NOTARİÚS

[ lat. notarius – mirzə, katib]
1. Müxtəlif sənədləri, hüquqi aktları təsdiq etmək vəzifəsi daşıyan rəsmi şəxs.
[Kərbəlayı Qubad:] …Bəy, olmazmı ki, bu işi notarius əli ilə eyliyək. Ü.Hacıbəyov.
Oğlan durub, sandıqdan notarius tərəfindən möhürlənmiş bir kağız çıxarıb müsafirin qabağına qoydu. Ə.Haqverdiyev.

2. Notarius idarəsi, kontoru. Notariusa getmək. Notariusda sənədləri təsdiq elətdirmək.
– Aslan bəyin əlində notariusdan verilmiş kağız vardır. A.Şaiq.

NOTARİÁL
NOTLU
OBASTAN VİKİ
Notarius
Notarius (ing. Notary) - Notariat kontorlarında fəaliyyət göstərən hüquqi təhsili olan şəxs. Notarius əsasən dövlət ilə vətəndaşlar arasında olan hüquqi münasibətlərin tənzimlənməsində və sənədlərin möhür ilə təsdiq edilməsi ilə məşğul olur. Notarius fəaliyyəti göstərən şəxslərin hüquqşunaslıq savadının olması əsas şərtlərdən biridir. == Tarixi == Notariatın yaranması və inkişafının əsasları hələ Qədim Romada qoyulmuşdur. Həmin dövrdə Romada mirzələr adlandırılan xüsusi vəzifəli şəxslər institutu olub. Onlara ictimai-hüquqi səciyyəli yazılı sərəncamların rəsmiləşdirilməsi, məhkəmə jurnallarının, müxtəlif bildirişlərin və xahişlərin aparılması səlahiyyətləri verilibmiş. Mirzələr o vaxt dövlət qulluğunda və özəl şəxslərin təminatında olmaqla iki dərəcəyə bölünürdülər. Romada mülki dövriyyənin sonrakı inkişafı müasir notariatın təməli hesab edilən tabelionların yaranmasına gətirib çıxarıb. Tabelionlar azad adamlar idi və ödənişli əsaslarla istənilən şəxs üçün hüquqi aktların və məhkəmə sənədlərinin tərtib edilməsi ilə məşğuluydular.

Digər lüğətlərdə

астробиоло́гия бранли́вый инъе́кция курье́рство ликвида́торство неповтори́мость никоти́новый созда́ться божий челове́к запа́вший зверёныш извито́й ма́мочки мои не́жничать сумасбро́дка табу́ asomatous exposition knit in parasite airplane steep-to душистый изменчивость расстелить указчик