Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikelin
Nikelin — mineral, NiAs. == Haqqında == Nikelin - Heksonal. Habitus prizmatik. İkiləşmə {101} üzrə, dördlüklər. Ayrılması {100} üzrə mükəmməl. Aqreqat: dənəli, böyrəkvari (sütun və radialşüalı quruluşlu), şəbəkəli və dendrit formalı. Rəngi açıq misi qırmızı. Sərtliyi 5-5,5. Xüsusi çəkisi 7,8. Elektriki yaxşı keçirir.
Nivelir
Nivelir — Nisbi hündürlüyü nivelir adlanan alətlə ölçürlər. Nivelir (fr. nivelir-hamarlamaq) — Yer səthində olan nöqtələrin hündürlük fərqinin müəyyən edilməsi üçün geodeziya alətidir. Nivelirin əsas hissəsi düzgün olaraq üfüqi istiqamətdə qurulmuş baxış borusundan ibarətdir. Üzərində bölgüləri olan iki şaquli reykanın nivelrdən görünən rəqəmləri arasında fərq, reykanın qurulduğu nöqtələrin hündürlük fərqinə bərabərdir. Dəqiq nivelirləmə zamanı Yerin əyriliyi nəzərə alını, Günəş şüaları düz yayılır, üfüqi səth əyri görünür, xətaların aradan qaldırılması üçün nivelir iki reyka arsında qurulur. Nivelirlə hündürlüklər fərqinin müəyyən edilməsi nivelirləmə adlanır. Təpənin müəyyən yamaclarından ölçülən zaman nisbi hündürlük müxtəlif qiymətlər ala bilər. Ona görə mütləq hüdürlükdən istifadə olunur.
Arçelik
Arçelik A. Ş. – Türkiyənin tanınmış əmtəə nişanıdır. 1955-ci ildə Türk mühəndis Vehbi Koç tərəfindən yaradılmış və bu gün Koç Holding qrupunun tərkibinə daxildir. 1959-cu ildə Arçelik şirkəti özünün ilk paltaryuyan maşınını buraxır. Şirkətin ilk soyuducusu 1960-cı ildə Arçelik zavodunun konveyerindən çıxdı. Zaman keçdikcə Koç məişət texnikasının digər növlərinin də buraxılmasını təşkil etməyə başladı. Artıq 1977-ci ildə bu istehsal növü kütləvi xarakter daşıyırdı. Texnika BEKO brendi altında buraxılırdı və 1983-cü ildə alıcılar arasında geniş yayılmışdı. Arçelik şirkətinin rəhbərləri hesab edirdilər ki, hər zavod müəyyən bir məhsul növündə ixtisaslaşmalıdır. Bununla əlaqədar olaraq 1977-ci ildən etibarən bir sıra fabriklərin tikintisinə başlanıldı. Bir qədər sonra Arçelik şirkəti Türk Demir Döküm şirkəti ilə birgə qızdırıcılar və mətbəx piltələrinin istehsalı ilə məşğul olan Ardem şirkətini yaratdı.
Niyərik
Niyərik (fars. نیارک‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafi Yerləşməsi == Kənd Lövşan şəhərindən 30 km arada və Qəzvin ostanının şimal-qərb hissəsində yerləşir. Dəniz səviyyəsində 1.160 metr yüksəklikdədir. == Mədəniyyət == Kəndin ortasınd Narınqala adında bir qala yerləşir ki uzun qidmətə malikdir. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,860 nəfər yaşayır (660 ailə). === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. == Görməli yerləri == Əjdaha daşı Narınqala təpəsi İmamzadə Tahir və Nuh türbəsi Çurçur şəlaləsi Aralıq məhəlləsindəki qoca çinar ağacı Qurd Qışlağı bağları Başbulaq Abas bulağı Gövhər bulağı == Din == Niyərik kəndində imamzadə tahir və Nuh türbəsi yerləşibdir ki 2009-cu ildən sonra onda əsaslı təmir işləri aparılaraq,bərpa edilmişdir. Bunlarla yanaşı kənddə cümə məscidi, Qaqalar məscidi, Cilovxanlı məscidi və Kamalabadlılar məscidi dini icmaları fəaliyyət göstərməkdədir.
