Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eumetazoa
Eumetazoylar və ya əsl çoxhüceyrəlilər (lat. Eumetazoa) — Əsl çoxhüceyrəli struktura malik bütün növlərin daxil olduğu heyvanların alt aləmi. Bura daxil olan heyvanların bədəni öz quruluşu və əhəmiyyətinə görə müxtəlif olan çoxlu miqdarda hüceyrədən təşkil olunmuşdur. Bu hüceyrələrin bir qismi qidanı həzm etməyə, başqa bir qismi hərəkət etmək üçun xidmət edir, bəziləri bədən örtüyünü, yəni dərini əmələ gətirir, müəyyən hüceyrələr bədəndə toplanan zərərli maddələri xaricə çıxarmaq işində istirak edir və s. Belə hüceyrələr orqanizmdən ayrılıqda yaşaya bilməz, onların həyatı heyvanın bədənində olan bütün hüceyrələrin birgə fəaliyyətindən asılıdır. Bağırsaqboşluqlular (Coelenterata) tipi İkitərəflisimmetriyalılar (Bilateria) tipidir.
Mesozoa
Mesozoa (lat. Mesozoa) — heyvanlar aləminin ranqsız altbölməsi. Çoxhüceyrəli heyvanların iki tipi — ortonektidlər (lat. Orthonectida) və disiemidlər (lat. Disiemidlər) bu altbölməyə daxildir. Əvvəllər mezozoylar sadə çoxhüceyrəli hesab olunurdu və o Mesozoa tipi kimi qeyd olunurdu.
Metafor
Metafora (q.yun. μεταφορά — «köçürmə») və ya məcaz — Metafor bir əşya, varlıq və hadisəyə məxsus əlamətə hadisə üzərinə köçürülməsi yolu ilə düzəlir. Metaforu təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə əsasında düzəldiyi üçün bəzən onları fərqləndirmək çətindir. Yadda saxlamaq lazımdır ki, təşbehdən fərqli olaraq metaforda qarışdırılan tərəflərdən biri iştirak etmir. Cümlədəki şəxs sadəcə bir fikirlə ifadə olunur. Yəni, təşbehdə müqayisə olunan predmetlərdən (bənzəyən və bənzədilən) hər ikisinin adı çəkildiyi halda, metaforda yalnız birinin adı çəkilir. Məsələn, "Üzü günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün günəşə bənzədilməsi ilə təşbeh düzəlmişdir. Həmin cümləni "Günəşim susmasın" şəklinə salsaq metafor düzələcək. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə etməklə metafor çevrilir.
Metafora
Metafora (q.yun. μεταφορά — «köçürmə») və ya məcaz — Metafor bir əşya, varlıq və hadisəyə məxsus əlamətə hadisə üzərinə köçürülməsi yolu ilə düzəlir. Metaforu təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə əsasında düzəldiyi üçün bəzən onları fərqləndirmək çətindir. Yadda saxlamaq lazımdır ki, təşbehdən fərqli olaraq metaforda qarışdırılan tərəflərdən biri iştirak etmir. Cümlədəki şəxs sadəcə bir fikirlə ifadə olunur. Yəni, təşbehdə müqayisə olunan predmetlərdən (bənzəyən və bənzədilən) hər ikisinin adı çəkildiyi halda, metaforda yalnız birinin adı çəkilir. Məsələn, "Üzü günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün günəşə bənzədilməsi ilə təşbeh düzəlmişdir. Həmin cümləni "Günəşim susmasın" şəklinə salsaq metafor düzələcək. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə etməklə metafor çevrilir.
Metanol
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
İrakli Metaksa
İrakli Metaksa (1889, Batum – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri, bolşevik. İrakli Metaksa 1889-cu ildə Batumidə, Pont yunanlarının ailəsində anadan olmuşdu. Ailəsi əslən Yunanıstanın qərbində yerləşən Kefaloniya adasının Metaksata kəndindən idi. Gimnaziyada oxuyarkən onda inqilabi düşüncələr formalaşmış, polis təqibindən qurtulmaq üçün bir müddət Odessada yaşamışdı. 1908-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qoşulmuş, Tbilisi, Krım və Uralda inqilabi fəaliyyətdə olmuşdur. 1913-cü ildə Bakıya köçmüşdür. Natiqlik qabiliyyəti yüksək inkişaf etmiş biri idi. Restoran və hotel işçiləri həmkarlar birliyinin katibi seçilmişdi. 1917-ci ildə yaranan Bakı kommunasında Stepan Şaumyanın və Prokofi Caparidzenin şəxsi cangüdəni olmuş, bankların milliləşməsi ilə məşğul olmuşdu. İrakli Metaksa 1918-ci ildə ingilislər tərəfindən başı kəsilərək edam olunub.
İspaniya metanol zəhərlənməsi
İspaniya metanol zəhərlənməsi — 1963-cü ildə İspaniyada baş verən kütləvi zəhərlənmə. Zəhərlənmənin əsas səbəbi Qalisiya bölgəsinin Orense şəhərindən olan tacir Rogelio Akviların satdığı təhlükəli miqdarda metanol tərkibli içkilər olmuşdur. Rəsmi məlumata görə 51 nəfər ölmüş və 9 nəfər kor olmuşdur. Amma qeyri-rəsmi mənbələrə görə ölüm sayı 1000–5000 arasında olmuşdur. Rogelio Akvilar içkilərin tərkibinə ümumilikdə 175.000 litr metanol qatmışdır. Bu onun üçün daha sərfəli və qazanclı idi. Belə ki, metanol etil spirtinə nəzərən daha ucuz idi. Həmçinin Rogelio Akvilar Viqo şəhərində yerləşən "Lago e Hijos" adlı şirkətə də metanol satmışdır. İlk ölüm halları 1963-cü ilin fevralında Lansarotedə müşahidə olunmuşdur. Əczaçılar bu zəhərlənmənin səbəbini fikirləşərkən 4 ölüm halının eyni şənlikdə baş verdiyini müşahidə etdilər.
Mentha aquatica var. metabola
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Mətarfa
Mətarfa (ərəb. المطارفة‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Auqrut mahalına daxildir. Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, paytaxt Əlcəzairdən təxminən 943 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Mətarfa kommunasının sahəsi 1417 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 16 mm-dir).