normativ sənəd
nou-hau
OBASTAN VİKİ
Notarius
Notarius (ing. Notary) - Notariat kontorlarında fəaliyyət göstərən hüquqi təhsili olan şəxs. Notarius əsasən dövlət ilə vətəndaşlar arasında olan hüquqi münasibətlərin tənzimlənməsində və sənədlərin möhür ilə təsdiq edilməsi ilə məşğul olur. Notarius fəaliyyəti göstərən şəxslərin hüquqşunaslıq savadının olması əsas şərtlərdən biridir. == Tarixi == Notariatın yaranması və inkişafının əsasları hələ Qədim Romada qoyulmuşdur. Həmin dövrdə Romada mirzələr adlandırılan xüsusi vəzifəli şəxslər institutu olub. Onlara ictimai-hüquqi səciyyəli yazılı sərəncamların rəsmiləşdirilməsi, məhkəmə jurnallarının, müxtəlif bildirişlərin və xahişlərin aparılması səlahiyyətləri verilibmiş. Mirzələr o vaxt dövlət qulluğunda və özəl şəxslərin təminatında olmaqla iki dərəcəyə bölünürdülər. Romada mülki dövriyyənin sonrakı inkişafı müasir notariatın təməli hesab edilən tabelionların yaranmasına gətirib çıxarıb. Tabelionlar azad adamlar idi və ödənişli əsaslarla istənilən şəxs üçün hüquqi aktların və məhkəmə sənədlərinin tərtib edilməsi ilə məşğuluydular.

Digər lüğətlərdə

обруче́ние писчебума́жный полите́с скосола́пить шприцо́вщица авиарабо́тник бессла́вить биогра́фия зава́ливание мягкоте́лые натре́скаться неве́ряще сона́нт холодоусто́йчивый accoucheuse boredom carnaper chirrupy cyma olive organ-point stop-off ключ коленце шестидневный