Şiəlik
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. == Etimologiya == "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Çəlik
Cəlik (Ərdəbil)
Jülide Özçelik
Jülide Özçelik - Türkiyəli caz sənətçisidir. == Həyatı == Jülide Özçelik 1975-ci ildə İstanbulda doğulmuşdur. Məktəbi bitirdikdən sonra Müjdat Gezen Sənət Mərkəzində musiqi təhsilinə başlamışdır. Məzun olduğu il İstanbul Bilgi Universitetinin musiqi fakültəsinə qəbul olmuşdur. Burada vokal bölümündə Nüket Ruacan ilə vokal texnikalarını öyrənmişdir.Selen Gülün, Randy Esen, İmer Demirer, Donovan Mixon , Ayşe Özbekligil, Raci Pişmişoğlu, Ricky Ford, Can Kozlu kimi müəllimlərdən ansambl, harmoniya, solfeciya dərslərini öyrənərək məzun olmuşdur. Türk dilində caz ilə bağlı müxtəlif layihələr irəli sürmüş və reallaşdırmışdır. Bu zaman Klassik Türk Müsiqisi xorlarına qoşulmuşdur və konsertlərdə solist olaraq iştirak etmişdir. == Fəaliyyəti == Axıcı və duru səsli Jülide Özçelik albom hazırlamaq fikrini Cem Tuncerə söyləyərək albomun hazılıqlarına başlayır. Cem Tuncer, Erbil Doğan, Kağan Yıldız, Ediz Hafızoğlu və Genco Arı ilə birgə 2008-ci ilin Yanvar ayında ilk albomu olan Jazz İstanbul Volume 1 'i çıxardı. Bir çox müxtəlif tədbirlərə qoşulmuşdur.
Klement Miçelin
Klement Miçelin (11 may 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Miçelin həmçinin Fransanın gənclər yığmalarından olan U-17 komandasının üzvüdür. == Klub karyerası == === Tuluza === Miçelin Liqa 1-də debütünü 20 sentyabr 2016-cı ildə Lill klubuna qarşı oyunda etmişdir. O, 61-ci dəqiqədə İssiaqa Sillanı əvəz etmişdir. Həmim görüşdə Tuluza Lillə səfərdə 2-1 hesabı ilə qalib gəlmişdir.
Qamze Özçelik
Qamze Özçelik (türk. Gamze Özçelik; d. 26 avqust 1982) — türk kino aktrisası, model və aparıcı. == Həyatı == Gamze Özçelik tanınmış türk aktrisası, model və aparıcıdır. Boyu 174 sm-dir.
Yiyəlik hal
Yiyəlik hallı isimlər özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar, şəxslər arasında aidlik,mənsubluq mənası gətirir. Yiyəlik halda işlənən isim cümlədə özündən sonrakı başqa bir isimdən daha doğrusu, mənsubiyyət şəkilçili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mənsubiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s. Mənsubiyuət şəkilçisi həmişə ikinci tərəfdə olur və özündən əvvəl yiyəlik hal istəyir.Məsələn:Mənim Kitabım, Sənin evin Yiyəlik halının iki forması var: Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın, in, un, ün (-nın,nin, nun, nün) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab olur. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?) Qeyri-müəyyənlik bildirən yiyəlik hal. Bu halda olan isimlər şəkilçisiz olur və nə?
Öncəlik (iqtisadiyyat)
Öncəlik iqtisadi nəzəriyyədə — istehlakçının fərqli alternativləri (istehlakçı dəstləri, məhsul dəstləri) müqayisə etmək (arzuolunana görə sifariş) qabiliyyətinin rəsmi təsviridir. Riyazi nöqteyi-nəzərdən hər hansı bir üstünlük sistemi, qəbul edilə bilən alternativlər dəsti ilə ikili münasibətdir (əvvəlcədən sifariş, sərt sifariş və ya ekvivalentlik). Tercih anlayışı nizamlı (sıralı) faydalılıq nəzəriyyəsinin mərkəzində durur. İstehlakçının fərqli alternativləri bir-biri ilə müqayisə etməsi kifayətdir. Xüsusilə bir köməkçi funksiyası varsa, onun ədədi dəyərləri belə bir müqayisəyə imkan verir. Funksiya dəyəri nə qədər böyükdürsə, alternativ də bir o qədər yaxşıdır. Eyni zamanda, nizam nəzəriyyəsindəki fayda subyektivdir, çünki standart və ümumiyyətlə qəbul edilmiş ölçü vahidi yoxdur. Buna görə ədədi dəyərlərin özləri və aralarındakı fərq, müştəri məmnuniyyətinin səviyyəsi və bir alternativə digərinə üstünlük dərəcəsi haqqında heç nə demir. Kardinalist (ədədi) faydalılıq nəzəriyyəsində ədədi dəyərlər, əksinə, həm müştəri məmnuniyyətinin səviyyəsini, həm də alternativə üstünlük dərəcəsini göstərir. Sıralı yanaşma müasir mikroiqtisadiyyatda əsasdır, lakin bu, pul vahidlərindəki kommunal (istehlakçı rifahı) dəyişikliklərini qiymətləndirmə ehtimalını istisna etmir.
