Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nohəl Əliyev
Nohəl Əlqəmə oğlu Əliyev (13 avqust 1989; Füzuli rayonu, Azərbaycan SSR — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nohəl Əliyev 1989-cu il avqustun 13-də Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Nohəl Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nohəl Əliyev oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nohəl Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nohəl Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nohəl Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nohəl Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Noren
Noren (暖簾) – otaqda və ya girişdə asılan ənənəvi yapon pərdəsi. Müxtəlif ölçüləri və formaları mövcuddur. == Tarixi == Norenlər ilk dəfə Heyan dövründə istifadə olunmağa başlanmışdır. Belə ki, noren qışda istiliyi saxlamaq, yayda isə evi sərinləşdirmək üçün istifadə olunan alət idi. Muromaçi dövründən etibarən iş yerlərinin giriş hissəsini toz, topraq, pis qoxu və tüstüdən qorumaq üçün noren asılmağa başlanmışdır. Edo dövründə müştərilər restorandan çıxarkən əllərini norenə sürtüb təmizləyirdilər. Noren nə qədər çirkli idisə, restoran bir o qədər yaxşı və bol müştərisi olan restoran hesab olunurdu. Noren üzərindəki simvollarla birlikdə dükkan sahibi üçün reputasiya simvoluna çevrilmişdir. Dükkan işçisi öz dükkanını açarkən çalışırdı ki, keşmiş iş yerinin mötəbərə norenindən istifadə etsin. Dükkan sahibinin bu icazəni verməsi həm işçi üçün fəxr hesab olunurdu, həm də işçi ilə dükkan sahibi arasındakı əlaqəni təmsil edirdi.
Azra Kohen
Azra "Akilah" Kohen (nikahdan əvvəl soyadı Sarızeybek; 1979, İzmir, Türkiyə) türk yazıçısıdır. İlk kitabı Fi Akilah təxəllüsü ilə nəşr edildikdən sonra ikinci və üçüncü kitabları – Çi və Pi Akilah Azra Kohen adı ilə nəşr olundu. Fi, Çi, Pi trilogiyasından sonra 2017-ci ildə fantastik realizm janrında Aeden və 2019-cu ildə tarixi məzmunu ilə yenidən bestseller olmağı bacaran Gör Məni romanlarını nəşr etdi. == Erkən həyat və karyera == Azra Kohen "Azra Sarızeybek" adı ilə 1979-cu ildə İzmirdə anadan olub. İstanbul Universiteti Ünsiyyət fakültəsinin Radio, Televiziya və Kino ixtisasını bitirdikdən sonra Kanadanın Ottava Universitetində iqtisadiyyat təhsili alaraq təhsil həyatını davam etdirib. Azra Kohen Liverpul Universitetində tətbiqi psixologiya üzrə magistr dərəcəsini bitirib. O, müsahibəsində təhsilə baxışını "Biz bu dünyaya öyrənmək üçün gəlmişik" sözləri ilə ifadə edib. İngilis və İtalyan dillərini bilir. Onun yazdığı "Fi", "Çi" və "Pi" hekayə silsiləsi trilogiyası qısa müddətdə diqqət çəkdikdən sonra "Fi" adı ilə internet serialına uyğunlaşdırılıb. 2017-ci ilin dekabr ayında yazıçı Azra Kohen Radio Traffic Marmara-da iştirak etdiyi Müəllifin Dilindən adlı radio proqramında Gör Məni və Dinlə Məni adlı iki yeni kitab yazmağa başladığını açıqladı.
Rotem Cohen
Rotem Cohen (ivr. ‏רותם כהן‏‎; 30 aprel 1980, Lod, Mərkəz dairəsi) — Latın dilindən ilham alaraq musiqi və ritmlər yaradan İsrail müğənnisi, mahnı müəllifi və bəstəkardır.Cohen, tanınmış sənətçilər üçün bir çox hit yazıb və bəstələyib, 2012-ci ildə Eyal Golanın bəstələdiyi "Zaman başqa" mahnısı ilə "ACUM" mükafatını qazandı. 2015-ci ildə bir sənətçi olaraq bu dəfə "İlin Müğənnisi" mükafatını qazanıb.
Nomen nudum
Nomen nudum — növün elmi jurnalda çap edilmədiyi üçün elmi ad sayılmayan adıdır.
Yossi Kohen
Yossi Kohen (ivr. ‏יוסי כהן‏‎; 10 sentyabr 1961, Qüds) — İsrail dövlətinin təhlükəsizlik xidməti olan Mossadın 12-ci direktorudur. == Həyatı == Yossi Kohen 1961-ci ildə Qüds şəhərində anadan olmuş, Katamon məhəlləsində böyümüşdür. Atası Leo İsrail dövlətinin qurulmasından əvvəl bu dövlətin yaranması uğrunda mübarizə aparan İrqun təşkilatının üzvü olmuşdur. İngilis, fransız, ərəb dillərində də sərbəst danışa bilən Kohen 1982-ci ildən etibarən Mossad üzvüdür. 30-dan çox əməliyyatda birbaşa iştirak edib və buna görə İsrail Müdafiə mükafatını almışdır.
Əli Kohen
Eliyahu Ben Şaul Kohen (ivr. ‏אֱלִיָּהוּ בֵּן שָׁאוּל כֹּהֵן‎‏‎; ərəb. إيلياهو بن شاؤول كوهين‎‎‎; 6 dekabr 1924, İsgəndəriyyə – 18 may 1965, Dəməşq) — Daha çox Əli Kohen adı ilə tanınmışdır. İsrail xüsusi xidmət orqanı Mossadın cəsusu. 1961-1965-ci illərdə Suriyada casusluq fəaliyyətləri ilə məşğul olmuş, Suriyanın siyasi və hərbi iyerarxiyası ilə sıx əlaqələr yaratmışdır. Suriya Müdafiə Nazirinin baş məsləhətçi vəzifəsinə qədər yüksəlmişdir. Suriyanın əks-kəşfiyyat orqanları tərəfindən fəaliyyəti 1965-ci ildə üzə çıxarılmışdır. Hərbi məhkəmə tərəfindən Suriya əleyhinə cəsusluqda günahlandırılaraq, 1965-ci ilin 18 may tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində kütlənin qarşısında edam edilmişdir. Əli Kohen, Dəməşqdə cəsus kimi fəaliyyət göstərdiyi 4 il ərzində Mossada çox önəmli məlumatlar ötürmüş və həmin məlumatlar Altı günlük müharibə zamanı xüsusi ilə Colan təpələrinin işğal olunmasında istifadə olunmuşdur. İsrail dövləti cəsusun qalıqlarını bir necə dəfə Suriya hökumətindən almağa çalışsa da, Əli Kohenin cəsədini geri qaytarmaq mümkün olmamışdır.
Nohur
Nohur (rus. пруд, ing. pond, pool) — sahəsi 1 km²-dən böyük olmayan süni su hövzəsi, kiçik çay dərələrində, qobularda, yarğanlarda qazma və bənd tikmə yolu ilə yaradılır. Səth və ya yeraltı sularla dolur. Nohur su təchizatı, suvarma, balıqyetişdirmə və su quşlarının çoxaldılması üçün, eləcə də sanitar və idman məqsədilə yaradılmış süni su hövzəsidir.
Nonan
Nonan (C9H20) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Noyon
Noyon — Monqolustanda dünyəvi feodal. Noyon - Monqol ordusunda yüksək rütbəli başçı. == Mənbə == İ.Zeynalov. İzahlı tarix terminləri lüğəti. Bakı, "Azərnəşr", 2006, 284 səh.
Zohan
Zuhan — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Zuhan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 707 nəfər və 233 ailədən ibarət idi.
