Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meteorit
Axan ulduz və ya Meteor — Günəş sisteminin kiçik cisimlərindən biridir. Onlar kometlərin parçalanması nəticəsində yaranan, həmçinin Günəşə yaxınlaşarkən itələmə qüvvəsinin təsiri ilə kometləri tərk edən hissəciklərdir. Yanan daş normalda daş alovu söndürür amma meteor nə qədər isdi ki daş belə yanır. === Meteorlar haqqında === Planetlərin toz mühiti içərisində ən dinamik maddə növü meteor maddəsidir. Bunların ən kiçikləri (ᐸ0,5 mkm) işığın təzyiqi ilə Günəş sistemini tərk edirlər. Nisbətən böyük meteor maddəsi Robertson-Poyntinq effekti nəticəsində Günəş sistemində qalır. Bunların hər birinin kütləsi qramın onda biri qədər, hətta daha kiçik olur. Nadir halda bəzi meteor cisminin kütləsi qramlarla olur. Bu cisimlərin konsentrasiyası çox kiçikdir: yerətrafı fəzada 1 km3 həcmdə iki mikrometeor vardır. Yerə nisbətən sürətləri 10–15 km/san olan mikrometeorlar əksəriyyət təşkil edirlər.
Meteorit krateri
== Meteorit krateri == Meteorit krateri (yun. meteora-havada uçan və krater-böyük qab, fincan) iri meteroitlərin yer səthinə düşdükdə, partlayış nəticəsində əmələ gətirdiyiqıfşəkilli çökəkliyə deyilir. Dünyada ən iri meteorit krateri Şimali Amerikanın Arizona ştatında yerləşmişdir. Onun diametri 1207 m, dərinliyi 174 m, krateri əhatə edən tirənin hündürlüyü isə 40-50 m-dir. Arizona meteorit kraterinin təxminən 5000 il yaşı vardır.
Urala meteorit düşməsi (2013)
Rusiyadakı 2013 il meteorit düşməsi fevralın 15-də saat 09:20 bir neçə bölgələrində baş verdi. Meteoritin zərbə dalğası bir neçə binaların şüşələri sındırdı, nəticədə bir mindən çox adam yaralandı. Meteorit 18 km/s sürətlə düşərək, qamaşdırıcı işıq yaratdı və 15–25 km yüksəklikdə partladı. Sonra meteoritin bir neçə fraqment tapıldı.
Fukan meteoriti
Fukan meteoriti (çin. 福康) — 2000-ci ildə Çində, Fukan dağının yaxınlığında tapılmış meteorit. Siderolit tipi olub pallasit sinfinə daxildir, olivin kristallarına malikdir. Yaşının 4,5 milyard il olduğu təxmin edilir. == Tarixi == 2000-ci ildə Çinin Fukan şəhəri yaxınlığında bir çinli alverçi kütləsi 1.003 kq olan meteorit tapmışdır. O, əsas kütlədən 20 kiloqram ayırmışdır. 2005-ci ilin fevralında meteorit Tukson Cavahirat və Mineral Sərgisinə aparılmış və orada Arizona Universitetindən Dante Lauretta tərəfindən nəzərdən keçirilmişdir. Sonda meteorit ABŞ-nin Arizona ştatının Tukson şəhərində yerləşən Arizona Universitetinin Ay və Planet Laboratoriyasında və Cənub-Qərbi Meteorit Mərkəzində alimlər — D.S. Lauretta, D. Hill, M. Killqor, D. Della-Cuistina və Y. Qoreva tərəfindən öyrənilmişdir. == Təsnifatı və tərkibi == Fukan meteoriti pallasitlər sinfinə daxil olub nikel-dəmir matrisində böyük, parlaq olivin və ya hrizolitdən ibarətdir. Olivinlərin forması girdədən kələ-kötürə qədər dəyişir, çoxu çatlayıb, ölçüləri 5 millimetrdən bir neçə santimetrə qədər dəyişir.
