Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qoyunçuluq
Qoyunçuluq — heyvandarlığın qoyun yetişdirmə sahəsi. == Ümumi məlumat == Bu heyvanlar cütdırnaqlıların buynuzlular fəsiləsinə daxildir. Qoyunçuluq məhsulları ət, yun, pendir, körpə quzu dərisi, qoyun dərisidir.
Azərbaycanda qoyunçuluq
Azərbaycanda qoyunçuluq — Azərbaycan Respublikası ərazisində qoyun cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. == Tarixi == Azərbaycanda qoyunçuluq qədim tarixə malikdir. Azərbaycan həm də ən qədim qoyunçuluq ölkələrindən biri kimi tanınır. Azərbaycanın təbii-coğrafi şəraiti bu ərazidə maldarlığın, xüsusilə qoyunçuluğun yaranmasına və inkişafına xüsusi təsir göstərmişdir. Həmin dövrdə Azərbaycanda yaşayan qəbilələrin əkinçilik və heyvandarlıqla məşğul olmaları onların məişətində böyük dəyişikliklərə səbəb olmuşdur. Bu dövrdə insanlar kollektiv şəkildə güzəran keçirsələr də heyvandarlıqda, xüsusilə ona qulluq etməkdə, bəsləməkdə əsas yeri kişilər tutmuşdur. Minilliklər boyu Azərbaycan xalqı qoyunçuluqla məşğul olmuş və ondan bol məhsul götürmüşlər. Ona görə də qoyuna həmişə qulluq göstərmiş və onun sağlam olmasına çalışmışlar. Lakin hər bir canlıda olduğu kimi, qoyunlarda da bir sıra xəstəliklər olmuş və onlar xalq tərəfindən müalicə edilmişdir. Qoyun xəstəliklərindən ən çox yayılanı qılqurd, dalaq, köpmə, öfkə, qızdırma, dabaq, qotur, gözbozarma, zəhərlənmə və s.
Tək oyunçulu
Tək oyunçulu oyunlar (İngilis dilində: single-player) — videooyunlarda yalnız bir oyunçunun daxil ola bildiyi və daha çox oyunçunun girməsinə imkan vermədiyi vəziyyət tək oyunçulu oyun adlanır. “Tək oyunçulu oyun” oyunu yalnız bir adamın yönləndirə biləcəyini izah etmək üçün istifadə olunur; “Tək oyunçu formatı” oyun oynamanın multiplayer (ən azı iki oyunçu) olma seçimini gətirir. Tək oyunçu formatı ikiyə bölünür: Virtual rəqiblərə (botlar) qarşı tək oyunçu formatı. Virtual rəqiblər (botlar) və ya oyunçunun özündən başqa real oyunçu yoxdur.Videooyun tarixinin ilk mərhələlərində oyunlar tək oyunçulu idi. İki oyunçu oyunları əvvəlcə fərdi kompüterlərdə görülmüşdür. Beləliklə, çoxnəfərli oyunların da əsası qoyuldu. 1990-cı illərin əvvəllərində lokal şəbəkələr və sıfır modemlərlə real mənada çoxnəfərli oyunlar ilə qarşılaşdıq. Doom, bu tip oyunların ən yaxşı nümunələrindən biridir. Tək oyunçulu oyunların böyük satış rəqəmlərini tuta bilməsi, maraqlı hekayələrində, təsirli qrafikalarında və real personaj detallarında gizlədilmişdir. Bu vəziyyətə Half-Life nümunə göstərilə bilər.
Azərbaycanda qoyunçuluq (film, 1982)
Azərbaycanda qoyunçuluq qısametrajlı sənədli filmi rejissor Fikrət Əliyev tərəfindən 1982-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda qoyunçuluğun inkişafına diqqətin artırılmasından, bu sahədə görülən qabaqcıl iş üsullarından söhbət açılır. == Məzmun == Filmdə Azərbaycanda qoyunçuluğun inkişafına diqqətin artırılmasından, bu sahədə görülən qabaqcıl iş üsullarından söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Arif Mustafayev, Faiq Dərgahov Rejissor: Fikrət Əliyev Operator: Elxan Əliyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Oyunçular kralı (film, 1996)
Oyunçular kralı (hind Khiladiyon Ka Khiladi) — Hindistan rejissoru Umeş Mehra tərəfindən döyüş filmi janrında çəkilən filmdir. Filmə Kanadanın bir çox kinokompaniyaları sponsorluq etmişdir. Filmdə baş rollları Rekha, Akşay Kumar, Ravina Tandon və başqaları iştirak edirlər. Filmə çoxlu döyüş növü üzrə məşğul olan idmançılar dəvət edilmişdir. Azərbaycanda ilk dəfə Azərbaycan Televiziyası kanalının gecə efirində göstərilmişdir. Film ABŞ-də "Players of Players" və Rusiyada "Король игроков" adları ilə tanınır. "Oyunçular kralı" filmi "Oyunçu" film seriyasının dördüncü hissəsidir. == Məzmun == "Oyunçular kralı" adlanan ABŞ-də təşkil olunmuş döyüş rinqində, qalib olan şəxs böyük sərvətə sahib olur. Oyunda iştirak edən idmançıların sahibləri arasında böyük mübahisə gedir. Bu sahiblərdən ən böyükləri Xanım Maya və Kral Dondur.
Liverpul klubunda mövsümün oyunçusu
Bu "Liverpul" klubunda hər mövsüm üzrə parlaq oyunu ilə seçilmiş oyunçuların siyahısıdır. Seçimlər 2001-02 mövsümündən etibarən aparılır.
