Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mancanaq
Mancanaq — Orta Əsrlərdə şəhərlərin mühasirəsində istifadə edilən ağır daşlar atan hərbi texnika. Müharibələrdə mühasirəyə qlınməş qalaıların divarlarını dağıtmaqdan ötrü mancanaq vasitəsilə daş, yanar maye ilə dolu çəlləklər və s. atarmışlar. Daşatan mancanaq adından məlum olduğu kimi, 100 kq və daha artıq yükə malik qısa qola və daş ya qaya parçalarını atmaq üçün uzun çömçəli qola malik ağacdan hazırlanmış hərb qurğusudur. Qısa qolun uzun qol olan nisbəti 3 : 1 olur. Xidmətci heyət isə 8 nəfərdən ibarət olur. Mancanağın uzun qolu kəməndlərlə yerə qədər tarım dartılaraq, çömçəsinə qaya və daş parçası qoyulduqdan sonra (bu zaman balans yüklü kiçik qolu əksinə olaraq havaya qalxaraq asılı qalmış olur.) kəmənd boşaldırılır. Yüklü kiçik qol ağırlıq qüvvəsi ilə aşağı edir. uzun qol isə yuxarıa atılmış olur. Bu zaman çömçədəki daş önə, irəli atılmış olur.
Mandalay
Mandalay Myanma İttifaqi Respublikasının Yanqondan sonra 2-ci böyük şəhəridir. Adını ətrafında Mandalay təpəliklərindən götürüb.
Mannalar
Mannallılar — Azərbaycanda yaşayan yerli etnoslardan biri.Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi. Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır. Ölkə orada yaşayan Manna etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumunun adıdır. Bu dövlət er.
Mandala
Mandala (sanskr. मण्डल Maṇḍala, 'çevrə') — Hinduizm və Buddizmdə Kainatı təmsil edən dini simvoldur. Çox vaxt dairə və ya kvadrat şəklində olan və hər şeyin mistik mərkəzinin simvolu olan mandalalar meditasiya vasitəsi olaraq istifadə edilir. Hinduizmdə Siva ve Saktinin kosmik rəqsini, Buddizmdə Budda Diyarını və ya Buddanı təmsil edən mandalalar mövcuddur. Buddizmdə Mandalalar ona inanan insan üçün kainatdakı müqəddəsliyi və eyni müqəddəsliyin həmin şəxsin özündəki potensial vəziyyətini xatırladan əhəmiyyətli işarələrdir. Buddizm baxımından mandalanın məqsədi insanın çətinliyinə onu aydınlanmaya çatdıraraq son vermək və həqiqətlə bağlı doğru fikrə çatdırmaqdır.
Dinamik manqalar
Dinamik manqa— Avtomatik idarəetmə nəzəriyyəsinə aid anlayışdır. == Dinamik manqaların növləri == Funksional təyinatlarından, konstruktiv quruluşlarından, mürəkkəbliyindən, fiziki təbiətindən asılı olmayaraq dinamiki sistemləri elementar manqaların (bəndlərin) vəhdədi şəklində göstərmək olar. Belə manqalar eyni tipli riyazi modellərlə yazıldığından tipik manqalar da adlanırlar. Tipik manqalar birinci və ikinci tərtibli diferensial tənliklərlə yazılırlar. Tipik manqaları aşağıdakı qruplara ayırmaq olar: Sadə manqalar: gücləndirici (ətalətsiz), inteqrallayıcı və diferensiallayıcı; Bir tərtibli manqalar: aperiodik, ətalətli – diferensiallayıcı, izodrom və s. İki tərtibli manqalar: ətalətli-inteqrallayıcı, aperiodik, rəqsi, konservativ və s. === Bir tərtibli aperiodik manqa === Praktikada ən geniş yayılmış manqalardan biri də aperiodik (ətalətli, və ya birtutumlu ətalətli) manqadır. Bu manqanın giriş və çıxış dəyişənləri arasında əlaqə aşağıdakı diferensial tənliklə ifadə olunur: T y ˙ ( t ) + y ( t ) = k x ( t ) {\displaystyle T{\dot {y}}(t)+y(t)=kx(t)} Burada T - manqanın zaman sabiti, k- gücləndirmə əmsalıdır. Manqanın zaman sabiti elə bir zaman müddətdir ki, əgər y(t) çıxış kəmiyyəti ilk anda aldığı dy(t)/dt,t=0 , y(t) əyrisinə sıfır nöqtəsində çəkilmiş toxunanın bucaq əmsalının qiyməti) sürəti ilə dəyişməkdə davam etsə idi, onda o öz y(∞)=ku qərarlaşma qiymətinə T müddətindən sonra çatardı. Həqiqətdə isə, y(y)-nin dəyişmə sürəti azaldığından o, halında T müddətinə öz qərarlaşma qiymətinin yalnız 63.2%-ni alır.
