Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Demoqrafik partlayış
Demoqrafik partlayış — sosial-iqtisadi və ekoloji həyat şəraitinin dəyişilməsilə növün fərdlərinin, o cümlədən əhalinin kəskin artması. == Ümumi məlumat == Demoqrafik partlayış əhalinin sayının durmadan artması yarandığı vaxtdan bəşəriyyət üçün xasdır. Eramizin əvvəlində planetdə əhalinin sayı 180 milyona yaxın idi, 1500-cü ildə onun sayı 425 milyon nəfərə çatdı. == Səbəbləri == Tarixçi-demoqraf Aydın Məmmədov yazır ki, tarixi baxımdan demoqrafik artım bioloji cəhətdən yox, qanunauyğunluq nöqteyi-nəzərincə qiymətləndirilir. Burada bir neçə dövr fərqləndirilir. Birinci dövr neolit dövrü adlanır. Bu dövr aşağı səviyyədə doğum, yüksək səviyyədə ölümlə fərqlənirdi. Bu dövrdən sonra ikinci dövrdə sosial-iqtisadi şərait dəyişmiş və əhalinin yüksək doğum və yüksək ölümlə səciyyələnən təkrar istehsalı baş vermişdir. Üçüncü dövr əhalinin təkrar istehsalı aşağı səviyyədə doğum və aşağı səviyyədə ölüm prinsipi üzrə baş vermişdir. İndiki dövrün özünəməxsus xüsusiyyəti yüksək iqtisadi, elmi-texniki, mədəni sürətinin çox aşağı və bəzən sıfıra yaxınlaşmasından və əksinə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə əhali sayının çox sürətlə (demoqrafik partlayış) artmasından ibarətdir.
Demoqrafik siyasət
Demoqrafik siyasət - dövlət orqanları və digər sosial institutlar vasitəsilə əhalinin artımının nizama salınması sahəsində məqsədyönlü fəaliyyətə əsaslanan, əhalinin sayı və strukturu dinamlkasını sabit saxlamağa və ya dəyişdirməyə xidmət edən siyasət. == Məqsəd və vəzifələri == Demoqrafik siyasət doğum sayı, nikahlılıq, boşanma, əhalinin yaş strukturu və onun ölüm miqdarına təsir edən siyasətdir. Geniş mənada demioqraflk siyasəti bəzən əhalinin artması ilə eyniləşdirilir, dar mənada isə onun tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. O, sosial və iqtisadi siyasətlə bağlı olsa da, özünəməxsus xüsusiyyətlərə də malikdir. Demoqrafik siyasətin obyekti kimi ölkələr, onların ayrı-ayrı bölgələri və eləcə də əhalinin ayrı-ayrı qrupları (koqortası - biriəşmiş dəstəsi) da çıxış edə bilər. Demoqrafik siyasət, əsasən müxtəlif tədbirlər kompleksinə əsaslanır; iqtisadi, inzibati-hüquqi, tərbiyəvi və təbliğati. Əsasən doğum sayının stimullaşdınlmasına yönəldilən iqtisadi tədbirlərin siyahısına ödənilən məzuniyyət və uşaqların doğulması zamanı müxtəlif müavinətlər, ailənin sayından, yaşından və tərkibindən asılı olaraq uşaqlara verilən müavinət - proqressiv şkala üzrə müxtəlif borclar, kreditlər, vergi və mənzil güzəştləri və s. aiddir. İnzlbati-hüquqi tədblrlər nikaha daxil olma yaşını, boşanmanı, abortlar və kontraseptlərin qəbuluna münasibəti, ailənin dağılması zamanı ananın və uşaqlann əmlak vəziyyətini, işləyən qadınların iş rejimini və s. nizama salan qanunverici aktları birləşdirir.