Hoba meteoriti
Hoba (ing. Hoba) dünyada tapılmış ən ağır meteoritdi (çəkisi 60 tondan çoxdu). O, Afrikanın cənub-qərbində Namibiyada "Hoba West" fermasında saxlanılır, həmçinin meteorit elə bu əraziyə düşmüşdü. Bu meteorit Yer üzündə ən böyük təbii mənşəli dəmir parçasıdır. == Meteoritin tapılması == 66 tonn ağırlığında və 9 m³ həcmində olan bu dəmir meteorit hələ ibtidai zamanlarda planetə düşüb. Onu 1920-ci ildə Namibiyanın Qrotfonteyn şəhərində tapmışdılar. Hoba adını elə aşkar olunduğu "Hoba West" fermasına görə aldı. Onu tapan fermerin sözlərinə görə, o, bu meteoritə sahəni şümlayanda rast gəlmişdir. == Ümumi məlumat == Meteorit təxmini 80 min il öncə Yer üzünə düşmüşdü. Nə zərbə kraterinin, nə də başqa düşmə izləri olmadığından, bu meteoritin tapılması sırf təsadüf nəticəsində baş verib.
Tunqus meteoriti
Tunqus meteoriti — 30 iyun 1908-ci ildə Podkamennaya Tunquska çayı hövzəsinə düşmüş nəhəng meteorit. Bu zaman parlaq işıq saçan bolid müşahidə edilmiş, onun partlayışı 1000 km-dən böyük məsafədə eşidilmişdir. Partlayışı nəticəsində Yer kürəsinin bir çox məntəqəsində seysmik və hava dalğaları qeydə alınmış, atmosferə külli miqdarda meteorit maddəsinin tozlanması nəticəsində Avropada bir neçə gün anomal işıqlı gecələr müşahidə olunmuşdur. SSRİ EA meteoritlər üzrə komitəsi, sonralar isə SSRİ EA Sibir bölməsinin meteoritlər və kosmik toz üzrə komisiyası Tunqus meteoritinin düşdüyü əraziyə dəfələrlə ekspedisiyalar təşkil etmişdir. == Xarici keçidlər == Подкаменная Тунгуска, 1908 год. "Тунгусский метеорит".
Tunquska meteoriti

Yardımlı meteoriti
Yardımlı meteoriti və ya Ərus meteoriti — Azərbaycana düşdüyü bilinən ilk dəmir meteorit. Keçmiş SSRİ ərazisinə düşən 3-cü böyük meteorit sayılır.Bu meteoriti Moskva vaxtı ilə 1959-cu il 24 noyabr saat 7:05-də Yardımlı rayonunun Ərus və Jiy kəndləri ərazisinə düşmüşdür. Sıx duman olmasına baxmayaraq, meteorit düşərkən təqribən 2800 km2 sahədə güclü işıqlanma yaradıb və bu 5–10 saniyə davam edib. Məlum olmuşdur ki, o məşhur Sihote-Alin meteorit yağışının yağmasından sonra düşmüşdür. Burada onun altı fərdi nümunəsi tapılmışdır: 152.56 kq; 127 kq; 11.3 kq; 5.9 kq; 2.3 kq; 0.36 kq.Yardımlı meteorit yağışının düşmə ərazisi ellips formasındadır və 8–1.5 km-dir. Uçuş istiqamətində 127 kq olan meteorit, diametri 2.8 metr olan bir konusu formalaşdırır və ona 2 metr perpendikulyardır. Bu konus Uzun-Zami ərazisinin şimal şərq hissəsində Jiy kəndindən şimal-qərbə doğru 1 km-dir. Konus divarlarının azimutu 2200–2300 olan cənub-qərb meylliliyi var. Konusun gövdəsi 550–600 üfüq bucağını yaradır. Konusun dərinliyi onun mərkəzi hissəsində 1.9 m-dir.
