Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Herero və Namaka qətliamı
Herero və Namaka qətliamı ya genosidi — 1904-cü ildə Herero və Namakalılara qarşı Almaniyanın törətdiyi qətliam. 1904-1905-ci illərdə Kayzer Almaniyasının müstəmləkə ordusu tərəfindən Almaniyanın Cənub-qərbi Afrika müstəmləkəsində 65000 (80%) Herero və 10000 (50%) Namakalı qəddarcasına məhv edilmişdir. 1985-ci il də BMT məruzəsində bu qətliam nasistlərin törətmiş olduqları yəhudi qətliamına oxşar genosid aktı kimi qiymətləndirilmişdir. 2004-cü ildə Almaniya Namibiyada törətdiyi genosidi tanımağa məcbur olmuşdur. 1884 cö ildə Britaniya Namibiyadan geri çəkildikdən sonra, Almaniya ərazini öz protektoratına götürdükdən sonra, yerli əhalini qul kimi istismar edərək, bütün resursları xüsusilə almaz yataqlarını öz əlinə keçirmişdir. Bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilmişdi. Bu qətliama da bütün dünya susmuşdur. Tarixin qəssabları kimlərdir?
Herero və Namaka soyqırımı
Herero və Namaka qətliamı ya genosidi — 1904-cü ildə Herero və Namakalılara qarşı Almaniyanın törətdiyi qətliam. 1904-1905-ci illərdə Kayzer Almaniyasının müstəmləkə ordusu tərəfindən Almaniyanın Cənub-qərbi Afrika müstəmləkəsində 65000 (80%) Herero və 10000 (50%) Namakalı qəddarcasına məhv edilmişdir. 1985-ci il də BMT məruzəsində bu qətliam nasistlərin törətmiş olduqları yəhudi qətliamına oxşar genosid aktı kimi qiymətləndirilmişdir. 2004-cü ildə Almaniya Namibiyada törətdiyi genosidi tanımağa məcbur olmuşdur. 1884 cö ildə Britaniya Namibiyadan geri çəkildikdən sonra, Almaniya ərazini öz protektoratına götürdükdən sonra, yerli əhalini qul kimi istismar edərək, bütün resursları xüsusilə almaz yataqlarını öz əlinə keçirmişdir. Bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilmişdi. Bu qətliama da bütün dünya susmuşdur. Tarixin qəssabları kimlərdir?
Pterocles namaqua
Cənubi Afrika bağrıqarası (lat. Pterocles namaqua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Camala
Susanna Alimovna Camaladinova (krımtat. Susana Alim qızı Camaladinova, ukr. Суса́на Алі́мівна Джамаладі́нова; 27 avqust 1983, Oş) və ya sadəcə Camala (krımtat. Camala, ukr. Джама́ла) — tatar və erməni mənşəli Ukrayna musiqiçisi. O, "1944" mahnısı ilə Ukraynanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır. Susanna Camaladinova 27 avqust 1983-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının Oş şəhərində dünyaya göz açmışdır. Onun atası milliyətcə Krım tatarı, anası isə ermənidir. Camala və onun atası müsəlman, anası isə xristiandır. İkinci dünya müharibəsi zamanı Camalanın Krımdan olan əcdadları İosif Stalinin göstərişi ilə məcburi şəkildə Mərkəzi Asiyaya deportasiya edilmişdirlər.
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. İnzibati baxımından Qambe kommunasına daxildir. 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Mamağan
Mamağan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Mamağan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,872 nəfər və 3,258 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Marağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Namazu
Namazu (yap. 大鯰) — Yaponiya mifologiyasında Namazu (鯰) və ya Ōnamazu (大鯰) zəlzələlərə səbəb olan nəhəng pişik balığıdır. O, Yaponiya adaları altında palçıqda yaşayır və bir daş ilə yayın balığı məhdudlaşdıran tanrı Kaşima tərəfindən mühafizə olunur. Kaşima onun qarovulunun düşməsinə icazə verən zaman, Namazu mübarizə edir və şiddətli zəlzələyə səbəb olur. Namazu-e (pişik balığı çapları) ukiyo-enin bir kiçik janrıdırlar. İlan hücumları: tanrıların lənəti, yoxsa təbiət hadisəsi?
Nataşa
Nataşa — ad. Nataşa Rostova — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından Nataşa Vegşeider — Avstriyalı bədii gimnastdır. Nataşa Lionn — ABŞ aktrisası, komediyaçısı, rejissoru Nataşa Starr — Polşa pornoaktrisası. Nataşa Yarovenko — İspaniyada yaşayan Ukrayna aktrisası. Nataşa Bedinqfild — ingiltərəli müğənni ve bəstəkar. Nataşa Osmokroviç — xorvatiyalı voleybolçu. Nataşa Bassett — avstraliyalı aktrisa, ssenarist və rejissor. Nataşa Krsmanoviç — Serbiya voleybolçusu. Nataşa Kandiç — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Nataşa Ninkoviç Nataşa Stankoviç — Hindistan serbi, aktrisa, model, rəqqas.
