Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çeçen naxarı
Naxar (çeç. Нахар; Náxar) — 1991 — 2007 illərdə mövcud olmuş tanınmayan müstəqil İçkeriya Respublikasının valyutası. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Adaptiv neyro-qeyri səlis çıxarış sistemi
Adaptiv neyro qeyri-səlis çıxarış sistemi (ing. Adaptive neuro fuzzy inference system)— Takagi Sugeno qeyri-səlis çıxarış sisteminə əsaslanan süni neyron şəbəkənin növlərindən biri. Bu üsul 1990-cı illərin əvvəllərində inkişaf etdirilib. Həm neyron şəbəkələr, həm də qeyri-səlis məntiqin prinsiplərini özündə birləşdirəndən sonra, bu sistem vahid quruluşda hər ikisinin üstünlüklərini almaq üçün potensiala malik oldu. Onun çıxarış sistemi yaxın qeyri-xətti funksiyalar üçün öyrənmə qabiliyyətinə malik olan qeyri-səlis ƏGƏR-ONDA qaydalarının (İF-THEN) məcmusuna uyğundur. Deməli, ANFİS universal qiymət təyin edən sayılır. ANFIS-in daha səmərəli və optimal şəkildə istifadəsi üçün, genetik alqoritm vasitəsilə əldə olunan parametrləri istifadə etmək olar.
Notarius
Notarius (ing. Notary) - Notariat kontorlarında fəaliyyət göstərən hüquqi təhsili olan şəxs. Notarius əsasən dövlət ilə vətəndaşlar arasında olan hüquqi münasibətlərin tənzimlənməsində və sənədlərin möhür ilə təsdiq edilməsi ilə məşğul olur. Notarius fəaliyyəti göstərən şəxslərin hüquqşunaslıq savadının olması əsas şərtlərdən biridir. == Tarixi == Notariatın yaranması və inkişafının əsasları hələ Qədim Romada qoyulmuşdur. Həmin dövrdə Romada mirzələr adlandırılan xüsusi vəzifəli şəxslər institutu olub. Onlara ictimai-hüquqi səciyyəli yazılı sərəncamların rəsmiləşdirilməsi, məhkəmə jurnallarının, müxtəlif bildirişlərin və xahişlərin aparılması səlahiyyətləri verilibmiş. Mirzələr o vaxt dövlət qulluğunda və özəl şəxslərin təminatında olmaqla iki dərəcəyə bölünürdülər. Romada mülki dövriyyənin sonrakı inkişafı müasir notariatın təməli hesab edilən tabelionların yaranmasına gətirib çıxarıb. Tabelionlar azad adamlar idi və ödənişli əsaslarla istənilən şəxs üçün hüquqi aktların və məhkəmə sənədlərinin tərtib edilməsi ilə məşğuluydular.
Novalis
Novalis (alm. Novalis‎, əsl adı Fridrix fon Hardenberq, Georg Friedrich Philipp Freiherr von Hardenberg; 2.5.1772, Viderştedt — 25.3.1801, Vaysenfels) — alman yazıçısı, şairi və mistiki. Alman romantizminin nümayəndələrindən biri. == Həyatı == Zadəgan ailəsində anadan olmuşdur. İen, Leypsiq və Vittenberq universitetlərində hüquq təhsili almışdır. == Əsərləri == Gecə himnləri Saisidə tələbələr == Mənbə == G. Ağabəy, XIX əsr dünya ədəbiyyatı tarixi, Bakı-2013 == İstinadlar == == Xarici keçidlər == Novalis by Kristin Gjesdal (Stanford Encyclopedia of Philosophy) Novalis: Hymns to The Night – a translation of the work by George MacDonald A detailed review article on Novalis's importance to German culture, philosophy and science by Jeremy Adler – from The Times Literary Supplement, April 16, 2008.
Solaris
Solaris — Sun Microsystems şirkətində işlənib hazırlanmış əməliyyat sistemi. 2010-cu ilin aprelindən Oracle (C) şirkətinə məxsusdur. Solaris qapalı ilkin kodlu əməliyyat sistemi olsa da, onun əksər hissəsi açıqdır və OpenSolaris layihəsində dərc olunub. 1990-cı illərin başlanğıcında Sun Microsystems BSD əsasında olan SunOS əməliyyat sistemini AT&T şirkəti ilə birgə işlənib hazırlanan UNIX System V Release 4 (SVR4) sistemi ilə əvəzlədi və SunOS 5 adını da dəyişərək Solaris 2 qoydu. Sun Microsystems 2.6 versiyası çıxdıqdan sonra addakı "2." hissəciyini atdı və növbəti versiya artıq Solaris 7 adlandı. Solaris, qrafik örtüyə və bəzi əlavə komponentlərə malik SunOS əməliyyat sistemidir.
Oxalis
Turşəng və ya quzuqulağı (lat. Oxalis) — turşəngkimilər fəsiləsinə aid çoxillik bitki cinsi.Cinsə daxil olan növlər otlar və ya yarımkollardır. İri, yaxud xırda yarpaqları saplaqlıdır. Meyvəsi yanlardan sıxılmış toxumcadır. Şimal yarımkürəsinin mülayim yerlərində 2—3 növü yayılıb. Azərbaycanda 1 növü — hündür turşəng (Oxyria elatior) məlumdur. Tərəvəz bitkisi kimi becərilir. Yarpaqlarınla oksalat turşusu, dəmir, tannidlər var. Oxalis deppei – soğanaqlı, hündürlü 20-25 sm. olan çoxillik bitkidir.
Drosera solaris
Drosera solaris (lat. Drosera solaris) – şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Hermione solaris
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Salix polaris
Qütb söyüdü (lat. Salix polaris) — söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Sorbus polaris
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Streptoprocne zonaris
Streptoprocne zonaris (lat. Streptoprocne zonaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin streptoprocne cinsinə aid heyvan növü.
Ursus polaris
Ağ ayı (lat. Ursus maritimus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın sahillərində və üzən buzlar sahələrində yaşayır. Rəngi sarımtıl-ağdır. Bədəninin uzunluğu 2-2.5 m. Ağ ayı quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, onun orta kütləsi 400 kq-a yaxındır. Lakin əgər ayı yaşlıdırsa və qışa piy toplayıbsa, onun kütləsi 800 kq-dan çox ola bilər. O yuvasını sahildəki qar çöküntüləri içində qazır. Yuvasına 2-3 metr uzunluqda girişi qarla tutulmuş boru aparır. Dekabr-yanvar aylarında ayının övladları dünyaya gəlir.
Frank Norris
Bencamin Franklin Norris (ing. Benjamin Franklin Norris; 5 mart 1870[…], Çikaqo, İllinoys – 25 oktyabr 1902[…], San-Fransisko, Kaliforniya) — Amerikan yazıçısı, jurnalisti və romançısı. == Həyat və fəaliyyəti == Frank Norris 5 mart 1870-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. Onun atası Çikaqolu biznesmen Bencamin, anası Qertrude Qlorvina Doqqet isə olmuşdur. 1890-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuş, 1894-cü ildə oranı bitirmişdir. Yaradıcılığında fransız yazıçısı Emil Zolyanın təsiri olmuşdur. 1892-ci ildə romantik poemaları "İnterval, Feodal Fransası nağılı" (ing. Yvernell, A Tale of Feudal France" romantik poemasını nəşr etdirmişdir. "Vandover və heyvan" (1895; nəşri 1914), "Maktiq" (1893-1897, nəşri 1899) romanlarında Amerika həyat tərzi tənqid olunur. Yaradıcılığının zirvəsi sayılan "Qaniçən" (1901, tamamlanmış "Taxıl eposu" trilogiyasının 1-ci hissəsi) tarixi romanında amerikan xalqının imperialist inhisarlara qarşı mübarzəsi təsvir olunur.
Nodari Çitanava
Nodari Amrosiyeviç Çitanava (gürc. ნოდარ ჭითანავა; 10 mart 1935, Zuqdidi) — sovet və gürcü dövlət və partiya xadimi. 1989 — 1990-cı illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyası üzvü oldu. 1963-cü ildə Gürcüstan Politexnik İnstitutunu, 1968-cı ildə isə Sov. İkp MK yanında Ali partiya məktəbini bitirmişdi. 1974-1979-cu illərdə Gürcüstan SSR Kənd Təsərrüfatı Naziri idi. 1979-1985-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədrinin birinci müavini, 1985-1989-cu illərdə isə Gürcüstan Kommunist Partiyasının MK-nin katibi olmuşdur. 1989-cu il aprelin 14-dən 1990-cı il noyabrın 15-inə kimi Gürcüstan SSR Nazirlər Sovetinin sədri idi. 10 və 11-ci SSRİ Ali Sovetinin üzvü olmuşdur.
Oxalis acetosella
Adi turşəng (lat. Oxalis acetosella) — turşəng cinsinə aid bitki növü.
Oxalis regnellii
Oxalis triangularis (lat. Oxalis triangularis) – turşəngkimilər fəsiləsinin turşəng cinsinə aid bitki növü.
