Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oyun
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunlarıKino"Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film.Musiqi"Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. == Xarici keçidlər == Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Oyuq
Oyuq-I. (rus. ниша, ing. niche) /fran. nic­he/- yamacda, yaxud onun ətəyində müxtəlif mənşəli kiçik çökəklik. O.mənşəyinə görə dalğa döyən, nival, eroziya, karst, eol və başqa təbii proseslərlə əlaqədar olur. Oyuq II. (rus. промоина, ing. pool, gully, ravine) 1) mü­vəqqəti su axınları vasitəsilə əmələ gələn erozion relyefin xətti forması. Uzunluğu adətən on metrlərlə, eni bir neçə metr, dərinliyi 1- olub, cimlənmiş dik yamaclar üçün səciyyəvidir; 2) buzun içərisində axar sularla yuyulmuş, dərin çökək­lik.
OYU
"Odlar Yurdu" Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur. Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. == Haqqında == Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. == Maddi-texniki bazası == Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m² ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir. Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m² sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir. == Beynəlxalq statusları == Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Almaniyanın H+ akkreditasiyasına malikdir.
Böyük Oyun
Böyük oyun — (ing. The Great Game), həmçinin Kölgələr Turniri olaraq da adlandırılır ( rus. Турниры теней, Turniri Teney) — XIX əsrdən başlayaraq strateji bölgələrin böyük güclər tərəfindən paylaşılma mübarizəsini təsvir etmək üçün istifadə edilən addır. Böyük Oyun (Neftçi - Xəzər Lənkəran) — Neftçi PFK və Xəzər-Lənkəran FK arasında oynanmış Azərbaycan futbol derbisidir.
Ağ Oyuq
Ağ oyuq — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Zəngilan şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ağ oyuq qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Birjada oyun
Birnəfərli oyun
Tək oyunçulu oyunlar (İngilis dilində: single-player) — videooyunlarda yalnız bir oyunçunun daxil ola bildiyi və daha çox oyunçunun girməsinə imkan vermədiyi vəziyyət tək oyunçulu oyun adlanır. “Tək oyunçulu oyun” oyunu yalnız bir adamın yönləndirə biləcəyini izah etmək üçün istifadə olunur; “Tək oyunçu formatı” oyun oynamanın multiplayer (ən azı iki oyunçu) olma seçimini gətirir. Tək oyunçu formatı ikiyə bölünür: Virtual rəqiblərə (botlar) qarşı tək oyunçu formatı. Virtual rəqiblər (botlar) və ya oyunçunun özündən başqa real oyunçu yoxdur.Videooyun tarixinin ilk mərhələlərində oyunlar tək oyunçulu idi. İki oyunçu oyunları əvvəlcə fərdi kompüterlərdə görülmüşdür. Beləliklə, çoxnəfərli oyunların da əsası qoyuldu. 1990-cı illərin əvvəllərində lokal şəbəkələr və sıfır modemlərlə real mənada çoxnəfərli oyunlar ilə qarşılaşdıq. Doom, bu tip oyunların ən yaxşı nümunələrindən biridir. Tək oyunçulu oyunların böyük satış rəqəmlərini tuta bilməsi, maraqlı hekayələrində, təsirli qrafikalarında və real personaj detallarında gizlədilmişdir. Bu vəziyyətə Half-Life nümunə göstərilə bilər.
