Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gərmsil
Gərmsil-Köpətdağın və Qərbi Tyanşanın ətəklərində yayda cənubdan və şərqdən əsən,quru isti fön tipli küləkdir. Gərmsil kənd təsərrüfatı bitkilərinə məhvedici təsir göstərir.
Çərmədil
Çərmədil — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Qubaxəlilli kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çərmədil kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. İsmayıllı rayonu, Çərmədil kəndi ərazisində aşkar olunan nekropol son antik və ilk orta əsrlər dövrünə aid edilən bir kurqan, 8 küp qəbir və 25 torpaq qəbirdən ibarət olmuşdur. Qəbir avadanlıqları içərisində dəmir qılınc, xəncər, bıçaq və bəzək əşyaları olmuşdur.
Şərədil
Şərədil – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Şərədil kəndi Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şərədil kənd inzibati ərazi vahidi yaradılmışdır. Şoradil variantında da qeydə alınmışdır. Kənd eyniadlı yaylanın adını daşıyır. XIX əsrin sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Şərədil adlı kənd (28 ailə, 244 nəfər) qeydə alınmışdır. Adı isə şora (şoranlaşmış) və dil (quru torpaq zolağı) komponentlərindən düzəlib, "şoranlaşmış quru torpaq zolağı" mənasındadır. Kənd Ləngəbiz silsiləsinin Şərədil yaylasında yerləşir. Kənd əhalisi 590 nəfərdir ki, onun da 281 nəfəri kişi, 309 nəfəri isə qadınlar təşkil edir. Kənddə 147 təsərrüfat var. Kənddə beşulduzlu "Şamaxi Palace Platinum By Rixos" oteli fəaliyyət göstərir.
Fərmail Paşayev
Fərmail Sabir oğlu Paşayev (12 oktyabr 1966, Xanlar rayonu) — Gəncə Dövlət Kukla Teatrına direktoru (2018). == Həyatı == Fərmail Paşayev 1966-cı ildə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasını bitirib. 1987-1991-ci illərdə Texniki Universitetin “Ülvi” rəqs kollektivinin rəhbəri olub. 1991-1998-ci illərdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Göy göl” mahnı və rəqs ansamblında artist-rəqqas kimi çalışıb. 1998-ci ildə Gəncə Dövlət Kukla Teatrında aktyor vəzifəsinə təyin olunub. 1999-cu ildə C.Məmmədquluzadənin “Poçt qutusu” eyni adlı hekayəsinə verdiyi quruluşdan sonra quruluşçu rejissor kimi fəaliyyət göstərib. 2000-ci ildə Gəncə Dövlət Kukla teatrına baş rejissor təyin olunub. Peşəkar səhnədə xeyli sayda tamaşaya quruluş verib. Ə.Səmədlinin “Artıq tamah baş yarar”, ”Cırtdan”, R.Həsənlinin “Ağca və Sarıca”, M.Seyidzadənin “Büllur qəsr”, R,Əlizadənin “Keçəlin toyu”, ”Hamam,hamam içində”, F,Tarverdiyevin “Oğul Noğul”, Xalq nağılı “Şəngülüm,Şüngülüm, Məngülüm”, “Göyçək Fatma”, A.Əlizadə “Toya gecikən tülkü”, H.X.Andersenin “Qar Kraliça”, B.Zvinin “Taxta Kral”, A.S.Ekzüperinin “Balaca Şahzadə”, N.Gəncəvinin “Xeyir və Şər”, A.S.Puşkinin “Qızıl balıq”, M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah”, “Xırs quldurbasan”, C.Rodarinni “Çippolino”, S.İbrahimlinin “Səlim və Sehirbaz” və s.
Nərmin Kazımova
Nərmin Kazımova (doğ. 28 iyul 1993, Əylis, Ordubad rayonu, Naxçıvan, Azərbaycan) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015). Nərmin 28 iyul 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində dünyaya gəlib. 2002-ci ildən şahmatla məşğul olmağa başlayıb. O, Bakı şəhərindəki 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbininin yetirməsidir. Məşqçi-müəllimi azərbaycanlı beynəlxalq qrosmeyster Rəsul İbrahimovdur. 2008-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında ikinci yeri tutub. Bundan əlavə həmin ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatının bürünc mükafatçısı olub. 2009-cu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən gənclər arasında şahmat üzrə Dünya çempionatında üçüncü olub. 2010-cu ilin aprelində Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilərin Avropa çempionatında ikinci yerə sahib çıxıb.
Nərmin Knyaz
Nərmin Kərimbəyova
Nərmin Neftçi
Nərmin Neftçi (türk. Nermin Neftçi) — türk hüquqşünas və siyasətçi. 1924-cü ildə İstanbulda anadan olub. Ankara Universitetinin hüquq fakültəsini bitirmişdir. 1969-cu ildə Muşdan Böyük Millət Məclisinə deputat seçilmişdir. O, Türkiyənin şərq illərindən Böyük Millət Məclisinə seçilən ilk qadın olub. O, həmçinin Böyük Millət Məclisinin sədr müavini seçilib. O, həm də bu vəzifəni tutan ilk qadın olmuşdur. O, 1973-cü il parlament seçkilərində iştirak etməyib, lakin mədəniyyət naziri kimi Sədi Irmak hökumətinə daxil olub. O, bu vəzifəni 1974-cü il noyabrın 17-dən 1975-ci il martın 31-dək tutmuşdur.
Nərmin Qaralova
Nərmin Qaralova (tam adı: Nərmin Ziyadxan qızı Qaralova; 10 dekabr 1982, Bakı) — musiqişünas, ssenari müəllifi, televiziya aparıcısı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD), BMA-nın dosenti. Nərmin Qaralova Asəf Zeynallı adına musiqi kollecinin (1997–2001-skripka ifaçılığı üzrə), Bakı Musiqi Akademiyasının (2001–2005 bakalavr, 2005–2007 magistratura, 2007-aspirantura) tələbəsi olub. Tələbə ikən Gənclər təşkilatı ilə ahıllar, körpələr evində, hərbi hissələrdə konsert proqramlarında çıxış etmiş, çoxlu sayda təşəkkürnamələrlə, mükafatlarla təltif edilmişdir. Türkiyənin Ege Universitetinin professor heyəti ilə Azərbaycanın bölgələrində folklor nümunələrinin toplanmasında yaxından iştirak etmişdir. Kollecdə oxuyarkən "Ayna" televiziya filminə çəkilib. 2005-ci ildən İTV-də aparıcı redaktor, 2007-ci ildən isə AzTV-də aparıcı redaktor vızifəsində çalışır. Bu illər ərzində Maestro Niyazi, Canəli Əkbərov, İslam Rzayev, Səyavuş Kərimi, Elmira Abbasova, Rauf Abdullayev, Polad Bülbüloğlu və başqa tanınmış musiqi xadimləri haqda televiziya filmlərini, eləcə də Azərbaycanda keçirilən festivalların (M. L. Rostropoviçə həsr olunmuş 1, 2, 3 Beynəlxalq festivalı, Beynəlxalq Muğam Festivalı, Arif Məlikovun yubileyi ilə bağlı festival, Bakı Caz Ferstivalı 2009 və s) gündəliklərini hazırlayaraq geniş tamaşaçı kütləsinə çatdırmışdır. Televiziya həyatı ilə yanaşı 2008-ci ildən pedaqoji fəaliyyətlə də məşquldur. O, Bakı Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının baş müəllimidir.
Nərmin Quliyeva
Nərmin Quliyeva cinayəti — Tovuz rayonunun Dondar Quşçu kəndi sakini 2009 təvəllüdlü Nərmin Quliyevanın öldürülməsi hadisəsi. Nərmin Quliyeva 21 noyabr 2019 tarixində qaçırılmış, 45 gün sonra yanvarın 6-da ölü bədəni yandırılmış şəkildə tapılmışdır. Quliyeva Nərmin Şərif qızı 2009 təvəllüdlü Tovuz rayonunun inzibati ərazisində yerləşən Dondar Quşçu kəndinin sakini idi. Noyabrın 22-də bir sıra xəbər saytları Nərmin Quliyevanın 21 noyabr günorta saatlarında itkin düşdüyü xəbərini yayımladı. İlkin ifadələrə görə, Nərmin ailəsi ilə qatıldığı toy mərasimində atası tərəfindən gödəkçə gətirmək üçün babasıgilə göndərilib, lakin qayıtmayıb. Noyabrın 27-də Nərminin anası, nənəsi, atası və əmisi "Səni axtarıram" televiziya verilişinə Nərminin qaçırılması faktı ilə bağlı qonaq oldular. Nərminin cəsədi yanvarın 6-da axşam saatlarında Dondar Quşcu kəndində boş ərazidə yandırılmış şəkildə tapılması xəbəri yayıldı. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən Nərminin cansız bədəni yandırılmazdan 5 gün əvvəl öldürüldüyü və başında xəsarət izləri olduğu bildirilib. Kəndin bələdiyyə sədri Elmar Mürşüdovun ifadəsinə görə cinayət qurbanının meyidi qonşulardan biri tərəfindən təsadüfən tapılıb. Yanvarın 10-da 1973 təvəllüdlü kənd sakini İlkin Süleymanov hadisənin təqsirkarı olmaqda şübhəli bilinərək saxlanılıb.
Nərmin Tahirzadə
Nərmin Tahirzadə (1921, Konstantinopol – 17 yanvar 2012) — Əməkdar elm xadimi. Tahirzadə Nərmin Abdulla qızı 13 avqust 1921-ci ildə İstanbul şəhərində anadan olub. Atası - o zamankı Şəki qəzasının Xaçmaz kəndindən olan Tahirzadə Abdulla Mabud oğlu həmin vaxt İstanbul Universitetində təhsil alırdı. Abdulla Tahirzadə 1923-cü ildə təhsilini bitirərək Bakıya dönüb. Üç yaşlı Nərmin isə Azərbaycana bir il sonra - 1924-cü ildə anası ilə birgə gəlib. İxtisasca müəllim olan valideynləri Bakının ali və orta məktəblərində dərs deyib. Atası 1978-ci, anası isə 1987-ci ildə vəfat edib. 1939-cu ildə orta məktəbi bitirən Nərmin Tahirzadə Azərbaycan Dövlət Universitetinin (indiki Məhəmmədəmin Rəsulzadə adına BDU) tarix fakültəsinə qəbul olunub və 1944-cü ildə oranı bitirərək aspiranturaya daxil olub. Elə həmin ildən ADU-nun "SSRİ xalqları tarixi" kafedrasında assistent və müəllim işləyib. 1949-cu ilin mayında atası Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilib.
Nərmin Xələfova
Nərmin İlqar qızı Xələfova (doğ. 12 yanvar 1994, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2017). 2010-cu ildə Yunanıstanın Saloniki şəhərində keçirilmiş məktəblilərin şahmat üzrə V Avropa çempionatında birinci yerə çıxıb. 2013-cü ildə qadınlar arasında Bakı çempionatının qalibi olub. 2016-cı ilin sentyabrında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət ikinci komandasının heyətində üçüncü lövhədə çıxış edib. Gino Di Felice. Chess International Titleholders, 1950-2016. Cefferson, Şimali Karolina: McFarland & Company, Inc. 2017. ISBN 9781476671321.
Nərmin Şahmarzadə
Mübariz Ağakərim oğlu İbrahimov (7 fevral 1988, Əliabad, Puşkin rayonu – 19 iyun 2010, Çaylı, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür. Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır. Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov 4 erməni əsgərini öldürmüşdür. Müxtəlif mənbələrə görə isə bu rəqəm 45-dir. Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində Mübariz İbrahimovun 5 nəfəri öldürüb, 3-nü yaraladığını bildirmişdir. Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir.
Nərmin Şirəliyeva
Nərmin Şirəliyeva (rus. Нармин Ширалиева; d. 9 noyabr 1974, Bakı, Azərbaycan SSR, SSRİ) — Moskva vilayətinin mədəniyyət naziri. Nərmin Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində doğulub. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə balet kursuna, daha sonra musiqi məktəbinə, ardınca bal rəqsinə gedib. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olub. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərmin ingilis və fransız dillərində sərbəst danışır. 1995-ci ildə İTAR-TASS agentliyində müxbir qismində praktika keçən N.Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirib və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb. "Kultura" ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib.
Nərmin Bayramova
Nərmin Bayramova (3 dekabr 2005) — Azərbaycanı təsmil edən bədii gimnast. Nərmin Bayramova 2005-ci il dekabrın 3-də anadan olub. Nərmin Bayramova 2017-ci ildə Azərbaycan Birinciliyinin qalibi oldu. 2018-ci ildə Polşada beynəlxalq turnirin gümüş, 2019-cu ildə isə Qazaxıstanda beynəlxalq turnirin bürünc medallarına sahib olan Nərmin Bayramova 2020-ci ildə Kiyev şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.
