Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qeyri-müəyyən inteqral
İbtidai funksiya (və ya qeyri müəyyən inteqral; törəmənin əksi) verilmiş aralığın bütün nöqtələrində F(x)=f'(x) bərabərliyini ödəyən funksiya. F(x) funksiyasına həmin aralıqda f(x) funksiyasının ibtidai funksiyası deyilir. Nümunə: Göstərək ki, F ( x ) = 3 x 4 {\displaystyle F(x)=3x^{4}} funksiyası ( − ∞ ; + ∞ ) {\displaystyle (-\infty ;+\infty )} aralığında f ( x ) = 12 x 3 {\displaystyle f(x)=12x^{3}} funksiyasının ibtidai funksiyasıdır. F ′ ( x ) = ( 3 x 4 ) ′ = 3 ( x 4 ) ′ = 3 ⋅ 4 x 3 = 12 x 3 = f ( x ) {\displaystyle F'(x)=(3x^{4})'=3(x^{4})'=3\cdot 4x^{3}=12x^{3}=f(x)} Doğrudan da aralığının istənilən nöqtəsində bərabərliyi ödənilir. Tutaq ki funksiyası verilmiş aralıqda kəsilməz funksiyasının ibtidai funksiyasıdır. Onda ixtiyarı sabitı üçün funksiyası da həmin aralıqda funksiyasının ibtidai funksiyasıdır. == Əsas xassələri == Qeyri müəyyən inteqralın (ibtidai funksiya) aşağıdakı xassələri var.1: Qeyri müəyyən inteqralın törəməsi inteqralaltı funksiya diferensialı isə inteqralaltı ifadəyə bərabərdir: ( ∫ f ( x ) d x ) ′ = f ( x ) {\displaystyle (\int f(x)dx)'=f(x)} d ( ∫ f ( x ) d x ) = f ( x ) d x {\displaystyle d(\int f(x)dx)=f(x)dx} İsbatı: Tutaq ki, F(x) funksiya ibtidai f(x)-sin funksiyasıdır: F(x)=f(x). Onda ∫ f ( x ) d x = F ( x ) + C {\displaystyle \int f(x)dx=F(x)+C} yaza bilərik. Bu bərabərliyin hər iki tərəfindən törəmə alsaq, ∫ f ( x ) d x = ( F ( x ) + C ) ′ = F ′ ( x ) + C ′ {\displaystyle \int f(x)dx=(F(x)+C)'=F'(x)+C'} ,yəni ∫ f ( x ) d x = f ( x ) {\displaystyle \int f(x)dx=f(x)} .2.Kəsilməz törəməsi olan F(x) funksiyasını törəməsinin qeyri-müəyyən inteqralı onun özündən sabit toplananla fərqlənir, yəni ∫ F ′ ( x ) d x = F ( x ) + C {\displaystyle \int F'(x)dx=F(x)+C} və ya ∫ d F ′ ( x ) d x = F ( x ) + C {\displaystyle \int dF'(x)dx=F(x)+C} .Burada F(x)-kəsilməz diferensiallanan funksiyadır. Bu xassə, bilavasitə qeyri-müəyyən inteqralın tərifindən alınır.3.Sıfırdan fərqli sabit vuruğu inteqral işarəsi xaricinə çıxarmaq olar.
Uzaqdan müəyyən etmə
Məsafədən zondlama (MZ) – yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur. Məsafədən zondlama (remote sensing) - sin.
