Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monument (London)
Monument (ing. The Monument) — İngiltərənin paytaxtı Londonda 1666-cı ildə baş verən Böyük London yanğınına həsr olunmuş abidə. 1671-ci ildə tikintisinə başlanmış, 1677-ci ildə tamamlanmışdır. == Haqqında == Abidə 1671-ci ildə İngiltərə kralı II Karl Stüartın istəyi ilə Kristofer Ren və Robert Huk tərəfindən dizayn edilmiş və fəlakətin başlanğıcı olan Paddinq küçəsinin 60 m uzaqlığında yerləşdirilmişdir. 61 metr hündürlüyündə olan bu abidə Londonun ən görməli və ən çox ziyarətçi ilə turist cəlb edən tarixi abidələrindəndir. Qısaca sadəcə Monument adlandırılan abidənin adı yaxınlıqda yerləşən bir metro stansiyasına verilmişdir. Abidənin tikintisində həmçinin "... Papanın xainliyi və fəsadlığı üzündən şəhərin ən böyük yanğını başlamışdır..." kimi sözlərlə də katoliklər ağır ittiham olunurdu. II Ceymsin kral olduğu 1685-1689-cı illər istisna olmaqla bu yazılar 1830-cu ilə qədər abidənin üzərində olmuşdur. Abidənin təpəsinə çıxan pilləkən 311 pillədən ibarətdir.
Rudiment orqanlar
Rudiment orqan — bioloji təkamül prosesində əsas funksiyasını itirmiş lakin saxlanılan orqanlardır. Rudiment orqanlar filogenezin yolunu müəyyən etməkdə kömək edir. Rudimentlər ölmüş və yeni orqanizmlərlə növlər arasında əlaqələri bərpa edir. Onlar həm də gərəksiz xüsusiyyətləri aradan götürən təbii seçməni təsdiqləyirlər. Alman anatomiyaçısı R. Viderşeym tərəfindən 1895-ci ildə ortaya atılan rudiment insan orqanları siyahısı apendiks, büzdüm sümüyü kimi təxminən 100 orqandan ibarət idi. (Apendiks, əsasən, apendisit kimi tanınan orqandır. Dilimizdə səhvən "apendisit" tələffüz edilən bu söz bu orqanın infeksiyaya uğramasına verilən addır). Ancaq elm inkişaf etdikcə Viderşeymin siyahısındakı orqanların hamısının orqanizmdə çox mühüm funksiya yerinə yetirdiyi məlum oldu. Məsələn, "rudiment orqan" hesab edilən apendiksin, əslində, orqanizmə daxil olan mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir hissəsi olduğu müəyyən edildi. Bu həqiqət 1997-ci il tarixli bir tibbi mənbədə belə bildirilir: Orqanizmdəki qalxanabənzər vəz, dalaq, apendiks, sümük iliyi kimi orqanlar limfa sisteminin hissələridir.