Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alistair Overeem
Alistair Overeem — məşhur Holland əsilli İngiltərəli UFC döyüşçüsü. == Həyatı == 1980-ci ildə İngiltərədə anadan olmuşdur. Anası hollandiyalı atası isə yamaykalıdır. Ata anası boşandıqdan sonra qardaşı Valentin ilə çətin şəraitdə böyümüşlər. 15 yaşında qardaşı ilə birlikdə Kris Dolmanın rəhbərliyi altında gimnastik dərsləri alan Alistair bir müddət sonra kikboks idman növü ilə məşğul olmuşdur. Məşhur idmançının güclü döyüşçü olmağında və yetişməsində Rikardo Fyeetin böyük rolu olmuşdur.Alistair ilk döyüşün 1999 oktyabırın 24-də Amsterdamda şou xarakterli döyüşdə keçirmişdir. Daha sonralar isə Yaponiyada keçirilən Pride FC və Amerikada keçirilən UFC yarışlarında iştirak edib və uğurlar qazanmışdır.
Yan Vermeer
Yohannes və ya Yan Vermeer (oktyabr 1632[…], Delft, Hollandiya qraflığı, Yeddi Birləşmiş Əyalət Respublikası[…] – 15 dekabr 1675[…], Delft, Hollandiya qraflığı, Yeddi Birləşmiş Əyalət Respublikası[…]) — gündəlik həyatı təsvir edən tabloları ilə tanınan hollandiyalı barokko rəssamı, holland rəssamlığının qızıl dövrünün nümayəndəsi. Vermeer həyatı boyunca müvəfəqiyyətli rəssam kimi tanındı. Nisbətən çox az tablo çəkdiyi və ölümündən sonra arvadı və uşaqlarına borc qoyduğu üçün zəngin bir adam kimi xatırlanmır.