Duayen
Duayen (fr. doyen — usta, ağsaqqal) — diplomatik korpusun rəhbəri, diplomatik təsnifata və konkret ölkədə akkreditə olunduğu müddətə görə daha yüksək olan diplomatik nümayəndə. Bir çox katolik ölkələrində diplomatik korpusun duayeni Papanın diplomatik nümayəndəsi, Afrikanın bir sıra keçmiş koloniyalarında isə keçmiş metropoliyanın səfiridir. Duayen yalnız yüksək təsnifatdan olan diplomatik nümayəndə ola bilər — səfir və ya Papa nunsisi (bəzi katolik ölkələrində — akkreditasiya vaxtından asılı olmayaraq yalnız bir nunsi, Toqoda — yalnız Almaniyanın səfiri, Burkina Fasoda — yalnız Afrika ölkələrinin səfirlərindən biri). Duayenin fəaliyyətinə, məsələn, həmkarlarına yerli diplomatik adət-ənənələrlə bağlı təlimatlandırma daxildir. Diplomatik korpusda eyni təsnifatdan olan nümayəndəlik rəhbərlərinin daha üstün olması onların öz funksiyalarını yerinə yetirməyə daxil olma tarixi və saatı ilə müəyyən edilir (müasir təcrübədə bu an etimadnamələrin təqdim edilməsi vaxtından hesablanır).
Maysen
Meaysen , əvvəllər Meysen ( alm. Meißen‎, y.sorb Mišno y.sorb Mišno, a.sorb Mišnjo a.sorb Mišnjo, çex. Míšeň, pol. Miśnia ) — Drezdendən şimal-qərbdə, Elba çayı üzərində yerləşən Azad Saksoniya əyalətində şəhər və eyniadlı rayonun inzibati mərkəzi. Şəhər 1710-cu ildən bəri Avropada ilk çini olan Maysen çinisi ilə beynəlxalq səviyyədə tanınır. == Coğrafi mövqe == Maysen şəhəri Drezdendən 25 km şimal-qərbdə, Leypsiqdən 100 km şərqdə və Frayberqdən 40 km şimal-şərqdə yerləşir. O, Elba və onun qolu Tribiş çayının birləşməsindən əmələ gələn vadidə yerləşir. Maysenin şərqində Kosviq və Radebeul şəhərləri yerləşir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 95 m-dir. Maysenin cənubunda Maysen dağları yerləşir.
Beynəlxalq səmti müəyyən etmə federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası - (ing. International Orienteering Federation - İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Bornun müəyyən edilməsi (film, 2002)
Bornun müəyyən edilməsi (ingiliscə: The Bourne Identity) — rejissor Doug Limanın çəkdiyi və Robert Ludlumun eyniadlı romanından ekranlaşdırılmış Amerika bədii filmidir. Film yaddaşını itirmiş keçmiş CIA zabiti və peşəkar sui-qəsdçi Ceyson Born haqqındakı pentalogiyanın ilk filmidir. == Süjet xətti == İtaliyalı balıqçılar Aralıq dənizinin sularında huşsuz vəziyyətdə naməlum bir adam tapırlar. Göyərtəyə qaldırdıqları həmin şəxsin bədənində iki güllə yarası var, buduna isə İsveçrə bankındakı hesab nömrəsinin yazıldığı kapsula implantasiya olunub. Naməlum şəxs özünə gələn zaman kim olduğunu və başına nə gəldiyini yada sala bilmir. Lakin bir neçə dildə səlis danışa bilir və bir sıra digər inanılmaz bacarıqlara malikdir. Sürixdə kapsulda olan bank hesabından pul çıxardıqdan sonra, əsil adının Ceyson Born olduğunu öyrənir. Lakin bunun onun həqiqi adı olub olmadığını dəqiq bilmir. İtirilmiş “yaddaş zəncirlərini” bir-bir toplayan Born, Parisdə qaldığı mənzili tapır. Mənzilə ayaq basması böyük səhv olur.