Bənövşə (oyun)
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Con Hyum
Con Hyum (18 yanvar 1937[…], Derri, Şimali İrlandiya və ya Birləşmiş Krallıq – 3 avqust 2020, Derri) — Şimali İrlandiyadan olan İrlandiyalı millətçi siyasətçi idi, İrlandiyanın yaxın siyasi tarixində ən mühüm simalardan, Şimali İrlandiya sülh prosesinin memarlarından biri kimi tanınmışdır. Derridən olan Hyum, Sosial Demokrat və Fəhlə Partiyasının (SDFP) qurucusu və 1979-2001-ci illərdə partiyanın ikinci lideri olub.O, həmçinin Avropa Parlamentinin üzvü, Böyük Britaniya Parlamentinin üzvü, həmçinin Şimali İrlandiya Assambleyasının üzvü kimi fəaliyyət göstərmişdir. Hyum 1998-ci ildə Devid Trimbl ilə birlikdə Nobel Sülh mükafatının laureatı olub və həm Qandi Sülh mükafatını, həmçinin Martin Lüter Kinq mükafatını da alıb. O, üç böyük sülh mükafatına layiq görülən yeganə şəxsdir. 2012-ci ildə Papa XVI Benedikt Hyumu Böyük Müqəddəs Qriqori Papa ordeni ilə təltif etdi. 2010-cu ildə İrlandiyanın milli yayım şirkəti RTE tərəfindən İrlandiya tarixindəki ən böyük insanı tapmaq üçün keçirilən ictimai sorğuda o, "İrlandiyanın ən böyük insanı" seçildi. == Erkən həyatı və təhsili == Hyum 1937-ci ildə Derridə Anne (qızlıq soyadı Doherti) və Samuel Hyumun ailəsində dünyaya gəlib. O, irland katolik mənşəli idi; baxmayaraq ki, onun ulu babası Şotlandiyadan Doneqala köç etmiş presviterian immiqrantı idi. Hyum Sent Kolumb Kollecində və İrlandiyanın aparıcı katolik seminariyası olan Maynusdakı Sent Patrik Kollecində tələbə idi və kahinlik təhsili üçün İrlandiya Milli Universitetinin nəzdindəki tanınmış kolleclərin birində tələbə olub. Müəllimləri arasında Kardinal Tomas Şimus Fi də var idi.Hyum kargüzarlıq təhsilini tamamlamadı, lakin 1958-ci ildə kollecdə fransız və tarix üzrə magistr dərəcəsi aldı və sonra doğma diyarı Derriyə qayıdaraq müəllim kimi fəaliyyət göstərdi.
Dama (oyun)
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. == Ümumi məlumat == Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Dəvə (oyun)
Dəvə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. == Oyunun qaydaları == Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Halay (oyun)
Halay - Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. == Oyunun quruluşu == Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumi razılıq ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstəbaşılar təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedirlər. Oyunçular qol-qola girib, sonra bir yana çəkilirlər. Onlar xəlvəti öz aralarında kimi necə adlandırmaq (məsələn, kimin "armud", kimin "alma") barədə şərtləşib dəstəbaşıların durduğu yerə gəlir və deyirlər: - Halay gəlmişik. Dəstəbaşının biri digərinə : - Gəl! (yəni qəbul et) - deyir. O biri cavabını verir.
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.
Monopoliya (oyun)
Monopoliya — stolüstü oyun növü. Burada oyunçular altı tərəfli zəri monopoliya taxtasının üzərində hərəkət etdirərək ticarət məhsullarının alqı-satqısı ilə məşğul olur, evləri və ya otelləri böyüdürlər. Oyunçular öz rəqiblərini iflas etməklə onlardan icarəyə mülklər götürürlər. Pul, həmçinin, Şans və İcma kartları və vergi xalları vasitəsilə əldə edilə və ya itirə bilər; oyunçular bir neçə şəraitdən birini yerinə yetirənə qədər hərəkət edə bilməyəcəkləri həbsxanada ola bilərlər. Oyunun bir sıra ev qaydaları və yüzlərlə vesiyası mövcuddur. Monopoliya oyunu beynəlxalq səviyyədə tanınaraq 103-dən çox ölkədə lisenziyalaşdırılmış və 30-dan çox dildə tərtib edilmişdir. Monopoliya oyunu 1903-cü ildə ABŞ-də Elizabet Maqi tərəfindən yaradılan Landlord's Game versiyasından götürülmüşdür. == Tarixi == 1935-ci ildə yaradılmışdır. == Monopoliya taxtası == Monopoliya oyununu 40 boşluqdan ibarət olan taxtada oynanılır. Bu 40 boşluqda iyirmi səkkiz mülkiyyət yeri—iyirmi iki küçə (səkkiz müxtəlif rəngli qrupa bölünmüşdür), 4 dəmiryol xətti və iki kommunal yer—üç Şans küçəsi, üç İcma yeri və Lüks vergi yeri, Gəlir vergisi yeri və dörd ədəd künc meydanı: GET, (içəri) Həbsxana/Sadəcə səfər et, Pulsuz parkinq, and Həbsxanaya get adlı xanalar yerləşir.
