.
Rani Mukerci
Rani Mukherci (ing. Rani Mukerji və ya Rani Mukherjee) — əslən Hindistanlı film aktrisası. Mukherci-Samart ailəsində anadan olan Rani aktyorluq sahəsində hələ məktəbdə oxuyarkən Biyer Phool (1996) filmi ilə debüt etmişdir. Bollivudda əsas karyerasına 1997-ci ildə çəkildiyi Mənim kralım gələcək filmi ilə başlayıb. Növbəti il isə Karan Coharın rekordlar qıran və romantika janrında olan Nəsə baş verir filmində rol alıb. Bu filmdəki performansına görə Filmfare Ən Yaxşı Köməkçi Aktrisa Mükafatına layiq görülüb. 21 Aprel 2014 Rani və Aditya Çopra ilə evlənib. == Həyatı == Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir.