Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mandana
Mandana – Midiya şahzadəsi, sonralar Persia hökmdarı I Kambizin arvadı və II Kirin anası. == Mandana Herodotun "Tarix"ində == Herodota görə Mandana Kiaksarın oğlu Astiaq və II Aliattın qızı Aryenisin qızıdır. Lakin, Kristian Settipani qeyd edir ki, o, Astiaqın qızı olsa da anası başqa olub.Herodot qeyd edir ki, onun doğulmasından qısa müddət sonra Astiaq qəribə bir yuxu görür. Yuxuda görür ki, onun qızı o qədər işəyib ki, bütün Asiyanı su basıb. Maqlarla məsləhətləşərkən, onlar yuxunu yozaraq qeyd edirlər ki, gələcəkdə Mandananın oğlu onun hakimiyyətini devirəcək. Baş verəcək hadisələri önləmək üçün, Astiaq Mandananı madayların vassalı olan farsların hökmdarı, "yaxşı və sadiq ailədən olan" I Kambizlə nişanladı və o, düşünürdü ki, bununla təhlükəni özündən sovuşdura bilər. İkinci yuxunu isə o, Mandana hamilə olarkən görür. Yuxuda görür ki, Mandananın bətnindən üzüm tağı çıxaraq bütün dünyaya sarmaşır. Yuxudan dəhşətə gələn Astiaq ən sadiq hökmdar xidmətçilərindən biri olan məşhur sərkərdə Harpaqı uşağı öldürmək üçün Persiaya göndərir. Lakin, Harpaq hökmdar nəslindən olan insanın qanını axıtmaq istəmədiyindən, gələcəkdə II Kir kimi məşhurlaşacaq körəni Mitridat adlı bir çobanın yanında gizlədir.
Muadan
Muadan (fr. Moydans, oks. Moidans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05091. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 50 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 29 yaşda (15–64 yaş arasında) 23 nəfər iqtisadi fəal, 6 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,3%, 1999-cu ildə 82,1%). Aktiv olan 23 nəfərdən 21 nəfəri (14 kişi və 7 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Ramon Muntaner
Ramon Muntaner (kat. Ramon Muntaner; 1265[…] – 1336, İbiza) — katalan əsgər və həyatından bəhs edən "Xronikalar" (kat. Crònica) əsəri ilə tanınan yazıçı, tarixçi. "Xronikalar" əsərində o, Katalan kompaniyasında komandir kimi başına gəlmiş hadisələrdən də söhbət açmışdır. O, Pereladada anadan olmuşdur. == Əsəri == Katalan kompaniyası Rojer de Florun başçılığı altında olan yüngül piyadalardan ibarət ordu idi və araqon və katalan muzdlu əsgərlərindən qurulmuşdur. Bu əsgərlər almoqavarlar kimi də tanınırdılar. Rojer bu kompaniyanı Konstantinopolda yunanlara türklərə qarşı döyüşməkdə kömək etmək üçün başlatmışdı. Ramon Muntanerin "Xronikalar" əsəri 4 Möhtəşəm katalan xronikasından biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür.
Mulane (mahal)
Mulane — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Mulane ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Mulane şəhəridir. Mahal şərqdə Falombe mahalı, cənubda Mozambik, şimalda Zomba mahalı, qərbdə Çiradzulu mahalı və Tayolo mahalı ilə qonşudur. == Əhali == Mulane mahalında 525,429 nəfər yaşayır.
Mulane dairəsi
Mulane — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Mulane ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Mulane şəhəridir. Mahal şərqdə Falombe mahalı, cənubda Mozambik, şimalda Zomba mahalı, qərbdə Çiradzulu mahalı və Tayolo mahalı ilə qonşudur. == Əhali == Mulane mahalında 525,429 nəfər yaşayır.
Munnan Darxan
Munnan Darxan — Yakutların XVI əsrdəki toyonu. == Həyatı == Bacey Darxan və Xanqalasın oğlu idi. Atası kimi tunquslara qarşı mübarizə aparmış, lakin Tuymada yaxınlığında məğlub olub öldürülmüşdü. Vəsiyyətinə əsasən yerinə ən böyük oğlu Tigin Darxan keçmişdir. Digər oğlunun adı isə Usun Oyun idi.
Undine Vitola
Undine Vitola — latviyalı skeletonçu; Azərbaycanın ilk və hələlik yeganə skeleton təmsilçisi. Latviya milli komandasında 2006-cı ildən çıxış etməyə başlayıb. Ən yaxşı nəticəsi Avropa Kubokunun mərhələ yarışında 4-cü yer olub. 2011-ci ildə Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən Azərbaycan milli komandasına cəlb edilib. Elə həmin ilin noyabrında Almaniyada start götürən Avropa Kubokuna Azərbaycan təmsilçisi kimi qatılıb və 15-ci yeri tutub. == İstinadlar == == Xarici keçidlər == Latviyalı idmançı rəsmən Azərbaycan yığmasında!