Oyun alveri
Oyun alveri, bəzən oyun alqı-satqısı və ya danışılmış oyun kimi qeyd olunur — mütəşəkkil idman növlərində, oyun alveri tamamilə oyunun qaydalarını və tez-tez qanunları pozan və ya qismən öncədən müəyyən edilmiş bir nəticə ilə oynanır. Oyun alveri idman qaydalarının ciddi şəkildə pozulmasıdır və onların təşkilatı cinayət sayıla bilər. Eyni zamanda, oyun alverini sübut etmək çox çətindir. == Səbəbləri == Oyun alverinin arxasında əsas motivasiya qumar və komandaya gələcəkdə yaradılan üstünlük tutur. Jurnalist Deklan Hillin sözlərinə görə, oyun alveri həm də korrupsiya, zorakılıq və vergidən yayınma ilə əlaqələndirilir.
Oyun interfeysi
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Oyun kafesi
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Oyun mühərriki
Oyun mühərriki - kompüter oyunlarında istifadə edilən mərkəzi proqram təminatının komponentidir. Oyun mühərriki vasitəsilə videooyun bir neçə platformada açılır. Bu platformalara oyun konsolları və operativ əməliyyat sistemləri (GNU/Linux, Mac OS X və Microsoft Windows və s.) daxildir. "Oyun mühərriki" termini 1990-cı illərdə meydana gəlmişdir.
Oyun portu
Oyun portu - (ing.game port, ru.игровой порт) - IBM PC-uyumlu kompüterlərdə coystikləri və ya oyun pultlarını qoşmaq üçün oyuq. İlk modellərdə adapterin hamısı oyun portu üçün ayrılırdı; hazırda belə kartlarda (xüsusən IBM şirkətinin istehsalı olmayan) oyun portları ilə yanaşı digər portlar da (məsələn, əlavə ardıcıl və ya parallel port) olur. Oyun adapteri - IBM PC-uyumlu kompüterlərdə coystik və ya oyun pultlarını qoşmaq üçün giriş-çıxış portu. Belə adapterin nüvəsi analoq-rəqəm dönüşdürücüsüdür (ADC). Coystik və ya idarəetmə pultu ilə manipulyasiya etdikdə bir və ya iki potensiometrin mövqeyi dəyişilir ki, nəticədə gərginliyin səviyyəsinin şəkli dəyişilir; sonra ADC bu gərginlikləri coystikin və ya pultun mövqeyini müəyyənləşdirən ədədi qiymətlərə çevirir. == Şəkillər == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Oyun qurucu
Oyun qurucu müdafiəçi və hücumçular arasında yerləşən və vəzifəsi hər iki mövqedəki basketbolçulara kömək etmək olan oyunçu. Oyun qurucular komandanın xal qazanması üçün dəqiq və düşünülmüş paslar atır və bu mövqedə olanlar hər iki əlindən yaxşı istifadə etməyi bacarır. Bu mövqe amerikan futbolundakı kuotəbək(quarterback) və ya futboldakı pleymeyker(playmaker) ilə eynidir. Oyun qurucu məşqçinin verdiyi tapşırıqları anlamalı və yerinə yetirməli, oyunun tempinə nəzarət etməlidir. Hücumların başladılması və inkişafı da onun vəzifələrindəndir. Bu mövqedəki oyunçular: NBA-də: Kris Paul, Derrik Rouz, Toni Parker, Stiven Kurri, Kayri Irving, Rasl Vestbrook,Rajon Rondo və s.