Əhən
Əhən — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhən kənd İƏD üzrə nümayəndəlik 4 kənddən Əhən, Qoydan, Ximran və Duvaryan kəndlərindən ibarətdir. Ümumi ərazisi 3661.86 ha təşkil edir. 134.70 ha dövlət mülkiyyətində saxlanılan torpaqlar, 273.77 ha xüsusi mülkiyyətə verilmiş torpaqlar, 3253.39 ha isə bələdiyyə mükiyyətinə verilmiş torpaqlardır. Nümayəndəlikdə olan əhalinin ümumi sayı 690 nəfərdir ki, cins tərkibi etibari ilə 328 nəfər kişilər, 362 nəfər qadınlardan ibarətdir. Nümayəndəliyin mərkəzi Əhən kəndi, rayon mərkəzindən 39 km şərqdə, Girdiman çayının sol sahilindən 3 km aralı, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) şimal ətəyində, Lahıc çökəkliyində, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə, Böyük Qafqaz dağlarının Qovdağ silsiləsinin qərb yamaclarında yerləşir. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Kəndin əhalisi 519 nəfərdir. Kəndin əhalisi əsasən heyvandarlıq, əkinçilik, taxılçılıq və meyvəçiliklə məşğul olur.
Baycu noyon
Baycu noyon (təq. 1201, Böyük Monqol imperiyası – 1260) — Besut ulusundan monqol sərkərdəsi. == Həyatı == Baycu noyon Hülaku xanın sərkərdəsi idi. Tümənbəyi sayılırdı. 30 min qoşunla Sivasda Səlcuqlulara qalib gəldi. Baycu noyon 1261-ci ildə Hülaku xan tərəfindən öldürüldü. == Ailəsi == Baycu noyonun Adak noyon adlı oğlu vardı.
Cebe noyon
Cebe noyon (Чжебе monq. "Cebe", "Ox", yaraq; adı — Cirqoaday aka; 1181, Monqolustan – 1225, Ukrayna) — Monqol minbaşısı, Çingiz xanın silahdaşı. == Həyatı == Cebe noyon Monqol ulusunun Besut/Yesut oymağından çıxmışdı. Monqolların Azərbaycana birinci yürüşü 1220–1222-ci illərdə baş vermişdi. Həmin yürüşdə monqollara Cebe noyon və Sabutay bahadur (1210–1225) başçılıq etmişdi. Cəbə və Sabutay bahadurın başçılıq etdiyi monqol ordusu Azərbaycana soxulub Zəncan, Ərdəbil, Sərab və Təbriz şəhərlərini ələ keçirərək qarət etdi1-ci yürüşdə monqolların Təbrizə 3 dəfə hücum çəkməsinə baxmayaraq, şəhər hər dəfə xərac verməklə qarətdən xilas oldu. Gəncə əhalisidə bu cür taktikanı seçdi və şəhər qarət olunmadı. Monqollar 1222-ci ildə Dərbənddən keçərək şimal istiqamətində geri qayıtmağı qərara aldılar.Onlar 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qalib gəldilər,lakin İdilboyunda bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar. == İbn əl-Əsir Cebe noyonun yürüşü haqda == Çin ətrafında çıxmış bir qövm Qaşqar və Balasaqun kimi Türkistan vilaləytlərinə gəldilər. Sonra oradan Səmərqənd, Buxara və qeyri Mavəraunnəhr şəhərlərinə getdilər və oraları alıb gələcəkdə söyləyəcəyimiz işləri gördülər.
Conatan Nolan
Conatan Nolan (ing. Jonathan Nolan; 6 iyun 1976, London) — Britaniya-Amerika senaristi və prodüseri. CBS telekanalının efirində yayımlanan "Person of Interest" (2011–2016) serialının yaradıcısıdır. O, həyat yoldaşı Lisa Coy ilə birgə yaratdığı HBO-nun "Westworld" serialına görə də məşhurdur. Böyük qardaşı rejissor Kristofer Nolandır.
Cormaqon Noyan
Çormoqun noyon (v. 1240-cı illər) — Sunit ulusundan Çingiz xanın qorçusu. == Həyatı == == Ailəsi == Çormoqun noyonun Siramun noyon, Borak noyon adlı oğlanları vardı.
