Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arrow
Arrow, İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir. İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılmışdır. İsrail Müdafiə Nazirliyi və ABŞ Raketdən Müdafiə Təşkilatının nəzarəti altında, İsrail Aviasiya və Kosmik Sənaye (IAI) ilə Boeing tərəfindən layihə davam etdirilir. Testləri edilib qurtaran və istehsalına başlanılan Arrow 1 döyüş raketinin ardınca Arrow 2 rakelərinin yaradılmasına başlanılmışdır. Arrow, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan Arrow 3 isə 2013-cü ilin fevral ayında bazara çıxarılmışdır. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənmişdir. Hal-hazırda bir döyüş raketinin qiyməti 3 milyon dollardır. İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir.
Flash vs. Arrow
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir. İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir. Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar.
Avro Canada CF-105 Arrow
Avro Canada CF-105 Arrow, yelkən qanadlı supersonik (səsdən daha sürətli) bir qırıcı hərbi təyyarədir. Onun dizayneri və istehsalçısı Ontario (Kanada) regionundakı Malton şəhərində yerləşən Avro Canada şirkətidir. Dizayn işləri 1953-cü ildə başlamışdır. Arrow və eyni vaxtda Orenda Iroquois reaktiv mühərrikləri işi 1959-cu ildə anidən dayandırılmışdır. Bu vəziyyət uzun və çox ciddi siyasi müzakirələrə səbəb olmuşdur. Təyyarənin 5 sınaq modeli və hissələri sonradan məhv edilsə də, unudulmaz xatirələri ilə Kanadada bir növ əfsanəyə çevrilmişdir. İstehsalı dayandırıldıqdan sonra gizli şəkildə alınan bir prototipin olduğu və yaxşı vəziyyətdə saxlanıldığı barədə şayiələr yayılsa da, bunu təsdiqləyən bir dəlil yoxdur. Arrowun tələsik məhv edilməsi Amerikanın bu işdə əli olduğu düşüncələrini ortaya çıxarmışdır. Həqiqətən də, Avro Canada mühəndis və texniki işçilərinin əksəriyyəti beyin axınını başladaraq ABŞ-yə getmiş, NASA-nın Merkuri layihəsi, Gemini layihəsi və Apollon proqramı kimi insanlı kosmik gəmi layihələrində qabaqcıl mühəndislər, menecerlər və rəhbərlər olmuşdurlar.
Makros
Makros(ing.macro, ru.макрокоманда)- 1. Tətbiqi proqramlarda: klavişlərin basılmasının və komandaların, yeni şərti komanda (SHORT KEY) kimi yazılmış və saxlanılmış kombinasiyası, yaxud makrokomandanın adı. Bu şərti komandanı və ya makrokomandanın adını başlatdıqda tətbiqi proqram onlara bağlanmış işlər ardıcıllığını yerinə yetirir. Tez-tez istifadə olunan və bəzən çox uzun ardıcıllığa malik klavişlərin basılması kimi yorucu işlərə vaxt itkisini azaltmaq üçün makroslar yaradılır. Bundan başqa, komandaların tez-tez təkrar-təkrar yığılması aradan qaldırılır, diqqətsiz yığım zamanı yaranan yanlışlıqlar minimuma enir və proqramla tanış olmayan istifadəçilərə imkan verilir ki, bilən insan tərəfindən qabaqlar yazılmış komandalar yığınını təkrarlasın. Əgər tətbiqi proqramın dəyişənlərlə və şərt deyimləri ilə işləyən özəl makro-dili varsa, makrosun yerinə yetirilməsi zamanı müxtəlif şərtlərdən asılı olaraq müəyyən verilənləri nəzərə almaq və daxil etmək olar. 2. C və ya assembler tipli proqramlaşdırma dilində: komandalar ardıcıllığını özündə birləşdirən ad; proqramın hər hansı yerində adı çəkilən makros proqramın kompilyasiyası və translyasiyası zamanı həmin ardıcıllıqla əvəz olunur. Makroslar bilavasitə proqramın özündə və ya proqramda göstərilən ayrıca faylda ola bilər. Makrosların da funksiyalar kimi arqumentləri ola bilər, ancaq funksiyalardan fərqli olaraq makroslar, proqram çalışmağa hazır olduqda təmsil etdikləri komandalarla əvəzlənir.
Marmot
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Maryol
Maryol (fr. Mariol) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03163. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 769 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 521 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 385 nəfər iqtisadi cəhətdən, 136 hərəkətsiz (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə bu 72.6%) idi. Fəal olan 385 nəfərdən 335 nəfər (193 kişi və 142 qadın), 50 nəfər işsiz (20 kişi və 30 qadın) idi. 136 hərəkətsiz 33 nəfər arasında şagird və ya tələbə, 39 nəfər təqaüdçü, 64 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Matros
Matros (nid. matroos) — Müxtəlif ölkələrin silahlı qüvvələrinin hərbi dəniz donanmalarında kiçik hərbi rütbə. Digər qoşun növlərindəki sıravi rütbəsi ilə eyni statusdadır.
