Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ontologiya
Ontologiya, və yaxud ontoloji prizma — varlıq haqqında təlim, fəlsəfənin bir bölməsi. Obyektivizm cərəyanının nümayəndələrinə əsasən insanlar və onların təşkil etdiyi cəmiyyət təbiətin qanunları tərəfindən idarə olunur və öz hərəkətləri üzərində az dərəcədə hökmranlıqları var. Bu fikri nümunə ilə göstərərək daha da praktik və aydın dillə başa salmaq olar. Məsələn, bir primitiv qəbilədə və bir də inkişaf etmiş sivil cəmiyyətdə yenicə dünyaya gələn uşağı nümunə götürək. Qəbilədə dünyaya gələn uşaq elə mühitdə böyüdülür ki istər-istəməz yaşadığı qəbilənin həyat tərzini götürür və digərləri kimi primitiv həyat sürür. Sivil və inkişaf etmiş mühitdə böyüdülən uşaq isə cəmiyyətin digər nümayəndələri kimi daim inkişaf etməyə can atır, çalışır və həyat tərzini onların həyat tərzinə uyğunlaşdırır.
Ontologiya (informatika)
Ontologiya, məlumatlar və subyektlər arasındakı klassifikasiyaları, xassələri və əlaqələri təsvir edən bir anlayışdır. Bu informasiya elmində fərqli sahələrdə istifadə olunan bir metodikadır. Ontologiya mövzuların xüsusiyyətlərini və subyektlər arasındakı əlaqələri açıqlamaq (domains of discourse) üçün istifadə olunur. Əsasən ontologiya subyektləri təsvir edən anlayış və kateqoriyaları müəyyən etmək üçün istifadə edilir. Hər bir akademik intizam, hər hansı sahənin mürəkkəbliyini məhdudlaşdırmaq və məlumatları biliyə çevirmək üçün ontologiyalar yaradır. Hər biri açıq nəzəriyyələri, tədqiqatları və tətbiqləri qurmaq üçün ontoloji fərziyyələrdən istifadə edir. Yeni ontologiyalar bu sahədə problemlərin həllini təkmilləşdirə bilər. Müxtəlif ölkələrdən olan ekspertlər öz dillərinin nəzarət edilən lüğətini təkmilləşdirsə, bütün sahələrdə tədqiqat işlərinin tərcüməsi asanlaşır. Məsələn, iqtisadiyyatın tərifi və ontologiyası marksist iqtisadiyyatda, eyni zamanda iqtisadiyyatın digər alt sahələrində narahatlıq doğurur. İnformasiya elminə əsaslanan iqtisadiyyat nümunəsi isə, simulyasiya və ya modelin hansı kapital aktivlərinin risk altında olduğunu və nə qədər olduğunu müəyyən etmək kimi iqtisadi qərarlar qəbul etmək üçün nəzərdə tutulur (risk menecmentinə baxın).
Ontologiya (informasiya elmi)

Antologiya
Antologiya (yun άνθολογία, anthos — çiçək və lego — yığıram) — hər hansı bir xalqın ədəbiyyatını, həmçinin müəyyən dövrə, cərəyana, tematikaya, yaxud janra aid ədəbiyyatı təmsil edən müxtəlif müəlliflərin seçilmiş əsərlərindən ibarət şeir və ya nəsr məcmuəsi. == Ümumi məlumat == Qədim zamanlarda antik ədəbiyyatın seçilmiş əsərlərindən, xüsusilə, epiqramlardan ibarət məcmuələr antologiya adlanırdı. Ədəbiyyat tarixində ilk antologiyanı qədim yunan şairi Meleaqr (e.ə.II əsrin sonları-I əsrin əvvəlləri) tərtib etmişdir. Onun "Çələng" adlı antologiyasına öz əsərlərindən əlavə, həmçinin qırx altı şairin şeiri daxil idi. Antologiya Şərqdə geniş yayılmışdır. Ərəb poeziyası antologiyaları orta əsrlərdə yaranmışdır (“Həmasə” və s.). Azərbaycanda ilk antologiyalar 19-cu əsrdə tərtib olunmuşdur ( Mirzə Yusif Qarabağinin tərtib etdiyi “Məcmueyi divani-Vaqif və digər müasirin”, Hüseyn Əfəndi Qayıbovun 4 cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə” və s.). 20-ci əsrdə və 21-ci əsrin əvvəllərində “Azərbaycan poeziyası antologiyası“ (M., 1939; c.1–3, M., 1960), Azərbaycan şeiri (ingiliscə) və nəsri (fransızca) antologiyaları (M., 1971), “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası“ (4 cilddə; c.1–3, 1981– 88, c.4, 1994), “Kərkük folkloru antologiyası“ (1987), Azərbaycan folkloru antologiyası (14 cildi çap olunmuşdur; 1999–2006) və s. antologiyalar nəşr edilmişdir. Antologiyalar XVIII-XIX əsrlərdə Rusiya ədəbiyyatında da yayılmışdır.
