Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manakin
Manakinlər çığıran sərəçəkimilər qrubuna aid olan klad quşudur. Bu qrubun 60-dan ibarət bəzi növləri Amerika tropik meşələri boyunca yayılıb. Manakin adı orta Niderland dilindən alınıb Niderlandca mannakijn "balaca adam" deməkdir. == Açıqlama == Onların boyu 7 sm-dən 15-ə dək (3sm-6 sm arası eni) çəkisi isə 8 q-dan 30 q-a qədərdir. Tyranneutes cinsi manakinlərin ən balacasıdır və Antilophia cinsi isə ən böyüyü hesab olunur ( Schiffornis cinsinin artıq manakin hesab edilməməsindən bəri). Onlar qıssa quyruqları, yuvarlaq və geniş qanadları və böyük başları ilə kip küdül quşlardır. Dimdikləri qıssa və geniş bir boşluğa sahibdir. Dişilərinin və bir illik erkəklərinin sönük yaşıl rəngli tükləri var; bir çox növü tüklərinə görə seksual dikromatikdirlər , erkəkləri əsasən qara rəngli olub və yamalarında parlaq rənglərə sahibdirlər, bəzi növlərinin uzun və dekorativ quyruqları və ya tac lələkləri və ya boğaz lələkləri olur. Bəzi iki illikdən dörd illiyə qədər olan növlərinin fərqləndirici alt yetkin tükləri var. == Yayılması və yaşayış sahəsi == Manakinlər Cənub Meksikadan şimal Argentina, Paraqvay, Cənubi Braziliya və Trinidad və Tobaqoda əraziləri daxilində mövcutdurlar.
Maneskin
Maneskin — İtaliyalı pop rok qrupu. İtaliyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində Zitti e buoni mahnısı ilə təmsil etmiş və müsabiqənin qalibi olmuşdur. == Tarixi == Maneskin qrupunun üzvləri Damiano David, Victoria De Angelis və Thomas Raggi ilk dəfə Romada orta məktəb illərində tələbə kimi tanış olublar , Ethan Torchio daha sonra qrupa daxil olub .Qrupun yaranması 2015-ci ilə təsadüf etsədə,rəsmi olaraq 2016-cı ildə elan olunub . 2016 -cı ildə yerli musiqi yarışması olan”Pulse”üçün qeydiyyatdan keçməyə qərar veriblər. Buna görə qrupun adı olmalı idi. Ad seçimində çətinlik yaşanan vaxt yarı danimarkalı olan Viktoriya De Angelis bəzi Danimarka sözləri təklif edib və onlar Måneskin ("ay işığı") üzərində razılaşıblar. Müsabiqənin nəticəsində ilk mükafatlarını alıblar . 2017-2019 cu illərdə tanınmalarında “X Factor” müsabiqəsinin rolu olub . 2017-ci ildə onlar Manuel Aqnellinin rəhbərliyi altında İtaliyanın “X Factor” istedad şousunun on birinci mövsümündə iştirak edərək Lorenzo Licitradan sonra ikinci yeri tutublar . Səsləndirilən mahnılar “Beggin” ,”Somebody told me “ ,”Take me out” olub , ifa etdikləri orijinal mahnı isə sadəcə “Chosen “ mahnısıdır .
Menemen
Menəmən (türk. Menemen) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 37 km-dir. İlçənin şimalında Əliağa və Foça, cənubunda Çiğli, Qarşıyaxa və Bornova ilçələri, şərqində Manisa ili, qərbində İzmir körfəzi yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 179,881 nəfərdir.