Arron
Arron (fr. Arronnes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03008. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 354 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 214 nəfər (15–64 yaş arasında) arasında 163 nəfər iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə bu 72,9%). Fəal 163 nəfərdən 141 nəfər (77 kişi və 64 qadın) işləyir, 22 nəfər işsizdir (9 kişi və 13 qadın). 51 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Mareo
Mareo— Bolzanonun təxminən 50 kilometr şimal-şərqində yerləşən, Şimali İtaliyada Cənubi Tirolda yerləşən bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu il tarixinə əsasən ərazinin əhalisi 2,911 nəfər və sahəsi 161,6 kvadrat kilometr (62,4 kv.km) idi.Mareo aşağıdakı şəhərlərlə sərhədlənir: Badia, Pragz, Brunek, Kortina d'Ampezzo, La Val, Lüsen, St. Lorenzen, San Martin de Tor və Olang.
Marko
Marko — ad. Marko Delvekkio — İtaliya futbolçusu. Marko Di Matteo — CAR-lı oxatan. Marko Messias — Portuqaliyalı ağır atlet. Marko Yuliano — İtaliya futbolçusu. Marko di Vayo — İtaliya futbolusu.
Marso
Marso — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Toponimiyası == Xəzər dənizi sahilində yerləşir. Yaşayış məntəqəsi 1960-cı illərdə salınmışdır. Bəzi tədqiqatlara görə oykonim fars dillərindəki mersa “liman, port, gəmilərin dayanacaq yeri” mənasında işlənən sözlə bağlıdır. Ərəb dilində marso sözü “körpü (gəmilərin yan alması üçün)” mənası daşıyır. Eyni zamanda oykonimi bəzi tədqiqatçılar rus dilindəki mors sözünün yerli tələffüz forması hesab edirlər. Bu ərazi keçmişdə Murdov (talış, “ölü, zığlı su”) adlanırdı. Murdar variantında da qeydə alınmışdır. Zənnimizcə, oykonimin mənası fars dilindəki izaha əsasən açıqlanır.
506 Marion
506 Marion (ing. Marion) — qaranlıq spektral C sinfinə aid olan əsas qurşağın kifayət qədər böyük asteroidi. 18 yanvar 1903-cü ildə Heydelberq rəsədxanasında amerika astronomu Raymond Duqan tərəfindən kəşf edildi və kəşfçinin əmisi oğlunun şərəfinə adlandırıldı.
Abdallah Marraş
Abdulla bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. عبد الله بن فتح الله بن نصر الله مرّاش‎; 14 may 1839, Hələb – 17 yanvar 1900, Marsel) — Hələbdən yazıçı. Fransis və Maryana Mərraşın qardaşı idi.
Acacia karroo
Acacia karroo (lat. Acacia karroo) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia campbellii Arn. Acacia dekindtiana A. Chev. Acacia eburnea sensu auct. Acacia horrida sensu auct. Acacia inconflagrabilis Gerstner] Acacia karoo Hayne Acacia minutifolia Ragup. Acacia natalitia E. Mey. Acacia pseudowightii Thoth. Acacia roxburghii Wight & Arn.
Andrey Markov
Andrey Andreyeviç Markov (rus. Андре́й Андре́евич Ма́рков; d. 18 iyun 1856. Ryazan, Rusiya – ö. 20 iyul 1922. Petroqrad, Rusiya) — professor, akademik, Rusiya riyaziyyatçısı. Ehtimal nəzəriyyəsi, ədədlər nəzəriyyəsi və riyazi analiz sahəsində işləri var.
Barrou boğazı
Barrou boğazı ing. Barrow Strait - Kanada Arktik arxipelaqına daxil olan Devon, Kornuolles adaları ilə Uels Şahzadəsi (ada) və Şahzadə Liopold adalarını ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Mak-Klur boğazı, Vaykaunt-Melvill boğazı və Lankaster boğazı ilə birlikdə ingilis mənbələrində Parri boğazı adlandırılır. Bofort dənizini Baffin dənizini birləşdirir. Kraliça Yelizaveta adasını, digər adalarını ayırır. Qərbdə Vaykaunt-Melvill, şərqdə Lankaster boğazını, şimal-şərqdə Vellinqton, cənubda Pil boğazı ilə birləşir. Uzunluğu 270 km, eni isə ən dar yerdə 45 km, enli yeri 106 km, dərinliyi 200 m təşkil edir. 48 km-liyinə qədər ada yoxdur. Burada Lauter adaları, Yanq, Qarrett, Baterst, və Qriffit adaları yerləşir.