Çelyabinsk meteoriti
Rusiyadakı 2013 il meteorit düşməsi fevralın 15-də saat 09:20 bir neçə bölgələrində baş verdi. Meteoritin zərbə dalğası bir neçə binaların şüşələri sındırdı, nəticədə bir mindən çox adam yaralandı. Meteorit 18 km/s sürətlə düşərək, qamaşdırıcı işıq yaratdı və 15–25 km yüksəklikdə partladı. Sonra meteoritin bir neçə fraqment tapıldı.
Meteoritlər
Meteorit və ya aerolit — elə nisbətən böyük kütləyə malik obyektlərdir ki, onlar Yerin cazibə sahəsinə daxil olarkən meteorlar kimi atmosferdə yanıb yox olmur və yerin səthiə düşürlər. İndiyədək yerdə 3000-ə qədər meteorit tapılıb. Güman etmək olar ki, ibtidai insanlar bu meteorit parçalarından metal alətlər düzəltmək üçün istifadə etmişlər. == Meteoritlərin kimyəvi tərkibi == Meteoritlər kimyəvi tərkiblərinə görə üç qrupa bölünür: daş (aerolit), dəmir-daş (sidepolit) və dəmir (siderit) Aerolitin tərkibində 47% oksigen, 21% silisium, 16% dəmir, 14% maqnezium və 2% qarışıq vardır. Buradan görünür ki, daş meteoritin tərkibində O və Si elementlərinin nisbi miqdarı yer qabığındakına yaxındır, metal isə çoxdur. Siderolitin tərkibində 55% dəmir, 19% oksigen, 12% maqnezium, 8% silisium, 5% nikel və 1% qarışıq vardır. Siderit 91% dəmirdən, 8% nikeldən, 0,5% kobaltdan və qalan çox az hissə fosfor, kükürd və başqa qarışıqlardan ibarətdir.Meteorit növlərinin kimyəvi tərkibinin müqayisəsindən onlara verilən adların tərkiblərinə uyğun olduğu görünür. Qeyd edək ki kimyəvi elementlərinin faizlərini göstərən qiymətlər meteoritdən asılı olaraq öz yaxın ətrafında nisbətən aşağı və ya yuxarı ola bilər. == Meteoritlərin quruluşu və yaranma şəraiti == Quruluş və yaranma şəraitinə görə meteoritlər iki qrupa bölünürlər: differensasiya olunmuş meteoritlər və xondritlər. Differensasiya olunmuş meteoritlər böyük cismin ( asteroidin) dağılmasından əmələ gəlir, xondiritlər isə kiçik hissəciklərin birləşməsindən yaranır.
MeteorJS
MeteorJS Node.js istifadə edərək yazılmış pulsuz və açıq mənbəli JavaScript veb sistemidir. Meteor sürətli prototip hazırlamağa imkan verir və çarpaz platforma (Android, iOS, Veb) ilə kod istehsal edir. MongoDB ilə inteqrasiya olunur və Tərtibatçıdan hər hansı bir sinxronizasiya kodunu yazmağı tələb etmədən məlumat dəyişikliklərini müştərilərə avtomatik yaymaq üçün yayılmış məlumat protokolu və yayım abunə nümunəsini istifadə edir. Müştəridə, Meteor hər hansı bir populyar olan JS sistemi;Vue, React, Svelte, Angular və ya Blazedən istifadə edilə bilər.