Munda dilləri
Munda dilləri Hindistanda təxminən doqquz milyon insanın ana dil olaraq danışdığı, Mərkəzi Hindistan və Şərqi Hindistandan Banqladeşə qədər bir-biri ilə sıx əlaqəli qohum dillərin daxil olduğu dil qrupudur. Tarixdə onlara kolar dilləri adı ilə də adlandırılmışdır. Onlar Avstriya-Asiya dil ailəsinin bir qolunu təşkil edir Yə. əni Mon və Kxmer dilləri krlə, Vyetnam dili ilə, eləcə də Tayland və Laosdetnik akı azana lıq dilləri və Cənubi Ç etnikinin alarınzana dilləri olan lıq manq dilləri ilə daha yaxınqohumdurlarrlər. Bhumic, Ho, Mundari və Santali geniş yayılmış Munda dilləridir. Ailə ümumiyyətlə iki qola bölünür: Jharkhandın Çota Naqpur Yaylasında danışılan Şimali Munda əsasən Chhattisgarh, Odişa, Qərbi Benqal və Banqladeşdə yayılmışdır. Cənubi Munda qolu isə Odişanın mərkəzində və Andhra Pradeş ilə Odişa arasındakı sərhəddə danışılır. Santali dilinin ən çox danışdığı və Hindistanda rəsmi dil kimi tanınan Şimali Mundada qrupununa daxildir. Bu səbəbdən də Şimali qrupunda Cənubi Munda ilə müqayisədə iki dəfə çox danışan sayı var. Danışanların sayına görə Santalidən sonra Mundari və Ho dilləri sonra isə Korku və Sora dilləri gəlir.
Qay Minisi Fundan
Qay Minisi Fundan (lat. Gaius Minicius Fundanus; I əsr – ən tezi 123) — Qədim Roma hərbi və siyasi xadimi. O, Minisilər plebey ailəsindəndir. 107-ci ildə konsul-suffekt təyin edilmişdir. == Həyatı == Retiyada aşkar edilmiş və 107-ci il tarixli hərbi diplomda qeyd edilən bir məlumat sayəsində məlum olur ki, Minisi bu dövrdə konsul-suffekt olmuşdur. Onun həmkarı Qay Vettenni Sever olmuşdur.122–123-cü illərdə Fundan Asiya vilayətinin prokonsulu vəzifəsini icra etmişdir. Bu zaman o, sələfi Kvint Lisini Silvan Kvadroni Prokul tərəfindən imperator Adriana göndərilən vəxristianlar haqqında olan məktuba cavab almışdır. Əzabkeş Yustin tərəfindən qorunub-saxlanılmış reskriptdə Adrian fərman vermişdir ki, xristianları ittiham edənlər öz ittihamlarını sübut etmək yükünü daşımalı və əks təqdirdə böhtana görə cəzalandırılmalıdırlar.
Rafflesia tuan-mudae
Rafflesia tuan-mudae (lat. Rafflesia tuan-mudae) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Dürdanə Araslı
Dürdanə Araslı — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Araslı Dürdanə Həmid qızı 1939 –cu il iyunun 9-da Bakı şəhərində doğulmuşdur. O, 1956-cı ildə orta məktəbi qızıl medalla, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətə başlamış və hazırda İnstitutun baş elmi işçisidir. Moskva Dövlət Nadir Metallar İnstitutunda məqsədli aspiranturada oxumuş, 1967-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. D.H. Araslının tədqiqatları mikro və optoelektronika sahəsində geniş tətbiq olunan perspektivli yarımkeçirici materiallarda köçürmə hadisələrinin öyrənilməsi istiqamətindədir. O, əsasən bərk cisimlər fizikasının əsas məsələlərindən biri olan istilik keçiriciliyinin tədqiqi, onlarda fonon-fonon, fonon - elektron qarşılıqlı təsiri, həmçinin fononların kristaldakı qeyri bircinsliliklərdən səpilməsi məsələlərinin aydınlaşdırılması problemi ilə məşğul olur. Araslı D.H. İnstitutda fəaliyyət göstərən dissertasiya şurasının elmi katibidir. • Elmi məqalələrin sayı-170 • Beynəlxalq konfranslarda iştirakının sayı-50 • Xaricdə çıxmış elmi əsərlərinin sayı-88 • İxtiraların sayı-9 • Kadr hazırlığı- 3 fəlsəfə doktoru, 1 elmlər doktoru == Qrant və layihələrdə iştirakı == 1. NATO-nun əməkdaşlığa dəstək qrantı PST.CLGN 978434 2.
Dürdanə Balakişiyeva
Dürdanə Balakişiyeva (d. 7 iyun 1976, Bakı) — Eksperimental astrofizika sahəsində gənc alim, Florida Universitetinin azərbaycanlı professoru. == Həyatı == Dürdanə Balakişiyeva 1976-cı il iyunun 7-də Bakıda anadan olub. Bakıda 189 nömrəli tam orta məktəbin ingilis təmayüllü xüsusi sinfində təhsil alıb. Orta məktəbdə oxuyarkən kollecdə tibb kursunu keçməklə yanaşı, tennis üzrə çempionatın qalibi olub. D. Balakişiyeva 15 yaşında orta məktəbi əla qiymətlərlə bitirib. Daha sonra ali təhsilini Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində davam etdirib. Fizika ixtisası üzrə İtaliyanın Triest şəhərindəki əsası pakistanlı nəzəri fizik, Nobel mükafatı laureatı Əbdüs Salam tərəfindən qoyulmuş Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) təqaüdünü qazanıb. Yüksək enerji fizikası üzrə magistr diplomu alıb. == Fəaliyyəti == Alim 2001-ci ildə Nyu-Yorkdakı Syrakus Universitetində (ing.