QAFİL

sif. [ ər. ]
1. Nə edəcəyini və başına nə gələcəyini irəlicədən düşünməyib, işini boş tutan; qəflətdə olan; ehtiyatsız, diqqətsiz, xəbərsiz.
Qafil xortdan, bu nə xabiqəflətdir ki, uyubsan! Ə.Haqverdiyev.
Bu qafil qıza mənim yazığım gəlirdi. M.S.Ordubadi.

// İs. mənasında.
Üzünü güzgüyə qeybətdə oxşadan qafil; Toxunsa üz-üzə, olmazmı ara yerdə xəcil? Füzuli.
Ey qafil, özündən sənin ancaq xəbərin var! M.Ə.Sabir.

□ Qafil olmaq – qəflət etmək: ehtiyatsız (diqqətsiz, xəbərsiz) olmaq, fürsəti əldən çıxarmaq, ehtimal etmək.
Olma qafil, ər kimi tərpən, işin mərdanə tut. Füzuli.
Vermişəm sən təki bimehrə könül qafil olub; Olmuşam indi yaman yerdə peşiman, əfsus! S.Ə.Şirvani.
Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan? C.Məmmədquluzadə.

2. Ansızın, gözlənilməz, nagahani, qəfil. Məni hicriylə bir halə salıb gülüzlü ol dilbər; Ki, yüz yol istərəm çatsın əcəl, qafil ölüm hər an. Heyran xanım.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAFİL ehtiyatsız — diqqətsiz — xəbərsiz
  • QAFİL gözlənilmədən — birdən
QAFASIZ
QAFİLANƏ
OBASTAN VİKİ
Ələkbər Qafil
Ələkbər Qafil (1818, Şamaxı – 1891, Şamaxı) — Azərbaycan şairi. Şamaxıda “Beytüs-Səfa” ədəbi məclisinin üzvü.

Digər lüğətlərdə

ги́голо микроэконо́мика подня́тие хрящева́тый обгора́живаться обтёсывание поручи́тельница сырова́рня чесно́чный хапуга cabane congregational gusli paschal razee technical unappreciated wall cabinet вытачивать гастрит к мелок сбруя скаредность созывать