Serap Özçelik
Serap Özçelik (18 fevral 1988, İstanbul) — Türk karateçi. == Karyerası == Fransanın paytaxtı Parisdə keçirilən 2012 Karate Dünya Çempionatında Serap Özçelik ilk turda belaruslu Koulinkoviçlə qarşılaşıb, normal vaxt 1–1 bitən döyüşü hakimin qərarı ilə udub, daha sonra ikinci turda Xorvatiya idmançısı Ratkoviçi 1–0 məğlub edib. O, 3-cü turda çilili Bruna ilə qarşılaşıb, bundan sonra 1/4 finala yüksəlib. O, 1/4 finalda fransalı Aleksandra Reçiya ilə qarşılaşıb və rəqibinə 7:2 hesabı ilə uduzub. Reçia finala yüksəldikdən sonra təkrar görüşdə rusiyalı Ponomareva ilə qarşılaşan Özçelik 4–3 hesabı ilə qalib gələrək üçüncülük matçına vəsiqə qazanıb. 2014-cü ildə Almaniyanın Bremen şəhərində keçirilən karate üzrə Dünya Çempionatında Serap Özçelik qadınlar arasında kumite yarışlarında 50 kq çəki dərəcəsində finalda Almaniya üçün mübarizə aparan türk əsilli Duyğu Buğurla üz-üzə gəlib. O, Duyu Buğuru 6–1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Serap Özçelik 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilən Avropa Oyunlarında qızıl medal qazanıb. Kumitedə 50 kq-da qızıl medal qazanan Serap Özçelik "Avropa Oyunlarında Türkiyəyə qızıl medal qazandıran ilk türk idmançı" olur. O, Bakı Kristal Zalında 50 kq çəki dərəcəsində fərdi kumite üzrə təsnifat mərhələsində A qrupunda yer alıb.
Anti-Şiəlik
Antişiəlik — dini inancları, ənənələri və mədəni irsinə görə Şiə müsəlmanlara qarşı yönəlmiş nifrət, ayrı-seçkilik və şiddətə verilən ad. Termin ilk olaraq 2011-ci ildə Şiə Haqları İzləmə Təşkilatı tərəfindən müəyyən edilmiş, lakin onilliklər ərzində qeyri-rəsmi tədqiqat və elmi məqalələrdə istifadə edilmişdir.Məhəmməd Peyğəmbərin hüquqi varisinə qarşı mübahisə yaradan iki əsas məzhəb, sünni və şiənin meydana gəlməsiylə nəticələndi. Sünnilik və ya yolun davamçıları xilafətə tabe oldular və Qureyşin hər hansı bir üzvü potensial olaraq əksəriyyət tərəfindən qəbul edildiyi təqdirdə Peyğəmbərin varisi halına gələcəyini təmin etdi. Şiəlik isə Peyğəmbərdən sonra Allah tərəfindən təyin edilmiş yalnız (Qədir-Xum hədisinə əsasən) İmam Əli (əleyhis-salam) onun davamçısı ola bilərdi. Beləliklə, İmam Əli Şiə əhalisi üçün dini hakimiyyətə çevrildi.Müvəqqəti olaraq qurulan Əməvi hökuməti üzərində nəzarət sahibi olan sünni idarəçilər Şiəliyi həm həm siyasi,həm də dini hakimiyyəti üçün təhlükə görmüşdülər.Əməvilərin hakimiyyəti dövründə Şiə azlığını məhv etməyə çalışıblar.