Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Inga hayesii
Inga hayesii (lat. Inga hayesii) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Rosa moyesii
Rosa moyesii (lat. Rosa moyesii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Pterodactylus mayeri
Pterodactylus antiquus (lat. Pterodactylus antiquus) — Pterodactylus antiquus cinsinə aid heyvan növü.
Tabesiz mürəkkəb cümlələr
Tabesiz mürəkkəb cümlələr iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən bərabər hüquq əsasında vahid bir tam kimi birləşməsi yolu ilə əmələ gələn sintaktik vahiddir. == Quruluş xüsusiyyətləri == Tabesiz mürəkkəb cümlələrin səciyyəvi quruluş xüsusiyyətləri vardır. Çox zaman tərkib hissələrində bir paralellik olur; bu xüsusiyyət atalar sözləri və məsəllərdə özünü daha çox göstərir; məs.: Lələ var, yurdu yox. Xalq qız alır – quda qazanır, mən qız aldım, qada qazandım. Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər. Bu gün sən deyirsən, sabah sənə deyərlər. Artıq tamah daş yarar, daş qayıdar baş yarar və s. Belə cümlələr üçün komponentlərdən ikincisinin (və ya hər ikisinin) natamamlığı, yarımçıqlığı, cümlənin ümumi mənası əsasında bərpa oluna bilməsi də səciyyəvi hallardandır: Xəbərçi yalançı olar, yalançı – xəbərçi. Rəhmət yazana, lənət pozana! Sözlərdə qonaq sözü, səslərdə kəfkir səsi.
Hellouin 4: Maykl Mayersin qayıdışı (film, 1988)
Hellovin 4: Maykl Mayersin qayıdışı (ing. Halloween 4: The Return Of Michael Myers) — 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == 30 oktyabr 1988-ci il. Baş verən hadisələrdən 10 il ötmüşdür. Keçmiş seriyalı qatil Maykl Mayers koma vəziyyətindədir və paralic olduğu üçün hərəkət etmək qabiliyyətini itirmişdir. Həkimlər onu milli xəstəxanaya köçürməyə qərara gəlirlər. Bu müddətdə sifətində çapıq olan həkim Lumis əvvəlki hadisələri xatırlayır və hospitalın işçilərinə Mayersi ciddi nəzarət altında saxlamağı qeyd etmişdir. Onun sözlərinə görə, Mayers koma vəziyyətində olsa da, qaçmaq üçün əlindən gələni edəcəkdir. Bir müddət sonra onun sözləri reallığa çevrilir. Mayersi aparan hospital maşını qəzaya uğrayır və Mayers qəzadan sağ qalaraq qaçmağı bacarır...
Hellouin 5: Maykl Mayersin qisası (film, 1989)
Hellovin 5: Maykl Mayersin qisası (ing. Halloween 5: The Revenge of Michael Myers) — 1989-cu ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Baş verən hadisələrdən 1 il keçmişdir. Artıq Hellovin bayramı yaxınlaşmaq üzrədir. Seriyalı qatil yenidən İllinoys ştatındakı Heddonfilddə yenidən insanları qorxutmaq niyyətindədir… == İstinadlar == == Xarici keçidlər == Hellovin seriyasının Rəsmi Saytı Con Karpenterin Rəsmi Saytı Hellovin 5 — Internet Movie Database saytında.
Hellouin 6: Maykl Mayersin lənəti (film, 1995)
Hellovin 6: Maykl Mayersin lənəti (ing. Halloween: The Curse of Michael Myers) — 1995-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Xarici keçidlər == Hellovin seriyasının Rəsmi Saytı Con Karpenterin Rəsmi Saytı Hellovin 6 — Internet Movie Database saytında.
Hellovin 4: Maykl Mayersin qayıdışı (film, 1988)
Hellovin 4: Maykl Mayersin qayıdışı (ing. Halloween 4: The Return Of Michael Myers) — 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == 30 oktyabr 1988-ci il. Baş verən hadisələrdən 10 il ötmüşdür. Keçmiş seriyalı qatil Maykl Mayers koma vəziyyətindədir və paralic olduğu üçün hərəkət etmək qabiliyyətini itirmişdir. Həkimlər onu milli xəstəxanaya köçürməyə qərara gəlirlər. Bu müddətdə sifətində çapıq olan həkim Lumis əvvəlki hadisələri xatırlayır və hospitalın işçilərinə Mayersi ciddi nəzarət altında saxlamağı qeyd etmişdir. Onun sözlərinə görə, Mayers koma vəziyyətində olsa da, qaçmaq üçün əlindən gələni edəcəkdir. Bir müddət sonra onun sözləri reallığa çevrilir. Mayersi aparan hospital maşını qəzaya uğrayır və Mayers qəzadan sağ qalaraq qaçmağı bacarır...
