Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Necdət Özəl
Necdət Özəl (türk. Necdet Özel10 oktyabr 1950, Ankara) — Türkiyə Silahlı Qüvvələrinin generalı. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 28-ci rəisi. O, həmçinin Türkiyə Quru Qoşunları komandanı olub. General Necdət Özəl bu vəzifədə NATO təcrübəsinə sahib olmayan ikinci şəxsdir. == Həyatı == Necdət Özəl 1950-ci ildə Ankarada anadan olub. 1969-cu ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbini, 1970-ci ildə Hərbi Piyada Məktəbini bitirib. 1975-ci ildə London İqtisadiyyat Məktəbində Beynəlxalq Diplomatiya ixtisası üzrə təhsil alıb. == Hərbi karyerası == Özəl 1978-ci ilə qədər Türkiyə Quru Qoşunları Komandanlığının (TQQK) müxtəlif vahidlərində taqım komandiri və bölük komandiri vəzifələrində çalışıb. 1980-ci ildə Ordu Kollecini qərərgah zabiti olaraq bitirdikdən sonra müvafiq olaraq Kiprdəki Türk Sülh Qüvvələri Baş Qərargahında Əməliyyat Planı bölməsində Şöbə müdiri və daha sonra Türkiyə Quru Qoşunları Baş Qarargahında baş katib, Türkiyə Quru Qoşunları Hərbi Məktəbində qərargah rəisi və 17-ci Piyada Alayının Komandiri olaraq xidmət etmişdir.1995-ci ildə briqada general rütbəsinə çatan Özəl 172-ci Zirehli Briqadanın komandiri və Türkiyə Quru Qoşunları Daxili Təhlükəsizlik Əməliyyatları Müdirliyinin rəisi vəzifələrində çalışmışdı.
Nejdət Sançar
Nejdət Sançar (d. 1910, 1 may, İstanbul - ö. 1975, 22 fevral, İstanbul) — məşhur Türkçü və Turançı, Hüseyn Nihal Atsızın kiçik qardaşı, maarifçi və yazardır. Hüseyn Nihal Atsızla soyadının fərqli olmasının səbəbi isə soyad qanununun qüvvəyə mindiyi zaman bir-birləri ilə əlaqələrinin olmamasıdır. == Həyatı == Nejdət Sançar İstanbul Universiteti Ədəbiyyat fakultəsi məzunudur. Əsgərlikdən sonra Sivas Müəllim okuluna ədəbiyyat müəllimi olaraq təyin edilmiş, yalnız o dövrün Milli Eğitim Bakanı Hasan Ali Yüceli qarşılama törəninə qatılmadığı əsas götürülərək bu vəzifədən alınmış və Balikesir Lisesinə göndərilmişdir. Balikesir Lisəsində işinə davam edərkən Türkçülük-Turançılıq adı altında 1944-cü ilin may ayında başlayan və Hüseyn Nihal Atsız, Alparslan Türkeş, Ankara Konservatoriyasının direktoru Orhan Şaik Gökyay, Hikmet Tanyu, Türk tarixi Professoru Zeki Validi Toqan, Reha Oğuz Türkkan gibi Türkçülərin də olduğu dava da tutulmuş və Sıkıyönətim Məhkəməsində olan məhkəmələr sonrası 14 ay həbsə məhkum edilmişdir.Əsgəri Məhkəmə Türkçülər haqqındakı qərarı ləğv etmiş, yəni Nejdət Sançar o zamanlar ‘Tabutluq’ deyilən hücrədə 14 ay boşuna yatmışdı.Nejdət Sançar 1960-ci ildə oğlu Afşını 16 yaşında itirdikdən sonra ifliç oldu. Afşın üçün 1962-ci ildə Yeni İstanbul qəzetində "Türk Gənçliyi Necə Olmalıdır?" başlıqlı mükafatlı yarışma təşkil olunur. Bu daha sonrakı iki ili də davam edir. Afşının ölümünə görə əmisi Hüseyn Nihal Atsız “Afşınə Ağıt” (mərsiyə) başlıqlı bir şeir də yazmışdır.
Əhməd Necdət Sezər
Əhməd Necdət Sezər (türk. Ahmet Necdet Sezer, 13 sentyabr 1941; Afyonqarahisar) — Türkiyəli hüquqşünas və dövlət rəsmisi, Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin 14-cü sədri, Türkiyə Respublikasının 10-cu prezidenti. Əhməd Necdət Sezər Türkiyə Cümhuriyyəti tarixində həm prezident, həm də yüksək məhkəmə orqanı rəhbəri vəzifələrində çalışmış yeganə şəxsdir. 1983-1988-ci illərdə Ali Məhkəmənin üzvü olan Sezər 1988-1998-ci illərdə Konstitusiya Məhkəməsinin üzvü, 1998-ci ildə isə Konstitusiya Məhkəməsinin sədri olub. 2000-ci ildə Türkiyədə keçirilən prezident seçkiləri ilə prezident seçilib. 2007-ci ildə isə prezident səlahiyyətlərini Abdullah Gülə təhvil verib. == Erkən illəri və təhsili == Əhməd Necdet Sezer 13 sentyabr 1941-ci ildə Afyonqarahisarda anadan olub. O, müəllim Əhməd Həmdi Sezer (d. 1979) və evdar xanım olan Xədicə Sezərin (1918-2004) dörd övladından yeganə oğludur.1958-ci ildə Afyon liseyini, 1962-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib. Elə həmin il Ankarada hakimliyə namizəd kimi fəaliyyətə başlayıb.
Əhməd Necdət Sözer
Əhməd Necdət Sözər (1933 İzegöl anadan olmuş - 5.05.2010), şair, coğrafiya üzrə professor. Çapa yüksək öğrətmən məktəbini bitirdikdən sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Coğrafiya ixtisasını bitirib (1954). Anadolunun müxtəlif bölgələrində coğrafiyadan dərs deyib. 1974-1997-ci illərdə Atatürk universitetində, Muğla Mühasibatlıq Universitetində, Ege və Uludağ universitetlərində beynəlxalq-iqtisadi coğrafiyadan dərs deyib. Şeir kitabları: Uzuneşek (1977), Ne Çok Enkaz (1988), Sana Bunca Yangından (1991), İnegöl Hey İnegöl (1992), Gün Yüzleri (1992, Türk Dil Kurumu Şiir Ödülü / 1994), Kün (1994), Ay Kasidesi (1995), Zümrüt Longa (1998), Aşk Ey (2001, Yunus Nadi Şiir Ödülü / 2002) ve Haiku Kuşu (2004).Onun Kanşaubiyev Mizievlə birlikdə Puşkinin "Yevgeni Onegin" əsərini türk dilinə tərcümə edərək, 2003-cü ildə "ən yaxşı tərcüməsi" kimi mükafatlandırılıb.
Əhməd Nejdət Sezər
Əhməd Necdət Sezər (türk. Ahmet Necdet Sezer, 13 sentyabr 1941; Afyonqarahisar) — Türkiyəli hüquqşünas və dövlət rəsmisi, Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin 14-cü sədri, Türkiyə Respublikasının 10-cu prezidenti. Əhməd Necdət Sezər Türkiyə Cümhuriyyəti tarixində həm prezident, həm də yüksək məhkəmə orqanı rəhbəri vəzifələrində çalışmış yeganə şəxsdir. 1983-1988-ci illərdə Ali Məhkəmənin üzvü olan Sezər 1988-1998-ci illərdə Konstitusiya Məhkəməsinin üzvü, 1998-ci ildə isə Konstitusiya Məhkəməsinin sədri olub. 2000-ci ildə Türkiyədə keçirilən prezident seçkiləri ilə prezident seçilib. 2007-ci ildə isə prezident səlahiyyətlərini Abdullah Gülə təhvil verib. == Erkən illəri və təhsili == Əhməd Necdet Sezer 13 sentyabr 1941-ci ildə Afyonqarahisarda anadan olub. O, müəllim Əhməd Həmdi Sezer (d. 1979) və evdar xanım olan Xədicə Sezərin (1918-2004) dörd övladından yeganə oğludur.1958-ci ildə Afyon liseyini, 1962-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib. Elə həmin il Ankarada hakimliyə namizəd kimi fəaliyyətə başlayıb.
Baby I Need Your Love
Baby I Need Your Love (azərb. Beybi, sənin sevginə ehtiyacım var‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır. Klipdə, əsasən, Almaniyanın idman sayəsində uğurlarından danışılır.
Need for Speed (oyun seriyası)
Need for Speed (azərb. Sürət həzzi‎, abreviaturası: NFS) — ilk olaraq "Electronic Arts", daha sonra isə "Ghost Games" tərəfindən hazırlanan videooyun seriyası. İlk oyun 1994-cü ildə "The Need for Speed" adı ilə çıxmışdır. "Need for Speed: High Stakes" oyunundan başlayaraq isə oyunçuların öz maşınlarında istədiyi dəyişikliyi edə bilməsi xüsusiyyəti əlavə edildi. "Need for Speed" oyunları ilk çıxışından oyunçular tərəfindən sevilməyə başlandı. Oyunun bu günə qədər 150 milyon nüsxəsi satılmışdır. Oyunun uğurlu olması nəticəsində ona uyğun film (Sürət həzzi) çəkildi və "Hot Wheels" oyuncaq maşınları satışa çıxarıldı. == Geympley == Demək olar ki, bütün "Need For Speed" oyunları eyni geympley formasına malikdir. Oyunçu yarış zamanı seçdiyi maşını idarə edir və yarışda birinci olmağa çalışır. Karyera modu və çempionatda alınan qalibiyyətlər ilə qıfıllı maşınlar və yollar açılır.
Adil Nəcdət
Adil Əfəndiyev və ya Adil Nəcdət (1907 – 9 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı. == Həyatı == Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur. Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur.