bound1
n I 1. sərhəd., hüdud; the farthest ~s of ocean okeanın uzaq hüdudları; 2. hədd, hüdud; to overstep all the ~s bütün hüdudları aşmaq; to keep within ~s hüdudu gözləmək / aşmamaq / keçməmək; to pass all ~s bütün hədləri / hüdudları keçmək; to put / to set ~s to smth. bir şeyə hədd / hüdud qoymaq
n II 1. sıçrama, sıçrayış, hoppanma; with one ~ bir sıçrayışla; a ~ forward irəli sıçrama / sıçrayış; 2. hərb. qaçaraq düşmən tərəfə keçmə; 3. dəyib qalxma (top haq.); to catch a ball on the ~ topu yerə deyib qalxanda tutmaq; 4. rikoşet, deyib yana sıçrama, sapma
bound2
adj I 1. qeyri-sərbəst, bağlı; ~ morphemes qram. qeyri-sərbəst morfemlər; 2. mükəlləfiyyətli, borclu; ~ to military service hərbi mükəlləfiyyətli, hərbi xidmət keçməyə borclu; 3. hökmən, labüd, mütləq; He is bound to come O hökmən gəlməlidir; This horse is bound to win Bu at mütləq qalib gəlməlidir (cıdırda); 4. cildlənmiş, cildli (kitab və s. haq.); a book ~ in leather dəridən cild çəkilmiş kitab, dəri cildli kitab; to be ~ up with asılı olmaq
adj II 1. hazırlaşan, hazır olan (əsasən yola düşməyə); The ship is bound for a voyage Gəmi səyahətə hazırdır; 2. istiqamət alan / götürən; a ship ~ for / to London Londona İstiqamət götürən gəmi
bound3
v I 1. hədd qoymaq, həmsərhəd olmaq, The US is bounded on the north by Canada and on the south by Mexico Birləşmiş Ştatlar şimalda Kanada ilə, cənubda Meksika ilə həmsərhəddir; 2. məhdudlaşdırmaq, hüdudlaşdırmaq
v II 1. atlanmaq, atılmaq, hoppanmaq, tullanmaq, sıçramaq; His dog came bounding to meet him Onun iti qaçaraq onu qarşılamağa gəldi; 2. bərk / sürətlə döyünmək, çırpınmaq; His heart bounded with joy Onun ürəyi sevincdən bərk döyündü / çırpındı; 3. tullanmaq, sıçramaq, yerə deyib geri qayıtmaq (top və s. haq.); 4. hərb. sapmaq, dəyib kənara getmək (güllə və s. haq.)
bound4
to bind felinin pt, pp formaları