Onkologiya
Onkologiya (yun. ονκος — "şiş" və λόγος — "elm, bilim") — şiş xəstəliklərini öyrənən elmə deyilir.
Milli Onkologiya Mərkəzi
Milli Onkologiya Mərkəzi — xərçəng xəstlikləri üzrə tədqiqat institutu. Azərbaycan SSR Xalq Komissarları Soveti və Xalq Səhiyyə Komissarlığının 10 dekabr 1940-cı il 2928 saylı Qərarına əsasən Bakıda Azərbaycan Respublikası Elmi-Tədqiqat Rentgen-Radiologiya İnstitutu (ETRRİ) təşkil edilmişdir.[mənbə göstərin] ETRRİ-nin Azərbaycanda rentgen-radiologiya xidmətinin inkişafında əsas rolu ilə yanaşı onkologiyanın Respublikada bir elm kimi fəaliyyətini faktiki olaraq reallaşdırmışdır. İnstitutda aparılan elmi tədqiqatların əsas istiqamətləri Respublikada bədxassəli şişlərin epidemiologiyası məsələlərinin öyrənilməsi və xərçəngin effektiv kombinə olunmuş və kompleks müalisə metodlarının işlənib hazırlanması olmuşdur. 1955-ci ildə İnstituta rəhbərlik Azərbaycanda tanınmış cərrah professor M.M.Əlikişibəyova həvalə edilmişdir. Onun təşəbbüsü ilə burada yeni elmi-kliniki və eksperimental bölmələr yaradılmışdır. Kliniki və eksperimental onkologiya sahəsində mütəmadi aparılan elmi-tədqiqat işlərinin həddən ziyadə artması ilə əlaqədar 1963-cü ilin iyul ayında Azərbaycan SSR Səhiyyə Nazirliyinin əmri ilə ETRRİ adı dəyişdirilərək, Elmi-Tədqiqat rentgenologiya, radiologiya və onkologiya İnstitutu (ETRROİ) adlandırılmışdır. 1964-cü ildə İnstitutun bütün bölmələri yerləşdirilmiş yeni korpusların tikintisinin başa çatdırılması ilə əlaqədar İnstitutun keyfiyyətli kliniki fəaliyyəti və elmi tədqiqatların aparılması üçün müsbət şərait yaratmışdır. İnstitutda yüksək ixtisaslı həkim, bioloq, mühəndislərdən ibarət kollektivin artmaqda olan fəaliyyəti ona Azərbaycanda aparıcı elmi-tədqiqat idarələrindən birinə çevrilmək imkanı verdi. İnstitutun kliniki və eksperimental bazası əhəmiyyətli dərəcədə möhkəmləşdi və zənginləşdi. 60-cı illərin ikinci yarısından başlayaraq, Moskva, Leninqrad, Kiyev və digər onkoloji institutlarla birlikdə elmi işlərin aparılmasına başlanıldı.
Milli Onkologiya Mərkəzi (Azərbaycan)

Deontologiya
Deontologiya [yun. deon – borc logos – təlim, söz] — etik nəzəriyyənin bir sahəsi. Deontologiya, bir peşəni tətbiq edilməsi lazım olan əxlaqi dəyər və etik qaydaları araşdıran elm sahəsidir. İnsanın müəyyən tapşırıqları olduğunu fərz edən əxlaq təlimlərini əsas götürür və bu təlimlərdən qaynaqlanan vəzifə və qaydaların müxtəlif peşələrdəki konkret izlərini araşdırar.