Oyun salonu
Oyun salonu (ing. Amusement arcade) — kompüter oyunları, pinbol maşınları, elektromexanik oyunlar, hava xokkey masalarından ibarət olunan ictimai yer. Bəzi ölkələrin oyun salonlarında oyun avtomatları və ya paçinko kimi qumar maşınlara rast gəlmək olar.
Platform oyun
Platforma oyunu və ya platformer (ing. platformer game, platformer) — əsas məqsədi, oyunçunun (personajın) vizual mühitdə bir nöqtədən o biri nöqtəyə yerdəyişməsi olan video- və ya kompüter oyun janrı və action oyunlarının subjanrı (yarım janrı). Platform oyunlarını çox zaman sadələşmiş şəkildə platformer və ya "hoppan və qaç" kimi də adlandırırlar. Oyun prosesinin əsasını, öz məqsədinə çatmaq üçün səviyyələri keçmək və ya düşmənlər üzərində qələbə çalmaq üçün platformlarda hoppannmaq, pilləkən, nərdivanlara qalxmaq və ya sallanmaq, əşyalar yığmaq, divardan atdanmaq, göydə sıçramaq və ya sürüşmək, toplardan atəş açmaq, tramplin və ya batutda hoppanmaq kimi tələblər təşkil edir. Səviyyələr və ətraf mühit düz olmayan ərazilərə və asılmış platformlar müxtəlif səviyyələrə malik olduğundan personajdan (oyunçudan) onları keçib hərəkət etməsi üçün xsusi qabiliyyətlər tələb edir. Hoppanmaqları, tullanmaqları tam avtomatlaşdırılmışdır. Məsələn, The Legend of Zelda seriyasından olan 3D-oyunları kimi oyunlar bu janrın çərçivəsindən kənara çıxır.
Sanama (oyun)
Sanama - Azərbaycanda uşaqlar və gənclər arasında yazqabağı günlərdə, şənlik və bayramlarda dəstələrə bölünmədən oynanılan oyunlarda "başçı" ("aparıcı" və ya "işçi") seçmək üçün sadalanan şeir. == Ümumi məlumat == Dəstələrə bölünməklə oynanılan bütün oyunlar Halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. Ənzəli, Eşşək beli sındırdı, Yeddi ağac buna misal ola bilər. Bu oyunları başlayarkən, "başçı", "aparıcı" və ya "işçi" seçmək üçün sanamadan istifadə edirlər. == Oyunun qaydaları == Püşk yolu ilə yaxud oyunçuların ümumi razılığı ilə (oyunda və ya uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənən) bir nəfər seçilir. O bütün oyunçuları sıraya düzür. Sanama yolu ilə oyunçuları bir-bir sıradan azad edir. Axıra qalan oyunçu "başçı" ("aparıcı" və ya "işçi") seçilmiş olur. Sanamanı aparmaq üçün müxtəlif sanamalardan istifadə edirlər.
Tekken (oyun)
Tekken (yap. 鉄拳) — Tekken seriyasından olan ilk oyun. PlayStation və avtomatlar üçün nəzərdə tutulmuş faytinq janrındakı oyunun istehsalçısı Namco şirkətidir. 1995-ci ildə isə seriyanın ikinci oyunu satışa çıxarılmışdır. == Oyun prosesi == Tekken ilk 3D formatında döyüş oyunlarından biri hesab olunur. Sega tərəfindən hazırlanmış Virtua Fighter oyunu isə tam olaraq 3D qrafik ilə hazırlanmış ilk döyüş oyunudur. Standart olaraq hər döyüş iki raunddan ibarətdir. Buna baxmaraq, vaxt limiti də daxil olmaqla, hər döyüşdəki raundların sayını birdən beşə kimi seçmək mümükündür. Əgər vaxt bitməmiş qalib oyunçunu canını tam saxlaya bilsə, spiker "Perfect!" (azərb. Mükəmməl!‎) deyir.
