Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anaxanım Tağıyeva
Azərin (doğum adı: Anaxanım Etibar qızı Tağıyeva; 9 may 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2015), Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. == Karyerası == İlk solo albomu, 2001-ci ildə Qazaxıstandaki "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü görüb. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskin repertuarına korifey sənətkarların mahnıları və xarici klassik musiqi nümunələri daxil edilmişdir. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2015-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
Anaxanım Xanlarova
Anaxanım Hüseynbəy qızı Xanlarova — İlk qadın korrozionist alim == Həyatı == Dünya miqyasında tanınmış alim qadınlarımızdan biri texnika elmləri doktoru, professor Anaxanım Hüseynbəy qızı Xanlarovadır. Onun metalların korroziyası və mühafizəsi sahəsindəki elmi nailiyyətləri yüksək dəyərləndirilmişdir. O, neft-qaz mədən qurğularının korroziyadan mühafizəsi üsullarını yaradaraq qurğunun əsas təmirlərarası müddətini iki dəfədən artıq uzatmağa müvəffəq olmuşdur.Professor Anaxanım Xanlarova məşhur Xanlarovlar nəslindəndir. Bakı xanlarından olmuş bu nəsil elmimizə, mədəniyyətimizə istedadlı şəxslər vermişdir. Atası Hüseynbəy Xanlarov gənclik illərində Avropada yaşamış və təhsil almışdı. Anası Şeyda Şamxorskaya zadəgan ailəsindən idi. Təhsilini dayısı maarifpərvər həkim Qara bəy Qarabəyovun yanında almışdı.Milli adət-ənənələr əsasında gözəl ailə tərbiyəsi görmüş Anaxanım Bakıda 132 nömrəli orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Bakı Sənaye Texnikumunda oxumuşdur. 1934-cü ildə isə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. Həmin dövrdə ölkədə özünü müsbət cəhətdən göstərən tələbələr praktiki işə cəlb edilirdi. Onlar üçün nəzəri biliklərini tətbiq etməyə şərait və maddi durumlarını yaxşılaşdırmağa imkan yaradılırdı.
Başxanım Şəfiqızı
Başxanım Şəfiqızı (1880, Daşkənd, Yeni Bəyazid qəzası – 18 noyabr 1958, Daşkənd, Basarkeçər rayonu) — Göyçə mahalında yaşamış şairə. == Həyatı == Rəsulova Başxanım Şəfi qızı 1880-ci ildə Göyçə mahalının Daşkənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Şəfi, qardaşları Molla Mehdi və Hacı Rəhim dövrünün mütərəqqi ziyalısı olmuşdur. Qardaşı Hacı Rəhim 1905-ci və 1918-ci illərdə daşnaqlara qarşı vuruşan və bu yolda şəhid olan ən cəsur igidlərdən olmuşdur. Başxanım da atası və qardaşlarından ərəb və fars dilində yazıb oxumağı öyrənmişdir. Səxavətdə, mərhəmətdə Hatəmi-Taun qədər ad-san qazanan Başxanım hazırcavablığı ilə də Göyçə mahalında məşhur qadınlardan olmuşdur. Böyük Vətən müharibəsindən oğlu Nəsib (1909–1941/45) və İkinci dünya müharibəsindən oğlu Zülfiqarın (1912–1939/45) qayıtmaması, həyat yoldaşı Məhərrəmin (1873–1953) gözlərinin tez tutulması və onun da vəfatı Başxanımı çox sarsıtmışdır. Başxanım Şəfiqızı 18 noyabr 1958-ci ildə doğma vətəni Daşkənd kəndində vəfat etmiş və Daşkənd qəbiristanlığında dəfn edilmişdir. == Haqqında yazılanlar == Başxanım Şəfiqızının həyatı və yaradıcılığı haqqında bir neçə kitabda məlumat verilmişdir: 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Başxanım Şəfiqızının qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 157–159). 1998-ci ildə Gəncə nəşriyyatında çap olunan Sərraf Şiruyənin "Bu ocağın odu sönməz" kitabında (səh.
Xanxanım (Çaroymaq)
Xanxanım (fars. خان خانم‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 79 nəfər yaşayır (13 ailə).
Zərxanım Əhmədli
[mənbə göstərin] Zərxanım Əhmədli 1952-ci il fevralın 18 — də Şəki şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 190 saylı məktəbdə alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Radio — Televiziya bölməsini bitirib. Elə həmin ildən etibarən Azərbaycan Dövlət Tele- Radio Verilişləri Komitəsində radio jurnalist kimi fəaliyyətə başlayıb. Azərbaycan Radiosunda redaktor, komentator, " Səhər" informasiya və musiqi proqramının şöbə müdiri vəzifəsində çalışıb. 1998–2004-cü illərdə " Azadlıq" radiosunun Bakı müxbiri vəzifəsində çalışıb. 2005-ci ildə Azərbaycanda ilk dəfə olaraq yaradılan İctimai Radio quruculuğunda fəal iştirak edib. İctimai Radionun İnformasiya departamentinin direktoru vəzifəsində çalışıb. Həmin radio ilə hər gün efirə çıxan "Yeni gün" İnformasiya və musiqi poroqramının məsul redaktoru və ilk aparıcısı olub. 2009-cu ildə təqaüd yaşının çatması ilə əlaqədar operativ radio jurnalistikadan ayrılaraq pedoqoji fəaliyyətə başlayıb.
Anaxanım İsmayılova
Anaxanım İsmayılova (qızlıq soyadı: Ağayeva) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Anaxanım Ağayeva 2014-cü ilin 31 may-8 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Ağayeva 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sarah Bormanna qalib gəlsə də (3:0), 1/4 final mərhələsində Fransa təmsilçisi Vassilia Lxadiriya məğlub oldu (1:2) və Avropa Çempionatının beşinci pillədə başa vurdu.Daha sonra Anaxanım Ağayeva 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Ağayeva 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Tailand nümayəndəsi Sopida Satumruma məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anaxanım Ağayeva, turnirin 1/8 final mərhələsindəcə Polşa nümayəndəsi Sandra Drabiha məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.Daha sonra Anaxanım Ağayeva 2016-cı ilin 8-18 aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Ağayeva turnirin 1/16 final mərhələsindəcə Moldova nümayəndəsi Yuliya Koroliya məğlub oldu (1:2) və mübarizəsini dayandırdı.Anaxanım Ağayeva 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da mübarizə apardı. Ağayeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.COVID-19 pandemiyasına görə əvvəl 2020-ci ilin martında Birləşmiş Krallıqda, sonra isə 2021-ci ilin iyununda Fransada baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə aparan Anaxanım Ağayeva, turnirin 1/16 final mərhələsindəcə Ukrayna nümayəndəsi Tatyana Koba məğlub oldu (RSC) və mübarizəsini dayandırdı.Daha sonra Anaxanım İsmayılova 2022-ci ildə Monteneqronun Budva şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. İsmayılova 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Yaroslava Marinçuha qalib gəlsə də (3:2), 1/2 final mərhələsində İrlandiya təmsilçisi Kaitlin Fryersa məğlub oldu (0:5) və Avropa Çempionatının bürünc medalına sahib oldu.Anaxanım İsmayılova 2023-cü ilin 16-26 martında Hindistanın Yeni Dehli şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. İsmayılova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Hindistan nümayəndəsi Zareen Nixata məğlub oldu (0:5) və mübarizəsini dayandırdı.