Nərmin Salmanova
Nərmin Ərdəntuğ
Nərmin (Aygən) Ərdəntuğ (25 dekabr 1917, Malta – 26 iyun 2000) — Türk antropoloqu. O, Türkiyə universitetlərində etnologiya sahəsində dosent elmi adını alan ilk alimdir. O, Türkiyədə sosial antropologiyanı tanıtmaq və yaymaq üçün səy göstərmişdir. Dil, Tarix və Coğrafiya Fakültəsinin (DTCF) ilk məzunlarından olan Nərmin Ərdəntuğ; 1961-1980-ci illərdə DTCF Etnologiya Departamentinə rəhbərlik etmişdir; Bu kafedra 1980-ci ildə Sosial Antropologiya və Xalq Mədəniyyəti olaraq ikiyə bölündükdən sonra Sosial Antropologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1950-ci illərdə Elazığın Hal və Sün kəndlərində çöl araşdırması apardığı araşdırmalar onun mühüm əsərlərindəndir. 1917-ci ildə Maltada anadan olub. Atası I Dünya Müharibəsi zamanı Ərəbistanda vəzifədə olarkən İngilis əsir kimi Maltaya gətirilən həkim idi. İbtidai və orta məktəbi Çanaqqalada bitirdikdən sonra İstanbula getmiş və 1936-cı ildə İstanbul Qız Liseyini bitirmişdir. Həmin il Ankarada yeni yaradılmış Dil , Tarix və Coğrafiya fakültəsinə daxil olub və Antropologiya şöbəsində təhsil alıb. 1940-cı ildə bu məktəbi bitirdikdən sonra həmin müəssisədə assistent işləməyə başlamış və 1942-ci ildə qan qrupları mövzusunda dissertasiya işi ilə fiziki antropologiya üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
Nərmin Quliyeva cinayəti
Nərmin Quliyeva cinayəti — Tovuz rayonunun Dondar Quşçu kəndi sakini 2009 təvəllüdlü Nərmin Quliyevanın öldürülməsi hadisəsi. Nərmin Quliyeva 21 noyabr 2019 tarixində qaçırılmış, 45 gün sonra yanvarın 6-da ölü bədəni yandırılmış şəkildə tapılmışdır. Quliyeva Nərmin Şərif qızı 2009 təvəllüdlü Tovuz rayonunun inzibati ərazisində yerləşən Dondar Quşçu kəndinin sakini idi. Noyabrın 22-də bir sıra xəbər saytları Nərmin Quliyevanın 21 noyabr günorta saatlarında itkin düşdüyü xəbərini yayımladı. İlkin ifadələrə görə, Nərmin ailəsi ilə qatıldığı toy mərasimində atası tərəfindən gödəkçə gətirmək üçün babasıgilə göndərilib, lakin qayıtmayıb. Noyabrın 27-də Nərminin anası, nənəsi, atası və əmisi "Səni axtarıram" televiziya verilişinə Nərminin qaçırılması faktı ilə bağlı qonaq oldular. Nərminin cəsədi yanvarın 6-da axşam saatlarında Dondar Quşcu kəndində boş ərazidə yandırılmış şəkildə tapılması xəbəri yayıldı. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən Nərminin cansız bədəni yandırılmazdan 5 gün əvvəl öldürüldüyü və başında xəsarət izləri olduğu bildirilib. Kəndin bələdiyyə sədri Elmar Mürşüdovun ifadəsinə görə cinayət qurbanının meyidi qonşulardan biri tərəfindən təsadüfən tapılıb. Yanvarın 10-da 1973 təvəllüdlü kənd sakini İlkin Süleymanov hadisənin təqsirkarı olmaqda şübhəli bilinərək saxlanılıb.
Nərmiq (Alan Baraquş dehistanı)
Nərmiq (fars. نرميق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 79 nəfər yaşayır (18 ailə).
Nərmiq (Molla Yaqub dehistanı)
Nərmiq (fars. ‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (82 ailə).
Erdil Yaşaroğlu
Erdil Yaşaroğlu (1971, Ardeşen[d], Rizə ili) — türkiyəli karikaturaçı. == Həyatı == Ailəsi əslən Rizənin Ardeşen rayonundandır. Hələ 9 yaşında ikən karikatura çəkməyə başlayan Erdil Yaşaroğlunun ilk peşəkar karikaturaları 1989-cu ildə "Günəş" qəzetində dərc olunub.
Nervil-la-Fore
Nervil-la-Fore (fr. Nerville-la-Forêt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — L'İl-Adam. Əhalisi — 806 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimalda, Serji belediyyənin 17 km şərqdə yerləşir.