Hellovin 5: Maykl Mayersin qisası (film, 1989)
Hellovin 5: Maykl Mayersin qisası (ing. Halloween 5: The Revenge of Michael Myers) — 1989-cu ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Baş verən hadisələrdən 1 il keçmişdir. Artıq Hellovin bayramı yaxınlaşmaq üzrədir. Seriyalı qatil yenidən İllinoys ştatındakı Heddonfilddə yenidən insanları qorxutmaq niyyətindədir… == İstinadlar == == Xarici keçidlər == Hellovin seriyasının Rəsmi Saytı Con Karpenterin Rəsmi Saytı Hellovin 5 — Internet Movie Database saytında.
Hellovin 6: Maykl Mayersin lənəti (film, 1995)
Hellovin 6: Maykl Mayersin lənəti (ing. Halloween: The Curse of Michael Myers) — 1995-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Xarici keçidlər == Hellovin seriyasının Rəsmi Saytı Con Karpenterin Rəsmi Saytı Hellovin 6 — Internet Movie Database saytında.
Yaysız il
"Yayı olmayan il" (ing. “Poverty Year”, “The Summer that Never Was”, “Year There Was No Summer”) — 1816-cı il Şimali Amerikada və Qərbi Avropada çox soyuq keçdiyindən həmin il tarixdə bu adla qalmışdır. Meteoroloji müşahidələrin başlandığı dövrdən bəri ən soyuq il olmuşdur. ABŞ-də 1816-cı ili, həm də “Eighteen hundred and frozen to death” (“Min səkkiz yüz və ölümcül şaxta”) adlandırırlar. == Səbəbləri == 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys “Yayı olmayan ili” izah edə bilmişdir. O iqlimdə baş verən dəyişiklikləri Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsi ilə izah etmişdir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı. Başqa bir məlumata görə, 1809-cu ildə tropiklər ərazisində daha bir vulkan püskürməsi baş vermişdi və onun barəsində yazılı qeydlər olmasa da, onun püskürmə gücü Tambora vulkanı ilə müqayisə edilən idi. Bu iki püskürmənin nəticəsində növbəti onillik (1810-1819) son 550 il ərzində ən soyuq onillik kimi tarixdə qalmışdı .
İlhan Mansız
İlhan Mansız (10 avqust 1975 - Kempten, Bavariya, Almaniya) — türk futbolçu. == Həyatı == İlhan Mansız Türkiyə milli futbol komandasının heyətində 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilmiş Futbol üzrə dünya çempionatında bürünc medal qazanmışdır. "Samuray" ləqəbi də ona həmin çempionat vaxtı yaponlar tərəfindən verilmişdir. Yaponların sevgisini nəzərə alan futbolçu 2004-cü ildə "Beşiktaş"dan Yaponiyanın "Vissel Kobe" klubuna transfer olunmuşdur. Bundan sonra Almaniyanın Herta klubunda oynamışdır. 2005/2006 mövsümündə Ankaragücünün heyətində çıxış etmişdir. Amma Almaniyada keçirdiyi avtomobil qəzasından sonra sağlamlığını tam bərpa edə bilməmiş və 2006-cı ildə peşəkar karyerasını "Ankaragücü"nün heyətində başa vurduğunu elan etmişdir. Bununla belə futbolçu 2009-cu ildə yenidən futbola qayıtmaq fikrinə düşmüş, Almaniya çempionatının ikinci liqasında mübarizə aparan "Münhen 1860" klubuna baxışa yollanmışdır. Klubun ucuz qiymətə futbolçu axtarışı türk futbolçunu həvəsləndirmişdir. O, jurnalistlərə açıqlamasında qarşısına ciddi məqsədlər qoyduğunu bildirmişdir: "Yenidən özümü sübut etmək istəyirəm".