Cəlmə noyon
Cəlmə noyon (?-?) — Böyük Monqol imperiyasının sərkərdələrindən biri. == Həyatı == Uryanxay oymağından Çarçıday dəmirçinin oğlu idi. Atası onu götürüb Çingiz xanın yanına getdi. Xan onu keşik dəstəsinə götürüb tez bir zamanda yüksəltdi. Xanın 4 sadiq dostundan biri idi. == Ailəsi == Cəlmə noyonun Yisun Təvə adlı oğlu vardı. O, Çingiz xanın yayçılarının başçısı idi.
Ivan Bohun
İvan Bohun (ukraynca; Iван Богун, polyakca; Iwan Bohun; 1618, Bratslav[d] – 27 fevral 1664, Novhorod-Siverskyi[d]) — Ukrayna kazaklarının polkovniklərindən biri. 1654-1667-ci illər arasında Polşa-Litva İttifaqının Rus Çarizmi ilə müharibəsində Polyaklarla birlikdə iştirak etmişdir. İvan Bohunun ölümü hər il Lvovda xatırlanır.
Johan Hegg
Johan Hegg (29 aprel 1973, Stokholm) — İsveçli rokçu. Amon Amarth qrupunun vokalisti. == Həyatı == 29 aprel 1973-cü ildə İsveçin paytaxtı Stokholmda doğulub. Hal-hazırda fəaliyyətini davam etdirir.
Kristofer Nolan
Kristofer Edvard Nolan (ing. Christopher Edward Nolan; 30 iyul 1970[…], London) — Böyük Britaniya və ABŞ rejissoru. == Həyatı == Kristofer Nolan son dövrlərdə Hollivuddan çıxan azsaylı fərqli rejissorlardandır. Nolan ilk öncə ssenariləri yaxşı işləyir, sonradan isə filmlərdə öz məharətini göstərir. Bu filmdə dövrün ab-havasını çox gözəl yaradıb. Kristofer Nolan 1970-ci il iyulun 30-da İngiltərənin paytaxtı London şəhərində anadan olmuşdur. Kiçik yaşlarından film çəkməyə marağı olan Nolan, atasının ona video-kamera alması ilə bu hobbisinin artıq daha real olmasını istəyir. Nolanın ilk fimi 1997-ci ildə reallaşdırığı qısa-metrajlı Doodlebug filmi olur. Nolan bu filmi ilə Hollivudda gələcək vəd edən rejissor kimi tanınmağa başlayır. Filmdə qismən fantastik məcrada psixoloji gərginliyi düzgün əks etdirən Nolan, sonda verdiyi mesaj ilə filmin yekununu süjetə tam uyğun şəkildə ifadə edir.
Lauren Cohan
Loren Koen (ing. Lauren Cohan; 7 yanvar 1982, Çerri-Hill, Nyu Cersi) — amerikalı-britaniyalı aktrisa və model. AMC telekenalında yayımlanan "Gəzən ölülər" serialındakı Meqqi Qrin personajı ilə tanınma qazanmışdır. O, 2023-cü ildən etibarən "The Walking Dead: Dead City" serialında öz rolunu yenidən ifa edir. Loren həm də "Fövqəltəbii", "Vampirin gündəlikəri" və "Çak" seriallarına çəkilmişdir. == Həyatı == Loren Koen 7 yanvar 1982-ci ildə Nyu-Cersi ştatının Çerri-Hill şəhərində anadan olmuşdur. Atası amerikalı, anası isə şotlanddır. O, 13 yaşına qədər Nyu-Cersidə böyümüşdür. Gənc yaşlarında anasının vətəni olan Böyük Britaniyaya, Surreyə köçmüşdür. Loren həm də bir il Corciya ştatında yaşamışdır.
Lindsey Lohan
Lindsey Lohan (2 iyul 1986, Bronks, Nyu-York ştatı) — ABŞ aktrisası, model və musiqiçi. == Həyatı == Lindsay Lohan 2 iyul 1986-cı ildə Nyu-York şəhərinin, Bronks bölgəsində dünyaya gəlib, ailənin ilk uşağıdır.13 yaşından bəri modellik karyerasına başlayıb. Toys "R" Us, Calvin Klein, Abercrombie kimi bir çox məşhur firmaların siması olub.60-dan çox reklam filmində rol alıb.1996-cı ildə "Another World" adlı serialda rol alıb. Aktrisalıqdan əlavə musiqi karyerasına da sahibdir.50 Cent, Timbaland, Snoop Dogg və Pharrell Williams kimi bir çox prodüserlərlə birgə, musiqi karyerasında yeniliklər edib. İlk dəfə işıq üzü görək albomu – "Speak" 2004-cü ildə yayımlanmışdır. Daha sonra ikinci albomu – "A Little More Personal (Raw)" 2005-ci ildə işıq üzü görüb. Rumors, Over, First, I Live for The Day Bossy kimi sinqlların ifaçısıdır.
Lindsi Lohan
Lindsey Lohan (2 iyul 1986, Bronks, Nyu-York ştatı) — ABŞ aktrisası, model və musiqiçi. == Həyatı == Lindsay Lohan 2 iyul 1986-cı ildə Nyu-York şəhərinin, Bronks bölgəsində dünyaya gəlib, ailənin ilk uşağıdır.13 yaşından bəri modellik karyerasına başlayıb. Toys "R" Us, Calvin Klein, Abercrombie kimi bir çox məşhur firmaların siması olub.60-dan çox reklam filmində rol alıb.1996-cı ildə "Another World" adlı serialda rol alıb. Aktrisalıqdan əlavə musiqi karyerasına da sahibdir.50 Cent, Timbaland, Snoop Dogg və Pharrell Williams kimi bir çox prodüserlərlə birgə, musiqi karyerasında yeniliklər edib. İlk dəfə işıq üzü görək albomu – "Speak" 2004-cü ildə yayımlanmışdır. Daha sonra ikinci albomu – "A Little More Personal (Raw)" 2005-ci ildə işıq üzü görüb. Rumors, Over, First, I Live for The Day Bossy kimi sinqlların ifaçısıdır.
Mariya Bohun
Mariya Bohun (ing. Mary de Bohun; təq. 1369 – 4 iyul 1394, Piterboro qəsri[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı IV Henrinin ilk xanımı və V Henrinin anası. Əri onun vəfatından sonra İngiltərə taxtına çıxdı və bu səbəblə Mariya heç vaxt İngiltərə kraliçası ola bilmədi. == Həyatı == Herford qrafı Hemprey Bohun və xanımı Yuanna Fitzalanın qızı olan Marqarita ana şəcərəsindən Uels monarxlarının sülaləsindən gəlir. O və bacısı Elyanora atasının önəmli mülklərinin varisi idi və bu səbəblə kiminlə evlənəcəkləri mühüm problemə çevrilmişdi. Bacısı Elyanora III Eduardın kiçik oğlu Tomasla evləndi. Ancaq Tomas xanımının mirasının bölüşdürülməməsi üçün baldızını rahibə olmağa və kilsəyə qapanmağa məcbur edirdi. Gentli Conla müttəfiq olan xalasının köməyilə Tomasın yanından qaçdı və Arundel qalasına sığındı. Daha sonra bu qalada Gentli Conun oğlu Henriylə evləndi.
Mulay noyon
Mulay noyon (?-1313) — Qara tatar ağası, elxanlı sərkərdəsi. == Həyatı == Mulay noyon Diyarbəkr valisi təyin edilmişdi. Abaqa xanın əmiri idi.
Sabit Noyan
Mehmet Sabit Noyan (30 Mart 1877, İstanbul - 1967), türk əsgəri. Ömər Faiq Bəyin oğludur. 14 dekabr 1902-ci ildə Hərbi Akademiyaya daxil oldu. Hərbi Akademiyanı leytenant rütbəsi ilə 27 may 1905-ci ildə bitirmişdir. 26 sentyabr 1905-ci ildə baş leytenant oldu. 1 sentyabr 1908-ci ildə Hərbi Akademiyanı Mümtaz Kapitan olaraq bitirdi. Balkan və I. Dünya Müharibələrində iştirak etmişdir . 19 Avqust 1914-də mayor rütbəsinə yüksəlmişdir. 8 yanvar 1914-cü ildə Müstəqil 22. Hicaz Diviziyasının Heyətinə, 8 İyul 1915-ci ildə 22-ci Ordu Korpusuna təyin edildi.