Oxalis triangularis
Oxalis triangularis (lat. Oxalis triangularis) – turşəngkimilər fəsiləsinin turşəng cinsinə aid bitki növü.
Çak Norris
Çak Norris (ing. Chuck Norris, əsl adı Karlos Rey Norris (kiçik), ing. Carlos Ray Norris Jr.; 10 mart 1940) — Amerika kinoaktyoru və döyüş növləri ustası, Hollivud ulduzu, qardaşı Aaron Norrisin döyüş filmlərində əsas rolların ifaçısı. == Həyatı == Əsl adı Karlos Rey Norris olan Çak Norris 1940-cı ildə ABŞ-nin Oklahoma ştatının Rayan şəhərciyində doğulub. Norrisin atası avtomexanik olub və gələcək aktyorun ailəsi kasıbçılıqla yaşayıb. Onların daimi yaşayış yeri olmayıb, anası və iki balaca qardaşı ilə qalan Norris yarısəfil ömür sürüb. Sonradan valideynləri boşandıqdan sonra ailəyə yeni başçı gəlib. Məhz ögey atası Corc Nayt Çak Norrisin idmanı ehtiraslı sevməsinin səbəbkarı olub. Orta məktəbi başa vurduqdan sonra Karlos Hərbi Hava Qüvvələrinin sıralarına yazılıb. O, 1959-cu ildə 3-cü dərəcəli pilot kimi Koreyaya göndərilib.
Xaris Yusupov
Xaris Münasiboviç Yusupov (başq. Харис Монасип улы Йосопов, rus. Харис Мунасипович Юсупов; 24 avqust 1929, Arkaul[d] – 7 iyun 2009, Çelyabinsk vilayəti) — sovet və başqırd güləşçisi, Çelyabinskin Cənubi Ural cüdo məktəbinin qurucusu. == Həyatı == 1958-ci ildə Çelyabinsk Pedaqoji İnstitutunu bitirdi. 1958-60-cı illərdə "Spartak" Könüllü İdman Cəmiyyətinin Başobslovetində məşqçi, Kumertau İES-da bədən tərbiyəsi müəllimi kimi işləmişdir. 1960-cı ildə Çelyabinskdə Ural cüdo məktəbini təsis etdi. 1960-70-ci illərdə Çelyabinsk Ali Aviasiya Məktəbində Bədən tərbiyəsi müəllimi, Dynamo İdman Cəmiyyəti regional şurasının baş məşqçisi (1969-cu ildən kapitanı), 17 il (1969-1988-ci illərdə) SSRİ milli cüdo komandalarının məşqçisi olmuşdur.1970-73-cü illərdə Omsk Bədən Tərbiyəsi İnstitutunun Çelyabinsk şöbəsinin baş müəllimi kimi çalışmışdır. 1973-cü ildən Çelyabinsk Bədən Tərbiyəsi İnstitutunda işləməyə başlayır, güləş kafedrasının müdiri olur, 1995-ci ildən isə professor adını qazanır. 1969-88-ci illərdə gənclər arasında SSRİ yığma komandalarının məşqçisi idi. 1993-cü ildən X. M. Yusupovun mükafatları uğrunda Çelyabinskdə beynəlxalq cüdo turnirləri keçirilir.
Aegilops longissima var. solaris
Aegilops longissima (lat. Aegilops longissima) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == Aegilops longissima var. solaris Zhuk. Aegilops longissima subsp. suprahians Zhuk. Sitopsis longissima (Schweinf. & Muschl.) Á.Löve Triticum longissimum (Schweinf. & Muschl.) Bowden == Arealı == Aegilops longissima növü Suriyadan Misirə qədər yayılmışdır.
Fridrix fon Hardenberq Novalis
Novalis (alm. Novalis‎, əsl adı Fridrix fon Hardenberq, Georg Friedrich Philipp Freiherr von Hardenberg; 2.5.1772, Viderştedt — 25.3.1801, Vaysenfels) — alman yazıçısı, şairi və mistiki. Alman romantizminin nümayəndələrindən biri. == Həyatı == Zadəgan ailəsində anadan olmuşdur. İen, Leypsiq və Vittenberq universitetlərində hüquq təhsili almışdır. == Əsərləri == Gecə himnləri Saisidə tələbələr == Mənbə == G. Ağabəy, XIX əsr dünya ədəbiyyatı tarixi, Bakı-2013 == İstinadlar == == Xarici keçidlər == Novalis by Kristin Gjesdal (Stanford Encyclopedia of Philosophy) Novalis: Hymns to The Night – a translation of the work by George MacDonald A detailed review article on Novalis's importance to German culture, philosophy and science by Jeremy Adler – from The Times Literary Supplement, April 16, 2008.