Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muarrin
Müərrin (ərəb. معرين‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 67 ailədə 159 nəfəri kişilər və 175 nəfəri qadınlar olmaqla cəmi 334 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 50 km şimali–qərbdə, Əzaz şəhərindən 3 km şimalda, Suriya–Türkiyə sərhəd xəttinə yaxın (3.5 km) ərazidə, dəniz səviyyəsindən təqribən 620–670 metr hündürlükdə yerləşir. == Şərhlər == == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Müərrin kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Müərrin kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Muharrak adası
Muharrak adası (ərəb. جزيرة المحرق‎) — Bəhreyn dövlətinin sahəsinə görə ikinci ən böyük adası. İnzibati cəhətdən eyni adlı inzibati vahidliyə daxildir. == Coğrafiyası == Ada 18 km uzunluğa və 5.5 km enə malikdir. Sahəsi 56 km², sahil xəttinin uznunluğu isə 50 km-doir. Maksimal hündürlüyü 10 metrdir. Adada 2014-cü il məlumatına görə 120 00 əhali yaşayır. Adad ölkənin ən iri hava limanı olan Bəhreyn hava limanı yerləşir. Adadan şimal-şərqdə süni Amvaj adaları, bir qədər şimalda isə Diyar Al Muharrak adası yerləşir. "Böyük torpaqla" 3 körpü ilə birləşir.
Muharrem Usta
Məhərrəm Usta (d. 1 Sentyabr 1965, Trabzon) Türk iş adamı, həkim və idman meneceri. İstinye Universiteti heyətin sədri. == Həyatı == Məhərrəm Usta 1965-ci ildə Trabzonda anadan olub. 1989-cu ildə Doqquz Sentyabr Universiteti Tibb Fakültəsini bitirmişdir. 1992-ci ildə Qulaq Burun Boğazı mütəxəssisi oldu. 1993-cü ildə o, xəstəxana idarəetmə sahəsində işləməyə başladı. 1995-ci ildə Türkiyənin ən böyük xəstəxanalar zənciri Medical Parkın təməllərini atdı. Medical Park Xəstəxanalar Qrupu və Liv Hospital Xəstəxanası İdarə heyəti Başçısı olan Məhərrəm Usta, uzun müddət xüsusi xəstəxanalar və sağlamlıq təşkilatları Başçısı olmuşdur. Məhərrəm Usta, həmçinin İstanbul Ticarət Palatası Sağlamlıq Komissiyasının üzvüdür və sağlamlıq baxımından etdiyi investisiyalar, idmana və idmançılara dəstəklərilə də tanınır.
Muharrem İnce
Məhərrəm İncə (türk. Muharrem İnce; 4 may 1964, Almalıq[d]) — Türkiyə siyasətçisi. == Həyatı == 4 may 1964-cü ildə Yalova şəhərində anadan olub. Cümhuriyyət Xalq Partiyası millət vəkili olmuşdur. Evlidir və bir uşağı var.
Muhacir xalqı
Muhacir xalqı (Urdu: مہاجر), Pakistanın müstəqilliyindən sonra Hindistanın müxtəlif bölgələrindən Pakistana köç edən çoxmillətli mənşəli müsəlman immiqrantları və onların nəslindəndir.
Mühərrik
Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu. == Ümumi məlumat == Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsu başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir. Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin. == Mühərrikin növləri == Mühərriklər iki qrupa bölünürlər.
Altıtaktlı mühərrik
Altıtaktlı mühərrikin ilk prototipi iki dünya müharibəsi arasındakı dövrdə hazırlanıb. Bu mühərrikləri bəzən "4 taktlı klapansız mühərrik" də adlandırırlar. Bu mühərriklər haqqında elmi nəşrlərdə verilmiş məlumatlardan yalnız biri – 1926-cı ildə "Motociclismo" jurnalında çap olunmuş məqalə və çertyojlar indiyədək gəlib çatıb. Valentino Karneluttiyə məxsus olan "Officine Meccaniche" şirkəti özünün hazırladığı 3 motosikleti bu mühərriklərlə komplektləşdirdi. Mühərriklərin həcmi 125 və 175 sm3 idi. == İş prinsipi == Taktların kombinasiyası fərqli taktları icra edən detalların birgə işi nəticəsində hasil olur. Yanma kamerası ümumidir. Qarşı qarşıya yerləşmiş müxtəlif diametrli iki silindrdəki porşenlər üz-üzə hərəkət edir. Böyük porşenin gedişi kiçikdən təqribən 2 dəfə çoxdur. Birinci porşen 4, ikinci isə 2 taktlı rejim üzrə hərəkət edir.
