Angel Qahona
Angel Qahona (tam adı: Angel Eduardo Qahona Lopez, isp. Ángel Eduardo Gahona López, 14 yanvar 1976, Manaqua – 21 aprel 2018, Blufilds[d]) — Nikaraqua jurnalisti, müxbiri və kinooperatoru. O, 21 aprel 2018-ci ildə, Prezident Daniel Orteqaya qarşı keçirilən etiraz aksiyaları zamanı "Noticiero El Meridiano" internet kanalı üçün "Feysbuk" sosial şəbəkəsində birbaşa efirdə olarkən öldürülmüşdür. Hadisə Nikaraqua ictimaiyyətində böyük iğtişaşa səbəb olmuşdur.
== Bioqrafiya ==
Angel Eduardo Qahona Lopez 14 yanvar 1976-cı ildə Nikaraquanın paytaxtı olan Manaqua şəhərində keşiş ailəsində anadan olmuşdur. O, bir müddət Venezuelada yaşamış, burada kameralarla məşğul olmuşdur. Ali təhsilini Nikaraquanın Karib Sahilinin Muxtar Regionları Universitetində rabitə elmləri üzrə alan Qahona, məzun olduqdan sonra Blufilds şəhərində köçmüşdür.
Qahona 2004-cü ildə Miqelyuit Sandoval ilə evləndikdən sonra həyat yoldaşı ilə birlikdə "Noticiero El Meridiano y Meridiano Radio" təşkilatına qoşulmuşdur. Burada, Qahona müxbir, Sandoval isə təqdim edən olaraq işləmişdir.
=== Şəxsi həyatı ===
Evli idi, iki uşağı var idi.