Holoqrafik şahmat
Dejarik, həmçinin holoqrafik şahmat (ing. holographic chess) və ya holoşahmat (ing. holochess) — "Ulduz müharibələri" kosmik opera franşizasında yer almış, holoqrafik fiqurlardan istifadə edən uydurma stolüstü oyun. Bu, damalı taxtada oynanıldığından, burada hər bir fiqurun xüsusi hərəkət və hücum üsulu olduğundan və fiqurlar rəqibin tutduğu xanaya düşdüyü halda digər fiquru oyundan ixrac etdiyindən bəziləri tərəfindən Yerdəki şahmatın bu kainatdakı qarşılığı kimi təsvir edilmişdir. İllər ərzində dejarik üçün bir neçə rəsmi və qeyri-rəsmi replikalar hazırlanmışdır. 2021-ci ildə olan məlumata görə, oyun üçün heç bir rəsmi qayda dəsti buraxılmamışdır. Bunun əvəzinə oyun üçün əsasən azarkeşlər tərəfindən hazırlanmış bir sıra müxtəlif qaydalar dəsti mövcuddur. Oyunda istifadə olunacaq fiqurların sayı belə bəlli deyil, lakin bunun ən məşhur versiyasında səkkiz fiqurdan istifadə edilir. Oyun 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində "Millennium Falcon" kosmik gəmisindəki səhnədə debüt etmişdir. Dejarik fantastik əsərlərdə holoqramların, üçölçülü qrafik və artırılmış reallıq texnologiyalarının klassik, erkən nümunələrindən biri kimi tanınır.
Topoqrafik xəritə
Topoqrafik xəritə — iri miqyasda tərtib olunan coğrafi xəritə. Xəritə vərəqində kartoqrafik təsvirin, əlavə məlumatların və başqa elementlərin yığcam şəkildə yerləşdirilməsinə xəritənin kompanovkası deyilir. Obyektlər topoqrafik xəritələrdə aşağıdakı kimi müxtəlif rənglərlə və işarələrlə təsvir olunur: Su obyektləri – hidroqrafik obyektlər (göllər, su anbarları, sahil xətləri, çaylar, kanallar, bulaqlar və s.) mavi rənglə; Bitki örtüyü yaşıl rənglə (hətta meşənin çeşidi (qurumuş, cavan və s.) tərkibi (enli iynəyarpaq) şərti işarələrlə, meşədə üstünlük təşkil edən ağacların adı isə ixtisarla verilir); Qrunt işarələri topoqrafik xəritələrdə bataqlığın, şoranlığın və qumluqların şərti işarələri ilə göstərilir. Yaşayış məntəqələri - şəhər, qəsəbə, kəndlər daimi və müvəqqəti yaşayış yerlərinə bölünməklə təsvir olunur. Yollar və rabitə vasitələri topoqrafik xəritələrdə xətti və miqyassız şərti işarələrlə təsvir olunur. Relyef horizontallarla təsvir olunur. == Topoqrafik xəritələrin növləri == Məzmunu, müfəssəlliyi və həndəsi baxımdan yüksək dəqiqliyi ilə fərqlənir. Topoqrafik xəritə icmal topoqrafik, xüsusi (həqiqi) topoqrafik və topoqrafik planlara bölünür: Kiçik miqyaslı topoqrafik xəritə - 1:1000000, 1:500000, ikinci qrupa 1:200000, 1:100000 Orta miqyaslı topoqrafik xəritə1:500000, 1:25000 İrimiqyaslı Topoqrafik xəritə 1:10000, 1:5000 həm də bu xəritələr 1:2000, 1:1000, 1:500 miqyaslı xəritələr aid edilir.Topoqrafik xəritənin coğrafi məzmununa bütün təbii və sosial iqtisadi obyektlər daxildir. Bütün obyektlər qəbul edilmiş şərti işarələrlə göstərilir. Topoqrafik xəritədən xalq təsərrüfatında, elmi işlərdə və hərbi məqsədlə istifadə olunur.
Oroqrafik okklüziya
== Oroqrafik okklüziya == Oroqrafik okklüziya (oroqrafik və lat. occhusio-qapanmaq, gizlənmək)-hərəkət edən soyuq atmosfer cəbhəsinin hər hansı bir oroqrafik maniyəni (məsələn, dağ silsiləsini) yanlardan keçib, sonradan arxada soyuq cəbhənin hər iki qolunun yenidən birləşməsi prosesinə deyilir.
Oroqrafik qar xətti
== Oroqrafik qar xətti == Oroqrafik qar xətti-relyef şəraiti ilə əlaqədar olaraq, yayda yamacların çuxur, çökək sahələrində və kölgə yerlərində əriməyib qalan daimi qarın və fim sahələrinin yayılmasının aşağı sərhədinə deyilir. Oroqrafik qar xətti iqlim qar xəttindən bir neçə yüz metrədək aşağıda yerləşə bilər.