Şiələrin tarix boyu sünni din adamları tərəfindən zülmü tez-tez qəddar və soyqırım hərəkətləri ilə xarakterizə edilmişdir. Bütün müsəlman əhalisinin yalnız 10-15% -ni əhatə edən şiələr bu günə qədər sünni ərəb hakimiyyəti olan bir çox ölkədə öz dinlərini sərbəst şəkildə həyata keçirmək və ya mütəşəkkil bir məzhəb kimi təşkilatlanma hüququna malik olmayan marjinal bir cəmiyyətdir. == Tarixi zülm == === Əməvilər === Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (ə.s) Yezidin hakimiyyətini qəbul etməmişdi. Yezid miladi tarixlə 680-ci ildən sonra Hüseynin karvanını mühasirəyə almaq üçün minlərlə Üməyyə (Əməvi) qoşunlarını göndərdi. Kərbəla döyüşü zamanı Əməvi qoşunlarını altı günlüyünə sərəncamlarına buraxdıqdan sonra Hüseyn və onun yetmiş iki yoldaşı öldürüldü, başları kəsildi və Şamdakı xəlifəyə göndərildi. Bu yetmiş iki nəfər Hüseynin dostu və ailəsi idi.
Ələddin İncəli
Ələddin İncəli — Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Qazax rayon kino birliyinin direktoru kimi də fəaliyyət göstərib. == Həyatı == Ələddin İncəli (Ələddin Məhəmməd oğlu Həsənli) 1930-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1947-ci ildə Kəmərli kənd məktəbini bitirmişdir. 1951-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. == Fəaliyyəti == Ağdərə rayonunun Manikli kənd orta məktəbində dil=ədəbiyyat müəllimi və dərs hissə müdiri (1951-1954), 1954-cü ildən Qazax rayon qəzetində ədəbi işçi və şöbə müdiri (1954-1962) , "Kommuna yolu" qəzetində ədəbi işçi, "Göyəzən" qəzetində ədəbi işçi və məsul katib, Ağstafada "Qalibiyyət bayrağı" qəzetində kənd təsərrufati şöbəsinin müdiri (1962-1966) və redaktor müavini (1971-1991) vəzifələrində , sonralar Rayon partiya komitəsində təlimatçı , Maarif şöbəsində metodist, rayon kino birliyində direktor (1966-1971), M.V.Vidadi adına Qazax dram teatrında ədəbi hissə müdiri vəzifələrində çalışmışdır. Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Ədəbi yaradıcılığa 50-ci illərdə başlamışdır. Sovet hakimiyyəti illərində "Ceyran"(1970), "Gəl Kür qırağına"(1980) kitabları, "Gedin deyin Xançobana", "Əfsanə", "Nifaq alması" pyesləri, Müstəqillik illərində isə "Əlvida, XIX əsr (2001), Salam, üçüncü minillik (2002), "Ömür istə", "Ömrün illəri", "Babam buyurdu", "Mərdi- mərdanə", "Yetişdim 80-nə, Vətən", "söz incilərim", "Qarabağnamə", "O illər hanı", "Salam, İstanbul", "Yeddi güllə (nəşr), "Pyeslər", "Könül rübabım"(2014), "İllər, sizinəm"(2016) kimi şerlər toplusu nəşr olunmuşdur.
Bir gecəlik (mahnı)
Bir gecəlik — azərbaycanlı müğənni Aygün Kazımova və türkiyəli müğənni Gökhan Erolun mahnısıdır. Mahnının sözləri Leyli İsrafilovaya, musiqisi isə Gövhər Həsənzadəyə məxsusdur. Mahnını ilk öncə Gökhan Erol solo ifa etmişdir. Daha sonra Aygün Kazımova mahnını radioda dinləyir və özü şəxsən Gökhan bəyə müaciət edərək mahnını duet şəklində ifa edir.
Ava Çelik
Ava Çelik (1990, Berlin) — Alman aktrisa.
Ayla Çəlik
Ayla Çəlik (29 oktyabr 1973, İstanbul) — Türkiyəli müğənni və söz yazarı.