Menemen hadisəsi
Menemen hadisəsi ya da Kubilay hadisəsi — 23 dekabr 1930 günü həyata keçən, İzmir'in Menemen ilçəsində, əsgərliyini ehtiyatda olan zabit olaraq etməkdə olan müəllim Mustafa Fəhmi Kubilay'ın və yardımına gələn gözətçilər Həsən və Şövqi'nin şəriət istəyən bir qrup tərəfindən başı kəsilib bir çubuğun üzərinə bağlanaraq küçələrdə gəzdirilməsilə başlayan hadisələr zənciri. Respublika tarixinin ən önəmli hadisələrindən biridir. Hadisələrin ardından bölgədə hərbi vəziyyət elan edilmiş, General Mustafa Muğlalı idarəsində qurulan Divan-i Hərbdə günahkarlar müxtəlif cəzalara məhkum edilmişdir. == Hadisələrin inkişafı == Mustafa Fəhmi Kubilay, 1930-cu ildə Menemendə ehtiyat zabit sifətilə əsgərlik vəzifəsini etməkdə idi. 23 dekabr 1930 səhəri Menemendə cərəyan edən hadisələr ümumi deyilənə görə bu seyri izləmişdir: Şeyx Əsədin Manisada Nəqşibəndi təriqətini yaymaqla vəzifələndirdiyi Laz İbrahim tərəfindən istiqamətləndirilən, Manisa tərəfindən gələn çəmbər saqqallı, sarıqlı və cübbəli dördü silahlı 6 şəxs, 23 dekabr 1930-da sübh namazından sonra məsciddən aldıqları Yaşıl Sancağı yola dikərək silah gücü ilə ətraflarına adam toplamağa çalışırlar. Başçılar arasında, Kritli Dərviş Məhəmməd, Şamdan Məhəmməd, Sütçü Məhəmməd Əmin, Nalıncı Həsən, Kiçik Həsən var idi. Derviş Məhəmməd məsciddə namaz qılanlara özünü "Mehdi" olaraq tanıtdı və dini qorumağa gəldiklərini söylədi.Arxalarında 70 min nəfərlik Xəlifə ordusu olduğunu, günorta saatlarına qədər şəriət bayrağı altında toplanmayanların qılıncdan keçiriləcəyini söylədilər. Məsciddəki yaşıl bayrağı alıb, uzun bir çubuğa taxdılar və Menemen şəhər meydanında qazdıqları bir çuxura dikdilər. Bayrağın çevrəsində dönməyə, təkbir gətirməyə, zikr etməyə və "Papaq geyən kafirdir! Yaxında yenə şəriətə qayıdılacaqdır" deyərək bir üsyan hərəkəti başlatmaq istəyirlər.
Menemen qırğını
Menemen qırğını — 16–17 iyun arası 1919-cu ildə qərbi Türkiyədəki Menemen şəhərində yunanlar tərəfindən törədilmiş kütləvi qətl. Qırğın yunan qoşunlarının İzmir ətrafı şəhərlərin işğalından dərhal sonra baş vermişdir. Menemendə kütləvi formada insanların qətlini yerli yunanlarla birlikdə müttəfiq dövlətləri təmsil edən krit briqadasının dörd generalı başçılıq edirdi. 1919-cu ildə hazırlanmış oktyabr hesabatında şəhərdəki yerli silahsız etnik türklər arasında bir gün ərzində 200 nəfərdən 1.000 nəfərə qədər adam qətlə yetirilməsi qeyd edilir. Bu təxmini sayı həmçinin müttəfiq dövlətlər tərəfindən yaradılmış xüsusi komissiyada təsdiq etmişdir.Ancaq buna baxmayaraq elə həmin il komissiya bu qırğının zəncirvari reaksiya olması və təsadüfi, ehtiraslı müharibə hisslərinə görə olduğunu iddia etmişdir. Sonradan rəqəmlərin də yüksəldilməsini şişirtmə adlandırmışlar. Buna baxmayaraq tarixçi-alim Castin Makkarti İnter-müttəfiq komissiyanın iddialarını rədd edərək bildirmişdir ki, türklərə qarşı həyata keçirilmiş Menemen qırğını əvvəlcədən təşkil edilmiş və planlı şəkildə olmuşdur. Belə ki, şəhərdəki qırğının başlanmasından əvvəl yunanların yaşadıqları evlər ağ xaçlarla işarələnmiş və bir nəfər də olsun yunan nə yaralanmamış, nə qətlə yetirilmiş nə də əmlaklarına hər-hansı bir ziyan dəymişdir.