Meteorizm
Meteorizm (yun. μετεωρισμός — şiş, köp) və ya flatulensiya, osturaq — bağırsaqlarda qazların həddindən artıq yığılması. Bu, şişkinlik, çox miqdarda həzm qazının çox miqdarda (“püskürücü”) ifrazı ilə özünü göstərir. == Ümumi məlumat == Sağlam bir yetkin insanda mədə və bağırsaqlarda təxminən 1 litr qaz var ki, bu qazlar əsasən bağırsaq mikroflorasının mikroorqanizmlərinin həyati fəaliyyəti nəticəsində əmələ gəlir. Yetkin bir insanda defekasiya prosesində və əlavə olaraq gün ərzində bağırsaqdan normal olaraq 0,1-0,5 litr qaz xaric olur. Meteorizmlə, çıxarılan qazın həcmi üç və ya daha çox litrə çata bilər. Sağlam insanlarda qaz qarışımının tərkibi aşağıdakı kimidir: azot N2 — 24—90 %; karbon qazı СО2 — 4,3—29 %; oksigen О2 — 0,1—23 %; hidrogen Н2 — 0,6—47 %; metan CH4 — 0—26 %;həm də az miqdarda: hidrogen sulfid H2S; ammonyak NH3; uçucu merkaptanlar. == Səbəbləri == Qazın əmələ gəlməsinə karbohidratlı və lifli qidalar səbəb olabilir. Aşağıdakı səbəblər də bağırsaqlarda qaz sancılarının əmələ gəlməsinə səbəb olur: meyvələr tərəvəzlər kəpəkli taxıl məhsulları lobya və paxlakimilər qazlı içkilər sürətli yemək həzm sistemində pozumalar xronik bağırsaq xəstəlikləri sintetik qidalar rejimsiz qidalanma.
Meteoroid
Meteorid (/ˈmiːti.əˌrɔɪd/ ) — kosmik fəzada kiçik qayalıq və ya metal cisim. Meteoroidlər asteroidlərdən əhəmiyyətli dərəcədə kiçik olan cisimlər kimi qəbul edilir və ölçüləri dənəvərdən bir metrə qədər dəyişir. Bundan daha kiçik olan obyektlər mikrometeoroidlər və ya kosmik toz kimi təsnif edilir. Əksəriyyəti kometaların və ya asteroidlərin parçalarıdır, digərləri isə Ay və ya Mars kimi cisimlərlə toqquşmadan geri qalan kosmik tullantılardır. Bir meteoroid, kometa və ya asteroid Yer atmosferinə adətən 20 km/san (72,000 km/saat; 45,000 mil/saat) sürətlə daxil olduqda, onun aerodinamik istiləşməsi həm parlayan cisimdən, həm də geridə qoyduğu parlayan hissəciklərdən işıq zolağı yaradır.
Meteora
Meteora — Yunanıstanın Tessali şəhərində yerləşən ortodoks monastrı. Təxminən 10-cu əsrə aid olduğu güman edilir. Theopetranın 5 kilometr cənubunda və Kalakamba şəhərinin 21 kilometr cənubunda yerləşir. Hündürlüyü 600 metrdir. Bu tapa şəkilli sildırım qayaların 20 milyon il əvvəl suyun çəkilməsi nəticəsində əmələ geldiyinə inanılır. Görünüşündən havada asılı olan daşlara bənzədiyinə görə Meteora (yun. Göylərdə dayanan) mənasındadır. UNESCO tərəfindən mühafizə edilən tarixi monastrlardan biridir.
Meteor
Axan ulduz və ya Meteor — Günəş sisteminin kiçik cisimlərindən biridir. Onlar kometlərin parçalanması nəticəsində yaranan, həmçinin Günəşə yaxınlaşarkən itələmə qüvvəsinin təsiri ilə kometləri tərk edən hissəciklərdir. Yanan daş normalda daş alovu söndürür amma meteor nə qədər isdi ki daş belə yanır. === Meteorlar haqqında === Planetlərin toz mühiti içərisində ən dinamik maddə növü meteor maddəsidir. Bunların ən kiçikləri (ᐸ0,5 mkm) işığın təzyiqi ilə Günəş sistemini tərk edirlər. Nisbətən böyük meteor maddəsi Robertson-Poyntinq effekti nəticəsində Günəş sistemində qalır. Bunların hər birinin kütləsi qramın onda biri qədər, hətta daha kiçik olur. Nadir halda bəzi meteor cisminin kütləsi qramlarla olur. Bu cisimlərin konsentrasiyası çox kiçikdir: yerətrafı fəzada 1 km3 həcmdə iki mikrometeor vardır. Yerə nisbətən sürətləri 10–15 km/san olan mikrometeorlar əksəriyyət təşkil edirlər.