Mert Çelik
Mert Çelik (10 iyun 2000, İstanbul) bir azərbaycanlı futbolçu kimi oyanayır. Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu. == Kareyası == === Neftçi === 19 sentyabr 2020 ci ildə Neftçi Mert Çelik ilə müqavilə bağladı.
Sanem Çelik
Sәnәm Çәlik (türk. Sanem Çelik) — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. == Həyatı == Sənəm Çəlik 18 may 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbulun Üsküdar Rayonunda anadan olmuşdur. 1983-cü ildə İstanbul Universiteti Dövlət Konservatoriyası nəzdində Musiqi və Balet Məktəbində balet bölümünə qəbul olmuşdur. Bu təhsil müəssisəsində 11 təhsil alan Sәnәm Çәlik peşəkar "Çağdaş Bale Topluluğu"nun tərkibində bir çox balet tamaşasının səhnələşdirilməsində iştirak etmişdir.
Sənəm Çəlik
Sәnәm Çәlik (türk. Sanem Çelik) — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. == Həyatı == Sənəm Çəlik 18 may 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbulun Üsküdar Rayonunda anadan olmuşdur. 1983-cü ildə İstanbul Universiteti Dövlət Konservatoriyası nəzdində Musiqi və Balet Məktəbində balet bölümünə qəbul olmuşdur. Bu təhsil müəssisəsində 11 təhsil alan Sәnәm Çәlik peşəkar "Çağdaş Bale Topluluğu"nun tərkibində bir çox balet tamaşasının səhnələşdirilməsində iştirak etmişdir.
Çəlik (Marağa)
Çəlik — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandab qəsəbəsindən 25 km şimal-qərbdədir.
Çəlik (Qoşaçay)
Çəlik (fars. چليك‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,604 nəfər yaşayır (395 ailə).
Ömər Çelik
Ömər Çelik (15 iyun 1968, Adana) — türk jurnalist və siyasətçi. == Həyatı == Ömər Çelik 1968-ci ildə Adanada anadan olub. Çelik Qazi Universitetinin məzunudur. 3 dəfə Adanadan millət vəkili seçilən Çelik Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini olub.
Öykü Çəlik
Öykü Çəlik (13 iyul 1987-ci il) — Türkiyə aktrisası. == Həyatı == Öykü Çəlik 13 iyul 1987-ci ildə İstanbulda anadan olub. Boyu 1.70 metr, çəkisi 60 kq-dır. Öykü Çəlik göy rəngi çox sevdiyini bildirir, çünki onun gözləri də bu rəngdədir. Atası futbol məşqçisi olduğu üçün və ailəvi səbəblərdən 11 ildə düz 9 məktəb dəyişdirmişdir. O, ingilis dilini çox gözəl bilir və aktrisalıqdan başqa futbol, buz konkisi və digər idmanlarla maraqlanır. Öykü Çəlik Bilkənt universitetinin teatr fakultəsində oxumuşdur. Lakin o, ali təhsilini yarımçıq buraxmısdır. Səbəb isə odur ki, tələbik illəri zamanı bir maşın qəzası keçirməsidir. "Selena", "Eşref saatı", "Könülçələn" kimi seriallarda rol alan Öykü Çəlik "Nuri" serialında canlandırdığı Reyna xarakteriylə böyük maraq doğura bilmişdir.
Ərdal Çəlik
Ərdal Çəlik (1 yanvar 1988, Qaziantep, Türkiyə) — Azərbaycan əsilli türk futbolçu. == Həyatı == 1988-ci ildə Türkiyənin Qaziantep şəhərində anadan olan müdafiəçinin ata-babaları azərbaycanlıdı. == Karyerası == Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu 186 sm boyu var. Futbolçu Almaniyanın məşhur Bayern klubunun yetirəmisidi. 2007-ci ilə qədər bu klubda çıxış edən Ərdal daha sonra Regional Liqada Alemanniya (Aahen) və Bayern II-nin formasını geyinib. Daha sonra 3-cü liqa klubu Rot Ahlendə oynayıb. Onun son klubu Türkiyə Bank Asiya liqasında çıxış edən Bucaspor olub. Ötən mövsüm o, bu komandada 8 oyuna çıxıb. 2012-ci ildə Azərbaycanın Sumqayıt klubuna transfer olunub.