Hidayət ayəsi
İnzar ayəsinə (آیه انذار) məşhur olan ayə Rəd surəsinin yeddinci ayəsidir. İnsan toplumlarının hər zaman bir yol göstərici və lideri olmasının dəlili və habelə bəzi sünnü və şiə mənbələri və inanclarına görə Əli bin Əbu Talib-in peyğəmbərdən sonra müsəlmanların lider və rəhbəri olmaqdan xəbər verir ki şiələr ona imam deyillər. inzar ərəbcədə xəbardarlıq vermək və uyarmaq mənasını verir. == Yazı və tərcüməsi == {{{1}}} وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ az: Kafir olanlar: "Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?" - deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan (xəbərdarlıq edənsən). Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri vardır! == Təfsir(açıqlama) == Sünnü baxışı: Təbəri İbn Abbasdan öz təfsirində bu ayənin altında belə nəql edir ki: "انما انت منذر و لکل قوم هاد" ayəsi nazil olanda, peyğəmbər əlini sinəsinə goyub buyurdu: Mən münzirəm (xəbərdarlıq edən) və hər qovm və tayfa üçün hadi (yol göstərən) var. O, zaman Əlinin çiyninə işarə edib buyurdu: Yalnız səninlə məndən sonra hidayət olunmuşlar hidayət olacaqlar. bu rəvayət həmçinin "Məcməül-bəyan" kimi şiə mənbələrindədə gəlmişdir. Şiə Baxışı: Əllamə Təbatəbai özünün yazdığı Əl-mizan təfsirində bu ayənin altında belə açıqlama gətirir: Bu şərif ayədən belə anlaşılır ki, yer heç bir zaman camaatı haqq yoluna yonəldəcək hidayətçisiz (yol göstərənsiz) olmaz, ya gərək bir peyğəmbər ola ya da bir başqa hadi ki, Allah əmri ilə hidayət edə.
Mübahilə ayəsi
Mübahilə ayəsi — Müsəlmanların müqəddəs kitabı Quranın 3-cü surəsi Ali-İmran surəsinin 61-ci ayəsinə verilən ad. Ayə onda işlənən «nəbtəhil» kəlməsinə əsasən "mübahilə" adı ilə məşhurdur. Ərəb sözü olan Mübahilə kəlməsinin kökü elə ərəbcə olan "bəhl" sözündəndir və mənası "lənət etmək"dir. Bu sözün lüğətdə də mənası budur. Amma sonralar mənasını dəyişib, hər cür dua etmək mənasında işlənmişdir. == Ayə == Ayənin əsli, ərəbcəsi: فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ Ayənin Azərbaycan dilinə olan tərcümələri: (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisəyə qalxsa (və haqqı qəbul etməkdən imtina etsə), de: Gəlin, biz də öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı çağırın, biz də öz qadınlarımızı çağıraq, siz də öz qadınlarınızı çağırın, biz də öz nəfslərimizi (canlarımızı) çağıraq, siz də öz nəfslərinizi çağırın. Sonra Allah dərgahında mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək. Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.) Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.
Qardaşlıq ayəsi
Qardaşlıq ayəsi (ər:آیه اخوت) Uxuvvət ayəsi — Hucurat surəsinin onuncu ayəsidir ki onda islamın ən təməl və önəmli qaydalar və inanclarından biri yəni müsəlmanlar arasında qardaşlığa baxış salıb, önəmsəyib və ona əmr edibdir. habelə İslam peyğəmbəri və əmisi oğlu Əli bin Əbu Talib arasında qardaşlığı bəyan edir. == Yazı və tərcüməsi == {{{1}}} إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ az: Doğrusunda möminlər bir-birlərilə qardaşdılar, onda qardaşlarınızın arasında bağış sağlayın və Allahdan qorxun ümid ki Allahın rəhmətinə gələsiz. en:The believers are but brethren, therefore make peace between your brethren and be careful of (your duty to) Allah that mercy may be had on you. == Təfsiri == === Sünni mənbələrində === "İbni Ərəbi", "Əltəhrilül Tənvir" və "Təfsirül Quranül Əzim" kimi sünnü təfsirlərində bu ayəyə belə açıqlama gətiriblər ki, müsəlmanlar bir-birləri ilə birdilər və onların qəbilə, qohum, el və soyları onlara üstünlük gətirməz və üstünlüyü yalnız təqva bəlli edər, qardaşlar arasında barış yaratmağın önəmliyi və möminlərin qardaş olması bu təfsirlərdə keçibdir. === Şiə mənbələrində === "Məcməül-Bəyan" və "Təfsiri Burhan"da bu ayə belə təfsir edilib: Ayə nazil olduqdan sonra Məhəmməd müsəlmanlar arasında qardaşlıq yaratdı, Əbu Bəkr, Ömər, Osman və Əbdürrəhman aralarında və başqaları arasında hər kəsin öz yeri və məqamına baxaraq qardaş etdikdən sonra Əli bin Əbu Talib-ə dedi: Sən də mənim qardaşım və mən də sənin qardaşınam.
