Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Natura
Natura (latın:natura – təbiət) — təsviri sənətdə – təsvir prosesində rəssam və ya heykəltəraşın bilavasitə müşahidə etdiyi gerçəkliyin real obyektləri (insan, əşya, landşaft). Sənətkarın maddi aləmə münasibəti və yaradıcılıq məqsədi naturanın seçilməsində və onun təsvirində təzahür edir. Bilavasitə naturadan istifadə etməklə portret, mənzərə, natürmort və s. əsərlər yaradılır. Digər janrlara aid əsərlər üçün köməkçi etüd, eskiz və rəsmlər yaradılarkən bilavasitə naturadan istifadə edilə bilər. == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 165.
Natural Frequencies
VMF Natural Frequencies ― 2018-ci ildə Vahid Mustafayev tərəfindən yaradılmış Azərbaycanın ilk saat fabriki == Tarixi == VMF şirkəti 1997-ci ildə ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev tərəfindən yaradılıb. VMF-in Azərbaycanda təmsil etməyə başladığı ilk saat markası "Swatch Group"a daxil olan "Longines" saat markası olub. Şirkət elə həmin ildə hazırda fəaliyyət göstərən ilk satış məntəqəsi olan "Longines" butikini açıb. Şirkət həmçinin "Swatch Group"a daxil olmayan, İsveçrə markalarından "Ulysse Nardin", "Raymond Weil", "Maurice Lacroix", "Versace", "Versus", "Ferragamo" kimi dünyanın tanınmış şirkətləri ilə öz biznesini daha da genişləndirib. Azərbaycan saat bazarının pioneri olaraq, məşhur İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətininin yaradılmasının təməlində durur. İsveçrənin məşhur "Longines" saat şirkəti ilə uğurlu əməkdaşlığından sonra VMF "Swatch Group"a daxil olan "Breguet", "Blancpain", "Glashütte Original", "Omega", "Rado", "Hamilton", "Tissot", "Swatch", "Flik-Flak", "Certina", "Calvin Klein" kimi dünyanın tanınmış şirkətlərilə öz biznesini daha da genişləndirdi. Artıq 20 ildən çoxdur VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir. 2001-ci ildə "Raymond Weil", 2004-cü ildə "Versace" saat və zinət əşyalarını, 2005-ci ildən "Maurice Lacroix"nı Azərbaycan alıcısına təqdim edib. VMF İsveçrə markaları ilə yanaşı, bazarda Yaponiyanın məşhur saat markalarını da təmsil edir. İlk təcrübə 2005-ci ildə "Casio" saat markası ilə başlayıb.
Natural loqarifm
Natural loqarifm — əsası e olan loqarifm. Burada e — irrasional sabitdir və təxminən 2,718281828-ə bərabərdir. Natural loqarifm adətən ln (x) kimi işarələnir. Həmçinin loge (x) və ya əgər e əsası nəzərdə tutulursa, sadəcə log("x") kimi işarələnir. e (ln (e) ) ədədinin natural loqarifm vahidə bərabərdir, çünki e1 = e. Vahidin natural loqarifmi (ln (1) ) sıfıra bərabərdir, çünki e0 = 1-dir. Loqarifmin tərifinə görə istənilən əsaslı vahidin loqarifmi sıfıra bərabərdir. Natural loqarifm y= 1/x əyrisi altındakı sahədə 1-dən a-ya qədər olan istənilən müsbət həqiqi ədəd kimi müəyyən edilə bilər. Bu təyinin sadəliyi, başqa düsturlarla da uyğun gəlir. Bu düsturların bir çoxunda natural loqarifm tətbiq olunur.
Natural loqarifma

Natural ədədlər
Natural ədədlər — saymaq üçün istifadə olunan ədədlərə deyilir (riyazi dildə: 1-i özündə saxlayan minimal induktiv çoxluq). Natural ədədlər tək (Məs.: 1, 3, 5) və cüt (Məs.: 2, 4, 6) olur. == Natural ədədlər == “Ədəd” sözü yunan sözü olan “artimos” sözündən götürülmüşdür. Hesabla ədədlər haqqındakı elmlə bağlı yaranmışdır. “Rəqəm” sözü (ərəbcə "sıfır") əsl mənası “boş yer” olan (həmin mənanı verən “sunya sanskrit” sözünün tərcüməsidir) ərəb sözündən götürülmüşdür. Əşyaları saymaq üçün və ya eyni növ əşyaların sıra nömrəsini göstərmək üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Natural sıra natural ədədlər çoxluğunu yaradır. Natural ədədlər çoxluğu N ilə işarə olnur. Çoxluq 1-dən başlayır və sonsuzdur. Sayma zamanı istifadə olunan ədədlər natural ədədlərdir.