Benzinli mühərrik
Benzinli mühərrik, bir növ içdən yanmalı motordur. Benzinli mühərriklərdə istifadə edilən yanacaq benzin olub, yanacaq dizel mühərrikdən fərqli olaraq karbürator adı verilən bir qurğu sayəsində, maye olaraq deyil buxarlanıb hava ilə qarışaraq silindrə girir. == İşləmə prosesi == Benzinin oksigen (hava) ilə meydana gətirdiyi qarışıq nəticəsində yanma reallaşar. Yanacaq hava qarışığının silindrin içində bir qığılcım ilə yanması nəticəsində bir partlama meydana gəlir. Burada yenə dizel mühərrikdən fərqli yanmağı təmin etmək üçün qığılcım yəni şam istifadə edilir. Partlamanın ortaya çıxardığı təzyiq, piston tərəfindən hərəkət enerjisinə çevrilir. == Tarixi == Benzinli mühərrikin iş prinsipini təşkil edən çevrim dörd zamanlı çevrim ya da Otto çevrimi olaraq da xatırlanır. Bu çevrim 1876-cı ildə Alman mühəndis Nikolaus Otto tərəfindən tapılmışdır. Çevrim dörd mərhələdən ibarətdir. == Proseslər == Əmmə: karbürator gələn benzin-hava qarışığı, əmmə sübabının açılması ilə silindr içinə çəkilər.
Daimi mühərrik
Daimi mühərrik (lat. Perpetuum Mobile) — Faydalı iş əmsalı 100%-dən artıq olan xəyali qurğu. Ayrı-ayrı alimlər müxtəlif üsullarla bu mexanizmi yaratmağa cəhd göstərsələr də, bunun mümkün olmadığını dərk etmişlər. Bu istiqamətdəki bütün təcrübələr göstərir ki, əbədi olaraq öz-özünü mütəmadi hərəkət və enerji ilə təmin edən mexanizm yaratmaq qeyri-realdır. İstənilən hərəkət sükuta məhkumdur. == Tarixi == Daimi mühərrik haqqında elmə məlum olan ilk fikirlər XII əsr hind şairi, riyaziyyatçısı və astronomu Bhaskaraya məxsusdur. Həmçinin, bu ideyaya bəzi orta əsr ərəb alimlərinin əlyazmalarında rast gəlinir. Leonardo da Vinçinin işləri arasında da daimi mühərrik çertyoju tapılmışdır. == Elmi əsasları == Daimi mühərrik yaratma sahəsində aparılmış çoxsaylı təcrübələrin nəticəsi olaraq fizikada termodinamikanın 1-ci və 2-ci qanunu formulə edilmişdir. Belə ki, 1-ci qanuna görə termodinamik sistem yalnız öz daxili enerjisi və ya kənardan aldığı enerji hesabına iş görə bilər.
Düz mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Mühərrik bloku
Mühərrik bloku — daxili yanma mühərriklərində porşen-sürüngəc, dirsəkli val və silindrlərin daxili olduğu mühərrik hissəsidr. == Quruluşu == Aşağı hissədən mühərrik bloku yağ vannası-karterlə örtülür. Mühərrik bloku yaxarı hissədən silindr başlığı ilə qapanır. Mühərrik bloku mühərrikin böyük sayda hissələrini daşıdığına, yüksək temperaturda işləyən yanma kamerasına malik olduğuna, həmçinin enerji çevrilməsi üçün məsuliyyətli olan ötürmə mexanizmlərinin yaratdıqları reaksiya qüvvələrini götürdüyünə görə, onun hazırlanmasına xüsusi tələbatlar qoyulur. Mühərrik blokları həmişə tökmə yolu ilə hazırlanır. Material kimi çuqun və aluminiumdan (yüngül mühərriklər üçün) isifadə olunur. Hava ilə soyudulan mühərriklərdə adətən silindr bloku mühərrik blokunun üzərinə qoyulur. Dizel mühərriklərində isə bloku asan montaj və demontaj edəbilmək üçün onu bir neçə hissədən hazırlayırlar. == Istinad == Rezo Əliyev. Maşınqayırma leksikonu.
Mühərrik kəpənəkləri
Mühərrik kəpənəkləri — Hər bir avtomobildə kəpənək var. Bu hissə mühərriyə havanın daxil olmasını təmin edir. Bunlarin inkişafı troslu sistemdən başlayıb elektron varianta kimi gedib. Formaları mextəlif olsada hamısının funksiyası birdir. Mühərriyə havanın daxil olmasını təmin etməkdir. Ke-Jetronic kimi sistemlərdə zaslonka yumuru yumurtaya bənzəsədə o kolektora havanın verməsini təmin edə bilir. Daha sonra İnjector kimi standart sistemlər qəbul olundu. Burada zaslonka bir başa mühəriyin hava kolektorunda yerləşdirildi. İlk növbədə onların açılması qaz pedalının trosuna bağlı olur. Elektronika və elm inkişaf etdikcə bu tros sistemi ləxv edilərək bir başa elektron varianta keçirtdi.
Mühərrik yastıqları
Avtomobildə mühərik kuzaya yasdıqlar vasitəsi ilə birləşdirilir.Adətən mühərikdə sağ və sol yastıqları olur.Bunların əsas funksiyası mühəriyi saxlamaqdan əlavə sərinişinlərə və kuzanı müdafiə etməkdir.Mühərikdə sağ və sol yastıqların funksiyaları ayrıdır.Xüsusi oalraq vurğulayım ki,sağ yastıq daha tez sıradan çıxır.Bununda öz səbəbləri var.Avtomobil irəli gedəndə mühəriyə olan təzyiq sağ tərəfə düşdüyündən dolayı,mühərrik sağ tərəfə doğru təzyiqi artıq,amma arxaya verdikdə avtomobili mühərrik təzyiqi sol tərəfə düşür.mühərikdə yastıqların sıradan çıxdığı zaman onu dərhal dəyişmək lazımdır.Əks təqdirdə avtomobildə sirkələnmə hiss oluancaq neytralda vəya D-yə qoyduqda.Hərəkət edən zaman bu hiss olunmur,çünki mühərik sürətdə olur.Yastıqlar sıradan çıxdığı zaman siz onu dəyişməsəniz bu sizin kuzada fəsadlar gətirəcək.Daim sirkələnmə kuzanın svarka nöqtələrini tədricən atacaq.Təyin edilməsi çox rahatdır.İstənilən servisdə təyin etmək olar.Bundan əlavə qeyd edim ki,çalışın işlənmiş vəya geydirmə yastıqlar almayın.İşlənmiş mühərik yastıqları işlədilən mühəriyə uyğun olaraq vəziyətini alır.Onu alıb qoysanız belə narahatlıq olacaq.mühərrik yastıqın içində yağ və klapan olur.Bu mühəriyin yumuşağlığını təyin edir.Geydirmə vəya geydirmənin geydirməsində isə ancaq rezin olur.Mühərrik olan hissə çox qızdığından dolayı zamanla (tez bir zamanda) həmin yastığın rezini quruyur və çırılır.Nəticədə yararsız olur.Ona görədə original təzə yastıqlar alın.yastığın biri çırıldıqda tək onu yox məhz ikisinidə dəyişin.Mühərik yastığının sıradan çıxma halları ancaq mühərik nasaz işlədikdə baş verir.daim detonaziya verdikcə ,yastığa güc düşür və o öz hesablanmış normativdən əlavə ekstrem səviyədə işləyir və vurub klapanını dağıdır.Bu zaman yağ xaric olunulur və yastıq yatmış olur. Nəzərə alın ki,mühəriyin yastığının sıradan çıxması,həmçinində sürət qutusun sirkələnməsinə gətirib çxıardır və sürət qutusunda olan yastığıda və həmçinində arxa asqı sistemində olan balkan yastıqlarınıda zamanla sıradan çıxardır.Ön hissədən başlayan sirkələnmə ümumiyətlə avtomobilin asqı sistemini zədələyir.