Barrou burnu
Barrou burnu (ing. Point Barrow) — ABŞ və Şimali Amerika materikinin qərb hissəsinin ən ucqar şimal nöqtəsi. Şimal Buzlu okean sahillərində yerləşir. Alyaskanın ən ucqar şəhəri olan Barroudan 14, Şimal qütbündən isə 2078 km aralıda yerləşir. Burun Çukot dənizi ilə Bofort dənizi arasında sərhəd xəttini təşkil edir. Burun Admirallığın ikini müavini olan Con Barraounun şərəfinə adlandırılmışdır.
Baş matros
Baş matros — Xidməti öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və nümunəvi nizam-intizamına görə matroslara verilən hərbi rütbə. Baş matroslar manqa komandirləri icazəli olduqları zaman onları əvəz etmək hüququna malikdirlər.
Boz marmot
Boz marmot (lat. Marmota baibacina) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Tyan-Şan və Altay dağlarında yayılmışdır.
Bricit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Brijit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Coş Harrop
Coşua Andryu Harrop (15 dekabr 1995, Stokport, İngiltərə) — İngiltərə təmsilçələrindən olan Mançester Yunayted klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. 3 iyul 2017-ci ildən EFL Çempionşip təmsilçilərindən olan Preston Nort End klubunda çıxış etmişdir. == Klub karyerası == === Mançester Yunayted === Harrop öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Kristal Palas klubuna qarşı oyunda etmişdir. O, debüt oyununda qol vurmağa nail olmuşdur. Həmin görüşdə Mançester Yunayted rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. O, bu qolu ilə Premyer liqada qol vuran 100-cü müxtəlif Mançester Yunaytedli futbolçu olub. Mövsümün sonunda Harrop 10 qolla reserv komandanın bombardiri seçilmişdir. Harrop 2017-ci ilin iyun ayında yeni müqavilə təklifini rədd etmişdir. === Preston Nort End === 23 iyun 2017-ci ildə Harrop EFL Çempionşip təmsilçilərindən olan Preston Nort End klubu ilə dörd illik müqavilə imzalamışdır. O, 1 iyulda kluba qoşulacaq.
Din Barrou
Din Oliver Borrou (ing. Dean Oliver Barrow; 2 mart 1951, Beliz[d]) — 8 fevral 2008-ci ildən Beliz baş naziri, 1998-ci ildən Beliz Birləşmiş Demokratlar Partiyasının lideri.
Emma Marrone
Emma Marrone (25 may 1984, Florensiya) — İtaliyanın məşhur pop-rok müğənnisi. == Həyatı == 25 may 1984-cü ildə İtaliyanın Florensiya şəhərində anadan olub. Emma 2010-cu ilin mart ayında İtaliyanın böyük talant şoularından olan "Amici di Maria De Filippi"-də qələbə qazanıb. 2012-ci il 18 Fevralda isə o, "Non è l'inferno" mahnısı ilə ənənəvi, məşhur "San Remo Musiqi Festivalı"-nda qalib gəlib. Emma Marrone La Mia Città mahnısı ilə 2014-cü ildə İtaliyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Emmanuel Makron
Emmanuel Makron (fr. Emmanuel Macron; 21 dekabr 1977[…], Amyen, Fransa) — Fransa siyasətçisi, keçmiş investisya bankiri, 14 may 2017-ci ildən Fransa Prezidenti. 26 avqust 2014-cü ildən 30 avqust 2016-cı ilədək Vals Manuelin ikinci hökumətində iqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri olub. Prezident seçkilərində iştirak etmək üçün istefa verib.. == İstinadlar == == Xarici keçidlər == Emmanuel Macron — En Marche!
Endi Marrey
Endi Marrey(ing. Andrew Barron Murrey 15 may 1987[…], Qlazqo[…]) — Britaniyalı professional tennisçi, dünyanın ilk tək raketləri; tarixdə ilk dəfə kişilərin Olimpiya çempionu. 1936-cı ildən bu yana ilk İngilis tennisçi Vimbledon kişilərin tək turnirində qalib. Ümumilikdə, Qrand Slam turnirlərində (hər turnirdə ən azı bir dəfə) 11 dəfə oynayıb və üç qələbəni qazandı. 47 ATP turnirinin qalibi. == Həyatı == Endi üç yaşında tennis oynamağa başladı. Anası Judi tennis məşqçisi, atası Uilyam menecerdir. Endinin böyük qardaşı Jamie Murray də professional tennisçidir. Jamie- mütəxəssisləri cütləşdirdi, cütlərin ikiqat ilk raketi idi, Endi ilə qalib olan iki qalibiyyət də daxil olmaqla, ATP turnirlərində 10 qalibiyyət qazanan, kişilərin ikiqatdakı Qrand Slam turnirlərini və qarışıq cütləri qazandı. Marrayin ana babası peşəkar futbolçu idi və Şotlandiya Hibernianın və Sterlinq Albionun əsas komandasının ehtiyat heyətində oynadı.