Systema Naturae
Systema Naturae (Latınca) İsveçli botanik, zooloq və həkim Carolus Linnaeusun (1707–1778) ən vacib əsərlərindən biridir və Linnaeus Taksonomiyasını təklif edir. Bu gün ikili adlandırma olaraq bilinən bu sistem, həqiqətdə Linnaeusdan 200 il əvvəl Gaspard və Johann Bauhin qardaşları tərəfindən qismən inkişaf etdirilsə də, Linnaeus bu sistemdən kitabında ardıcıl olaraq ilk istifadə edən ilk insandır. Kitabın ilk nəşri 1735-ci ildə edilmişdir. 1758-ci ildə nəşr olunan ən vacib nəşri sayılan kitabın 10-cu nəşrinin tam adı Latın dilində belədir: “Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locistir”. Bu sözləri Azərbaycan dilinə aşağıdakı şəkildə tərcümə etmək mümkündür: “Siniflər, dəstələr, cinslər və növlərinə görə; xarakterləri, fərqlilikləri, sinonimləri və yerləşmə yerləri ilə birlikdə; təbiətin üç aləmi daxilində təbiətin sistematikası” Bu kitabın 10-cu nəşri (1758) zooloji təsnifatın başlanğıc nöqtəsi hesab olunur. Linnaeus 1766 və 1768 arasında özünün sonuncu daha da inkişaf etdirilmiş 12-ci nəşrini etdirmişdir. Daha da çox inkişaf etdirilmiş və eyni tərzdə yazılmış “Systema Naturae” adlı əsər, Johann Friedrich Gmelin tərəfindən 1788 - 1793 arasında nəşr edilmişdir. Bu son əsər zooloqlar tərəfindən iyirminci əsrin əvvəllərindən bəri eyni seriyanın sonuncu nəşri kimi qəbul edilmişdir. Bundan əlavə, bu əsər rəsmi olaraq Beynəlxalq Zooloji Nomenklatura Komissiyasının 296-cı qanunu (26 oktyabr 1954) ilə Systema Naturae seriyasının 13-cü nəşri olaraq qəbul edilmişdir.
Natural ədəd
Natural ədədlər — saymaq üçün istifadə olunan ədədlərə deyilir (riyazi dildə: 1-i özündə saxlayan minimal induktiv çoxluq). Natural ədədlər tək (Məs.: 1, 3, 5) və cüt (Məs.: 2, 4, 6) olur. == Natural ədədlər == “Ədəd” sözü yunan sözü olan “artimos” sözündən götürülmüşdür. Hesabla ədədlər haqqındakı elmlə bağlı yaranmışdır. “Rəqəm” sözü (ərəbcə "sıfır") əsl mənası “boş yer” olan (həmin mənanı verən “sunya sanskrit” sözünün tərcüməsidir) ərəb sözündən götürülmüşdür. Əşyaları saymaq üçün və ya eyni növ əşyaların sıra nömrəsini göstərmək üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Natural sıra natural ədədlər çoxluğunu yaradır. Natural ədədlər çoxluğu N ilə işarə olnur. Çoxluq 1-dən başlayır və sonsuzdur. Sayma zamanı istifadə olunan ədədlər natural ədədlərdir.
VMF Natural Frequencies
VMF Natural Frequencies ― 2018-ci ildə Vahid Mustafayev tərəfindən yaradılmış Azərbaycanın ilk saat fabriki == Tarixi == VMF şirkəti 1997-ci ildə ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev tərəfindən yaradılıb. VMF-in Azərbaycanda təmsil etməyə başladığı ilk saat markası "Swatch Group"a daxil olan "Longines" saat markası olub. Şirkət elə həmin ildə hazırda fəaliyyət göstərən ilk satış məntəqəsi olan "Longines" butikini açıb. Şirkət həmçinin "Swatch Group"a daxil olmayan, İsveçrə markalarından "Ulysse Nardin", "Raymond Weil", "Maurice Lacroix", "Versace", "Versus", "Ferragamo" kimi dünyanın tanınmış şirkətləri ilə öz biznesini daha da genişləndirib. Azərbaycan saat bazarının pioneri olaraq, məşhur İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətininin yaradılmasının təməlində durur. İsveçrənin məşhur "Longines" saat şirkəti ilə uğurlu əməkdaşlığından sonra VMF "Swatch Group"a daxil olan "Breguet", "Blancpain", "Glashütte Original", "Omega", "Rado", "Hamilton", "Tissot", "Swatch", "Flik-Flak", "Certina", "Calvin Klein" kimi dünyanın tanınmış şirkətlərilə öz biznesini daha da genişləndirdi. Artıq 20 ildən çoxdur VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir. 2001-ci ildə "Raymond Weil", 2004-cü ildə "Versace" saat və zinət əşyalarını, 2005-ci ildən "Maurice Lacroix"nı Azərbaycan alıcısına təqdim edib. VMF İsveçrə markaları ilə yanaşı, bazarda Yaponiyanın məşhur saat markalarını da təmsil edir. İlk təcrübə 2005-ci ildə "Casio" saat markası ilə başlayıb.