Haneen İbrahim
Haneen İbrahim (29 iyun 2000) — Sudanlı üzgüçü. Haneen İbrahim Sudanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Haneen İbrahim birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 36.25 saniyəlik nəticəsi ilə 84-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. O, bu nəticə ilə ölkəsinin rekordunu qırdı.
Jan Mankes
Jan Mankes (15 avqust 1889, Meppel – 23 aprel 1920, Eerbeek) — holland rəssam. İşlədiyi mövzular avtoportretlər, mənzərə, quş və digər heyvanlar olmuşdur. Təhsilini Haaqadakı Kral İncəsənət Akademiyasında almış, Kris Lebau, Jan Şouten və Herman Veldhuisin tələbəsi olmuşdur. Karyerası boyunca təqribən 200 tablo, 100 eskiz yaratmışdır. 30 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Əsərləri Hollandiya’dakı Şerinqa Realizm Muzeyi, Arnhem Müasir İncəsənət Muzeyi və Belveder Heerenven Muzeyində sərgilənir.
Mixail Haneke
Mixail Haneke (alm. Michael Haneke‎) — Avstriya kino sənətçisi Mixail Haneke 1942-ci il martın 23-də Almaniyanın Münhen şəhərində aktyor ailəsində doğulub. İkinci Dünya müharibəsi Hanekelər ailəsini Avstriyadakı sakit, müharibənin səs-küyündən uzaq bir şəhərciyə - Viner Noyştadta köçməyə məcbur edir. Mixail tələbəlik illərini Vyana Universitetində psixologiya, filologiya və teatr sənətinin öyrənməklə keçirib. Ali təhsilini başa vurduqdan sonra alman telekanallarından birində redaktor işləməyə başlayıb. 1970-ci ildən etibarən televiziya filmləri üçün ssenarilər yazıb. Kiçik ekranda rejissor kimi ilk debütü 1974-cü ildə çəkdiyi "Liverpuldan sonra" filmi olub. 1974-86-cı illər arasında səkkiz televiziya filmi çəkib və paralel olaraq Vyana, Münhen, Berlin, Hamburq teatrlarında tamaşalar qoyub. İlk tammetrajlı bədii filmini 1989-cu ildə çəkib. "Yeddinci qitə" filmi Lokarno festivalının müsabiqə proqramında iştirak edib.
Mixail Xaneke
Mixail Haneke (alm. Michael Haneke‎) — Avstriya kino sənətçisi Mixail Haneke 1942-ci il martın 23-də Almaniyanın Münhen şəhərində aktyor ailəsində doğulub. İkinci Dünya müharibəsi Hanekelər ailəsini Avstriyadakı sakit, müharibənin səs-küyündən uzaq bir şəhərciyə - Viner Noyştadta köçməyə məcbur edir. Mixail tələbəlik illərini Vyana Universitetində psixologiya, filologiya və teatr sənətinin öyrənməklə keçirib. Ali təhsilini başa vurduqdan sonra alman telekanallarından birində redaktor işləməyə başlayıb. 1970-ci ildən etibarən televiziya filmləri üçün ssenarilər yazıb. Kiçik ekranda rejissor kimi ilk debütü 1974-cü ildə çəkdiyi "Liverpuldan sonra" filmi olub. 1974-86-cı illər arasında səkkiz televiziya filmi çəkib və paralel olaraq Vyana, Münhen, Berlin, Hamburq teatrlarında tamaşalar qoyub. İlk tammetrajlı bədii filmini 1989-cu ildə çəkib. "Yeddinci qitə" filmi Lokarno festivalının müsabiqə proqramında iştirak edib.
