Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sünnətçi
Sünnət (ərəb. ختان‎ — Xətənə) — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisminin və ya hamısının kəsilib atılması. Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqda məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyə etdikləri görünür. Hətta Hz. İsanın 8 günlük körpə olarkən sünnət edildiyi bildirilir. Buna baxmayaraq xaçpərəst dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.
Qəhrəman Binnətli
Qəhrəman Binnətli — (d. 04.03.1942- ö. 01.01.2004) Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru, professor == Həyatı == Binnətli Qəhrəman Hümmət oğlu Gürcüstan Respublikasının Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində dünyaya gəlmiş və Bakı şəhərində vəfat etmişdir. == Təhsil və elmi fəaliyyəti == 1964 Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1964–1992 Azərbaycan Politexnik İnstitutunda (indiki ATU) müəllim işləmişdir. 1990 Fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1991 Fizika üzrə Professor olmuşdur. 1992–1997 Аzərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri işləmişdir. 1995-1997-ci illərdə Türkiyənin Kütahya şəhərində yerləşən Dumlupınar Universitetində elmi ezamiyyətdə olmuşdur. 1997-2002 Аzərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri və eyni vaxtda Qafqaz Universitetində tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır.
Rövşən Binnətli
Rövşən Binnətli (26 dekabr 1958, Mirəşəlli, Ağdam rayonu)– idman jurnalisti və futbol şərhçisi. İdman TV-nin hazırkı direktoru, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının baş katibi.2000-ci ildən 2012-ci ilədək "Lider" Televiziyasında şərhçilər qrupunun rəhbəri, televizyanın baş idman şərhçisi olub. 2012-ci ildən 2015-ci ilədək "Baku Post" qəzetində şöbə müdiri, ardınca qəzetin Azərbaycan dili bölməsinin redaktoru işləyib. 2015-ci ildən 2019-cu ilədək "CBC Sport" telekanalının informasiya xidmətinin şef redaktoru kimi çalışıb. == Bioqrafiyası == === Uşaqlıq və gənclik illəri === Rövşən Tahir oğlu Novruzov 26 dekabr 1958-ci ildə Ağdam rayonu Mirəşəlli kəndində anadan olub. 1976-cı ildə Ağdam şəhər 8 saylı orta məktəbi bitirib. 1977–1979-cu illərdə, Moskvada Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin "jurnalistika" fakültəsini bitirərək "jurnalist" ixtisasına yiyələnib. === Karyerası === Əmək fəaliyyətinə 1976-cı ildə Ağdam rayon 43 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstədə fəhlə kimi başlayıb. Bir müddət Ağdam rayon İstehlak Cəmiyyətinin inşaat briqadasında fəhlə kimi çalışıb.
Məhəmmədkərim xan Minnət
Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar - XVIII əsr şairi, hakim. == Həyatı == Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar İsfahan şəhərində anadan оlmuşdu. Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönəmində Tehran şəhərinin hakimi idi. Bir çоx müharibələrdə böyük igidliklər göstərmişdi. Əmiraslan xan Qırxlı-Avşar оnu Məhəmmədisa xan Qasımlı-Avşarın yеrinə Urmiyaya hakim təyin еtmişdi. 1745-ci ildə Urmiyanın hakimi оlarkən Nadir şaha qarşı çıxdığından tutulub kоr еdilmişdir. Məhəmmədkərim xan şair idi. Minnət təxəllüsü ilə incə təbli şеirlər yazırdı.