Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amankənd
Amankənd — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Amankənd kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Toponimikada bu yaşayış məntəqəsinin adını Qarabağın otuzikilər tayfasının amanlı tirəsinin adı ilə bağlayırlar. Oykonim "amanlı tirəsinə məxsus kənd" deməkdir. Etnotoponimdir. == Tarixi == === Tarixi abidələri === Amankənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun cənub istiqamətində yerləşir. Dərvişli, Ağalıkənd və Ovçubərə kəndləri ilə sərhəddir. 31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir. == Əhalisi == === Tanınmış şəxsləri === Ağayar Şükürov — fəlsəfə elmləri doktoru, professor. === Şəhidləri === Babayev Rauf Əzizağa oğlu — Birinci Qarabağ müharibəsində itkin düşmüş kənd sakini. Kərimov Eyvaz Əzizağa oğlu (1975-1994) — Birinci Qarabağ müharibəsi şəhidi.
Manakin
Manakinlər çığıran sərəçəkimilər qrubuna aid olan klad quşudur. Bu qrubun 60-dan ibarət bəzi növləri Amerika tropik meşələri boyunca yayılıb. Manakin adı orta Niderland dilindən alınıb Niderlandca mannakijn "balaca adam" deməkdir. == Açıqlama == Onların boyu 7 sm-dən 15-ə dək (3sm-6 sm arası eni) çəkisi isə 8 q-dan 30 q-a qədərdir. Tyranneutes cinsi manakinlərin ən balacasıdır və Antilophia cinsi isə ən böyüyü hesab olunur ( Schiffornis cinsinin artıq manakin hesab edilməməsindən bəri). Onlar qıssa quyruqları, yuvarlaq və geniş qanadları və böyük başları ilə kip küdül quşlardır. Dimdikləri qıssa və geniş bir boşluğa sahibdir. Dişilərinin və bir illik erkəklərinin sönük yaşıl rəngli tükləri var; bir çox növü tüklərinə görə seksual dikromatikdirlər , erkəkləri əsasən qara rəngli olub və yamalarında parlaq rənglərə sahibdirlər, bəzi növlərinin uzun və dekorativ quyruqları və ya tac lələkləri və ya boğaz lələkləri olur. Bəzi iki illikdən dörd illiyə qədər olan növlərinin fərqləndirici alt yetkin tükləri var. == Yayılması və yaşayış sahəsi == Manakinlər Cənub Meksikadan şimal Argentina, Paraqvay, Cənubi Braziliya və Trinidad və Tobaqoda əraziləri daxilində mövcutdurlar.
Manzini
Manzini — Esvatiniin ən iri şəhəridir. Əhalisi - 78 min nəfər (2008), 1960-cı il ilə kimi şəhərin adı Bremersdorp idi.
Minkənd
Minkənd — Azərbaycan Respublikasının Laçın rayonu Minkənd kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyannaməsinə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunmuşdur. == Tarixi == Minkənd kəndi Qarabağ yaylasındadır. Etnooykonimdir. Kənd öz adında qədim türkdilli minqımın (mənbələrdə adi minqat kimi də çəkilir) tayfasının adını əks etdirir. VII-VIII əsrlərdə təkuz Oğuz konfenderasiyasına daxil olan minqlər XII-XIII əsrlərdə qipçaqların, XIII-XIV əsrlərdə isə Qızıl Ordanın iri tayfa birləşmələrindən biri olmuşlar. Teymurun dövründə (XIV əsr) baş vermiş siyasi hadisələrdə fəal iştirak edən minqlər sonralar müxtəlif ərazilərdə məskunlaşmışlar. Azərbaycanda minqlərin yeni saldiqları yaşayış məntəqələri, о cümlədən Minkənd onların adı ilə adlanmışdır. Hazırda Azərbaycanlılar yaşayan kənd əhalisinin etnik tərkibi müəyyən tarixi hadisələrlə əlaqədar bir neçə dəfə dəyişmişdir. Mincivan qəsəbəsi (Zəngilan rayonu), Mingiz məhəlləsi (Ordubad şəhəri), Minqışlaq, Minqlər, Kattaminq, Minqon (Özbekistan) və Mingistan (Tacikistan) toponimləri də minqlərlə əlaqədardır.Kəndin digər adı Şahsuvarlı olmuşdur. Minkənd kəndi əvvəllər əsasən xərək, qara dam, dam, şirvanı dam (yerli şəraitə uyğun yeraltı qazmadan düzəldilmiş tikililər) adlanan xüsusi tikililərdən ibarət idi.