Cozef Mayden
Cozef Henri Mayden (ing. Joseph Henry Maiden; 25 aprel 1859 – 16 noyabr 1925) — Avstraliya botaniki. == Əsərləri == Bibliography of Australian Economic Botany, 1892 A Critical Revisión of the Genus Eucalyptus, en ocho volúmenes Forest Flora of New South Wales, publicado en partes entre 1904 y 1924 Illustrations of New South Wales Plants apareció publicado en 1907 Sir Joseph Banks the "father of Australia" 1909 A Census of New South Wales Plants en colaboración con Ernst Betche, 1916 The Weeds of New South Wales 1ª parte, 1920 The Flowering Plants and Ferns of New South Wales, publicado en sus últimos días == Ədəbiyyat == Hall, Norman. Botanists of the Eucalypts. — Commonwealth Scientific and Industrial Research Organisation, Melbourne, 1978. — ISBN 0-643-00271-5.
Mayden evkalipti
Mayden evkalipti (lat. Eucalyptus maidenii) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Muadye-Deturb
Muadye-Deturb (fr. Moidieu-Détourbe) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38238. Kommunanın 2012-ci il üçün əhalisi 1815 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 235 ilə 423 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Muayyad Şihabəddin Əhməd
Muayyad Şihabəddin Əhməd — Seyfəddin İnalın oğlu və 26 fevral — 28 iyun 1461-ci il aralığında Misir Məmlük sultanı.
Muayyad Şəhabəddin Əhməd
Muayyad Şihabəddin Əhməd — Seyfəddin İnalın oğlu və 26 fevral — 28 iyun 1461-ci il aralığında Misir Məmlük sultanı.
Laval (Mayen)
Laval — Fransanın qərbində şəhər və kommuna, Mayen departamentinin prefekturası. == Coğrafiya == Şəhər Mayen çayının sahillərində, Bretan, Normandiya və Anju tarixi ərazilərinin qovşağında yerləşir. Ərazi sahəsi 54 km². Laval, Fransız sənətçi Anri Russo və yazıçı Alfred Jarrinin məmləkətidir.
Mayen (departament)
Mayen (fr. Mayenne, bret. Mayenne) — Fransa qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 53. İnzibati mərkəzi — Laval. Əhalisi -—317,006 nəfər (departamentlər arasında 74-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi 5175 km². Departamentin ərazisində Mayen çayı axır. Departamentə 3 rayon, 32 kanton və 261 kommun daxildir. == Tarixi == Mayen — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.
Yan Mayen
Yan Myen (norv. Jan Mayen) — Qrenland dənizi ilə Norveç dənizi arasında yerləşən ada. Ada Qrenlandiyadan 600 km, İslandiyadan 500 km, Norveçdən isə 1000 km məsafədə yerləşir. == Coğrafiya == Coğrafi koordinatlar: 71°00′ş. e., 8°00′q. u. Torpaq sərhədlərinin uzunluğu: 0 km. Şahil xəttinin uzunluğu: 124,1 km.Dəniz hüququ: ərazi suları:4 dəniz mili bitişik zona: 10 dəniz mili iqtisadi zona: 200 dəniz mili materik şelfi: 200 metr dərinliyi və ya inkişaf dərinliyi zonasıİqlimi: dümanla müşahidə edilən qütb dəniz iqlimi. Relyef: vulkanik mənşəlli ada. Bəzi hissəsi buzla örtülüdür.
Muasye-syur-Dolon
Muasye-sür-Dolon (fr. Moissieu-sur-Dolon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. İzer departamentinə aiddir. Boreper kantonuna daxildir. Vyen kommunanın dairəsi sayılır.INSEE kodu 38240-dır. Kommunanın 1999-cu il üçün əhalisi 500 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 287 ilə 463 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 65 km qərbdə yerləşir.
Muasye-sür-Dolon
Muasye-sür-Dolon (fr. Moissieu-sur-Dolon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. İzer departamentinə aiddir. Boreper kantonuna daxildir. Vyen kommunanın dairəsi sayılır.INSEE kodu 38240-dır. Kommunanın 1999-cu il üçün əhalisi 500 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 287 ilə 463 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 65 km qərbdə yerləşir.
Sen-Trivye-syur-Muanyan
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.