Samaqar noyon
Samaqar noyon (XIII əsr – 28 yanvar 1296) — Qara tatar ağası, Abaqa xanın (1234–1282) sərkərdəsi. == Həyatı == Samaqar noyon Rum valisi təyin edilmişdi. Onun Ərəb ağa adlı oğlu vardı.
Sulamiş noyon
Sulamiş noyon Adak noyon oğlu (?-1299)—Besut ulusundan elxanlı sərkərdəsi. == Həyatı == Sulamiş noyon tanınmış sərkərdə idi. Ünlü bir ailədən çıxmışdı. Atası Adak noyon, babası Baycu noyon Elxanilər dövlətinin adlı-sanlı sərkərdələri idilər. O da bir çox döyüşlərdə özünü tanıtmışdı. Elxanlı taxtında əyləşən Qazan xan, qarşılarında heç cür bacarıqlı olmadıqları Məmlüklərə qarşı cavab vermək üçün 1298-ci ildə Diyarbəkri işğal etdi. Bu sırada Məmlüklər, türkmənlərlə bərabər Maraşı ələ keçirdiler. Daha sonra Hələbdəki Məmlük əsgərləri Sisi vurdu. Buna görə Qazan xan onlara qarşı Suriyaya yönəldi və öncəki Rum valisi Sulamiş ibn Əfak (Üvək) bin Baycu ət-Tatariya bu səfərə qatılmasını əmr etdi. Ancaq Sulamiş bu əmrə tabe olmadı və Qazan xana qarşı üsyan bayrağı açdı (1298).
Aahen
Aaxen (alm. Aachen‎) — Almaniyanın qərbində Şimali Reyn-Vestfaliya vilayətində, Hollandiya və Belçika ilə sərhəd bölgədə yerləşən bir şəhərdir. Əhalisi 258.380 min (2009) nəfərdir. Şəhərdə əsas texiniki universitetlərdən biri olan "Rheinisch-Westfälische Technische Hochschule" yerləşir. == Tarixi == Axen eramızın 1-ci əsrinə aid Qədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. 8-ci əsrin sonunda Frank imperiyasının paytaxtı, orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur. Axen 1170-ci ildə birinci, 1330-cu ildə isə ikinci qala divarları (dövrümüzədək 4 bürc və 2 darvaza qalmışdır) ilə möhkəmləndirilmişdir. 1562-ci ildə kralların tacqoyma mərasimi Frankfurt-Mayn şəhərinə köçürüldükdən sonra tənəzzülə uğramışdır. 1794-cü ildə fransızlar tərəfindən işğal olunan Axen Vyana konqresinin qərarı ilə Prussiyanın ərazisinə qatılmışdır (1815). 1871-ci ildən Almaniyanın tərkibindədir.
Behen
Bofen
Bofen (fr. Beaufin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38031. Kommunanın 1999-cı il üçün əhalisi 27 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 744 ilə 2080 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənubda, Qrenobldan 50 km cənub-şərqdə yerləşir.
Domen
Domen — veb saytınızın internetdəki adı və ünvanıdır. Bu ünvan olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər. 1985-ci ildə ilk funksional domenlər yaradılmışdır. Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir. 15 mart 1985-ci ildə dünyada qeydiyyatdan keçmiş ilk domen – “Symbolics.com” İnternetdə istifadəyə verilmişdir. Bu domen kompüter sənayesinin pioneri, “Open Genera Lisp” və “Macsyma” kompüterlərinin istehsalçısı olan “Symbolics” şirkətinə məxsus idi. Domen ip ünvanı adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Məsələn az.wikipedia.org yazdığınızda internet öncə bunu ip ünvanına çevirir sonra isə sizi bu ip ünvanına yönləndirir. Veb saytınızı ziyarət etmək istəyənlərin ip ünvanınızı bilmələri çətin olacağı üçün domen alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 91.198.174.192 ip ünvanı az.wikipedia.org saytına aiddir.