Mühərrik yağları
Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar. Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir. Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır. Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür. == Tarix == Dünyada ən birinci mühərrik yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk mühərrik yağı brendini – Valvoline qeydiyyatdan keçirmişdir.
Reaktiv mühərrik
Reaktiv mühərrik — əslində qaz turbini olub, geriyə təkanvermə prinsipi ilə işləyir. Reaktiv mühərrik ətrafda olan havanı udaraq yanacaq kamerasında qarışıqla yanandan sonra alınan məhsulu böyük cərəyanla xaricə püskürdür. Bunun nəticəsində təkan qüvvəsi yaranır. Yanmada ətraf mühitdən hava udulduğundan çox vaxt bu mühərriklərə "nəfəs alan mühərriklər" də deyilir. Reaktiv mühərrik mülki hava uçuşlarında böyük rol oynayır. Havada nəql olunan yüklərin böyük hissəsi reaktiv mühərriklərlə təchiz olunmuş təyyarələrin payına düşür. Digər sahələrdə onların tətbiqinə çox az rast gəlinir. == İş prinsipi == Reaktiv mühərrik iş zamanı öncə xaricdən udulan havanın sıxılması ilə başlayır. Sonra sıxılmış hava yanacaq kamerasına ötürülür. Burada püskürdülmüş yanacaq ilə qarışan hava yanır (və ya partlayır), nəticədə temperatur və axan havanın sürətini artırır.
Sinxron mühərrik
Sinxron mühərrik — dəyişən cərəyanla işləyən elektrik mühərriklərinin növü. Stabil vəziyyətdə valın fırlanması cərəyanın qidalanma tezliyi ilə sinxron dəyişən cərəyan mühərriki hesab olunur. Fırlanma müddəti dəyişən cərəyanın tam siklinə bərabərdir. Sinxron mühərriklər maqnit sahəsi yaradan mühərrikin statorunda dəyişən cərəyan çoxfazalı elektromaqnitlərindən ibarətdir. Sinxron və Asinxron mühərriklər arasındakı fərq budur: statordan alınan elektrik enerjisi nəticəsində orada yerləşən maqnitlərdə qütblənmə yaranır və bu qütblənmə dönən hərəkət yaradır ki, bu hərəkət rotora verilir və beləcə rotor dönməyə başlayır. Sinxron ilə Asinxron mühərriklər arasındaki fərq burada ortaya çıxır. Yəni dönmə hərəkətinin sabit olmaması bunlar arasında əsas fərqdir. Yəni, qısaca asinxron mühərriklərdə stator “dövri” ilə rotor dövri arasında fərq var. Fırlanan hissə, maqnit sahəsinin dövründən fərqlənir. Ancaq sinxron mühərriklərdə bu yoxdur.
Turbin mühərrik
Turbin mühərrikləri — porşenli mühərriklər kimi yanacaq və hava yandırır, ancaq porşeni yuxarı və aşağı hərəkət etdirmək əvəzinə, turbin adlanan bir qrup fan bıçağı yüksək sürətlə fırladır. Turbin mühərrikləri ilk dəfə İkinci Dünya Müharibəsi dövründə təyyarələrdə istifadə edilmişdir. Bir çox növ turbin mühərriki mövcuddur. Ən geniş yayılmış növü turbofan mühərrikdir.