Təkə (oyun)
Təkə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramı ərəfəsində keçirilən saya gəzisi şənliyində boynuna noxta və zınqırov taxılmış, uzunsaqqal erkək bir keçi ətrafında “təkəm, təkəm oyun eylər” sözlərilə başlayan oxuma ilə icra olunan oyunlardan biridir. == Oyunun qaydaları == Bəzən oyunda heyvan əvəzinə “Təkəsaqqal Kosa” və yaxud keçi görkəmli, keçi maskalı bir oyunçu çıxış edir. Törəniş etibarı ilə qədim Azərbaycanda oynanılan əsatiri bir tamaşa, orada yaz fəslini təmsil etmiş "Keçi"–"təkə" surəti ilə bağlı olub qışın başlanması, onun şər qüvvələr tərəfindən öldürülməsi, yazın gəlişi isə, onun dirilməsi kimi qeyd edilmişdir. “Təkə oyunu” “Kos-kosa” mərasim tamaşası ilə yaxından səsləşir. Əslində onların adları da oxşar və bir-birinə bağlıdır. “Kosa” sözü bir çox türk dillərində və eləcə də yerli ləhcələrimizdə “keçi”, “təkə” anlamında işlədilir. == Mənbə == Abdulla B., Babayev T. Novruz bayramı ensiklopediyası. Bakı, 2008, səh.183.
Ölüm
Ölüm — canlı orqanizmin həyat fəaliyyətinin dayanması. Ölümün səbəbi qocalma, aclıq, xəstəlik, özünəqəsd, qətl və digər proseslər ola bilər. Ölüm vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə sayılır. Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin bir ifadəçisidir: Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Zəiflik ölümdür, deyirdi Vivekananda. Sokratın öz ölümü ərəfəsində son dəfə etdiyi söhbəti xatırlayın. Bu söhbət Fedonda təsvir edilir.
Olum ya ölüm (mahnı)
Olum ya Ölüm — Azərbaycanın repçisi Hüseyn Dərya tərəfindən yazılan dini mahnıdır. Mahnı 2012-ci ildə "Youtube" portalına yerləşdirilib. 60 min baxış sayına yüksəlib. == Mahnının yaradıcıları == Söz: Hüseyn Dərya Musiqi: Hüseyn Dərya Rejissor: Hüseyn Dərya Operator: Hakim Ağayev Montaj: Samir Xəttab Ney: Vüqar Hüseynov == Siyahı == Hüseyn Dəryanın "Sus" albomunun bir hissəsidir. Dini məzmunda olan repdir. Vaxtı 4 dəqiqə 28 saniyədir. 2012-ci ildə buraxılıb.
Klinik ölüm
Klinik ölüm - insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Bu termin qan dövranının və nəfəs almağın dayanmasını ifadə edir ki, bu iki meyar insanların və bir çox digər orqanizmin həyatını davam etdirmək üçün zəruridir.Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda - bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyətini bərpa etmək mümkün olsa onu yenidən həyata qaytarmaq da mümkündür. Beyin qabığı məhv olduqdan sonra klinik ölüm bioloji ölümə keçir. Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik. Bu cərəyan vurması, suda boğulma, miokard infarktı, güclü travmalar və s.