Təthir ayəsi
Təthir ayəsi (ərəb. تطهیر‎) — Əhzab surəsinin 33-cü ayəsinə verilmiş ad. == Etimologiya == Təthir ərəbcədə paklamaq və təmizləmək mənasını verir. == Ayənin mətni == {{{1}}} «وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا» Tərcümə: Öz evlərinizdə qalın və cahiliyyət dönəmi kimi camaat içində görünməyin, namaz qılıb zəkatı verin, Allah və Rəsulunu itaət edin. Allah fəqət istəyir siz Əhli-Beyti pislik və günahdan üzaqladıb pak etsin. == Adının məşhurluq səbəbi == Bu ayə Təthir ayəsinə məşhurdur. Bu ayə Quranın şiə və sünnü müfəssirləri arasında mücadiləli və ixtilaflı ayələrindəndir. Şiələr ayənin mətni üzrə, şəni nizul və ona görə nəql olunmuş rivayətlərə dayanaraq onu beş nəfərlik əhlibeytin isməti(Günahsızlıq) və imamətinə nədən biliblər. amma sünnülər ayənin ön və arxa sözlərinə dayanaraq şiə dediklərini qəbul etməyib peyğəmbərin zövcələrinidə Əhli-Beyt-dən sayıblar. == Əhli beyt kimlərdir? ==
Vilayət ayəsi
Vilayət ayəsi — müsəlmanların müqəddəs kitabı Quranın maidə surəsinin 55-ci ayəsinə verilən ad. On beş Quran təfsiri kitabı bu ayəni Əli bin Əbu Talib-in islam peyğəmbərindən sonra müsəlmanların vəlisi olmağına dəlil biliblər. == Yazı və tərcüməsi == {{{1}}} إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ az: Sizin vəliniz yalnız Allah, rəsulu və o iman gətirən kəslərdir ki, namazı bərpa edir və ruku halında zəkat verirlər. fa: {{{1}}} ولی و دوست شما تنها خدا و پیامبر اوست و کسانی که ایمان آورده‏اند همان کسانی که نماز برپا می‏دارند و زكات ميدهند در حالي كه در رکوع نمازند. == Mənaları == انما:(İnnəma) Ərəb dilində inhisar və azərbaycan dilində isə fəqət və yalnız ona məxsus mənasını yetirir. ولی:(Vəli)Ayədə mənası qəyyumluq, maddi və mənəvi liderlik və təsərrüfdür. == Şəni nizul (ayənin nazil olma səbəbi) == Az bir fərqlə istinadlarda olan mənbələrdə rəvayət eidlir ki, bir gün yoxsul bir insan peyğəmbər məscidinə gəlib ordakılardan maddi yardım istədi, heç kim ona yardım etmədi. O da əllərin göyə qaldırıb dedi: "Ey Allah özün şahidsən ki, peyğəmbərin məscidində yardım istədim amma mənə cavab verən olmadı!" Bu əsnada namazın rüküsunda olan Əli bin Əbu Talib kiçik barmağıyla ona işarə etdi, yoxsul da yaxınlaşıb Əlinin barmağından üzüyünü çıxartdı və bu ayə nazil oldu. Əbuzər Qafarıda bu rəvayəti nəql edib, ardınca deyir: O, zaman peyğəmbər namazdaydı və bu macəranı gördü. Namazı bitdikdən sonra göyə sarı başını qaldırıb dedi: Allahım!