Etnologiya
Etnologiya (yun. ἔθνος, xalq + -loqos — təlim, elm) — etnik prosesləri öyrənən elmdir. == Etnologiyanın predmet və obyekti == Etnologiya termininin özü yunan dilindən götürülmüş iki sözdən ibarətdir – etnos (xalq) və loqos (söz, elm, təlim). Antik dövrdə qədim yunanlar onlardan dili, dini, həyat tərzi, adət və ənənələri baxımından fərqlənən digər xalqları – qeyri-yunanları etnos adlandırırdılar. Məhz bu mənada etnos anlayışı Roma mədəniyyətinə və latın dilinə daxil olmuşdur. Sonralar latınlaşdırma nəticəsində “etnik” (ethnikos) anlayışı meydana gəlmişdir. Bibliya mətnlərində bu anlayış “bütpərəst, qeyri-xristian” mənasında işlənir. XIX əsrə qədər “etnologiya” anlayışından müstəqil bir elmin adı kimi deyil – yalnız müxtəlif növ etnoqrafik proseslərin təsviri zamanı istifadə edilirdi.Bu anlayışdan xalqlar və xalq mədəniyyətləri haqqında elmin adlandırılması üçün istifadə edilməsini fransız alimi Jan Jak Amper təklif etmişdir.1890-cu ildə Amper “antropoloji” (humanitar) elmlərin təsnifatını işləmiş və bu təsnifata etnologiyanı da daxil etmişdir. Etnoslararası və etnomədəni proseslərin bir çox müasir aktual və mürəkkəb olan problemlərin öyrənilməsi, bu sahədə müsbət nəticə verə biləcək yeni layihələrin hazırlanması və tətbiqi üçün digər ictimai elmlərlə yanaşı etnologiya da olduqca böyük əhəmiyyətə malikdir. Etnologiyanın bir müstəqil elm kimi təkamülü avropalılar tərəfindən “yad” xalqların mədəniyyətlərinin tədqiq edilməsindən başlayır.
Fonologiya
Fonologiya — Fonologiya dil sisteminin birincisi və dilçilik elminin sahələrindən biri olmaq etibarilə dilin fonoloji sistemi ilə məşğul olur. == Strukturu == O, nitq səslərini və morfemlərin səs cildini fərqləndirən bir vasitə kimi öyrənir, səslərin, səs birləşmələrinin və prosodik vasitələrin semioloji münasibətini və funksional xüsusiyyətlərini tədqiq edir. Fonologiya struktur dilçilik metodlarını dil hadisələrinə tətbiq edən ilk dilçilik şöbəsidir. Fonologiyanın vahidi fonemdir. Fonem dilin ən kiçik vahidi olub, müəyyən fərqləndirici əlamətlər məcmuyudur. O, söz və morfemlərin səs cildini fərqləndirməyə xidmət edir. Fonem dildə seqment, fonem və superseqment şəklində təzahür edir. Birinciyə linqivistik vəzifəli səslər(saitlər və samitlər), ikinciyə isə vurğu,intonasiya kimi fonoloji vahidlər daxildir. Müasir dövrün dilçiliyində geniş şəkildə işləndiyinə baxmayaraq,fonem yenə də mübahisəli olan mühüm probləmlərdən biridir. == Tarixi == Fonem probleminin tarixi rus dilçisi İ.A.Boduen de Kurtenedən başlayır.
Litologiya
Litologiya (q.yun. λίθος ("daş") + λόγος ("elm"); ing. Sedimentology) — çöküntülər, çökmə süxurlar haqqında olan geoloji elm sahəsi. Qərbi Avropada və ABŞ-də bu elm sedimentologiya adlanır.
Odontologiya
Odontologiya (q.yun. odus, odontos — diş və q.yun. logis – elm) — diş və çənənin quruluşunu, variantlarını və təkamülünü öyrənən tibbi elm sahəsi. Odontologiya ağız boşluğunun və çeynəmə sisteminin anatomiya, fiziologiya, patalogiya və xəstəlik profilaktikasını öyrənir. Bu sistem ümumi insan orqanizmi və onun sosial mövcudluğunu əlaqədə tədqiq edir. Terapevtik odontologiya – stomatologiya deməkdir. Говсеев Л. А. Одонтология. Москва: 1926. Зубов А. А. Одонтология. Методика антропологических исследований.
