Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikahsız arvad
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Nizamsız ordu
Nizamsız ordu — bir ölkənin milli silahlı qüvvələrindən fərqli olan hər hansı qeyri-standart hərbi komponent. Terminə aid edilənlər olduqca müxtəlifdir. Bu, hərbi təşkilat növünə və ya istifadə edilən taktika növünə aid edilə bilər. Nizamsız hərbi təşkilat nizamlı hərbi təşkilatın bir parçası olmayan bir hərbi təşkilatdır. Standart hərbi birləşmə təşkilatı olmayan hərbi təşkilatları izah etmək üçün "trup", "qoşun", "dəstə", "qrup", "birləşmə", "banda" və ya "qüvvə" kimi daha ümumişlək sözlərdən də istifadə edilir. Nizamsızlar bu cür hərbi təşkilatların üzvü olan əsgər və ya döyüşçülərdir. Nizamsız müharibə adətən nizamsız hərbi təşkilatlar tərəfindən istifadə edilən taktikalardan ibarət müharibəyə deyilir. Buna böyükmiqyaslı döyüşdən yayınmaq və kiçik, gizli, vur-qaç münaqişələrə fokuslanmaq daxildir.
Silahsız Kuvvet
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
Kuzen nikahı
Kuzen nikahı (fr. cousin — əmioğlu, xalaoğlu, dayıoğlu, bibioğlu) — nikah formalarından biri. Qəbilə quruluşu dövründə dual təşkilatla əlaqədar idi. Kuzen nikahının iki əsas forması: əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı arasındakı nikah ortakuzen, dayıoğlu ilə bibiqızı, bibioğlu ilə dayıqızı arasındakı nikah isə krosskuzen nikah adlanır. Kuzen nikahı irsiyyət və sağlamlıq üçün çox zərərlidir. Kroskuzen nikahı tayfa quruluşu ailələrinə xasdır. Çünki o, iki ekzoqam tayfanın qarşılıqlı nikahına şərait yaradır. Tayfa münasibətləri dağıldıqdan sonra bu qalıq adəti kimi bu gün də mövcuddur. Xalaqızına nisbətən (tuareqlər), əmiqızı ilə olan ortokuzen nikahlar da tez-tez yaranır (ərəblər, malaqasilər, bantular, Dağıstan və Orta Asiya xalqları). Çünki o, əmlakı böyük ailə və ya patronomiya daxilində saxlamağa imkan yaradır.
Uşaq nikahı
Uşaq nikahı — UNICEF-in qərarına əsasən 18 yaşına çatmamış bir şəxslə qeyri-rəsmi birliyin ya da rəsmi bağlanmış nikahın olması. Bu zaman müxtəlif mədəniyyətlər və dinlərdə, müxtəlif xalqlarda və müxtəlif dövrlərdə hansı nikahın nə üçün çox erkən hesab edilməsi barədə bənzəməyən məlumatlar tapmaq olar. Müasir təsəvvürlərə görə uzun əsrlər boyu nikah tamamilə adi bir iş idi; din, qanun və adətlərə görə icazə verilirdi. İndi ayrı-ayrı ölkələrdə və regionlarda nikaha daxil olmanın qanunla müəyyən edilmiş minimal yaşı 18 yaşdan az təşkil edir; digərlərinə – 18 yaşdan əvvəl nikaha daxil olma valideynlərin icazəsi ilə, hamiləliklə bağlı və ya digər xüsusi hallarda icazə verilir; üçüncüsü – mədəni ənənələr və dini qayda-qanunlar rəsmi hüquq normalarından daha güclü ola bilər. XX əsrin sonu - XXI əsrin əvvəlində uşaq nikahları ən çox inkişaf etməkdə olan yoxsul ölkələrdə və aztəminatlı ailələrdə bağlanıb. Son mövcud məlumatlara görə, uşaq nikahı ən çox Afrikanın bəzi yerlərində, Cənubi, Cənub-Şərqi və Qərbi Asiya, Latın Amerikası və Okeaniyada yayılmışdır. Əksər yerlərdə uşaq nikahlarının faiz nisbəti mütəmadi olaraq azalır, amma Nigeriya, Çad, Mali, Banqladeş, Qvineya və Mərkəzi Afrika Respublikasında çox yüksək olaraq - 60%-dən yuxarı qalır. Ən erkən nikahlar kütləvi şəkildə Nigeriya, Çad, Banqladeş, Mali və Efiopiyada müşahidə olunur - evliliklərin 20%-dən çoxu 15 yaşından əvvəl baş verir (2003–2009-cu illərin tədqiqatlarına əsasən). Uşaq nikahlarının bağlanmasının səbəbləri arasında yoxsulluq, gəlinin satın alınması adəti və cehiz vermə, yerli mədəniyyət ənənələri, erkən nikahlara icazə verən qanunlar, dini və sosial təzyiqlər, dini qaydalar, yetkinlik dövründə ərə getməmək/evlənməmək qorxusu, savadsızlıq, qadınları ödənişli işlə təmin etməyin (mövcud olan və ya gözlənilən) qeyri-mümkünlüyünü qeyd etmək olar. Həm oğlanlar, həm də qızlar erkən yaşda nikaha daxil olurlar, amma azyaşlı gəlinlər daha çoxdur və onların əksəriyyəti ağır sosial-iqtisadi vəziyyətdə yaşayan ailələrin qızlarıdır.