RANKING

ranking1

n 1. yerləşmə, yerləşdirmə; qoyrna; düzülüş; 2. id. yüksək dərəcəli yer; to achieve ~ 1) yarışda yüksək dərəcəli yer tutmaq; 2) idman dərəcəsi almaq

ranking2

adj 1. rütbəcə / vəziyyətcə yuxarı olan; ~ member yaşlı / böyük üzv (rütbəcə və s.); the ~ member of the embassy səfarətxananın / səfirliyin başçısı; 2. hərb rütbəcə yüksək; 3. yüksək vəzifə / mövqe tutan; ~ representatives məsul nümayəndələr; 4. vacib; görkəmli, məşhur; a ~ American historian bir görkəmli amerikan tarixçisi; 5. id. birinci dərəcəli

RANK
RANKLE
OBASTAN VİKİ
CWTS Leiden Ranking
CWTS Leiden Ranking — Niderlandda yerləşən Leyden Universitetinin Elm və Texnoloji Tədqiqatlar Mərkəzi tərəfindən illik təqdim olunan dünyanın nüfuzlu ali təhsil müəssisələrinin reytinqlərindən biri.Müxtəlif sahələr üzrə dünyanın ən nüfuzlu bibliometrik reytinq göstəricilərindən biri olan "CWTS Leiden Ranking" çoxsaylı ali təhsil müəssisələri, biznes subyektləri o cümlədən ictimai sferada fəaliyyət göstərən qurumlar tərəfindən mötəbər mənbə kimi qəbul olunur. == Metodologiya == Hesabatların hazırlanmasında Klarivayt Analitiks şirkətinin və "Web of Science" saytının məlumat bazasından istifadə olunur. Burada ölçülən meyarlar sırasına hər bir elmi subyekt üzrə dərc edilən məqalə sayı, dərc olunan jurnalların göstəriciləri (milli sıralaması, istinad sayı, təsir faktoru və s.) və sıralamaya daxil edilən institutların tədqiqat potensialı daxildir.
Round Univercity Ranking
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. == Tarixi == Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. == Parametrlər == Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. == 2019 == 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
Academic Ranking of World Universities
"Academic Ranking of World Universities" (azərb. Dünya universitetlərinin akademik reytinqi‎) və ya "Shanghai Ranking" (azərb. Şanxay reytinqi‎) və ya qısaca ARWU — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. 2003-cü ildən Şanxay Jiao Tonq Universiteti tərəfindən tərtib olunur.
Webometrics Ranking of World Universities
Webometrics Ranking of World Universities (azərb. Dünya universitetlərinin vebometriks reytinqi‎) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. == Tarixi == 2004-cü ildən keçirilir. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri olan İspaniyanın Dövlət Elmi Tədqiqat Mərkəzi aparır. == Qiymətləndirmə == Ali məktəblərin qiymətləndirməsi 4 nominasiya üzrə aparılır. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir.
QS World University Rankings
"QS World University Rankings" — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri.
THE–QS World University Rankings
"Times Higher Education–QS World Universiteti Rankings" — 2004-2009-cu illərdə Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. == Tarixi == İlk dəfə bu reytinqin hazırlanması 2004-cü ildə təşkil edilmişdir. Həmin vaxt Böyük Britaniyanın "Times Higher Education Supplement" qəzeti ilə xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış "Quacquarelli Symonds" (QS) şirkəti əməkdaşlıq edərək ali məktəblərin beynəlxalq reytinqini təşkil edirlər. Həmin ildən başlayaraq qəzetin "Times Higher Education Supplement" adı dəyişdirilərək "Times Higher Education" olur və qəzet jurnal formatında çıxmağa başlayır.2004-2009-cu illər arasında hər il aparılan dünya universitetlərinin reytinqi "Times" jurnalında dərc olunur: Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2004) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2005) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2006) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2007) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2008) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2009)Lakin son zamanlarda bir çox universitetlər "Times" və "QS"-in birgə apardığı reytinq metodologiyasından narazı qaldıqlarını bildirir, onları qeyri-şəffaflıqda ittiham edirlər.
Times Higher Education World University Rankings
"Times Higher Education World University Rankings" — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri.
Times Higher Education–QS World University Rankings