Böyük Oyun (futbol)
"Böyük Oyun" — Neftçi PFK və Xəzər Lənkəran FK arasında oynanmış Azərbaycan futbol derbisi. Tarix boyu Neftçi və Xəzər Lənkəran bir biri ilə 43 dəfə üz-üzə gəlib. Derbilərdə 17 heç-heçə, Neftçi 16 dəfə, Xəzər Lənkəran isə dəfə 10 qələbə qazanıb. Böyük Oyun zamanı arenalar 369 min tamaşaçı qəbul edib. == Tarixi == Neftçi və Xəzər Lənkəran arasında qarşılaşma "Böyük Oyun" adlansa da, terminin mənşəyi bəlli deyil. İki klub arasındakı rəqabət sadə idman rəqabətindən daha çox köklərə sahib idi. Derbinin formalaşmasına hər iki klubun çempionluğa iddialı olması, milli kimlik (azərbaycanlılar və talışlar), şimal və cənub (Bakı və Lənkəran), şəhər və rayon, ictimai sinif (varlı və kasıb) kimi amillər təsir edib.Neftçi və Xəzər Lənkəran arasında ilk derbi 2004-cü il dekabrın 8-də baş verib. Xəzər Lənkəran Mərkəzi Stadionunda keçən oyun 1–1 hesabı ilə başa çatıb. 2011-ci il martın 3-də Azərbaycan Kubokunun 1/4 finalının Neftçi — Xəzər Lənkəran oyununda dava düşüb. Hər iki klubun azarkeşlərinin yer aldığı tribunalar arasında bir sektor boş saxlansa da, fanatlardan bir qrupu ora daxil olub və əlbəyaxa davaya çıxıb.
Döyüş zamanı ölüm
Döyüş zamanı ölüm — tərəflər arasında aparılan müharibə və ya silahlı toqquşma zamanı həlak olan insanlar üçün istifadə edilən hərbi termindir. Amerika Birləşmiş Ştatlarının müdafiə nazirliyi bu termini hər hansı bir müharibəyə və ya silahlı toqquşmada iştirak etmədikdə düşmən və ya dost atəşi ilə vurulan əsgərlərdə istifadə edilmir. Terror aktlarında həyatını dəyişən əsgərlərdə də bu termin istifadə edilmir. Bu termin döyüş cəbhəsində olan hava, dəniz, yer müharibəsində ölənlər üçün istifadə edilir. İslam dinində isə döyüş zamanı həyatını itirənlərə şəhid deyilir. Yolda və ya xəstəxanada yaralardan ölən əsgərlər üçün (İngilis dilində died of wounds, DOW) olaraq adlandırılmışdır.
Böyük Oyun (Neftçi - Xəzər Lənkəran)
"Böyük Oyun" — Neftçi PFK və Xəzər Lənkəran FK arasında oynanmış Azərbaycan futbol derbisi. Tarix boyu Neftçi və Xəzər Lənkəran bir biri ilə 43 dəfə üz-üzə gəlib. Derbilərdə 17 heç-heçə, Neftçi 16 dəfə, Xəzər Lənkəran isə dəfə 10 qələbə qazanıb. Böyük Oyun zamanı arenalar 369 min tamaşaçı qəbul edib. == Tarixi == Neftçi və Xəzər Lənkəran arasında qarşılaşma "Böyük Oyun" adlansa da, terminin mənşəyi bəlli deyil. İki klub arasındakı rəqabət sadə idman rəqabətindən daha çox köklərə sahib idi. Derbinin formalaşmasına hər iki klubun çempionluğa iddialı olması, milli kimlik (azərbaycanlılar və talışlar), şimal və cənub (Bakı və Lənkəran), şəhər və rayon, ictimai sinif (varlı və kasıb) kimi amillər təsir edib.Neftçi və Xəzər Lənkəran arasında ilk derbi 2004-cü il dekabrın 8-də baş verib. Xəzər Lənkəran Mərkəzi Stadionunda keçən oyun 1–1 hesabı ilə başa çatıb. 2011-ci il martın 3-də Azərbaycan Kubokunun 1/4 finalının Neftçi — Xəzər Lənkəran oyununda dava düşüb. Hər iki klubun azarkeşlərinin yer aldığı tribunalar arasında bir sektor boş saxlansa da, fanatlardan bir qrupu ora daxil olub və əlbəyaxa davaya çıxıb.