Premyer Liqada mövsümün oyunçusu
Premyer Liqada mövsümün oyunçusu (ing. Premier League Player of the Season) — hər il İngiltərə Premyer Liqasında ən baxımlı oyunu ilə fərqlənən futbolçuya futbol federasiyası tərəfindən təqdim edilən illik futbol mükafatı. Mükafatın sahibi liqanın sponsoru (hal-hazırda Barkleys) "futbolun idarəetmə orqanları, media və azərkeşlər" üzvlərindən ibarət qurum tərəfindən seçilir və may ayının ikinci və ya üçüncü həftələrində elan edilir. Sponsorluq məqsədləri ilə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq ilin oyunçusu kimi, 2001-dən 2004-cü ilədək Barkleykard ilin oyunçusu və 2015-ci ildən etibarən isə Barkleys mövsümün oyunçusu kimi adlandırılır.İngiltərə Premyer Liqasının əsası 1992-ci ildə qoyulmuşdur, nə vaxt ki, birinci divizyonun klubları İngiltərə Futbol Liqasını tərk edərək yeni öz yayım və sponsorluq müqavilələrini müzakirə edən müstəqil liqanın əsası qoyuldu. Yenicə formalaşmış liqanın açılış mövsümündə sponsoru yox idi ta ki Karlinq növbəti mövsümdən başlayacaq, 4 ili əhatə edən və 12 milyon funt sterlinq dəyərində olan anlaşmanı imzaladı. Həmin mövsüm isə Karlinq futbolçular üçün fərdi olaraq Premyer Liqa Qızıl Butsu kimi yeni mükafatlar təsis etməyə başladı. Amma Premyer Liqada ayın futbolçusu və Premyer Liqada mövsümün oyunçusu mükafatları sahibinə yalnız 1994-95 mövsümündən etibarən təqdim edilməyə başlandı. İngiltərə Premyer Liqasında mövsümün oyunçusu mükafatının ilk qalibi isə Blekbörn Roversin hücumçusu Alan Şirer olmuşdur ki, həmçinin o, həmin mövsümdə Premyer Liqa çempionu olmuş və üstəlik mövsümün qızıl butsunu əldə etmişdir.Tyerri Anri, Kriştiano Ronaldo və Nemanya Vidiç hər biri mükafatı 2 dəfə qazanmaqla adlarını mükafatı bir dəfədən artıq qazanan oyunçular siyahısına əlavə etməyi bacarmışdırlar ki, Kriştiano Ronaldo mükafatı ardıcıl olaraq 2 dəfə (2007 və 2008) qazanmaqla xüsusi fərqlənmişdir. Qalib olmuş 8 futbolçu isə həmçinin liqanın bombardiri adını qazanaraq qızıl butsu və əlavə olaraq mövsümün oyunçusu adını qazanmışdırlar. Qaliblərin dördü - Kevin Filips, Henry, Tyerri Anri, Kriştiano Ronaldo və Luis Suarez həmin mövsüm Avropada qızıl buts mükafatına sahib olmuşdurlar.
FİFA Dünyada İlin Oyunçusu
FİFA Dünyada ilin Oyunçusu (ing. FIFA World Player of the Year) — FİFA tərəfindən təşkil edilən futbol mükafatı. Mükafat, 1991–2015-ci illər arasında, hər ilin sonunda, milli komandaların məşqçiləri, kapitanları və media nümayəndələrinin səsvermələrinə əsasən, ötən təqvim ilində ən yaxşı çıxış edən futbolçuya verilib. Əvvəlcə dünyanın ən yaxşı kişi oyunçusuna verilən mükafat, 2001-ci ildən başlayaraq qadın futbolçular üçün də təsis edilir. 2001–2009-cu illərdə mükafat kişilər və qadınlar üçün paralel verilirdi. Kişilər mükafatı 2010-cu ildə FİFA Qızıl topu mükafatına daxil edildi, qadınların mükafatı isə 2015-ci ilə qədər qaldı. 2015-ci ildən sonra hər iki kişi və qadın mükafatları The Best FIFA Football Awards-ın bir hissəsinə çevrilir. == Səsvermə və seçim prosesi == Mükafatın qalibləri milli komandaların məşqçiləri və kapitanları, həmçinin FİFA tərəfindən dəvət olunmuş beynəlxalq media nümayəndələri tərəfindən seçilir. Mövqe üzrə səsverməyə əsaslanan səsvermə sistemində hər seçiciyə beş bal, üç bal və bir xal dəyərində üç səs verilir və üç finalçının seçdiyi xalların ümumi sayına görə sıralanır. Əvvəlki illərdə namizədlərlə bağlı medianın bəzi bölmələrinin tənqidindən sonra FİFA 2004-cü ildən etibarən seçicilərinin öz seçimlərini seçə biləcəyi qısa siyahılar təqdim edir.
Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusu
Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusu (ing. Scottish Football Writers' Association Footballer of the Year) — Şotlandiya futbolunda ilin ən yaxşı futbolçusuna verilən mükafat. Mükafat ilk dəfə 1964-65 mövsümünün yekunlarına əsasən təqdim olunub. Laureat Şotlandiya Futbol Jurnalistləri Assosiasiyası (ŞFJA) (ing. SFWA) üzvləri arasında səsvermə yolu ilə müəyyən edilir. Bu assosiasiyaya bütün ölkə üzrə işləyən yüzdən çox mətbuat nümayəndəsi daxildir. Bu mükafatı almış ilk qeyri-şotland — həmin vaxt "Reyncers" klubunda hücumçu mövqeyində çıxış edən ingilis Mark Heytlidir. Mükafatın hazırkı sahibi "Seltik"in hücumçusu Kyoqo Furuhaşidir. İndiyədək yeddi futbolçu mükafatı iki dəfə qazana bilmişdir. Mükafatı üç dəfə qazana bilmiş yeganə futbolçu, qapıçı mövqeyində çıxış edən Kreyq Qordondur.