Natural Resources Conservation Service
Təbii Sərvətlərin Mühafizəsi Xidməti (ing. Natural Resources Conservation Service), keçmiş adı Torpağın Mühafizəsi Xidməti (ing. Soil Conservation Service) — ABŞ Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə və digər özəl torpaq sahiblərinə və idarəçilərə texniki yardım göstərən təşkilat. Təşkilatın adı 1994-cü ildə Bill Klintonun prezidentliyi dövründə onun daha geniş missiyasını əks etdirmək üçün dəyişdirildi. Təşkilat nisbətən kiçik sayılır və hazırda təxminən 12.000 işçisi var. Təşkilatın missiyası dövlət və yerli qurumlarla əməkdaşlıq yolu ilə özəl torpaqlarda təbii ehtiyatları yaxşılaşdırmaq, qorumaq və yaxşı şəraitdə saxlamaqdır. Təşkilatın əsas diqqəti kənd təsərrüfatı torpaqlarında olsa da, torpağın ölçülməsi, təsnifatı və suyun keyfiyyətinin yaxşılaşdırılmasına bir çox texniki töhfələr vermişdir.
Natural fəlsəfənin riyazi əsasları
Natural fəlsəfənin riyazi əsasları - 1687-ci ildə 3 cildlik halında çıxan kitabdır. Kitabı İsaak Nyuton və Edmund Halley hazırlamışlar. Sələflərinin və özünün mexanika sahəsində tədqiqatlarının nəticələrini ümumiləşdirərək İsaak Nyuton “Natural fəlsəfənin riyazi əsasları” adlı möhtəşəm əsərini ərsəyə gətirib. 1687-ci ildə nəşr olunmuş bu əsərdə mexanikanın əsas məfhumları və prinsipləri üç məşhur qanun—ətalət qanunu, hərəkətin kəmiyyətinin sərf edilmiş qüvvəyə mütənasibliyi qanunu , təsir və əks—təsir qanunu şəklində formalaşdırılmışdır. == Nəşrlər == Philosophiae naturalis principia mathematica, auctore Is. Newton, Londini, iussu Societatis Regiae ac typis Josephi Streater, anno MDCLXXXVII (editio princeps). Philosophiae naturalis principia mathematica, auctore Isaaco Newtono, Editio secunda auctior et emendatior, Cantabrigiae, MDCCXIII. Philosophiae naturalis principia mathematica, auctore Isaaco Newtono, Editio tertia aucta & emendata, Londini, apud Guil. & Ioh. Innys, MDCCXXVI (tertia et ultima editio ab ipso auctore curata). == Ədəbiyyat == Антропова В. И. О геометрическом методе «Математических начал натуральной философии» И. Ньютона // Историко-математические исследования.
Systema Naturae əsərinin X nəşri
Systema Naturae əsərinin X nəşri, Karl Linnaeus tərəfindən yazılmış, zooloji təsnifatın başlanğıc nöqtəsi olaraq qəbul edilən və 1758–1759-cu illər arasında nəşr olunmuş bir kitabdır. Linnaeus bu kitabda heyvanlar üçün ikili adlandırma metodunu təqdim edir. Linnaeus 1753-cü ildə nəşr etdirdiyi Species Plantarum adlı əsərində bitkilər üçün təsnifat metodunu hazırlamışdır. == Başlanğıc nöqtəsi == Bioloji kataloqların əksəriyyəti 1758-dən əvvəlki təqdim etdikləri taksonlar üçün, Systema Naturaenin əvvəlki nəşrləri də daxil olmaqla, müxtəlif əsərlərdən götürdükləri çox sözlü adlandırmalardan istifadə edirdilər. Heyvanlar aləmi üçün ikili adlandırma metodunu ardıcıl olaraq istifadə edən ilk əsər Systema Naturae əsərinin 10-cu nəşridir. Buna görə də Beynəlxalq Zooloji Nomenklatura Komissiyası 1 yanvar 1758-ci ili zooloji təsnifatın "başlanğıc nöqtəsi" olaraq seçmiş və Systema Naturaenin 10-cu nəşrinə həmin tarixdə nəşr olunmuş kimi istinad edilməsini tövsiyə etmişdir. Qaydalara uyğun olaraq verilsə də, bu tarixə qədər nəşr olunan elmi təsnifat üçün istifadə olunan adlar etibarlı sayılmır. 10-cu nəşrdən daha əvvəl olduğu və prioritet sayılan yeganə əsər Carl Alexander Clerck-in 1757-ci ildə nəşr olunan Svenska Spindlar (İsveç dilində) və ya Aranei Suecici (Latınca) əsəridir və yenə bu əsərə də 1 yanvar 1758-ci ildə çıxmış kimi də istinad edilir.