Döhnə
Döhnə (fars. دهنه‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 92 nəfər yaşayır (31 ailə).
Köhlən
Köhlən (at)
Qouen
Qouen — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın şimalında, Karl Aleksandr adası ilə Qoqenloe adası arasında yerləşən Trininqen boğazında yerləşir. Uzunluğu 1,5 km, eni 150–200 metrdir. Seçilən hündürlüyü yoxdur. Ada Rusiya İmperiyasının artilleriya kapitanı Otto Xoven.
Behen güləvəri
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Boden (göl)
Boden (alm. Bodensee‎) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Boden gölü
Boden (alm. Bodensee‎) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Centaurea behen
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Conen dağı
Conen dağı – Yaponiyada dağ.
Coren şəlaləsi
Coren şəlaləsi (浄蓮の滝, Jōren no taki) – Yaponiyanın Şizuoka prefekturasının İzu şəhərində yerləşən şəlalə. İzu yarımadasının mərkəzində, Kano çayı üzərində yerləşir. Şizuoka Prefektura Təbiət Abidəsidir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. Yapon folkloruna görə Coren şəlaləsində başdan çıxarıcı əfsanəvi qadın olan Coroqumo yaşayır.
Diter Bolen
Diter Bolen (alm. Dieter Günter Bohlen‎, 7 fevral 1954[…]) – Alman pop ifaçı, Modern Talking duetinin iştirakçısı. == Həyatı == Diter Bolen 1954-cü ildə Almaniyada Hamburq şəhərində anadan olmuşdur. 1978-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. İqtisadiyat üzrə diplom qazanır. Diter müxtəlif qqruplara prodüserlik edir. 1984-cü ildə Diter Bolenin Tomas Anders ilə əmdaşlığı nəticəsində məşhur Modern Talking (səslənməsi:"Modern Tokinq") qrupu yaranır. 1986-cı ildə onlar arasında mübahisə yaranır. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasınd əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi.
Dofen (kommuna)
Dofen (fr. Dauphin, oks. Daufin) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Forkalkye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04068. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 787 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 513 nəfər (15-64 yaş) arasında 349 nəfər iqtisadi cəhətdən fəal, 164 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.0%, 1999-cu ildə 67.6%). Fəal olan 349 nəfərdən 308 nəfəri (174 kişi və 134 qadın), 41 nəfəri işsizdir (15 kişi və 26 qadın).
Dolen zirvəsi
Dolen zirvəsi (bolq. връх Долен, 'Vrah Dolen' \'vr&h 'do-len\) — Antarktidanın Qreyam Torpağının Nordenskyöld sahilindən şimal-qərbdə yerləşən, 800 m hündürlüklü qaya zirvəsidir. Zirvə Albone buzlağından qərbdə yerləşmişdir. Zirvə cənub-qərbi Bolqarıstanda yerləşən Dolen şəhərinin adını daşıyır. == Yerləşməsi == Dolen zirvəsi 64°19′11″ c. e. 59°38′31″ q. u. koordinatlarında yerləşmişdir. Laki zirvəsindən 14.3 km cənub-qərbdə, Kletrak zirvəsindən 6.1 km şimalda, Treyv zirvəsindən 13.74 km cənub-şərqdə, Kopriva zirvəsindən 10.38 km cənub-şərqdə yerləşmişdir.
Domen (dəqiqləşdirmə)
Domen
Domen (tarix)
Domen — feodalizm dövrünə aid anlayış. == Ümumi anlayış == Feodalın torpaqları iki hissəyə bölünürdü: domen-yəni ata mülkü, şəxsi mülkiyəti, və idarəsi altında olan ərazilər. Məsələn fransız krallarının özəl mülkləri İl de-Frans sayılırdı. Öz domenindən başqa, onun bütün ölkədə ərazisində bəzi ali hüquqları da vardı (hərbi komandanlıq, məhkəmə bannı və başqa). Müsəlman aləmində bunlara xass (hökmdarın öz torpaqları) torpaqlar deyilirdi, digər torpaqlar divan (dövlətin torpağı) adlanırdı. Rusiyada buna (opriç) deyilirdi.