Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akira Narahaşi
Akira Narahaşi (d. 26 noyabr 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 38 oyun keçirib.
Nagihan Karadere
Nagihan Karadere (1 yanvar 1984, Kadirli[d], Osmaniyə ili) — Türkiyəli yüngül atlet. == Karyerası == 13–14 sentyabr 2003-cü il tarixlərində Konstansada keçirilən gənclər arasında atletika üzrə Balkan çempionatında 400 metr məsafəyə qaçışda qızıl medal qazanmışdır. Həmin çempionatda 4×400 m estafetdə gümüş, 4×100 m estafetdə isə bürünc medal qazanmışdır.
Nagehan Alçı
Nagehan Alçı (13 aprel 1977, İstanbul) — Türkiyə jurnalisti və aparıcısı. == Həyatı == 13 aprel 1977-ci ildə İstanbulda doğuldu. İstanbul Liseyini bitirdikdən sonra Boğaziçi Universiteti Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Fakültəsində təhsil aldı. Sosial mediada onun katolik məktəbindən məzmun olduğu ilə bağlı iddialar həqiqəti əks etdirmir. == Şəxsi həyatı == İngilis, alman, ispan dillərini bilir. Fransız dilini də anlayır, zəif səviyyədə ərəb dilində də bilir.20 may 2006-cı ildə Emre Ayan ilə evləndi. Daha sonra onlar boşandı. 2010-cu ilin dekabrında Rasim Ozan Kütahyalı ilə evləndi. Bu evlilikdən Betül Yasemin ve Ayşe Ela adında iki əkiz qızları oldu.
Naqasaki
Naqasaki(yaponca |長崎|) — Yaponiyanın Küsü adasının cənubunda Naqasaki körfəzində yerləşən liman şəhəri.
Naqasaki prefekturası
Naqasaki prefekturası (yap. 長崎県 Nagasaki ken) — Yaponiyanın Kyuşu adasında yerləşən Kyuşu regionunda prefektura.
Naqasaki yarımadası
Naqasaki yarımadası yap. 長崎半島, ながさきはんとう — Yaponiyanın Kyuşu adasının şimal-qərbində yerləşir. Naqasaki prefekturasının cənubunda qərar tutur. Yarımada qərbdən cənuba istiqamətlənir. Burada Nomo və Vaki buurnuları vardır. Digər adı Nomo yarımadası yap. 野母半島, のもはんとう. İnaibati cəhətdən Naqasaki şəhəri ərazisinə daxildir.
Ağaiani döyüşü
Ağaiani döyüşü — Kaxetiya çarlığının zadəganları ilə Səfəvi imperiyası orduları arasında 1625-ci ildə baş vermiş döyüş. == Arxa plan == 1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi. Ancaq 1612-ci ildə Teymuraz və Luarsabın Qarabağ valisi də daxil olmaqla, Səfəvi zadəganlarını edam etməsi ilə Gürcüstan ilə Şah arasındakı münasibətlər pozuldu. 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər. 1614-cü ilin yazında müharibə başladı. Səfəvi orduları 1614-cü ilin mart ayında iki bölgəni işğal etdi və iki müttəfiq kral Osmanlı vassalı olan İmeretiyə sığındı. Səfəvi saray tarixçisi İsgəndər bəy Münşinin bildirdiyinə görə, I Abbas ən güvəndiyi iki təbbəəsi və qulamının ona olan xəyanətindən dolayı qəzəblənmişdi. 30.000 Kaxetiya kəndlisini Səfəvi imperiyasına sürgün etdi və kral II Aleksandrın nəvəsi İsa xanı Kartli taxtına təyin etdi. İsa xan İsfahandakı sarayda müsəlman olaraq böyüdülmüşdü və Şaha sadiq olacağı düşünülürdü.I Abbas qaçaq kralları ona verməzsə, İmeretini yandırmaqla təhdid etdi, İmereti, Meqrelya və Quriya hökmdarları bu tələbi birlikdə rədd etdilər. Ancaq Luarsab könüllü olaraq şaha təslim oldu, Abbas başlanğıcda ona yaxşı davrandı, ancaq Luarsab və Teymurazın osmanlılarla ittifaq qurduğunu öyrəndikdə Luarsabın İslamı qəbul etməsini istədi, rədd edən Luarsab həbs edildi.Teymuraz 1615-ci ildə Osmanlı-Səfəvi düşmənliyinin yenidən canlanmasından yararlanaraq şərqi Gürcüstana geri döndü və oradakı Səfəvi ordusunu məğlub etdi.