MÜZƏYYƏN

sif. [ ər. ] Zinətlənmiş, bəzənmiş, bəzək verilmiş; zinətli, bəzəkli.
Rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulmuşdur. M.F.Axundzadə.
Otağın iki üzbəüz tərəfi döşəklərlə müzəyyən idi. T.Ş.Simurq.

□ Müzəyyən qılmaq – bax müzəyyən etmək.
Kövkəblər! Ey səmanı müzəyyən qılan nücum; Etmişdir o yerlərə seyli-qəm hücum? M.Hadi.
“Şərqi-rus”un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar. F.Köçərli.

Müzəyyən etmək – bəzəmək, zinətləndirmək, bəzək vurmaq.
Fitrət yolunu müzəyyən etdi; Üzün şəmi ilə rövşən etdi. Füzuli.
[Nəsir bəy:] Təvəqqe edirəm, birinci badəni içək məclisimizi müzəyyən edən iki gözəl xanımların sağlığına. M.Əliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜZƏYYƏN müzəyyən bax bəzəkli 1
MÜZƏKKƏR
MÜZİKL

Digər lüğətlərdə

аннексиони́ст вермише́льный зажи́м навы́пуск на́тиск по-пара́дному помоли́ться прирасти́ тру́бочная энтузиасти́ческий геобота́ник забаси́ть операти́вник поспеси́виться потря́хиваться продёргивать смочи́ться тыкор dalmatic leer Marxian plaint reassuring sharecrop system прищёлкивать