Anthemis meteorica
Anthemis meteorica (lat. Anthemis meteorica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Meteorus coccineus
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Barringtonia acutangula növü Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır. == Sinonim == == İstinadlar == Barringtonia acutangula:''The Plant List saytında takson barədə məlumat.
Meteora (albom)
Meteora – Linkin Parkın 2-ci studiya albomudur. 25 mart 2003 tarixində Warner Bros. tərəfindən şatışa çıxardılmışdır. Albomun ilk sinqlı Somewhere I Belong mart ayında yayımlandı. Sonra müvafiq olaraq "Faint", "Lying from You", "From the Inside", "Breaking the Habit" və "Numb" sinqlları yayımlandı. Meteora Modern Rock mahnıları siyahısının ən uğulu albom sayılır. Bu albom 2003-cü ildə Qremmi mükafatı almışdır. İndiyədək dünya üzrə 10 milyonun üzərində satış rəqəminə çatmışdır. Albomun 8-ci mahnısı "Figure.09" S.W.A.T filminin soundtreki olmuşdur. 12-ci mahni "Session" isə "The Matrix Reloded" filminin soundtreki olmuşdur.
Meteora (album)

Meteora (dəqiqləşdirmə)
Meteora dəqiqləşdirmə
MBDA Meteor
MBDA Meteor raketi, çoxmillətli “MBDA” şirkəti tərəfindən hazırlanan, 320 km məsafəli, radarla idarə olunan hava-hava tipli döyüş raketidir. Yüksək intensivlikdə olan elektron müharibə mühitində işləyən və qabaqcıl ramjet mühərrik texnologiyasından istifadə edən raket 2016-cı ildə Avropa ölkələrində istehsal olunmağa başlanmışdır. Meteor raketi AIM-120 AMRAAM raketinin əvəzinə yeni nəsil, çox uzaq mənzilli, görüş dairəsindən kənarda fəaliyyəti təmin edəcək bir önləmə raketinin axtarışı ilə ortaya çıxmışdır. Raket üzərində həyata keçirilən işlər, layihədə bir sıra digər Avropa ölkələrinin iştirakı və qısa müddət ərzində Boeing-in dəstəyini bu layihəyə verməsi ilə MBDA şirkətinin rəhbərliyi çərçivəsində beynəlxalq bir proqrama çevrildi. Aktiv idarə olunan radar, yüksək sürətlərdə hərəkətinə imkan verən ramjet mühərriki və uzun mənzili sayəsində qısa və orta mənzildə effektiv MICA ilə işləyən meteor raketi; Eurofighter Typhoon, Dassault Rafale, Saab JAS 39 Gripen, Lockheed Martin F-35 Lightning II kimi döyüş təyyarələrində istifadə olunur. == İstifadəçilər == Meteor raketi, İngiltərə Kral Hərbi Hava Qüvvələri, Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələri, Alman Hərbi Hava Qüvvələri, İspaniya Hərbi Hava Qüvvələri, İtaliya Hərbi Hava Qüvvələri, Fransa Hərbi Hava Qüvvələri, İsveç Hərbi Hava Qüvvələri, Çex Respublikası Hərbi Hava Qüvvələri, Misir Hərbi Hava Qüvvələri, Hindistan Hərbi Hava Qüvvələri, Qətər Hərbi Hava Qüvvələri kimi bir çox dövlətin hərbi hava qüvvələri tərəfindən istifadə olunur.
Meteor seli
Meteor seli hər ilin eyni ayda gedən qısamüddətli və sıx (dəqiqədə 1000-dən çox) meteorların dəstəsi. Böyük meteor seli radiantının daxil olduğu bürcə görə adlandırılır. Yerdən görən kimi meteor seli meteor yağışı adlanır. Əsas meteor seliləri Kvadratidlər, Liridlər, η-Akvaridlər, δ-Akvaridlər, Perseidlər, Drakonidlər, Orionidlər, Tauridlər, Leonidlər, Germinidlər və Ursidlərdir.
Meteor yağısı

Meteora (Linkin Parkın albomu)