Ornitologiya
Ornitologiya (q.yun. ὄρνις, ὄρνιθος — quş və λόγος — öyrənmə, söz) — zoologiyanın quşları və onların embriologiyası, morfologiyası, fiziologiyası, ekologiyası, sistematikası və coğrafi yayılmasını öyrənən bölməsi. Həmçinin Ornitoloq-quşları öyrənən zooloqdur.. "Ornitologiya" termini XVI əsrin sonlarında İtaliya naturalisti Aldrovandi tərəfindən daxil edilmişdir.
Osteologiya
Osteologiya sümüklər haqqında elmi sahədir. Anatomiyanın alt başlığı olan, sümüklər , diş, mikro sümik morfologiyası, patologiya, sümük bərkimə müddəti (qığırdaqlardan etibarən), sümüklərin müqaviməti ve sərtliyi (biofizika), kimi mövzularda ətraflı araşdırmalara söykənir. Ümumiyyətlə alimlər tərəfidnən insan cesədləri üzərində yaş, ölüm, cinsiyyət, inkişaf ve yetkinləşmə mövuzlarında cəsədin şəxsiyyətinin müəyyənləşdirməsində istifadə edilir. Məhkəmə tibbi ekspertiza,Biyoloji antropologiya ve arxeologiya sahələrində tez-tez istifadə edilir.
Patologiya
"Patologiya" (yun. πάθος "əzab, ağrı, xəstəlik" + λογος sözündən "söz; konsepsiya; tədris") — canlı bir orqanizmdə xəstəlik proseslərini və şərtlərini öyrənən tibb elminin bir sahəsi. Patoloji anatomiya, xəstəlik proseslərinin səbəb olduğu orqan və toxumaların quruluşundakı dəyişiklikləri və orqanların və bədənin funksionallığını araşdıran bütövlükdə xəstəliklərində patoloji fiziologiyadır. Ayrıca, patologiya normal vəziyyətdən və ya inkişaf prosesindən ağrılı bir sapma, çirkin anormallıqdır. Patologiyalara normadan kənarlaşma, homeostazı pozan proseslər, xəstəliklər və funksiyaların pozulması daxildir. Biologiyada xəstəliklərdəki hüceyrələrdə, toxumalarda və orqanlardakı struktur və funksional dəyişikliklərin öyrənilməsinə aiddir. Tibbi patologiya xəstəliklərin və insanlarda və heyvanlarda baş verən fərdi patoloji proseslərin meydana gəlməsini, gedişatını və nəticələrini öyrənən bir elmdir. Tibbi patologiyanın mənşəyi qədim dünyada humoral (lat. humor — nəm, maye) və solidar (lat. solidus — sıx sözündən) patologiyanın spekulyativ doktrinası kimi tapıla bilər.
Sitologiya
Sitologiya və ya hüceyrə biologiyası (yun. sitos — hüceyrə, loqos - elm) — hüceyrələrin fiziologiyasını, quruluşunu, tərkibindəki orqanoidləri, ətraf mühitlə əlaqəsini, həyat dövrünü, bölünməsi və ölümünü öyrənən elmdir. Bu proses həm molekulyar, həm də mikroskopik miqyasda həyata keçirilir. Sitologiya tədqiqatları bakteriya və protozoa kimi təkhüceyrəli orqanizmlərdən tutmuş insanlar kimi çoxhüceyrəli orqanizmlərə qədər dəyişir. Sitologiyanın əsası bir elm kimi təxminən 100 il əvvəl qoyulmasına baxmayaraq, hüceyrə özü 1665-ci ildə Robert Huk kəşf edilmişdir və ona hüceyrə (hücrə) adı vermişdir. Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. O da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir. Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır.
Etologiya
Etologiya — ekosistem şəraitində orqanizmlərin davranışını (hərəkət tərzini) öyrənən elm.