Makina
== Çap maşını == Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsi ilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib. == Daktilo yazısı == Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır?
Makino
Tomitaro Makino (牧野 富太郎, Makino Tomitaro, 24 aprel 1862 - 18 yanvar 1957) — yapon botaniki.
Nankin
Nankin — Çin Xalq Respublikasının şəhəri. 2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunları Nankin şəhərində keçirilmişdir.
Amankənd bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hanna Mançini
Hanna Mançini — Amerikalı müğənni. Hanna Mançini 2013 Avroviziya Mahnı Müsabiqəsində Sloveniyanı "Straight Into Love" mahnısı ilə təmsil edib.
Henri Mançini
Henri Mançini (ing. Henry Mancini, əsl adı Enriko Nikola Mançini, it. Enrico Nicola Mancini; 16 aprel 1924, Klivlend, Ohayo – 14 iyun 1994, Beverli Hills, Kaliforniya) — məşhur amerikalı dirijor, aranjimançı və kino bəstəkarı. 500-ə yaxın filmə və seriala musiqi bəstələmişdir. "Çəhrayı pantera" (ing. The Pink Panther Theme) filmi üçün yazdığı cazsayağı kompozisiya, "Tiffanidə səhər yeməyi" (ing. Breakfast at Tiffany) və "Days of Wine and Roses" filmləri üçün bəstələdiyi "Moon River" və "Days of Wine and Roses" mahnıları ilə məşhurluq qazanmışdır. Karyerası ərzində 50 albom çıxarmış, 4 "Oskar", 2 "Emmi" və rekord sayda – 20 "Qremmi", o cümlədən "Həyatboyu nailiyyətə görə" (ing. Lifetime Achievement, 1995) mükafatı ilə təltif edilmişdir. == Məşhur əsərləri == The Pink Panther Moon River Breakfast at Tiffany’s Charade Lujon Peter Gunn Theme Baby Elephant Walk The Day Of Wine And Roses == Albomları == The Versatile Henry Mancini, Liberty LRP 3121 The Mancini Touch, RCA Victor LSP 2101 The Blues & the Beat, RCA Victor LSP-2147 Mr.
Minkənd bazilikası
Minkənd məbədi — Məbəd Laçın rayonunun Minkənd kəndinin mərkəzində yerləşir. Abidənin girişindəki lövhədə tarix olaraq 1675 göstərilib. Məbəd sovmə tipli alban məbədləri sırasına daxildir. Məbəd binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. 2009-cu ildə "Tufenkian Foundation"un maliyyə dəstəyi ilə "Müqəddəs Minas kilsəsi" adı altında "bərpa edilmişdir". 2020-ci il 1 dekabrdan etibarən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Ophrys mangini
Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır.
Roberto Mançini
Roberto Mançini (27 noyabr 1964) — italyalı keçmiş futbolçu. == Futbolçu karyerası == === Bolonya FC 1909 === Roberto Mançini 27 noyabr 1964-cü ildə İtaliyanın Ankona şəhərində anadan olmuşdur. Futbola Bolonyanın məktəbində başlayan Mançini ilk peşəkar ilini 1981/82-ci illərdə yaşamışdır. Həmin il Bolonya'da 30 oyunda 9 qol vuraraq diqqətləri cəlb etmişdir. 1982/83-cü illərdə Sampdoriyaya transfer olan Mançini 15 il ərzində bu komandanın formasını geyinmişdir. === Sampdoriya === Sampdoriyada oynadığı 15 ildə 566 oyuna çıxmaqla 1 UEFA Kuboklar Kuboku və 4 İtaliya Kuboku qazanmış, 1990/91-ci illərdə də komandanın tarixindəki ilk çempionluğunda da iştirak edən futbolçulardan biri olmuşdur. Həmin il Sampdoriya 57 qol vurarkən, Roberto Mançini 12 dəfə fərqlənmişdir. Bir il sonra isə bu komanda tarixin ilk UEFA Çempionlar Liqası finalında Barselona ilə qarşılaşmış, lakin Barselonanın əlavə vaxtda vurduğu qolla məğlub olmuşdur. === Latsio === Roberto Mançini 15 ildən sonra, yəni, 1997-ci ildə karyerasındakı üçüncü komandaya - Latsioya trasnfer olmuşdur. Mançini bu komanda ilə 1989/90-cı illərdə UEFA Kuboklar Kubokunu, 1999/2000-ci illərdə isə İtaliya A Seriyasını qazanmışdır.
Uilyam Rankine
Vilyam Con Makkuorn Rankine (5 iyul 1820[…], Edinburq – 24 dekabr 1872[…], Qlazqo), şotland fiziki, riyaziyyatçısı və mexanika mühəndisi. Temperaturun ölçülməsi üçün Rankine miqyası onun şərəfinə adlandırılıb.
Vilyam Rankine
Vilyam Con Makkuorn Rankine (5 iyul 1820[…], Edinburq – 24 dekabr 1872[…], Qlazqo), şotland fiziki, riyaziyyatçısı və mexanika mühəndisi. Temperaturun ölçülməsi üçün Rankine miqyası onun şərəfinə adlandırılıb.
Og Mandino
Augustine "Og" Mandino II (12 dekabr 1923 və ya 1 iyun 1924 – 3 sentyabr 1996) Amerika'lı yazıçı idi. O, ən çox satılan “Dünyanın ən böyük taciri” kitabını yazmışdır. Onun kitabları 50 milyon nüsxədən çox satılmışdır və 25-dən çox dilə tərcümə olunmuşdur. O, 1976-cı ilə qədər Success Unlimited jurnalının prezident'i olmuşdur və Milli Natiqlər Assosiasiya'sının Şöhrət Zalına daxil edilmişdir. == Həyatı və Kariyerası == 1930-cu il ABŞ siyahıyaalmasına görə, Mandino 12 dekabr 1923-cü ildə Massaçusets ştatının Natick şəhərində valideynləri Silvio və Marqaret Mandino ailəsində anadan olmuşdur. İtalyan atası tərəfdən babasının şərəfinə Avqustin adını almışdır. Mandino bir vaxtlar orta məktəb qəzetinin redaktoru olmuşdur və Missuri Universitetinin jurnalistika məktəbinə getməyi planlaşdırmışdır. 1940-cı ildə kollecə girməzdən əvvəl anası güclü infarktdan dünyasını dəyişmişdir. O, 1942-ci ilə qədər kağız fabrikində işləmək qərarına gəlmişdir. Daha sonra o, Amerika Birləşmiş Ştatları Ordusunun Hərbi Hava Qüvvələrinə qatılmışdır və orada hərbi zabit və bombardmançı olmuşdur.
Baykar Makina
Baykar Makina — 1984-cü ildə əsası Özdemir Bayraktar tərəfindən qoyulmuş Türkiyə təyyarə düzəltmə şirkəti. == Ümumi məlumat == Əsası qoyulduqdan sonra ilk illərdə şirkət mühərriklər, nasoslar və avtomobil ötürücüləri üçün hissələrin istehsalı ilə məşğul idi. 1986-cı ildə Özdemir Bayraktar tərəfindən Baykar Makina olaraq yerliləşdirməyə tabe olan həssas mühərrik, nasos və sürət qutusu hissələrinin istehsalında avtomobil sənayesinə xidmət etmək üçün yaradılmışdır.2000-ci ildən başlayaraq Baykar Makina təyyarə istehsalı sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) tədqiqi və istehsalı sahəsində fəaliyyət göstərməyə başladı. Özdemir Bayraktarın oğulları - Haluk, Səlçuk və Axmet ​​Bayraktar - bu işlərdə fəal iştirak edirlər.Şirkətin tədqiqat və elmi inkişaf qrupu 800 nəfərdən ibarətdir. Bunların arasına mühəndislər və texniki işçilər daxildir. == Fəaliyyəti == 2007-ci ildə şirkət ilk Türk pilotsuz kəşfiyyat dronu "Kale-Baykar Mini"ni hazırladı. Türk Quru Qoşunları Komandanlığı, şirkətlə 19 ədəd PUA sistemi almaq üçün müqavilə imzaladı. Baykar Makina, xarici müştərilərə pilotsuz uçan aparatları ixrac etməyə başlayan ilk Türkiyə şirkəti oldu. "Kale-Baykar Mini"nin ilk alıcısı Qatar oldu.Bayraktar Taktiki Sinifi PUA-ların düzəldilməsi və istehsalına görə Baykar Makina 2010-cu ildə 9-cu texnologiya mükafatını aldı. Baykar Makinanın "Taktiki uçuş idarəetmə sisteminin üç ehtiyat proqramının komponentinin inkişafı" layihəsi 2015-ci ildə Yıldız Texniki Universitetinin Texnoparkı tərəfindən təşkil edilən Texnologiya Ulduzları Mükafatları proqramında "Project Star" mükafatına layiq görülmüşdür.
Makina boğazı
Makinak boğazı- Böyük göllər akvatoriyasına daxil olan Huron gölü və Miçiqan gölünü birləşdirir. Ən dar yerdə eni 8 km təşkil edir. Boğaz üzərində Makinak asma körpüsü tikilmişdir. Bu körpü asma körpülər arasında qabaqcıl yerlərdən birini tutur. Boğazda 4 ada vardır: Bvua-Blan, Makina, Raund Aylend və Müqəddəs Yelena adalarıdır. Burada 4 mayak vardır ki, onlar da tarixi abidə kimi qorunur. Dərinliyi 37 m təşkil edir.
Nankin Universiteti
Nankin Universiteti (çin. 南京大學) — Çin Xalq Respublikasının Nankin şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1902-ci ildə qoyulmuşdur. Çində qızların qəbul edildiyi ilk ali məktəbdir.1937-ci il İkinci Çin-Yapon müharibəsi dövründə Nankin Universiteti Tsinxua və Pekin Milli universitetləri ilə, daha sonra isə Kunmin əyalətində yerləşən Birləşmiş Cənub-Qərbi Milli Universiteti ilə Çanqşa şəhərində Çanqşa Müvəqqəti Universiteti adı altında birləşdirilmişdir. == Kitabxanası == Universitetin zəngin kitabxana fondu var. == Xarici əlaqələri == Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür.
Nankin müqaviləsi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840-1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. == Tarixi == Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Nankin qırğını
Nankin qırğını ( çin. ənən. 南京大屠殺, sadə. 南京大屠杀, pinyin: nánjīng dàtúshā - İkinci Çin-Yapon Müharibəsinin bir epizodu. Bu zaman Çin Respublikasının paytaxtı Nankin şəhərində yapon əsgərləri dinc əhaliyə qarşı kütləvi qətllər və zorlamalar törətmişlər. Zorakılıq 1937-ci il dekabrın 13-dən, yaponların şəhəri tutduğu gündən başlayaraq altı həftə davam etdi. Bu dövrdə Yapon İmperator Ordusunun əsgərləri müxtəlif hesablamalara görə 40.000-dən 500.000-ə qədər çinli mülki şəxs və tərksilah edilmiş əsgərləri qətlə yetirmiş, həmçinin çoxlu sayda zorlama və soyğunçuluq törətmişlər. Bu cinayətlərin əsas günahkarlarından bir neçəsi Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal və Nankin Müharibə Cinayətləri Tribunalı tərəfindən mühakimə olunaraq edam edilmişlər. Bununla belə, bu qırğınların törədilməsində əsas günahkar kimi güman olunan Yapon imperator ailəsinin üzvü olan şahzadə Asako, əvvəlcədən anti-Hitler koalisiyasındakı müttəfiqlərdən mühakimə olunmaqdan immunitet aldığı üçün, cinayət məsuliyyətinə cəlb olunmaqdan kənarda qalmağa müvəffəq oldu. Nankin qırğınına həsr olunmuş yapon hərbi arxivlərin əksəriyyəti 1945-ci ildə Yaponiyanın təslim olmasından qısa müddət sonra məxfiləşdirilərək məhv edildiyi üçün tarixçilər zorakılıq qurbanlarının dəqiq sayını bilmirlər.
Nankin sazişi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840-1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. == Tarixi == Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Simona Hankin
Simona Hankin (d. 28 fevral 1973) — Avstraliyanı təmsil edən su poloçusu. Simona Hankin, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Simona Hankin, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Stuart Pankin
Stuart Pankin (ing. Stuart Pankin; 8 aprel 1946) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Tomitaro Makino
Tomitaro Makino (牧野 富太郎, Makino Tomitaro, 24 aprel 1862 - 18 yanvar 1957) — yapon botaniki.