Mancanaq dəzgahı
Mancanaq dəzgahı — neft və ya su quyularının istismarı zamanı ştanqlı quyu nasosu. Mancanaq dəzgahı dərinlik nasoslarını işlətmək üçün tətbiq olunan aqreqatdır. Nasosun porşeni dəzgahın →balansiri ilə əlaqələndirilir. Mancanaq dəzgahının rəqs edən qolu-balansir yuxarı-aşağı hərəkət etməklə nasosla mayeni yuxarıya sormağa imkan verir. Dəzgahın mexanizmlərini işə salmaq üçün reduktorun valı ilə əlaqəli olan elektrik mühərrikinə cərəyan verilir. Reduktor öz növbəsində çarxqollu sürüngəc mexanizminin köməyi ilə balansiri yuxarı-aşağı hərəkət etdirir. == İstinadlar == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Eliaquim Manqala
Eliaquim Manqala - Fransalı futbolçu.Müdafiəçidir. == Klub karyerası == === Standard Lyej === === Portu === === Mançester Siti === === Valensiya === == Milli Komanda karyerası == 2013-cü ildən Fransa formasını geyinir və 8 oyuna çıxmışdır.
Orel Manqala
Orel Manqala (18 mart 1998-ci ildə anadan olub) — Ştutqart klubundan icarə əsasında 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Ştutqart === Manqala Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. 9 iyun 2017-ci ildə Manqala €1.8 milyon qarşılığında Bundesliqa təmsilçilərindən olan Ştutqart klubu ilə müqavilə imzalamışdır. Manqala öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Herta klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Bundesliqa görüşündə Ştutqart rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur. === Hamburq === 8 avqust 2018-ci ildə Manqala 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubuna satın alma şərtilə mövsüm sonuna qədər icarəyə verilmişdir. == Milli karyerası == 2015-ci ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Bolqarıstanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Manqala Çexiya, Sloveniya, Almaniya və Fransa milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Həmin ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Dünya Gənclər Çempionatında iştirak etmişdir.
Pançala
Pançala (sanskrit dilində: पांचाल, Pāñcāla IAST) — Şimali Hindistanda müasir Uttarakhand və Uttar Pradeş ştatlarının ərazisində, Qanq və Camna çayları arasında yerləşən tarixi region. == Haqqında == Veda dövründə Pançala çarlığı urbanizasiya mədəniyyətinin mərkəzi olmuşdur. Bu dövr təxminən e.ə. 1100-cü ildə meydana gələn və e.ə. 600-cü ildə tənəzzül edən boz cizgili mədəniyyət dövrü ilə səciyyələnir. O zaman Pançala Maxacanapad (Sanskrit dilində: "böyük şəhər" - Budda mənbələrinə əsasən Hindistanın şimal və şimal-qərb hissəsi) ərazisində Buddanın doğulmasınadək mövcud olmuş on altı dövlətdən biri idi. Bu regionda iki veda təriqəti - Şaunaka və Tayttiriya geniş yayılmışdır. Pançala yuxarı Himalay ilə Qanq çayı arasındakı ərazidə yerləşirdi. Bu region iki hissəyə Uttara-Pançala və Dakşina Pançalaya bölünürdü. Uttara-Pançalanın paytaxtı müasir Ramnaqar şəhərinin yerləşdiyi ərazidə mövcud olmuş Axiçatra şəhəri idi.