Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Katolikos Nerses
Katolikos Nerses Bakur (bilinmir – 706) — Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kürsüdə oturub. Onun bu hərəkəti ortodoks aləmində səs-küy yaymışdı. Katolikosluğa çar Varaz Trdatın həyat yoldaşı çariça Sparamanın köməyi ilə gəlmişdi. Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimal Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yeliazarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Simeon etiraz etdi. Onlar məclis çağırıb Nersesi lənətlədilər və Ermənistan katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi.
Nerses Aştaraketsi
Nerses Aştaraketsi (13 fevral 1770, Əştərək – 1857, Üçkilsə) — Erməni Qriqoryan Kilsəsinin rəhbəri. - Arxiyepiskop.
Nerses Bakur
Katolikos Nerses Bakur (bilinmir – 706) — Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kürsüdə oturub. Onun bu hərəkəti ortodoks aləmində səs-küy yaymışdı. Katolikosluğa çar Varaz Trdatın həyat yoldaşı çariça Sparamanın köməyi ilə gəlmişdi. Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimal Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yeliazarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Simeon etiraz etdi. Onlar məclis çağırıb Nersesi lənətlədilər və Ermənistan katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi.
Nerses Palianents
Nerses Palianents (erm. Ներսես Պալիանենց), həmçinin Nerses Palients (erm. Ներսես Պալիենց; XIII əsr, Kozan – 1363, güm. Malazgird) — erməni tarixçisi, Erməni Həvari kilsəsinin, sonralar Erməni Katolik Kilsəsinin kilsə rəhbəri. Bir çox tədqiqatçılar onu erməni və Roma kilsələri arasındakı parçalanmanın günahkarı hesab edirlər (1198-ci ildə birləşmədən sonra). Kilikiyada, Sis şəhərində anadan olmuşdur. Kilsə təlimindən sonra kahin təyin edilmişdir. Artıq 1330-cu ilə qədər Urmiya yepiskopu idi. 1336-cı ildə Həvari kilsəsini tərk edərək erməni katoliklərinə qoşulmuşdur. Kilikiyaya qayıtmış və katolikliyi təbliğ etməyə başlamışdır.
Katolikos II Nerses
Katolikos II Nerses — Albanların LVI katolikosu. Katolikos III İohannesdən sonra kürsüyə gəlmişdi, onun qardaşı idi. 1235-ci ildə bu kürsüyə gəlmişdi. Təvazökar və mehriban xasiyyəti vardı. 22 iyul, 1240-cı ildə Həsən Cəlalın tikdirdiyi Gəncəsər monastırının açılışında 400 keşişlə birlikdə iştirak etmişdir.Nersesin haqqında eşidən Çormoqun noyonun rəiyyətindən olan Rabban bar Şayma bu barədə noyonun xanımı Eltinaya xəbər vermişdi. Çormoqunun çadırına çağrılan katolikos noyonun oğlu Bora noyonun toyunda iştirak etdi və hədiyyələr verilərək geri göndərildi.
Katolikos IV Nerses
Katolikos IV Nerses - Albanların LXX katolikosu. Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos V Nerses
Katolikos V Nerses — Albanların LXXXX katolikosu. Katolikos Esayaya qarşı antikatolikos olaraq fəaliyyətə başlamışdı. Erməni patriarxı Katolikos I Aleksandr Cuğayetsi Esayanı müdafiə etməyə davam etdi. Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. Lakin Erməni Qriqoryan Kilsəsi tərəfindən qəbul olunur.