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. "Nağara" ərəbcə "vurmaq" deməkdir " Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Ramana
Ramana (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində qəsəbə. Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Bu qəsəbənin ən məşhur tikilisi XIV əsrdə inşa edilmiş Ramana qalasıdır. 1893-cü ilin məlumatına görə, Ramana kəndində 873 nəfər yaşamışdır. Bu gün isə qəsəbə sakinlərinin sayı təxminən 13.000 nəfərdir. Azərbaycan tarixçisi Sara Aşurbəyova (1906–2001) "История города Баку" adlı kitabında belə bir versiya irəli sürür ki, Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar. Bu legion e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi.
Navaea
Əməköməci (lat. Malva) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Çiçəkləri bənövşəyidir, yarpaq qoltuğundan çıxır, salxım, bəzən də, tək-tək yerləşir. Yarpaqları dilimlidir. Meyvəsi qutucuqdur. Latınca adı: Malva. Əməköməci cinsinin Azərbaycanda 10 növü bitir, onlar əkin sahələrində, tarlalarda, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda tapılmışdır. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Göyərti kimi xörəklərə qatılır, yaxşı bal verən bitkidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Lantana camara f. camara
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Lantana camara var. camara
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Ayət namazı
Ayət namazı — Zəlzələ, daşqın, qorxunc göy gurultusu, ümumiyyətlə, kütləvi şəkildə insanları qorxuya salan təbiət hadisələri zamanı, eləcə də, Günəş və Ay tutulmaları müşahidə olunduqda qılınır. 2 rəkətdir və sübh namazı kimi qılınır. Ayət namazı iki rəkətdir və hər rəkətdə 5 ruku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rukuya getsin, rukudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rukuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rukudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin. Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rukuya getsin və rukudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rukuya getsin. Bu qayda üzrə beşinci rukudan əvvəl surəni tamam etsin, məsələn; Fələq surəsində birinci "Bismillahir-rəhmanir-rəhim". "Qul əuzu birəbbil-fələq" – desin və rukuya getsin, sonra qalxsın və desin: "Min şərri ma xaləq" – təzədən rukuya getsin və rukudan sonra qalxsın və desin: "Və min şərri ğasiqin iza vaqəb".
Ağcadüzəc (Marağa)
Ağcadüzəc (fars. اغچه ديزج‎‎) - İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Mərkəzi bölgəsinin Qavdil kəndistanında, Marağa şəhərindən 31,5 km cənub-qərbdə, Miyandab-Marağa avtomobil yolunun 7,5 kilometrliyindədir. 2006-cı il məlumatına görə kənddə 343 nəfər yaşayır (61 ailə).
Ağcakəhəl (Marağa)
Ağcakəhəl (fars. ‎‎‎‎آغچه كهل‎‎) - İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 25,5 km cənub-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 608 nəfər yaşayır (107 ailə).
Ağdağ (Marağa)
Ağdağ — İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 29 km şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 6 km cənubdadır.
Samara
Samara (rus. Самара) — Rusiyanın Samara vilayətinin mərkəzi. Şəhər Volqanın sol sahilində yerləşir. Qala kimi 1586-da əsası qoyulmuşdur . 1935-dən 1991-ci ilə qədər şəhər Kuybışev adı daşıyırdı. Şəhərdə Rusiyanın ən uzun çay sahili və Avropada ən böyük dəmir yol vokzal binası yerləşir . Samarada İkinci dünya müharibəsi vaxtı bura paytaxı daşımaqa üçün infrastrukturu hazırlayırdılar . Əhali — 1,17 milyon insan (2011-ci il), Rusiyada əhalının sayına görə altıncı şəhərdir. Böyük iqtisadi mərkəz, nəqliyyat mərkəzi və elmi cəhətdən-maarifləndirici mərkəzdir. Əsas sənaye sahələri: maşınqayırma, neft emal etməsi və yeyinti sənayesi .
Tamada
Tamada — Qonaqlıqlarda, toylarda və sairədə məclisi idarə edən şəxs; süfrəbəyi, masabəyi. Tamada Türk deyimi olub "ev-eşiyi" (damata deməkdir. Toy şənliklərinə dəvət olunan toybəyinin xələflərindən biri kimi bizim günlər şəhər mühitində keçirilən ziyafət və qonaqlıqların başçısı, toy məclislərini idarə edən peşəkar sərəncamçı "masabəyi" yə verilən ad. Ona bəzən "süfrəbəyi" də deyilir. Tamada, bir qayda olaraq, təşkilatçılarla seçilir, və ya tədbirin iştirakçıları tərəfindən seçilir. Tamadanın vəzifələrinə nitqlərin (danışıqların) və tostların sırasının (nizamının) qurulması, təşkilat və artistlərin çıxışlarının kontrolu daxil olur. Tamada alkoqollu içkilərdən istifadə etmir. Çox ölkələrdə belə növün (nəsilin) ənənələri mövcuddur. Tamadanın ənənəsinin post-sovet vaxtına Sovet İttifaqının bütün respublikalarına yayıldı. Əsl peşəkar tamada - Təkcə yumor hissiylə deyil, həm də şən və istedadlı olmalıdır.
Tamala
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Xanağa
Xanağa (Ordubad) Xanağa — Quba rayonunda mineral bulaq. Xanağa — Culfa rayonu ərazisində dağ.
Yamaha
Yamaha Corporation (yap. ヤマハ株式会社) — musiqi alətləri, səs qurğuları, idman vəsaitləri, nəqliyyat vasitələri və s. istehsal edən transmilli şirkət. Yamaha — əsasən elektronika və motosikllərin istehsalçısı kimi tanınmış yapon şirkəti. İndi o, həm də CD-ROM disklərinə yazma qurğuları və musiqi sintezatorları istehsal edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yamağan
Yamağan (fars. یمقان‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (55 ailə).
Tamaşa
Pyes (fr. Pièce — hissə, parça, əsər) — səhnədə göstərilmək üçün yazılmış dram əsəri. Strukturuna görə pyes obrazların dialoq və monoloqlarından və müəllifin qeydləri olan remarkalardan ibarət əsərdir. Pyes anlayışının özü formal xarakter daşıyır və hər hansı bir stil və ya emosionallıq kəsb etmir. Bu səbəbdən pyes müəllifi əsərin janrını başlıqda qeyd edir: klassik olaraq, dram, komediya və faciə. Bəzən isə "üç hissəli dialoq", "pyes-parabola" və s. qeydlər mövcud olur. Komediya Komediyalar yumor üçün nəzərdə tutulmuş tamaşalardır. Komediyalarda hazırcavab, qeyri-adi personajlar, qəribə halların sayı çox olur. Bəzi komediyalar cəmiyyətin bütün qrupları üçün deyil, müəyyən yaş qrupları üçün nəzərdə.
Malaqa
Malaqa — İspaniyanın cənubunda, Əndəlüsdə, yerləşən şəhərdir. Ərazisi 395 km², əhalisinin sayı 568.507 nəfərdir. Malaqa Aralıq dənizinin qərb sahilində, Piriney yarımadasının cənubunda, Cəbəllütariq boğazından 100 kilometr uzaqda yerləşir. Əhali sayına görə Malaqa İspaniyada 6-cı, Əndəlüsdə 2-ci, Avropa İttifaqında 46-cıdır.
Namangan
Nəməngan vilayəti — Özbəkistanda vilayət. Əkməl Nur (özb. Nuriddinov Akmal Vahobovich) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik.
Namanqan
Nəməngan — Özbəkistan Respublikasının ikinci böyük şəhəridir. Özbəkistannın şərqindəki Fərqanə vadisinin şimalındakı Nəməngan vilayətinin mərkəzidir. Əhalisi 432,456 nəfərdir.(2006) XV əsrdə şəhərə yerləşim başlamışdır. 1610-cu ildən sonra da daha çox tanınmışdır. XVIII əsrin ortalarında o dönem Fərqanə vadisi və ətrafındakı yerlərdə var olan Kokand xanlığı dövlətinin önəmli şəhərlərindən biriydi. Rusiya imperiyası dönəmində şəhər İslam dininin önəmli təhsil mərkəzlərindən idi. Şəhərdə 20 mədrəsə və 600-dən artıq məscid vardı. 1876-cı ildən sonra pambıq və qıda sənayesi iqtisadiyyatının önəmli qismi olmağa başladı. Şəhər 1926-cı ildə dağıdıcı bir zəlzələ yaşadı.
Namazgah
Namazgah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd “Lahıc” turizm zonasında, “İsmayıllı-Lahıc” şossesinin kənarında, Girdiman çayının sol sahilində yerləşir. Kəndin əhalisi 136 nəfər yaşayır ki, onun da 65 nəfəri kişi, 71 nəfəri isə qadındırdir. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə kafe fəaliyyət göstərir. Kənddən Müdrü çayı boyunca Nanıc, Müdri, Bağəli, Müdrəsə, Pirəqanım kəndlərinə piyada və at yolu vardır. Kənddə “Namazgah” mineral süfrə suyu istehsal olunur.
Açcaməşhəd (Marağa)
Ağcaməşhəd. (fars. ‎‎‎اغچه مشهد‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (17 ailə). Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 38 km şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 20 km cənubdadır.
Ağcaməşhəd (Marağa)
Ağcaməşhəd. (fars. ‎‎‎اغچه مشهد‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (17 ailə). Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 38 km şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 20 km cənubdadır.
Ağcaoğlan (Marağa)
Ağcaoğlan — İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 26 km şimal-şərqdədir.