Neologiya
Neologizm (yun. νέος λόγος - yeni söz) — linqvistikada dildə yeni yaranan sözlərə deyilir. Məsələn: Helikopter, monitorinq, android, robot, kompüter, birja və s. Neologizm sözü "Yeni bir şey tapmaq", "törətmək", "gətirmək" mənalarını bildirir. Dildə yeni yaranan sözləri öyrənən elmə "Neologiya" deyilir. Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Orologiya
Oroqrafiya (yun. όρος – "dağ" və γραφία – "yazıram") — fiziki coğrafiyanın Yer səthinin relyef quruluşunu öyrənən bölməsi. Həmçinin "oreoqrafiya", "orologiya" və "oreologiya" adlarından da istifadə edilir. Orfoqrafiya – [yun. orthographia, orthos – düzgun] 1)dilçilikdə düzgün yazı qaydaları; 2)yazılı nitqin (söz və qrammatik formaların) düzgun əks olunmasını tənzim edən vahid qaydalar sistemi. Orfoqrafiya qaydaları nitqin yazılı formasını sabitləşdirir və ünsiyyət üçün əlverişli şəklə salır. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Oologiya
'Oologiya' (qədim yunan dilindən ᾠόν — yumurta və λόγος — söz) heyvanat yumurtalarının, əsasən quşların, həmçinin quş yuvalarının öyrənilməsinə həsr olunmuş zoologiya, əsasən ornitologiya bölməsidir. Bəzən ooloq ümumi mənada quş yumurtalarının toplanması kimi başa düşülür və buna dologofiliya da deyilir. Embriologiyadan fərqli olaraq, ooloji tədqiqatlar, bir qayda olaraq, yumurtaların xarici qabığını öyrənir. Oologiya əsasən yumurtaların ölçüsünə, çəkisinə , formasına , növlərinə və bəzən onların tərkibinə görə təsviri və tərifi ilə məşğul olur. Yumurta kolleksiyasına ooteka (lat. Ootheca) deyilir. Ooloji kolleksiyalar zooloji muzeylərdə saxlanılır. Tədqiqat nəticələri yumurtaların parametrlərinə əlavə olaraq populyasiyanın dəyişkənliyi, təkamülü, filogeniyası, ətraf mühitin çirklənməsinin populyasiyaların vəziyyətinə təsiri və s. Məsələləri də aydınlaşdırmağa imkan verir. Oologiyaya maraq 1800-cü illərdən bəri Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarında populyarlaşmağa başladı.
Funksionalizm (etnologiya)
Funksionalizm — etnologiya sahəsində XX əsrin əvvəllərində meydana gəlmiş sosioloji məktəb. == Yaranması == Etnologiyada funksionalizm sosioloji məktəbin prinsiplərinin sonrakı inkişafının məntiqi nəticəsi idi. Əgər diffuzionizmin vətəni Almaniya, sosiologiyanın vətəni Fransa idisə, funksionalizm istiqaməti İngiltərədə yaranmışdı və nə qədər geniş yayılsa da, ingilis nəzəriyyəsi olaraq qalırdı. Funksionalizm məktəbin tədqiqat obyektinə istənilən ictimai institutun malik olduğu və birbaşa onun saxlanılmasına xidmət edən funksiyaların öyrənilməsi daxildir. Bu məktəb XX əsrin 20-ci illərində İngiltərədə etnologiyada əsas yer tuturdu. İlk funksionalizm nəzəriyyəsini alman etnoloqu R. Turnvald 1911-ci ildə irəli sürmüşdür. Lakin funksionalizmin mövqeyi Böyük Britaniyada daha güclü oldu. Burada Malinovskinin rəhbərliyi altında XX əsrin 20-ci illərindən etibarən tezislər irəli sürülməyə başlandı. Malinovskinin ilk tezisi belə idi: mədəniyyəti onun cizgilərinə görə deyil, institutlarına görə təhlil etmək lazımdır. O bildirirdi ki, parlament idarəçiliyi mədəniyyətin mühüm elementi hesab edilir və çinlilərdə istifadə edilən çubuqlar isə yalnız qida prosesində kiçik bir elementdir.
AMEA Tarix və Etnologiya İnstitutu
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsi. == Tarixi == Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi-tədqiqat institutunun – bugünkü Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun özülü qoyulmuşdur. Elmi-tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-ci ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi-tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır.