QIZARTMAQ

f.
1. Qızarıncaya qədər qızdırmaq, közərtmək. Dəmiri kürədə qızartmaq. Kömürü üfləyib qızartmaq.
[Şeyx Şəban] özü çırağına neft töküb yandırırdı, manqala kömür qoyub qızardıb, su qaynadıb özünə çay qayırırdı. Ə.Haqverdiyev.

2. Qırmızı etmək, qırmızılaşdırmaq, qırmızı rəngə boyamaq. Yumurtaları qızartmaq. Damları qızartmaq. Günəş almaları qızartdı. Şaxta üzünü qızartmışdır.
3. Tavada və s.-də qızarıncaya qədər qovurmaq, bişirmək. Əti, balığı tavada qızartmaq. Çörəyi təndirdə qızartmaq.
4. məc. Utandırmaq, xəcalət çəkdirmək. Uşağı danlayıb qızartdı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QIZARTMAQ 1. QIZARTMAQ, QIRMIZILAŞDIRMAQ 2. qızartmaq bax utandırmaq
QIZARTMA
QIZBİBİ

Digər lüğətlərdə