Yastı mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
İkitaktlı mühərrik
İkitaktlı mühərrik — iş tsikli iki taktda baş verən daxili yanma mühərrikidir. Mühərrikin iki taktı aşağıdakı mərhələlərdən ibarətdir: Sorma və sıxma, Yanma, genişlənmə, xaricetmə.Yanacaq-qaz qarışığının sorulması, sıxılması və yandırılması dördtaktlı mühərrikə oxşar şəkildə baş verir. Əsas fərq silindrdə qaz mübadiləsindədir. Porşenin aşağı ölü nöqtəsində silindrin divarındakı yarıq açılır. Bu yarıqdan dirsəkli val yerləşmiş boşluğa hava-yanacaq qarışığı sorulur və eyni zamanda porşenin yuxarı hissəsində yanmış qaz qarışığı silindrdən xaric edilir. İkitaktlı mühərriklər əsasən kiçik və çox böyük mühərriklərdə tətbiq tapır. Bu, az saylı silindrlərə malik kiçik mühərriklərdə əlverişlidir (məsələn: motosikllərdə, əl otbiçən maşınlarında). Bu halda bir dövrdə bir iş taktı yerinə yetirilir və klapan paylaşdırıcı mexanizminə ehtiyac qalmır. Böyük dönmə başlıqlı gəmi mühərrikləri də ikitaktlı iş prinsipi ilə işləyir. Gəmilərdə bu mühərriklərin üstün cəhəti ondan ibarətdir ki, böyük dövrlər sayına ehtiyac qalmır və yanacaq sahəsi ilə işçi sahəni bir-birindən təcrid etmək mümkün olur.
Asinxron mühərrik
Asinxron elektrik mühərriki (həmçinin asinxron maşın) — rotorun sürəti stator sarğı cərəyanının yaratdığı maqnit sahəsinin fırlanma sürətinə bərabər olmayan (mühərrik rejimində daha az) dəyişən cərəyanlı elektrik mühərrikidir . Asinxron mühərrikin işləmə prinsipi ondan ibarətdir ki, stator sarımlarındakı cərəyan fırlanan maqnit sahəsi yaradır. Bu sahə rotorda bir cərəyan yaradır, o, maqnit sahəsi ilə elə bir şəkildə qarşılıqlı əlaqədə olmağa başlayır ki, rotor maqnit sahəsi ilə eyni istiqamətdə fırlanmağa başlayır ki, stator və rotorun sahələri qarşılıqlı olaraq sabitləşsin. Hərəkət rejimində rotorun sürəti bir qədər aşağı, generator rejimində isə maqnit sahəsinin sürətindən yüksəkdir. Sürətlər bərabər olduqda, sahə rotorda cərəyan yaratmağı dayandırır və Amper qüvvəsi rotora təsir etmir. Buradan da adı asinxron mühərrikdir (fırlanma sürəti maqnit sahəsinin tezliyi ilə üst-üstə düşən sinxron mühərrikdən fərqli olaraq). Rotorun fırlanma sürəti ilə dəyişən maqnit sahəsinin tezliyi arasındakı nisbi fərqə sürüşmə deyilir. Sabit vəziyyətdə olan mühərrik rejimində sürüşmə kiçikdir: gücdən asılı olaraq 1-8%.
Müharib Mirzəyev
Müharib Abbas oğlu Mirzəyev — SSRİ Silahlı Qüvvələrinin və Azərbaycan Mülki Müdafiə sisteminin polkovniki, şəhid. == Həyatı == 27 aprel 1945-ci ildə Səfərəliyev rayonunun Seyidlər kəndində anadan olmuşdur. 1967-cu ildə Saratov Orta Hərbi-Kimyəvi Məktəbini, 1974-cü ildə Sovet İttifaqı Marşalı S.K. Timoşenko adına Qırmızıbayraqlı Hərbi Kimyəvi Müdafiə Akademiyasını bitirib. SSRİ dövründə Almaniya Demokratik Respublikasında hərbi hissə komandiri, Çexoslovakiyada, Gürcüstanda müxtəlif yüksək hərbi vəzifələrdə qulluq edib. 1980-cı illərdə Naxçıvanda, Qazaxda, Şirvanda hərbi qulluğunu davam etdirib. Müstəqillik dövründə Gəncə regional mülki müdafiə qərargahının rəsi olub. 1995-ci ildə Gəncə ətrafında sovet qoşunları tərəfindən atılmış radiasiyalı tullantıları zərərsizləşdirərkən güclü şüalanmaya məruz qalır və bir neçə gün sonra 5 may 1995-ci ildə dünyasını dəyişir. Bu səbəbdən ona şəhid statusu verilir. Bir sıra dövlət mükafatları ilə təltif edilmişdi. Ailəli idi, üç övladı var.