Maneki-neko
Maneki-neko (招き猫, hərf. çağıran pişik) – sahibinə uğur gətirdiyinə inanılan yapon pişik heykəlcikləri. == Görünüşü == Əsasən plastikdən və keramikadan hazırlanan maneki-neko bir pəncəsini yuxarı qaldırmış yapon bobteyl pişiyini əks etdirir. Bu pəncə önə və geriyə doğru hərəkət edə bilir. Maneki-nekolar müştəriləri qarşılamaq məqsədilə adətən iş yerlərinin girişlərinə qoyulur.Maneki-neko adətən Edo dövrünə aid sikkə olan kobanla birlikdə təsvir edilir və üzərində "sen man ryo" (千万両, hərf. 10 milyon qızıl) ifadəsi yazılır. Sağ pəncənin yuxarıda təsvir olunması daha çox müştəri, sol pəncənin yuxarıda təsvir olunması isə daha çox pul arzusunu bildirir. Maneki-neko sahibinin əldə etməyə çalışdığı uğurun növündən asılı olaraq müxtəlif rənglərdə ola bilər: ağ rəng xoşbəxtliyi, qara rəng təhlükəsizliyi, qırmızı rəng sağlamlığı, qızılı rəng varlılığı, çəhrayı rəng romantikanı, göy rəng yaxşı təhsili və yaşıl rəng ailə təhlükəsizliyini arzu etməyi bildirir.Maneki-neko adətən qırmızı taxma ilə təsvir olunur. Bunun səbəbi "Yastıq kitabı" və "Gencinin hekayəsi" kimi yapon klassikalarında qadınların belə pişiklərlə təsvir olunmasıdır. Edo dövründə gözəl qadınlar əsasən qırmızı taxmalı pişiklərlə təsvir olunurdular. == Tarixi == Maneki-neko ilk dəfə Edo dövründə ortaya çıxmışdır. Heykəlciyin dəqiq yaranma tarixi məlum olmasa da, ilk dəfə Utaqava Hiroşiqenin 1852-ci ilə aid ukiyo-e əsərində təsvir olunmuşdur.
Maneki-neko muzeyi
Maneki-neko muzeyi (招き猫ミュージアム, Maneki-neko Myuciamu) – Yaponiyanın Ayçi prefekturasının Seto şəhərində yerləşən muzey. Maneki-nekolara həsr olunmuş ən böyük muzeydir. == Tarixi == Muzeyin əsası 2000-ci ildə Yaponiya Maneki-neko Klubu tərəfindən Qunma prefekturasının Tsumaqoy qəsəbəsində qoyulmuşdur. Muzey 2004-cü ilə qədər burada fəaliyyət göstərdikdən sonra 2005-ci ilin martında indiki yerinə – Ayçi prefekturasının Seto şəhərinə köçürülmüşdür. == Xüsusiyyətlər == Muzey kolleksiyasının böyük hissəsini Hiroşi Bando və Çihiro Arakava tərəfindən toplanılmış minlərlə maneki-neko təşkil edir. Muzeyin kolleksiyasına tarixi maneki-nekolar ilə yanaşı oyuncaq kimi istifadə olunmuş və ya məbədlərdən götürülmüş maneki-nekolar daxildir. Burada həmçinin başqa oyuncaqlar da sərgilənir, daimi və xüsusi sərgilər təşkil olunur. Muzeyin birinci mərtəbəsində yerləşən "Məkan 29"-da müasir maneki-neko sənətçilərinin işləri sərgilənir. Yaradıcılıq guşəsində ziyarətçilər öz maneki-nekolarını hazırlaya bilərlər.Muzey binası Qərb üslubunda olub Tayşo dövrünün memarlığını əks etdirir. Bina yerli sənətçi Yasumaro Ozava tərəfindən hazırlanmış pişik dekorasiyaları ilə bəzədilmişdir.
Sen-Nikola-de-Maşeren
Sen-Nikola-de-Maşeren (fr. Saint-Nicolas-de-Macherin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38432. Kommunanın 1999-cu il üçün əhalisi 782 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 447 ilə 952 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Zitti e buoni (Maneskin mahnısı)
Zitti e buoni — İtaliyanın 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Maneskin 2021 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Zitti e buoni" mahnısı ilə təmsil etmişdir. İfaçı finalda münsif və SMS səsverməsi nəticəsində 26 ölkə arasında qalib olmuşdur.