Xəyrülbəriyyə ayəsi
Xəyrülbəriyyə ayəsi (ər:خَيْرُ الْبَرِيَّةِ) — Bəyyinə surəsinin yeddinci ayəsidir ki, Təfsiri Əlmizan və Məcməül Bəyan təfsirlərinə görə Əli bin Əbu Talibin ləyaqət və dəyərlərindən bəhs edir. == Yazı və tərcüməsi == {{{1}}} إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ az: Onlar ki iman gətirib, yaxşı və saleh işlər gördülər, ən yaxşı məxluqlardılar. en: (As for) those who believe and do good, surely they are the -best of men. fa: {{{1}}} همانا کسانی که ايمان آوردند و کارهای شايسته انجام دادند، بهترين مخلوقاتند. == Şəni nizul (ayənin nazil olma səbəbi) == === Sünni təfsirlərində === ==== Həskani(عبیدالله بن عبدالله حَسکانی) ==== Hakim Həskani sünni alimlərindəndir və Şəvahidül Tənzil təfsirində belə deyir: Əbi Bərzədən nəql edir:Rəsulləllah (إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ) ayəsini oxudu və sonra dedi:Ey Əli xəyrülbəriyyə sən və sənin şiələrindirlər. Həskani eyni bu deyimi imam Baqirdən nəql edibdir. Cabir bin Əbdüllah Ənsaridən(جابر بن عبد الله انصاری) nəql edir:Biz Kəbə və Rəsulullahın yanında oturmuşduq, Əli gəldi və Rəsulullah dedi: Qardaşım gəldi, və ardıca dedi: Allahın evinə and olsun ki bu kişi sizin hamınızdan öncə Allaha iman gətirib hamınızdan çox onun itaətini edib Allahla qərarında hamınızdan vəfalıdır. hamıdan çox Allah hökümlərinə qəzavət edib beytülmal bolüşdürməsində adildir habelə yoxsullara hamıdan yaxşı davranıb məqamı hamınızdan üstündür, bu zamandaidi ki Xəyrülbəriyyə ayəsi nazil oldu. === Şiə təfsirlərində === ==== Şeyxi Təbərsi(Təbresi) ==== Şeyxi Təbərsi Məcməül Bəyan təfsirində ayənin altında İbni Əsakiri Dəməşqidən(ابوالقاسم علی بن الحسن) oda Şeyx Cabir Ənsaridən nəql edir: Biz Rəsulullahın yanındaidik ki Əli bin Əbu Talib gəldi, ozaman peyğəmbər buyurdu:And olsun o, kəsə ki mənim canım onun əlindədir bu kişi(Əli) və onun şiələri qiyamət günündə səadətməndlərdəndirlər. ozamanidir ki Xəyrülbəriyyə ayəsi nazil oldu.
İnzar ayəsi
İnzar ayəsinə (آیه انذار) məşhur olan ayə Rəd surəsinin yeddinci ayəsidir. İnsan toplumlarının hər zaman bir yol göstərici və lideri olmasının dəlili və habelə bəzi sünnü və şiə mənbələri və inanclarına görə Əli bin Əbu Talib-in peyğəmbərdən sonra müsəlmanların lider və rəhbəri olmaqdan xəbər verir ki şiələr ona imam deyillər. inzar ərəbcədə xəbardarlıq vermək və uyarmaq mənasını verir. == Yazı və tərcüməsi == {{{1}}} وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ az: Kafir olanlar: "Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?" - deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan (xəbərdarlıq edənsən). Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri vardır! == Təfsir(açıqlama) == Sünnü baxışı: Təbəri İbn Abbasdan öz təfsirində bu ayənin altında belə nəql edir ki: "انما انت منذر و لکل قوم هاد" ayəsi nazil olanda, peyğəmbər əlini sinəsinə goyub buyurdu: Mən münzirəm (xəbərdarlıq edən) və hər qovm və tayfa üçün hadi (yol göstərən) var. O, zaman Əlinin çiyninə işarə edib buyurdu: Yalnız səninlə məndən sonra hidayət olunmuşlar hidayət olacaqlar. bu rəvayət həmçinin "Məcməül-bəyan" kimi şiə mənbələrindədə gəlmişdir. Şiə Baxışı: Əllamə Təbatəbai özünün yazdığı Əl-mizan təfsirində bu ayənin altında belə açıqlama gətirir: Bu şərif ayədən belə anlaşılır ki, yer heç bir zaman camaatı haqq yoluna yonəldəcək hidayətçisiz (yol göstərənsiz) olmaz, ya gərək bir peyğəmbər ola ya da bir başqa hadi ki, Allah əmri ilə hidayət edə.
Qaraquş (dırnaq mayası)
Qaraquş (lat. reduvial)- dırnaq büküşünün dərisinin cırılması. Adətən yan (lateral) büküşdə görünür, çünki bu yerdə dəri tez-tez mexaniki təsirə məruz qalır, lakin, arxa büküşdə də baş verə bilər. == Səbəblər == Əllərinizin dərisi nə qədər qurudursa, qaraquşun əmələ gəlmə ehtimalı da o qədər yüksəkdir. Quruluq səbəbdən çox incə dırnaq büküşü elastikliyi itirir və mexaniki təsir zamanı asanlıqla yırtılır. Əlbəttə, barmaqlara intensiv təsir həmçinin qaraquşun yaranmasının riskini artırır. Qaraquş altına infeksiya düşə bilər, hansı kı dırnaq büküşünün irinli iltihabına gətirib çıxara bilər. == Müalicə == Qaraquşlar manikürlü qayçı və ya dırnaqtutan ilə diqqətlə kəsilməlidir, sonra zədələnmiş dırnaq büküşünü dezinfeksiya maddələri ilə təmizlənməlidir. Qaraquşu qopartmaq lazım deyil, çünki tez-tez o zamanda dərinin böyük bir hissəsi ayrılır və yaranın yoluxma riskini artırır.