Qüds Mühacir
Qüds Mühacir (fars. مهاجر‎, “İmmiqrant”) Qüds Aviasiya Sənayesi Şirkəti tərəfindən 1980-ci illərdən dörd əsas variantda istehsal olunan taktiki PUA-dır. Mühacir ailəsi əsasən kəşfiyyat üçün istifadə olunur və ən yetkin və tanınmış İran PUA-ları arasındadır. == “Mohajer-1” == İran və İraq arasındakı qarşıdurmanın pik vəziyyətində İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən İraqdakı mövqeləri izləmək məqsədilə ”Mohajer-1” PUA-larının yaradılmasına başlanıb. Dörd prototip 1981-ci ildə quruldu və əvvəlcə Şalamçekdəki rəqib xətlərinə nəzarət etmək üçün istifadə edildi. Sonradan “Mohajer-1” adlandırılan bu pilotsuz təyyarə İranın PUA istehsalına atdığı ilk addım idi. “Mohajer-1” müharibənin sonuna qədər İraq qüvvələrinin fotoşəkillərini çəkməyə davam etdi və 619 dəfə havaya qalxdı və 53772 şəkil çəkmişdir. “Mohajer-1” düşmən mövqelərinə hücum etmək üçün 6 ədəd RPQ-7 ilə silahlanaraq həm də İranın ilk zərbə PUA-sı oldu.Sənədlərin olmaması M1 pilotsuz vasitəsinin qiymətləndirilməsinə ciddi mane olur. M1 dronları ilə bağlı video və foto materialların əksəriyyəti 1990-cı ildə yayımlanan “Mohajer” filmindən əldə edilib. İran hökumətinin müharibə filmləri çəkməsinə münasibətini nəzərə alsaq, PUA-nın xüsusiyyətlərinin kifayət qədər dəqiq olduğunu düşünmək ağlabatan ola bilər.
Mühacir (İslam)
Mühacir (ərəb. المهاجر‎ — «Hicrət edənlər») — 622-ci ildə Məhəmməd peyğəmbərin dövründə Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar. Mühacirlər ənsarlarla birlikdə müsəlman cəmiyyətinin elitasını təşkil edirdilər. == Tarix == İlk mühacirlər 615-ci ildə Efiopiyaya hicrət etmiş müsəlmanlardır. Efiopiyada məskunlaşanların 83 nəfəri kişi idi. 622-ci ildə Məkkəlilər tərəfindən zülmə məruz qalan yüzə yaxın yetkin kişi ailələri ilə birlikdə Məkkəni tərk edərək onlara sığınacaq verən ənsarlarla birlikdə Mədinəyə yerləşir. Mühacirlərin çoxu iman xatirinə qohumluq əlaqələrini kəsərək evlərini və mallarını tərk edir. Əvvəlcə onların çoxu kasıb idi. Yəhudi tayfası Bənu Nadir qovulduqdan sonra evlər və torpaqlar müsəlmanlar arasında bölüşdürülür. Ömər ibn Xəttab müsəlmanların maddi rifahının İslamdakı təcrübələri və Peyğəmbərə yaxınlığı ilə müəyyən edilən vergi islahatı vasitəsilə ənsarlara digər müsəlman qruplarından daha yüksək maaşlar təyin edir.
Mühərrik (film, 2011)
Qarşı porşenli mühərrik
Qarşı porşenli mühərrik, silindrləri cüt tərəfli olub hər tərəfində bir porşen olur, lakin silindrlərdə başlıq olmur. Əksər hallarda hər silindr sırasının ayrı və müstəqil dirsəkli valı olduğu halda Doxfordship mühərrikləri və Commer OP yük maşını mühərrikləri kimi bəzi modellər tək bir şaftla işləyirlər. Bu tip mühərrikləri, porşenləri bir-birinə əks tərəfdə qoyulmuş yastı mühərriklər ilə müqayisə edilməməlidir, çünki bu iki tip iki tamamilə fərqli mühərrik növüdür.