Menemən
Menəmən (türk. Menemen) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 37 km-dir. İlçənin şimalında Əliağa və Foça, cənubunda Çiğli, Qarşıyaxa və Bornova ilçələri, şərqində Manisa ili, qərbində İzmir körfəzi yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 179,881 nəfərdir.
Menəmən
Menəmən (türk. Menemen) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 37 km-dir. İlçənin şimalında Əliağa və Foça, cənubunda Çiğli, Qarşıyaxa və Bornova ilçələri, şərqində Manisa ili, qərbində İzmir körfəzi yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 179,881 nəfərdir.
Mənəmən
Mənəmən — yumurta, bibər, pomidor və istəyə bağlı olaraq soğan istifadə edilərək hazırlanan Türkiyə yeməyi. İlk dəfə əhali mübadiləsi nəticəsində İzmirin Menəmən ilçəsinə gələn girit türkləri tərəfindən hazırlanmış və adını ilçədən almışdır.
Car Baləkən camaatlığı
Car-Balakən camaatlığı — Azərbaycanın şimal-qərbində qan qohumluğuna əsaslanan sosial-siyasi qurum. == Haqqında == === Car-Balakən azad camaatlığının quruluşu === XVII_XIX əsrlərdə şimal-qərbi Azərbaycanda mövcud olan dövlət təsisatlarından biri Car-Balakən camaatlığı idi. ""Camaat" ərəb sözü olub ayrıca icmanı bildirir. Şimal-qərb və qərbdən Kaxetiya, cənubdan Şirək düzü, şərqdən Şəki xanlığı ilə həmsərhəd olan bu feodal təsisatı əsasən Alazanın aşağı axarında yerləşirdi. Ərazinin tərkibinə Baş Qafqaz silsiləsinin şimal yamacında yerləşən torpaqlar da daxil idi. Getdikcə nüfuzlu hərbi siyasi birləşməyə çevrilən Car-Balakən icması Qafqazda cərəyan edən hadisələrə mühüm, bəzən də həlledici təsir göstərirdi. Tarixşünaslıqda Car etnonimi müxtəlif baxımdan izah olunmuşdur. Şopen Car-Balakən etnonimini bu cür izah edir: "Bu söz Car-Pilləkəndir və mənası yol, pilləkən deməkdir. Car-türk sözü olub yol deməkdir. Məhz bu ərazidən Alan qapılarına gedən yol başlanır" Qədim Azərbaycan torpaqlarında yaranan Car-Balakən camaatları özündə altı camaatı-Car, Balakən, Tala, Katex, Muxax və Cınıxı birləşdirirdi.
Böyük Maneə rifi
Böyük Sədd rifi — Avstraliya sahillərində 2600 km boyunca, 2900 rif sistemindən, 344,4 km² sahəyə malik Mərcan dənizində mərcan rif və adalar silsiləsi. Avstraliyanın Kvinslend vilayətinin sahilləri boyunca yerləşir və gəmiçiliyə mane olur. Bu möhtəşəm Rif sistemi Mərcan dənizində yaşayan polip adlanan mikroorqanizmlər sayəsində yaranmışdır. Bu rif sistemi canlı çeşidliliyinə görə fərqlənir, buna görə Dünya Mirasları arasına alınmışdır. Kəşf edilmə tarix 11 iyun 1770-ci ildə Ceyms Kuk tərəfindən "Endeovour" adlı gəmilər Böyük Sədd Rifinə lövbər atmasıyla Coğrafiya kəşf tarixinə keçmişdir. Bu kəşf o qədər də asan olmadı, belə ki, onun bu kəşfdən sonra gəmisi zədələnmişdir. Gəmisini isə Avstraliyanın Kvinslend əyaləti sahillərinə yetiştirməyi bacarmış və səyahətinə davam etmişdir.